Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   104   105   106   107   108   109   110   111   112

231 
 
Əhməd Cəfəroğlu, Mirzə Bala, Ağasibəy və Əlirza Turanla birlikdə getdik yanına. 
Səmimi  söhbətdən  sonra  yemək  təklif  olundu.  Emin  bəy  şikayətləndi  ki,  şəkərim 
var, olsaydı bir turş alma yeyərdim. 
Emin  bəyin  ölümünü  bir  həftə  sonra  eşitdim.  Mirzə  Bala  ilə  birlikdə 
ölümünə acı-acı ağlayırdıq. 
Zöhrə Göygöl. Azərbaycan  Demokratik hökumətinin Baş naziri Yusif bəy 
Nəsibbəylinin  qızının  Türkiyədə  yaşadığını  bilirdim.  Amma  ünvanını  əldə 
etməmişdim.  İstanbulda  görüşdüyümüz  adamlar  da  onun  harada  yaşadığından 
xəbərsizdi.  Dostum  Yusif  Gədikli  Əli  Mərdan  bəy  Topçubaşovun  nəvəsi—Zərifə 
xanımın  telefonunu  öyrənib.  Ümid  edirik  ki,  Zərifə  xanımdan  Məmməd  Əmin 
Rəsulzadə haqqında bir məlumat öyrənəcəyik. Axşam Zərifə xanıma zəng vururuq. 
Sabah saat ikidə evində bizi gözləyəcəyini deyir. 
...Zərifə xanım mehribanlıqla bizi içəri dəvət edir. Otaqda yaşlı bir qadın da 
var: Zərifə xanım: 
—Tanış olun, Zöhrə xanımdır, Yusif bəy Nəsibbəylinin qızıdır. 
Təəccübdən  donub  qalıram.  Zöhrə  xanımı  tapmaq  üçün  neçə  ünvana  üz 
tutub soraqlamışdıq. İndi qəribə təsadüf bizi görüşdürür. 
Zöhrə xanım ötənləri xatırlayır: 
—Mən o vaxt uşaq idim. Çox şey yadıma gəlmir. Amma sonradan bildim 
ki, atamla Məmməd Əmin Rəsulzadə möhkəm dost olublar. Mən Emin bəyin qızı 
Lətifə ilə yaxın olmuşam, demək olar ki, uşaqlığımız bir yerdə keçib. 1920-ci ilin 
27  aprel  faciəsi  də  yadımdadır.  Atam  gecə  vaxtı  evə  gəlib  həyəcanla  dedi:  «Biz 
bədbəxt  olduq».  Ondan  sonra  atamı  görmədim.  Sonradan  faciəli  ölümünü  eşitdik. 
Bolşeviklər Bakıya girəndə biz gedib Məmməd Əmin Rəsulzadəgildə qaldıq. Hər 
gecə yük maşınları ilə gəlib camaatın evindəkiləri  soyub,  talayıb  aparırdılar.  O  
maşının    uğultusu  indi  də  qulağımdadır.  O  maşının  səsi  eşidiləndə  evdə  hamı  
həyəcan  keçirirdi.  Qıztamam  adlı  xidmətçimiz  vardı.  Evimizdəki  pal-paltarları  
satıb  bizi   birtəhər dolandırırdı. Sonra min bir əziyyətlə Türkiyəyə gəldik.  
Emin bəy haqqında  isə həmişə  eşidirdik. Bilirdik ki, dərgilər çıxarır, böyük 
işlər görür». 
...Zöhrə  xanımla  ötən  illərdən,  Demokratik  Respublika  dövründə  yadımda  
qalanlardan  çox söhbət etdik. Zərifə xanım isə babası Əli Mərdan  bəyin şəkli  çap 
olunan   «Prometey» jurnalını bağışladı bizə. Sonra  Zöhrə  xanım bizi evinə  dəvət 
edir. Birlikdə gedirik Zöhrə xanımgilə. Yol boyu ötənlərdən danışırıq. Zöhrə xanım 
çox səmimi və mehribandır. Söhbətlərindən bir həqiqəti aşkarlayıram: Bu adamlar 
hamısı  itirdikləri  həqiqətin  –  Azərbaycanın  ağrısını  çəkir,  onun  yenidən  azadlığa 
çıxacağı həsrəti ilə yaşayırlar.  
Ölümə  məhkum  edilmiĢ  adam.  O,  qəribə  tərzdə  üzümə  baxıb  sanki 
şübhələnirmiş  kimi  deyir:  İncimə,  sənə  adımı  deməyəcəyəm.  Çünki  ölümə     
məhkum edilmişəm.  Əgər  hökumətiniz  sağ  qalıb  yaşadığımı bilsə, məni  rahat 


232 
 
buraxmaz.  Qabaqlar qondarma bir adım olub, gətir onu da yaz: Seyid İbrahim Əl 
Tahir. Amma Emin bəy haqqında xatirəmi danışacağam sənə. 
—Hələ  müharibə  illərində  Almaniyada  olanda  onun  adını  eşidirdim. 
Müharibədən sonra Stalin bizi aparıb güllələmək istəyirdi ki, niyə əsir düşübsünüz. 
O zaman Misir kralı  Fərrux gəlmişdi Almaniyaya.  Gedib yıxıldım ayaqlarına ki, 
məni  xilas  et,  özünlə  apar.  Kral  mənimlə  bərabər  çoxlu  azərbaycanlını  apardı 
Misirə.  Bir  müddət  qalandan  sonra  gəldik  Türkiyəyə,  gəlmişəm,  amma  ağır 
vəziyyətdəyəm, heç nəyim yoxdur. Bir tanışım dedi ki, Məmməd Əmin Rəsulzadə 
Ankaradadır,  ona  məktub  yaz,  sənə  kömək  etsin.  Ankaraya—onun  adına  məktub 
yazdım.  Cavab  gəldi  ki,  gəl  Ankaraya,  filan  mehmanxanaya.  Gəldim  Ankaraya. 
Mehmanxana sahibi məni mehribanlıqla qarşıladı, yer verdi. Az keçməmiş gördüm 
mehmanxana  sahibi  məni  çağırır  yanına.  Otaqdakı  hündürboylu  adamı  göstərib 
dedi: Tanış  ol,  Məmməd  Əmin  Rəsulzadədir.  Tez  əlini  öpmək  istədim,  qoymadı. 
Sonra dedi ki, iki gündən sonra toplantı olacaq, sən də gələrsən. Çox gözəl insandı. 
Xəfif gülməyi vardı. Son görüşümüz 1955-ci ildə oldu. Həsən İsmayıllı ilə birlikdə 
getmişdik  görüşünə.  Ölümünü  eşidəndə  hamımız  ağladıq.  Yığışıb  getdik  qəbri 
üstünə. 
...«Ölümə  məhkum edilmiş»,  vətənindən didərgin  salınmış  azərbaycanlı ilə 
görüşüb ayrılanda ağrılı-ağrılı göz yaşı içində dedi: 
—Yolun  bir  də  buralara  düşsə,  mənə  bir  ovuc  Azərbaycan  torpağı  gətir. 
Çünki daha qocalmışam, öləndə üstümə atsınlar. Özümdə bir az qalmışdı, onu da 
bu yaxınlarda dünyadan köçən dostum Nağı bəyin üstünə atdım. 
...Bu  nakam  taleli  həmyerlimdən  ürək  ağrısı  ilə  ayrılıram.  Bu  adamların 
günahı nədir axı? Günahları odur ki,  əsir Azərbaycanda  yaşamağı qəbul etməyib, 
gəlib  Məmməd  Əmin  Rəsulzadənin  başına  yığılıblar.  Çünki  onun  Azərbaycanı 
işğaldan xilas edəcəyinə inanırdılar. 
Əkbər  YüzbaĢıoğlu.  Əkbər  bəyi  bizə  tanıdan  adamlar  deyirdilər:  onu 
yalnız  kazinolarda  tapa  bilərsiniz.  Doğrudan  da  İstanbulda  Bayazid  meydanı 
tərəfindəki əksər kazinolarda Əkbər bəyi tanıyırdılar. Hansına getdiksə dedilər ki, 
burda idi, az əvvəl getdi. Axır ki, Əkbər bəyi tapırıq. Çox sakit görünüşlü adamdır. 
Əsli gəncəlidir. Türkiyəyə 1936-cı ildə gəlib. 
Məmməd Əmin Rəsulzadə haqqında xatirəsi: 
—Emin  bəyi  hələ  1948-ci  ildən  tanıyırdım.  O  zaman  Türkiyəyə  gələn 
mühacir  azərbaycanlıları  yerləşdirirdik.  Bütün  işlərə  rəhbərliyi  o  edirdi.  Bir 
görüşümüz isə lap yaxşı yadımdadır. 
1953-cü  il  idi.  Səlim  bəy  dedi  ki,  bəs  Emin  bəy  səni  görmək  istəyir.  Saat 
üçün yarısında getdik yanına. Əhməd Cəfəroğlu da onunla idi. Emin bəy təklif etdi 
ki,  gəlin  birlikdə  gedək  «Cümhuriyyət»  kazinosuna.  Getdik.  Oturub  söhbət  edir, 
Azərbaycandan danışırdıq. Söhbət necə oldusa Stalindən düşdü. Emin bəy dedi ki, 
qulaq asın, Stalin haqda sizə bir lətifə danışım. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə