Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə109/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   104   105   106   107   108   109   110   111   112

235 
 
aparın qəbir üstünə. Etiraz etdilər ki, səni ora aparmaq olmaz.  İnadkarlıq edib  əl 
çəkmədim ki, məni də aparın. Axır razılaşdılar. Rahat olub yerimə girdim. Yatmaq 
istəyəndə  nənəmin  pıçhapıçla  dediyi  sözü  eşitdim.  «Uşağı  ora  aparmaq  olmaz. 
Qorxar!»  Səhər  yuxudan  ayılanda  gördüm  ki,  mənsiz  qəbir  üstə  gediblər.  O 
zamandan qəbirdən, məzarıstanlıqdan qorxmaq sözü yaddaşıma köçdü.  
...Məzarlara baxa-baxa irəli gedirik. Lap  qabaqda onun bu soyuq  və  qərib 
torpağa  basdırılmağını gözü ilə görən Məhəmməd Kəngərli gedir. Birdən cığırdan 
sola dönüb bir qəbrin yanında   dayanır. Odur, onun məzarıdır. Ömrü, günü zillətdə 
keçən,  bir  xoş  gün  görmədən  dünyaya    göz  yuman,  bütün  işıqlı  həyatı  boyunca 
«Azərbaycan» deyən adamın qəbridir. Özümü saxlaya bilmirəm, məzara sarı atılıb, 
soyuq  daşı  öpürəm.  Gözlərim  dolub.  İçərim  isə  hönkürür.  Həyəcandan  boğulan 
kimiyəm. Ürəyimdən qeyri-ixtiyari sözlər axır: 
«Allah sənə rəhmət eləsin», qəbrin nurnan dolsun. Məzarın üstə gəlmişəm. 
Bilirsənmi  niyə  gəlmişəm?  Gəlmişəm  ki,  sənə  ağrılarımızı,  dərdimizi  danışım. 
Gəlmişəm  deyim  ki,  başımıza  hələ  də  oyunlar  açılır.  Xalqımızın  günahsız 
oğullarının  qanı  axıdılır.  Torpaqlarımız  alınıb  düşmənlərə  verilir.  Varımız, 
dövlətimiz  yadların  əlindədir.  Əzilirik,  qul  kimi  işlədilirik.  Haqqımız  tapdanır. 
Səsimizi eşidən  yoxdur.  Adamlar  torpaqlarından,  dədə-baba  yurdundan  qovulur. 
Evlərimizin  ocağı  söndürülür,  yurdlarımız  xaraba  qalır.  Gəlmişəm  bu  sözləri 
deyəm  sənə.  Deyəm  və  sonra  da  məzarın  üstündə  hönkür-hönkür    ağlayam. 
Düşdüyümüz  bu  fəlakətdən  bizi  qurtarmaq  üçün  canın  fəda  etdin.  Son  nəfəsinə 
kimi    amansız  oldun    onlara  qarşı.  Amma  nigaran  getdin  bizdən.  Çünki  sən 
gedəndə biz manqurt halında ömür sürür, biabırçı, xəcalət təri tökən şüarlarla nəfəs 
alırdıq.  Adını  belə  çəkmək  qadağan  idi  yurdumuzda.  Nə  idi  səbəbi?  Çünki  sən 
hürriyyət  günəşi  idin,  azadlıq  aşiqi  idin.  Çünki  sənin  adının  çəkilməyi  yatanların 
qəflət yuxusundan ayılmağı, qanlı rejim hökmranlarının yuxusuna haram qatılmağı 
demək  idi.  Yox,  adını  qoymazdılar  heç  zaman  çəkilməyə.  Çünki  dediyin  hər  söz 
qorxunc istibdada, xalqı əsarətə və işğalda saxlayan quruluşa qarşı çarpılan qılınc 
zərbəsi idi. Qoymazdılar, bax elə buna görə qoymazdılar adın çəkilsin... 
...Dərdin,  qəmin  ağırlığı  üstümə  çökmüş  halda  məzarın  başına  dolanıram. 
Düşünürəm ki, bu yalnız qərib bir Vətən fədaisinin məzarı deyil, bu dünyada əsarət 
və  işğal  altında  inildəyən  bütün  əsir  xalqların  alovlanan  məşəlidir.  O  məşəl  ki, 
onun nurundan  əsir  xalqlar güc alıb qüvvətlənir, azadlığı  və istiqlaliyyəti  yolunda 
şanlı  mübarizəyə  qoşulur.  Bu  məşəlin  işığını  neçə  illərdir  ki,  qaranlıq  buludlarla 
örtüb  bizdən  gizləyirlər.  Çünki  qorxurlar  bu  məşəldən.  Amma  indi  o  məşəli 
Azərbaycanda  gizlədə  bilməzlər.  O  məşəlin  odu  yenidən  Vətən  torpağına  yayılır, 
xalqı  əsarət  zəncirindən  qurtarmağa  səsləyir.  O  məşəl  alovludur,  günəş  kimi 
zülmətləri  əridəndir.  Qara  qüvvələrin,  xalqın  qanını  soranların  qənimidir.  Özgə 
torpağını işğal edənlər ondan həmişə qorxurlar. O məşəl yanır, o məşəl alovlanır! 
Həmişəlik və əbədi! 


236 
 
...Məzarına baxıram. Mərmər daşların üstündə bu sözlər yazılıb: «İnsanlara 
hürriyyət, millətlərə istiqlal». «Bir dəfə yüksələn bayraq bir daha enməz!» Bu onun 
sözləridir. Elə bütün ömrü boyu bu sözlərin yolçusu oldu. 
 
Məzarın  yanında  xatirə  şəkilləri  çəkdiririk,  sonra  vidalaşıb  məzardan 
ayrılırıq.  Bəli,  vidalaşırıq,  sağ  ol,  salamat  qal  deyirik.  Onun  əməlləri,  xalqının 
istiqlaliyyəti  yolundakı  şərəfli  işi  bu  gün  bizə  gəlib  çatıbsa,  demək  o  sağdır  və 
aramızda yaşayır! 
...Qəbristanlıqdan  çıxanda  qoruqçunu  görürəm.  Düz  qapının  yanında 
dayanıb. Bizimlə mehribanlıqla görüşür. Qoruqçudan soruşuram ki, siz hər günmü 
burda olursunuz? Yaşlı qoruqçu təəccüblənir və qəribə heyrət içində deyir: Bəli, nə 
olub ki? 
Qoruqçuya  baxıram,  nədənsə  bir  söz  demək  istəyirəm  ona.  Eləcə  demək 
istəyirəm ki, o məzardan muğayat ol! Gözlə o qərib məzarı! 
Lakin heç nə demirəm. Sağollaşıb ayrılıram. Amma Ankaradan gedən günü 
bir dəfə də gələcəm bu məzarıstanlığa. 
M.  Ə.  Rəsulzadənin  pasportu.  Sabahı  günü  Məhəmməd  bəylə  yenə 
görüşürük. Məhəmməd bəy çox qiymətli sənədlər verir mənə. Bu sənədlərin hamısı 
Məmməd  Əmin  Rəsulzadənin  bütün  ömrü  boyu  apardığı  «Azərbaycan  davası»nı 
təsdiqləyən  sübutdur.  Amma  bir  sənəd  xüsusilə  maraqlandırır  məni:  Məmməd 
Əmin Rəsulzadənin pasportu. 
Bu  xaricə  getməyi  üçün  verilən  pasportdur.  1954-cü  il  avqustun  24-də 
verilib.  Pasportun  nömrəsi:  383991.  Pasportda  atasının  adı,  harda  və  hansı  ildə 
doğulmağı yazılmaqla yanaşı bəzi maraqlı qeydlər də var. Həmin qeydlər: 
Vəzifəsi—məmur. 
Boyu—1.70. 
Gözünün rəngi—siyah. 
Saçının rəngi—qumral. 
Pasportu aldığı səkkiz ay müddətində Məmməd Əmin Rəsulzadə aşağıdakı 
ölkələrdə  olub:  Almaniya,  İsveçrə.  Gedəcəyi  iki  ölkənin  də  adı  var:  İtaliya, 
İngiltərə.  Bu  ölkələrin  hamısına  o  bir  məqsədlə  gedirdi:  Azərbaycanın  işğal 
olunduğunu  dünya  dövlətlərinə  çatdırmaq,  onları  bir  zaman  müstəqilliyini 
imzalayıb tanıdıqları Azərbaycana köməyə çağırmaq! 
Əhməd  Qaraca.  Azərbaycan  Milli  Mərkəzinin  Baş  katibi.  Əhməd  bəylə 
bizi  tanış  edən  Məhəmməd  Kəngərlidir.  Elə  Məhəmməd  bəyin  iş  kabinetində  də 
Əhməd bəylə oturub söhbət edirik. 
Əhməd bəy deyir: 
—Emin  bəyin  əvvəl  adını  eşitmişdim.  1937-ci  il  idi.  Qardaşım  hüquq 
fakültəsini  bitirmişdi.  Atam  bir  azərbaycanlı  həkimi  qonaq  çağırmışdı  evimizə. 
Söhbət zamanı atam ona dedi ki, doktor, Emin bəyi unutmamaq lazımdır. Atamdan 
soruşdum  ki,  Emin  bəy  kimdir?  Atam  cavab  verdi  ki,  o  Azərbaycanın  görkəmli 
şəxsiyyətidir.  


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə