Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə110/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   104   105   106   107   108   109   110   111   112

237 
 
Emin bəyi ilk dəfə 1949-cu il fevralın 2-də Azərbaycan Kültur Dərnəyinin I 
qurultayında gördüm. O vaxt Emin bəy Dərnəyin fəxri başqanı seçildi. Yadımdadır 
ki, fəxri başqan  seçiləndə ayağa qalxdı, hörmətlə baş əyib təşəkkürünü bildirdi. 
Bir gün Dərnəyin toplantısında oturmuşduq. Emin bəy üzünü doktor Həmid 
Atamana (Həmid Ataman o zaman Dərnəyin başqanı idi) tutub dedi:—Həmid bəy, 
bu gənclərə də söz haqqı verin, qoyun onlar da danışsın, fikirlərini öyrənin. 
Emin bəyin bu təklifindən sonra toplantılarda biz gənclərə  də söz verməyə 
başladılar.  Rəhmətlik  məndən  tez-tez  soruşardı:  hə,  yeni  bir  şer  yazmamısan  ki? 
Ölümündən  qabaq  Almaniyada  çıxan  bir  dərgidə  yazısı  çap  olunmuşdu.  Həmin 
yazıda mənim də adımı çəkmişdi. 
Emin  bəy  yanvarın  12-də  Azərbaycanın  dünya  dövlətləri  tərəfindən 
tanınması günündə Dərnəyə gələr, bu mühüm hadisədən danışardı. Çox yapışıqlı, 
mehriban rəftarlı insan idi. Ölümündən qırx ildən çox vaxt keçib, amma onun hər 
bir  hərəkəti,  sözü,  xatirəsi  yaddaşımda  qalıb.  Yolu  gedəndə  tələsməzdi,  asta 
addımlarla gedərdi. Makinada da yaza bilirdi. 
Özündən  yox,  başqalarından  eşitmişdim  ki,  bir  dəfə  Yusif  Vəzir 
Çəmənzəminli Fransadan ona məktub yazır, dolanışığının  ağır  olduğunu çatdırır. 
O zaman Emin bəy cibindəki iki qızıl puldan birini Çəmənzəminliyə göndərir. Son 
görüş  isə  martın 5-də xəstəxanada oldu. Əyninə  mavi cizgili paltar geyinmişdi. 
Bizimlə xoş danışdı. Əhvalı yaxşı idi. Sabahı günü gecə ölüm xəbərini eşitdik... 
Emin bəyin ölümü hamımızı ağrıdırdı. 
Feyzi Aküzüm. Türkiyə torpaq məhsulları müəssisəsi BaĢ müdirliyinin 
Yönətim üyərsi: 
- Emin bəylə ilk dəfə 1948-ci ildə tanış oldum. O  vaxta  kimi isə  haqqında 
eşitmişdim. Həmin vaxtlar Emin bəy Türkiyəyə gələn azərbaycanlıları yerləşdirir, 
onlara  şərait  yaradırdı.  Hələ  o  vaxtlar  tez-tez  deyərdi  ki,  belə  dağınıq  halında 
olmaz, bir cəmiyyət qurmaq lazımdır. 
Sonradan  «Azərbaycan»  dərgisini  çıxarmağa  hazırlıq  görəndə  Emin  bəylə 
tez-tez  görüşərdik.  Min  bir  çətinliklə  o  dərgini  çıxardıq.  Dərginin  adını 
«Azərbaycan» olmağını da mən təklif etdim. 1953-cü ilin mart ayı idi. Emin bəyin 
evində söhbət edirdik. Ona dedim: 
—Siz  çox  uzun  illərdir  çalışırsınız,  çoxlu  əsərlər  yazırsınız.  Dəyərli 
fikirlərinizlə  bizi  öyrətmisiniz.  Hər  lider  öz  xalqının  gənclərinə  tövsiyyələr  edir. 
İndiyə  qədər  yazdığınız  əsərlərdə  mən  belə  bir  şeyə  rast  gəlməmişəm.  Biz  və 
bizdən sonrakı gəncliyə deyiləcək bir sözünüz olmayacaqmı? 
Emin  bəy  güldü  və  «yazdıqlarım,  söylədiklərim  istəyinə  cavab  vermirmi? 
Bunların ki, içərisində axtardıqlarını tapa bilərsən»—deyə cavab verdi. 
Mən  dedim:  «Doğru  buyurursunuz,  araşdırdığımız  təqdirdə  tapa  bilərik, 
amma mən gəncliyə istiqamət verən bir sözünüzün olmadığını nəzərdə tuturam». 
Emin bəy daha heç nə demədi, fikrə dalıb uzun müddət düşündü. Sonra biz 
söhbətin istiqamətini dəyişdik. 


238 
 
Vəfatının  ildönümündə,  1956-cı  ilin  martında  çap  olunan  Azərbaycan 
dərgisində  Emin  bəyin  gəncliyə  müraciətini  gördüyüm  zaman  çox  pərişan  oldum. 
Gözlərim  yaşardı.  Dəfələrlə  oxudum  yazını.  O  zamankı  söhbətimizi  Emin  bəyə 
gəncliklə bağlı «niyə bir şey yazmadığını» deməyimi xatırladım. Demək Emin bəy 
sonradan öz tövsiyyəsini ayrıca bir şəkildə yazıb çatdırıb gəncliyə. 
Heydər Atak. Təqaüdçü. Heydər bəylə görüşümüz Milli Kültur Dərnəyində 
oldu. Səmimi bir insandır. Məmməd Əmin Rəsulzadə ilə bir neçə il birgə çalışıblar. 
Heydər bəyin dedikləri: 
—İlk  tanışlığımız  1946-cı  ildə  oldu.  Doktor  İbrahim  Bədəl  dedi  ki,  milli 
hökumətimizin başçısı burda Almaniyadadır, gedək görüşək. Birlikdə gəldik Emin 
bəyin qaldığı evə. Qapını bir qadın açdı. Rusca soruşdu ki, kimi istəyirsiniz? Dedik 
ki, Emin bəyi görməyə gəlmişik. Elə bu zaman içəridən Emin bəyin səsini eşitdik. 
Sonra  içəri  girib  görüşdük.  İlk  tanışlığımız  belə  oldu.  Sonradan  «Azərbaycan 
Demokrat 
Birliyi»nin 
yaradılmasında, 
əsirlərin 
Türkiyəyə 
göndərilib 
yerləşdirilməsində birgə çalışır, tez-tez görüşürdük. 
Almaniyada  olduğumuz  zaman  Emin  bəyin  «Azərbaycan  tarixindən» 
kitabını çap edib yaydıq. O kitabın çap olunmasında çox əziyyətlər çəkildi. 
Müharibədən sonra Emin bəyin əsas fikri düşündüyü azərbaycanlı əsirlərin 
taleyi  idi.  Çünki  Stalinin  Ruzvelt  və  Çörçillə  hələ  Yaltada  ikən  qarşılıqlı 
razılaşmasına əsasən 1936-cı ilə qədərki bütün sovet vətəndaşları sovet hökumətinə 
qaytarılmalıydı. Geri qaytarılanları isə Stalin güllələyirdi. 
Emin  bəy  hər  vasitə  ilə  bu  işə  mane  olmağa,  azərbaycanlı  əsirləri  xilas 
etməyə çalışırdı. 1949-cu ildə gəldik Ankaraya. Gələn kimi bizə yardım göstərdi. 
Emin bəyin xoş hazırcavablığı da vardı. Ömrünün sonlarında şəkər xəstəliyi 
gücləndiyindən    hərdən  tüpürməyə  məcbur  olurdu.  Bir  dəfə  də  yolda  gedəndə 
tüpürür: Bir qadın yaxınlaşıb deyir: heç  inanmaq olmur ki, sizin  kimi adam  yola   
tüpürür:    Emin  bəy  deyir:    «Xanım,  bu  dünyaya  tüpürə-tüpürə  gəlmişik,  tüpürə-
tüpürə də gedirik». 
Dünyadan  köçən  günü  yanında  idim!  Ölümü  hamımızı  yandırırdı.  Acı-acı 
ağlayırdıq. 
ġəfiqə  Ataman.  Təqaüdçü.  Həmid  Atamanın  həyat  yoldaşı  Şəfiqə 
Atamanla  görüşmək  bir  az  çətin  olur,  ünvanını,  harada  yaşadığını  Milli  Kültur 
Dərnəyində  öyrənə  bilmirəm.  Nəhayət,  dostum  Yunus  Lənkəranlı  bu  işi  həll  edir. 
Hardansa  Şəfiqə  xanımın  telefonunu  öyrənir.  Şəfiqə  xanımgilə  İrfan  Nəsrəddin 
oğlu ilə gedirəm. Evləri Ankaranın təzə məhəlləsində olduğundan çətinliklə tapırıq. 
Əvvəlcədən zəng edib danışmışıq Şəfiqə xanımla. 
Bizi  gülərüzlə  qarşılayır.  Əvvəlcə  həyat  yoldaşı  Həmid  Ataman  haqqında 
soruşuram.  Çünki  Həmid  Atamanı  məhz  Məmməd  Əmin  Rəsulzadənin  başçılıq 
etdiyi Cümhuriyyət hökuməti xaricə oxumağa göndərib. Həmid Ataman o zamankı    
azad Azərbaycanın xaricə təhsil almağa göndərdiyi 100 tələbədən biri olub. Şəfiqə 
xanım  danışır  ki,  Həmid  Ataman  Almaniyada  tibb  fakültəsini  bitirdikdən  sonra 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə