Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

211 
 
bunlardan  biri  idi...  Türk  millətləri  üçün  onların  hürriyyət  və  istiqlalları  yolunda 
can verənlərin röyaları təhəqqüq edəcəkdir». 
Sədri Məqsudi bəyin çıxışı:  
«Arkadaşlar! 
Biz yaşda olanlara, 50 il özüylə bir ideal uğrunda bərabər çalışmış olanlara 
həyata  göz  yuman arkadaşı  haqqında söz söyləmək çox çətindir. Məndən  yeni bir 
şey gözləməyin. Biz də Rəsulzadənin tarixi qiymətini tanıyanlardanıq... Möhtərəm, 
rəhmətlik  arkadaşım  Rəsulzadə  tanrının  türklük  aləminə  göndərdiyi  bir  ərməğan 
idi». 
Cəfər Seyid Əhməd Krımər bəyin çıxışı: 
«Əziz qardaşlarım! 
...Rəhmətlik  əziz  dostum  Emin  bəyi  1912-ci  ildə  «türk  yurdu»da 
Cəmaləddin  Əfqani  haqqında  yazdığı  məqalələriylə  tanıdım,  1917-ci  il  Moskva 
konfransında gördüm. Dostluğumuz bu tarixdə başladı. 
Əziz arkadaşlar! 
Tarixin gedəcəyi yolu sezənlər, onun dilədiyi işi görənlər tarixin malıdırlar. 
Emin  bəy  bu  yolu  seçdi,  həyatının  sonuna  qədər  bir  an  belə  bu  yoldan  ayrılmadı. 
Fəaliyyəti və əsərləri ilə o tarixdə qaldı. 
İslamda  təcəddüd  hərəkatını,  türkçülük  idealının  işlənməsini,  Azərbaycan 
istiqlalını,  Qafqasiya  millətlərinin  konfederasionunu  məhkum  millətlərin  qurtuluş 
davalarını incələyəcək olan tarix  mütləq Emin  bəyi  tapacaqdır. 
O bu surətlə özünü əbədiləşdirdi... 
Artıq  tarixin  olan  Emin  bəy  nə  qəbrə  sığar,  nə  də  ona  öldü  deyilə  bilər. 
Mübarək ruhunu da daima olduğu kimi hörmət və məhəbbətlə salamlaram». 
Professor Zəki Vəlidi bəyin nitqi: 
«Vaxtsız  ölümü  hamımızı  matəmlərə  qərq  etmiş  mərhum  Emin    bəy  
haqqında  mən də  xatirələrimi  ərz edəcəyəm. 
Biz  Rusiya  əsiri  türklər  1917-ci  il  inqilabına  qüvvətli  bir  zümrə  olaraq 
girdik. Bunu təmsil edən  Emin bəy oldu. 
Rusiyada  inqilab  başlandıqdan  sonra  Azərbaycan  türk  ədəbiyyatı 
mərkəziyyət  «müsavat»  partiyası  proqramı  bizə  gəldi.  Emin  bəyin  göndərdiyi 
proqram və məktub Peterburqda bomba kimi partladı. 
...Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin 
əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə 
etməlidirlər: Yoxsa allah günahlarını bağışlamaz! 
Emin  bəyi  öldükdən  sonra  da  yaşatmaq  üçün  azərbaycanlılar  onun  yolunu 
davam etdirməlidirlər!». 
Abdulla Battal Təymasın nitqi: 
«Emin bəy yalnız azərbaycanlılar üçün deyil, bütün türklər üçün böyük bir 
dəyərdi.  Ölümü  də  bütün  türklük  üçün  böyük  bir  dərddir.  O  inandığı  mübarizə 
uğrunda  hər  şeyini,  ailəsini,  rahatlığını,  səhhətini,  nəhayət,  həyatını  fəda  etmişdi. 


212 
 
Özü  də  nadir  olan  bir  idealist  idi.  O  bu  dünyadan  ayrılmışsa  da  tarix 
səhifələrimizdə, beynimizdə və qəlblərimizdə daima yaşayacaqdır. 
Emin  bəy  bir  cəmiyyət  xadimi  idi.  Cəmiyyətimizi  yaşatmağa  və  səadətə 
çatdırmağa çalışanlardandı. 
Emin  bəyin  apardığı  mübarizə  və  ideal  ölməyəcəkdir,  yaşayacaqdır, 
dayanmayacaq, irəli gedəcəkdir. 
Bu dünyadakı yerində rahat-rahat yat, əziz dostum M. Emin bəy!». 
Doktor Əhməd Naim bəyin nitqi: 
«Çox kədərliyəm, böyük bir insanın vəfatını duyan adam necə danışa bilər? 
O  yalnız  azərbaycanlıların  deyil,  türküstanlıların  da  lideri  idi.  İlk  məqaləni  onun 
«Açıq  söz»  qəzetinə  yazmışdım.  Dərdlərimizi  ona  danışır  və  ondan  məsləhət 
alırdıq. Türküstanlılar bu böyük acıya candan yanırlar». 
 
TÜRKĠYƏ QƏZETLƏRĠ MATƏM ĠÇĠNDƏDĠR 
 
Ankarada çıxan «Dünya» qəzeti: 
«Sovet  əsarətindəki  türk  ellərinin  qurtuluş  hərəkatı  liderlərindən  sabit 
Azərbayсan  milli  şurası    və  Azərbayсan  istiqlal  davasının    aləmdarı  «müsavat» 
partiyasının  rəisi  Məmməd  Əmin  Rəsulzadənin  vəfatı  dərin  bir  təəssüf 
doğurmuşdur. 
Məmməd  Əmin  Rəsulzadə  keçən  il  qəzetimizdə  «Bir  türk  milliyyətçisinin 
Stalinlə  ixtilal  xatirələri»  başlığı  altında  öz  xatirələrini  çap  etdirmiş  və  bu  yazı 
seriyası böyük bir maraq doğurmuşdu». 
Qarsda çıxan «Birlik» qəzeti: 
«O  Azərbaycan  davasını  qəlblərə  nəqş  etmiş  bir  qəhrəman  və  mütəfəkkir 
olaraq  əbədiyyən  yaşayacaqdır.  Onun  sonsuz  mübarizəsi  Azərbaycan  davasını 
bütün hür millətlərin şüuruna yerləşdirmişdir. 
Davası uğrunda yazdığı yüzlərlə əsəri dünya kitabxanalarında yer almışdır. 
O  Azərbaycan  qurtuluş  davasının  bayrağı  idi.  O  bayraq  bütün  türklüyün  qəlbində 
dalğalanacaqdır. Türk tarixinin böyüklər  səhifəsində  yerini alan M.  Ə. Rəsulzadə 
əbədiyyən yaşayacaqdır. 
Bütün  ömrünü  ailə  və  uşaqlarının  davası  yolunda  fəda  etdi.  Ən  çətin 
mübarizələrə  girdi,  iztirablar  çəkib  diyar-diyar  dolaşdı  və  hər  yerdə  hər  zorluğa 
qarşı davasını müdafiə edərək daha da irəli apardı. 
Bu gün göz yaşları içində əbədi istirahətgahına göndərilərkən davası yolunu 
aydınladan işıq qəlblərdə yanmaqda və özünü yaşatmaqdadır». 
Qarsda çıxan «Qars» qəzeti: 
«7  mart  saat  22-də  telefonun  səsi  acı-acı  ötür;  Ankaradan  gələn  titrək  bir 
səs...  Ankara  müxbirimiz  hıçqırığa  bənzər  boğuq  bir  tonla  kəsik-kəsik  yazdırır: 
«Məmməd Əmin Rəsulzadə bu gecə saat on birə on beş dəqiqə qalanda yatmaqda 


213 
 
olduğu  tibb  fakültəsi  klinikasında  vəfat  etdi».  Xəstəliyini  soruşduq.  Cavab  verdi: 
«Şəkər». Müxbir daha danışa bilmədi. 
Türk  aləminin  böyük  simalarından  biri,  yetmiş  bir  illik  həyatının  böyük 
qismini  siyasi  mübarizədə  keçirmiş  olan  qəzetçi,  mühərrir,  ədib,  dövlət  adamı, 
hürriyyət və istiqlal mücahidi qoca türk Azərbaycan istiqlalı uğrunda apardığı  əlli 
illik mübarizənin meyvələrini görmədən köçüb getmişdir». 
...Həmin  o  matəm  günlərində  Türkiyənin  «Zəfər»,  «Xalqçı»,  «Vətən», 
«Sabah»  və  «Hakimiyyət»  qəzetləri  Məmməd  Əmin  Rəsulzadənin  şəkil  və 
tərcümeyi-halını dərc etmişdir. 
 
ĠRAN QƏZETLƏRĠNDƏ 
 
Tehranda çıxan «Aram» qəzeti: 
«Bundan  bir  neçə  gün  əvvəl  dünyanın  ən  böyük  hürriyyət  aşiqlərindən  və 
kommunizmin  ən  amansız  düşmənlərindən  birisi  dünyaya  göz  yumdu.  Tam  35 
ildən  bəri  rus  imperializminə  qarşı  mübarizə  aparan  Məmməd  Əmin  Rəsulzadə 
Azərbaycan milli şurasının rəisi və müsavat partiyasının qurucularından biri idi. 
...Onun  ölümü  insanlıq  üçün  böyük  faciə  sayılmaqdadır.  Bu  münasibətlə 
mərhumun 
yaxın  dostlarına  başsağlığı  verməklə  bərabər  Rəsulzadənin 
kommunizmə  qarşı  açmış  olduğu  mərhəmətsiz  hərbə  davam  edəcəklərinə  ümid 
edirik». 
Tehranda çıxan «İrani Ma» qəzeti: 
«Bu  ilin  martın  6-da  tam  otuz  beş  il  kommunist  rejimi  əleyhində  və  öz 
yurdunun  hürriyyəti  uğrunda  mübarizə  aparmış  Qafqasiya  istiqlal  komitəsinin 
lideri Məmməd Əmin Rəsulzadə dünyadan köçmüşdür. 
Məmməd  Əmin  Rəsulzadə  sadəcə  kommunist  rejiminin  mərhəmətsiz 
düşməni  olmaqla  qalmayıb,  eyni  zamanda  iyirminci  əsrin  tanınmış  ədib  və 
bilicilərindən biri idi. 
...Hürriyyət davasının ən böyük mübarizi və kommunizmin ən mərhəmətsiz 
düşmənlərindən  olan  Rəsulzadənin  ölümü  bütün  antikommunist  dünya 
adamlarında dərin təəssüf oyatmışdır». 
 
ALMANĠYADAKI «QURTULUġ» RADĠOSUNUN MATƏM XƏBƏRĠ 
 
1955-ci il, 9 mart 
Azərbaycan  milli  qurtuluş  hərəkatının  və  «Müsavat»  partiyasının  lideri 
Məmməd  Əmin  Rəsulzadə  mart  ayının  6-da  Türkiyənin  paytaxtı  Ankarada  71 
yaşında  vəfat  etmişdir.  Mərhum  Rəsulzadənin  şəxsində  biz  Azərilər  ən  böyük 
siyasət  adamlarımızdan  birini,  istedadlı  bir  jurnalistimizi  va  atəşli  hürriyyət 
mübarizimizi  itirmiş  oluruq.  Bu  sadəcə  bizim  üçün  deyil,  eyni  zamanda  Kremlin 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə