Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


İş prosesinə uyğun aləti seçib tətbiq etmək qaydaları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

İş prosesinə uyğun aləti seçib tətbiq etmək qaydaları 
Məlumdur ki, avtomobilin rənglənməsi işi ardıcıllıq və diqqət tələb edən bir çox mərhələnii 
özündə birləşdirən iş prosesidir. Belə iş proseslərindən biri də rəngsazın gördüyü işə uyğun alətləri 
seçmək və tətbiq etmək bacarığına malik olmasıdır. Bunun üçün istifadə olunan alətlərin quruluşu və 
texniki xarakteri öyrənilməlidir. Boya tapançalarının əsas hissələri:
-
Gövdə 
-
Boya qabı (qapağı ilə birlikdə) 
-
Boya püskürməsini nizamlayan vint 
-
Boya axınını nizamlayan vint
-
Hava təzyiqini nizamlayan vint
-
Tətik 
-
Miqdar iynəsi 
-
Püskürücü başlıq 
-
Püskürmə mexanizmi 
Boya püskürən tapança boyanın növünə görə seçilir. Məsələn, lak, akril boya, qrunt boya üçün 
püskürmə mexanizminin diametri 1.4-1.5 mm, qatı doldurucu əsaslı qrunt boya üçün 1.6-2 mm, maye 
mala vurulması üçün 2.0-3.5 mm, xüsusi cod boya altı üçün isə 6 mm-lik püskürmə mexanizmli boya 
tapançası tətbiq olunur.
1.4.2. Tələbələr üçün fəaliyyətlər 

Rəngsazın rəngvurma prosesində istifadə etdiyi əsas alətlərin fotoşəkillərini hazırlayın. 

Hava kompressoru ilə boya püskürən tapança arasında birləşmə ardıcıllığına uyğun sxem 
çəkin. 

Təmir müəssisələrinə gedərək alətlərin seçilmə qaydalarına aid video görüntü 
hazırlayın. 
1.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“İş prosesinə uyğun aləti seçərək tətbiq edir” 

Rəngsaz alətləri seçərkən hansı amillərə diqqət yetirməlidir? 

Boya püskürən tapançanın tətiyi nə üçündür? 

Akril boya vurulması üçün püskürmə mexanizminin diametri neçə mm olmalıdır? 

Boya püskürən tapançanın əsas hissələri hansılardır? 

Boyanın özüllülüyü dedikdə nə başa düşülür ? 


11 
1.5.1. Standartlara əsasən tələb olunan rəngi hazırlayır 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə