Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

226 
 
müəllimi  görürəm.  Düşünürəm    ki,  atası  Məmməd  Əmin  Rəsulzadə  də  düz  35  il 
qürbətdən Vətənə belə həsrət içində dayanıb baxıb. 
...Bakı aeroportunda isə ilk gözümə  görünən tanklar, əli avtomatlı əsgərlər 
oldu. 
 
LAHICDA ĠKĠ GÜN 
 
Lahıca gedirəm. Onun burada  keçən günləri ilə bağlı söhbətlər eşitmişəm. 
Bəzən dolaşıq məlumatlar da deyilir. Hər  şeyi öyrənmək istəyi ilə Lahıca gedirəm. 
Lahıcda  ümid bəslədiyim oranın qocalarıdır. Eşitdiyimə  görə  çoxlu  yaşlı adamlar 
yaşayır Lahıcda. 
«Lahıc  gözəl  və  mənzərəli  bir  yerdə  yerləşir.  Hər  yanı  dağlıq,  meşəlikdir. 
Gözəlliyindən  doymaq  olmur.  Lahıcda  ən  çox  ürəyimə  yatan  adamların  qədim 
dədə-baba  adətini  qoruyub  saxlamağıdır.  Elə  Lahıcın  girəcəyindən  burada 
ötənlərimizin  ab-havasının  yaşadığını,  hələ  qaldığını  hiss  edirsən.  Lahıc  həm  də 
gözəl  misgərlik  sənətini  yaşadan  torpaqdır.  Lahıclılar  qonaqpərvər,  mehriban 
camaatdır. 
Yetmiş  il  bundan  əvvəl  qonaqpərvər  lahıclıların  qapısını  bir  adam  döyüb. 
Lahıc camaatı onu da qonaq kimi qəbul edib göz üstə saxlayıblar. 
İndi  Lalıcda  kiminlə  söhbət  edirəmsə,  hamı  onun  Vətəni  işğal  ediləndən 
sonra gəlib burda sığınacaq tapmağından  səmimiyyətlə danışır. Hətta haqlı olaraq 
iftixar  hissi  keçirirlər  ki,  Məmməd  Əmin  Rəsulzadə  məhz  onların  yurduna  etibar 
edib gəlib. 
Lahıcın  qocalarını—onu  görən,  evində  saxlayan  adamları  soraqlayıram.
 
Lahıcın  iki  sakini—Haqverdi  və  Qurbanəli  bu  işdə  böyük  köməklik 
göstərirlər. 
Lahıcın qocaları ötən illərin xoş xatirəsini həvəslə, məhəbbətlə danışırlar. 
Aqil Həsənov, 96 yaşında: 
—«Zəvərə»  məscidində  idik.  Camaat  toplaşmışdı    ora. Mən də  «Təkyə» 
çayı aparmışdım məscidə. Məşədi Səlim dedi ki, bizim evə də gətir. Mən padnosa 
qoyub o çaydan Məşədi Səlimgilə də apardım. Məşədi Səlim qabaqda gedirdi. Mən 
isə  arxada.  İçəri  girəndə  gördüm  ki,  otaqda  iki  nəfər  səliqəli  geyimli,  yaraşıqlı 
qonaq  var.  Bizim  yerin  adamına  oxşamırdılar.  Amma  onlardan  biri  elə  xoş 
görünüşlü, nurlu simalı, yaraşıqlı idi ki, adam valeh olurdu. Yaman əntiqə kişi idi. 
Üzündən  nur  yağırdı...  Sonradan  öyrəndim  ki,  həmin  adam  Məmməd  Əmin 
Rəsulzadə imiş. 
Sona Ələkbərova, 75 yaşında: 
Balaca  uşaq  idim.  Getmişdim  Məmməd  Sadıq  dayımgilə.  Məmməd  Sadıq 
Məmməd Əmin Rəsulzadənin dostu Ağabalanın qardaşıdır. Camaat ona «ərəbəmi» 
deyirdi.  Məmməd  Sadıq  dayımgilin  orta  evlərinin  qapısı  həmişə  bağlı  olardı.  Bir 
dəfə  xəlvətcə  deşikdən  baxıb  gördüm  ki,  lampa  yanır,  içəridə  də  adam  var.  Elə 


227 
 
qapını  açmaq  istəyirdim  ki,  dayı  arvadım  gəlib  qoymadı.  Dedi  ki,  açma,  orda 
əjdaha var. Dedim axı içəridə lampa yanır. Dedi ki, o da əjdahanın gözüdür. Sonra 
otaqdan  çıxıb  bir  müddət  də  zirzəmidə  qalıblar.  Sonradan  bildim  ki,  o  adam 
Məmməd Əmin Rəsulzadə imiş. 
Manaf Süleymanov, yazıçı, 80 yaşında: 
—  Bir  dəfə  anamla  getdik  nənəmgilə.  Bir  az  oturub  çay  içəndən    sonra 
otaqdan    səs  eşidildi.  Mən    həmin    səs  gələn  qonaq  otağına  getmək  istədim.  
Nənəm qoymadı. Anama da acıqlandı. Biz xudahafizləşib gedəndə nənəm  arxadan 
darvazanı  qıfılladı.  Malik  adında  bir  dayım  vardı.  Sonralar  nənəmə  zarafatla 
deyərdi:  «Əgər  pul  verməsən  Məmməd  Əmin  Rəsulzadəni  evinizdə  gizlətdiyinizi 
deyəcəyəm». 
Münəvvər İsmayılova, 84 yaşında: 
—  O  zaman  təxminən  on  üç  yaşım  vardı.  Axşam  vaxtı  Məşədi  Əliabbas 
evimizə gəlib dedi ki,  Kəblə Sultan  (dayımın  adıdır), evimdəki qonaqları satıblar, 
gəlib  tuta  bilərlər.  Gətirmişəm  sizdə  qalsınlar.  Beş  gün  qaldılar  bizdə.  Az 
keçməmiş  tutulmaq  xəbərini  eşitdik.  Sonradan  dayım  gəlib  dedi  ki,  evimizdəki 
qonağı  Stalin  özüylə  aparıb.  Qonağın  Məmməd  Əmin  Rəsulzadə  olduğunu 
sonradan öyrəndim. 
Dayımı onu gizlətməyinin üstündə iki ilə kimi incitdilər. 
 
TÜRKĠYƏYƏ GEDĠRƏM 
 
Uzun  ayların  həyəcan  və  gərginlik  dolu  intizarından  sonra  Türkiyəyə 
gedirəm.  Dostum  Yusif  Gədikli  dəvət  göndərib.  Amma  hələ  Bakıdakı 
görüşümüzdə Yusif bəyə demişdim  ki, Türkiyəyə bir məqsədlə getmək istəyirəm. 
Türkiyəyə  getməkdə  məqsədim  Məmməd  Əmin  Rəsulzadənin  dostları  ilə 
görüşmək, faktlar, materiallar toplamaqdır.  
Batumdakı  gömrükxanada  bir  nəzarətçi  erməninin  xoşagəlməz  rəftarından 
dilxor  olsam  da,  Türkiyə  torpağına  ayaq  basan  kimi  qanqaraldıcı  hadisəni 
unuduram.  Elə  ilk  qarşılaşdığım  adamlardan  mehribanlıq  görürəm.  İlk  gözümə 
dəyən türk polisidir.  Heç yanı tanımadığımdan ona  yaxınlaşıram. Salam verirəm. 
Mehribanlıqla salamımı  alıb  soruşur: 
— Nerədənsən?     
Cavab verirəm ki, Bakıdan. 
Gülümsünərək deyir:     
— Azəri qardaşımızsan ki! 
Sonra əli ilə yuxarı tərəfi göstərib deyir: —Bax, İstanbul o yandadır. Burdan  
maşınla gedirsən  Hopaya. Hopadan hər gün İstanbula avtobus gedir. 
...Taksi  sürücülərinə  yaxınlaşıram.  Danışığımdan  azərbaycanlı  olduğumu 
bilib birisi deyir: 


228 
 
—  Burdan  Hopaya  üç  dollara  aparırlar.  Amma  Azəri  qardaşım  olduğuna 
görə səndən iki dollar alacağam. 
Bir neçə gürcü müştərini də maşına mindirib yola düşürük. 
Qaranlıq çoxdan düşüb. Maşın zülməti yara-yara azad türk torpağı ilə gedir. 
Bütün günü ora-bura qaçmağıma, iki gündür ki, yol gəlməyimə baxmayaraq özümü 
sakit hiss edirəm. Maşındakı maqnitafondan azad türk şərqiləri çalınır. 
...Gecəni  Hopadakı  mehmanxanada  qalıb  səhəri  günü  «Ulusoy»  şirkətinə 
məxsus  yüksək  xidmətli  avtobusla  İstanbula  gedirəm.  Yolun  sağ  tərəfində  Qara 
dənizin  gözəlliyi  görünür.  Avtobus  Türkiyənin  gözəl  şəhərləri  olan  Trabzonun, 
Samsonun, Bolunun içindən ötüb keçir. Arada düşüb çay içirik, çörək yeyirik. Və 
hər yerdə insanları mehriban, səmimi görürəm. 
«Ulusoy»  gecənin  qaranlığı  ilə  şütüyüb  gedir.  «Ulusoy»  İstanbula  aparır 
bizi. 
Səhər  saat  yeddidə  İstanbula  çatırıq.  Bərk  yağış  yağır.  Gözləmə  otağına 
keçirəm.  Gəlməyim  haqqında  Yusif  bəyə  bildirməmişəm.  Əvvəlcədən  kimisə 
narahat  etməyi  xoşlamıram.  Hələ  tezdir.  Gözləyirəm  ki,  bir  az  keçsin  və  saat 
səkkizdə  Yusif  bəyə  zəng  vurub  gəldiyimi  bildirim.  Erkən  zəng  edib  yuxudan 
oyatmaq da istəmirəm. 
Saat səkkizdə Yusif bəyə zəng edirəm, sevinir. Deyir ki, gözlə, gəlirəm... 
...On-on bir yaşlı bir türk oğlan yanımda əyləşir. Soruşur: 
—Abi, müsafirsənmi? 
—Müsafirəm, - deyə cavab verirəm. 
—Mən şeylərinizi aparmaqda sizə kömək yaparam. Nerədənsiniz? 
—Bakıdan. 
—Hə,  abi,  xoş  gəlmisiniz.  Amma  burada  hər  adama  inanmayın.  Bura 
İstanbuldur,  abi,  burda  yaxşı  adamlar  da  var,  pis  adamlar  da.  Sənə  yaxşılıq  da 
edərlər, pislik də.... 
Balaca  türk  oğlan  həvəslə  İstanbulun  «sirrini»  mənə  açıb  danışdığı  zaman 
Yusif bəy içəri girir. Mehribanlıqla qucaqlaşıb görüşürük. 
...Yusif  bəyin  evində  də  eyni  mehribanlığı  görürəm.  Həyat  yoldaşı 
səmimiyyətlə qarşılayır məni. Balaca, beş aylıq qızı Bötül qollarını açıb mənə sarı 
can atır... 
Sabahı  günü  işə  başlayırıq.  İlk  sorağını  aldığımız  adam  Əlirza  Turandır
Əlirza  bəyə  zəng  edirik.  Saat  beşdə  Milli  Kültur  Dərnəyində  bizi  gözləyəcəyini 
deyir. 
Saat  beş  tamamda  Əlirza  bəy  gəlib  çıxır.  Mehribanlıqla  görüşür  bizimlə. 
Əsli naxçıvanlıdır. Müharibədən sonra gəlib Türkiyəyə. Azərbaycandakı vəziyyəti 
soruşur,  bir  az  məlumat  verib,  Məmməd  Əmin  Rəsulzadə  haqqında  xatirəsini 
danışmağı xahiş edirəm. 
Əlirza Turanın xatirəsi: 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə