Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   104   105   106   107   108   109   110   111   112

233 
 
—Bir  gün  Stalinin  bir  dostu  yeddiillik  şərab  dolu  tuluğu  eşşəyə  yükləyib 
gedir Kremlə. Stalinə xəbər çatdırırlar ki, bəs bir dostun sənə şərab gətirib. Həmin 
adamı  Stalinin  yanına  aparırlar.  Günortaya  kimi  oturub  şərab  içirlər.  Günorta 
zamanı  eşşək  aşağıda  başlayır  anqırmağa.  Stalinin  dostu  tez  qalxır  ayağa  ki,  bəs 
eşşək açıb, gedirəm onun yemini verməyə. 
Stalin gülüb deyir: 
—Ay sağ olmuş, 180 milyon adam acından ölür, heç mənim vecimə deyil, 
sənin bir eşşəyin acıb, narahat olursan. 
..Emin bəyin hərdən belə lətifələr danışmağı olurdu. Amma Bakıdakı ailəsi, 
uşaqları haqda bir söz soruşanda ağrıdan əsəbiləşib deyirdi: o söhbəti qapayın! 
Ölüm xəbərini teleqrafla çatdırdılar bizə. Sabahı günü iyirmiyə qədər adam 
yığışıb  getdik  Ankaraya.  Biz  yola  düşəndə  axşamüstü  idi.  Radio  onun  ölüm 
xəbərini  verirdi.  Dəfnində  çoxlu  adam  iştirak  edirdi.  Hamı  ağlayırdı,  göz  yaşı 
tökürdü... 
İndi  Ankaraya  gedirəm.  İstanbulda  işimi  tam  qurtarmamışam.  Amma  o 
adamlar  Yeni  ildən  sonra  gələcəklər  İstanbula.  Ona  görə  də  vaxtı  itirməməkdən 
ötrü Ankaraya tələsirəm. Ankara həmişə özünə çəkir məni. Türkiyəyə gəldiyim ilk 
gündən  ora  can  atıram.  Çünki  orda  qərib  bir  məzar  var.  Çünki  orda  ömrünü, 
gününü xalqının yolunda şam kimi əritmiş bir azadlıq fədaisinin ruhu yaşayır. Elə 
əslində  onun  o  qərib  məzarını  ziyarətə  gəlmişəm.  Ankaraya  tələsirəm.  Səbrim 
tamam  tükənib.  Avtobusun  nə  zaman  yola  düşəcəyini  həyəcanla  gözləyirəm. 
Nəhayət, avtobus tərpənir. 
Səhər  erkən  Ankaraya  çatıram.  Seyfəddin  Altaylının  bələdçiliyi  ilə 
Azərbaycan Kültur Dərnəyinə gedirəm. İlkin olaraq Məmməd Əmin Rəsulzadənin 
yaxın dostu Məhəmməd Kəngərli ilə görüşmək istəyirəm. Zəng edirik. Saat ikidə 
görüşməyə razılıq verir. 
Məhəmməd  Kəngərlinin  iş  yeri  Mənəkşə  küçəsindədir.  Məhəmməd  bəy 
haqqında  çox  eşitmişəm.  Deyilənə  görə  Məmməd  Əmin  Rəsulzadənin  dünyadan 
köçdüyü  son  anlarda  yanında  olub.  Məhəmməd  bəydən  çox  söhbət  eşidəcəyimə 
ümid edirəm. 
...Məhəmməd bəylə mehribanlıqla görüşürük. Məmməd Əmin Rəsulzadənin 
güllələnmiş  oğlu  Rəsulun,  Azərin,  həyat  yoldaşı  Ümbül  Banu  xanımın  şəkillərini 
ona  verirəm.  Şəkilləri  görəndə  çox  həyəcanlanır.  Xüsusilə  həyatdan  cavan  getmiş 
Rəsulun taleyinə acıyır. Şəklinə dönə-dönə, ağrı ilə baxır. 
Sonra Məmməd Əmin Rəsulzadə ilə bağlı xatirələrini danışır: 
—Emin  bəylə  1942-ci  ilin  martında  tanış  oldum.  O  zaman  Krımda  əsir 
düşmüşdüm,  gətirmişdilər  Berlinə.  Emin  bəy  də  orda  idi.  Emin  bəy  Azərbaycan 
milli  mərkəzinin  sədri  idi.  Sonra  getdim  xidmətə.  Amma  əlaqəmiz  itmirdi. 
Məktublaşırdıq.  Emin  bəy  Hitlerin  «nasionalist»  fikirlərinə  qarşı  çıxırdı,  deyirdi 
bizə Azərbaycanın istiqlaliyyəti lazımdır. 


234 
 
Emin bəy Rumıniyada olanda da onunla görüşürdük. O Buxarestdə idi, mən 
isə  Konstantsa  şəhərində.  Yanına  gec  gələndə  deyərdi:  səndən  nigaran  qalıram, 
Məhmətcik.  Sonra  məni  əsir  aldılar...  1945-ci  ilin  iyul  ayında  Almaniyada  Emin  
bəylə  görüşdük.  1947-ci  ilə  qədər  Emin  bəylə  birlikdə  Almaniyada  qaldıq.  Emin 
bəyin  rəhbərliyi  ilə  «Azərbaycan  Demokrat  Birliyi»ni  yaratdıq.  Məqsədimiz  əsir 
azərbaycanlıları  Rusiyaya  göndərməyə  qoymamaq,  onları  Stalin  gülləsindən  xilas 
etmək  idi.  Çünki  o  zaman  Stalin  əsirləri  aparıb  güllələyirdi.  Biz  isə  onları  xilas 
etməyə çalışırdıq. 
Sonra  Türkiyəyə  gəldik.  Emin  bəy  azərbaycanlıların  yerləşdirilməsi  ilə 
məşğul idi. Biz də onun tapşırığı ilə işləyirdik. 1953-cü ildə Emin bəyin təklifi ilə 
«müsavat» partiyası Ankara komitəsinin sədri seçildi. Yenə Emin bəyin təklifi ilə 
«Müsavat» partiyası mərkəzi komitəsinin üzvü seçildim. 
Emin  bəy  çox  böyük  insan  idi.  Uzun  boyu,  əsmər  saçı,  oval  üzü  vardı. 
Sifətindən nur yağırdı. Son dərəcə xoşniyyət adam idi. Kimsəyə pisliyi keçməzdi. 
Çalışardı ki, hamıya xeyirxahlığı dəysin. Güləndə alçaqdan, xəfifcəsinə gülərdi. 
Emin bəyin bir xasiyyəti də vardı. Bir yerə qonaq çağırılanda hamıdan əvvəl 
gələrdi.  Deyərdi  ki,  gec  gedəndə  oturan  adamlar  ayağa  qalxıb  narahat  olar. 
Diqqətli, çox diqqətli adam idi. 
Emin bəyin hərdən xoş zarafatları da olurdu. Bir dəfə doktor Həmid Ataman 
onun qulağını müalicə edirmiş. Müalicəni qurtarandan sonra soruşur ki, hə, Emin 
bəy, indi necə hiss edirsən özünü? Qulağın sağalıbmı? Emin bəy deyir: — Doktor, 
hələlik  bir  söz  deyə  bilmərəm.  Burdan  çıxan  kimi  gedirəm    Kəngərlinin    yanına. 
Əgər onun dediyini eşidə bilsəm, demək qulağım sağalıb, yox eşidə bilməsəm onda 
sağalmayıb.  Emin  bəy  belə  deyəndə  mənim  astadan,  pıçıltı  ilə  danışmağımı 
nəzərdə tutubmuş. Çünki qabaqlar çox astadan danışan adam olmuşam. 
Emin  bəy  ölümündən  bir  həftə  əvvəl  həyat  yoldaşı  Leyla  xanımla  bizə 
qonaq gəlmişdi. Ayın altısında isə... Yanında idim. Lap yaxında dayanmışdım. Son 
sözü «Azərbaycan» oldu... 
..Sabahı  günü  Məhəmməd  bəy  və  Selcuq  bəylə  birlikdə  Əsri 
məzarıstanlığına—onun  məzarı  üstünə  getməyi  qərara  alırıq.  (Məhəmməd 
Kəngərlinin  Ankarada  mənə  çox  köməyi  dəyir.  Məmməd  Əmin  Rəsulzadə 
haqqında çoxlu    sənədləri, faktları Məhəmməd bəy verir mənə). 
..Əsri məzarıstanlığına gedirik. Qəribə həyəcan  içindəyəm. O qərib məzarla 
görüşümün necə olacağını düşünürəm. 
Bu da  Ankaranın «Əsri» məzarıstanlığı. İkinci qapını açıb içəri giririk.  
Qəmgin və soyuq məzarları görəndə içərimdən  qəribə gizilti keçir. Deyirlər 
ki,  məzarıstanlığın  nəfəsi  ağır  olur.  Haqq  sözdür.  Çünki  həmişə  məzarıstanlığa 
gedəndə 
əhvalımın  dəyişdiyini,  halımın  pozulduğunu  hiss  etmişəm. 
Məzarıstanlığın  qorxusunu  ilk  dəfə  nənəmdən  hələ  uşaq  olanda  eşitmişəm.  İndiki  
kimi   yadımdadır. Əziz  gün  qabağı evimizdə  babamın qəbri  üstünə  gedəcəkdilər. 
Getməyə  bir  gün  qalmış  axşamüstü  yenə  o  söhbəti  edirdilər.  Dedim  ki,  məni  də 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə