Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə101/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   97   98   99   100   101   102   103   104   ...   112

217 
 
ilə  birlikdə  Qazaxıstana  sürgünə  göndərilir.  Amma  sürgünə  gedəndə  ürəyi 
Bakıda—həbsxanada işgəncə çəkən oğlu Rəsulun yanında qalır. 
Yazıq qadın  uzaq Qazaxıstanda  çəkdiyi ağrılara, xüsusilə  Rəsulun dərdinə 
dözə bilmir. «Rəsul» deyə-deyə bağrı çatlayıb ölür. 
Ümbül Banu xanım 51 yaşında faciə ilə dünyadan köçəndə 1940-cı il idi. 
Amma  sədaqətli qadın  həmişə həyat  yoldaşı  Məmməd Əmin  Rəsulzadənin 
haqlı yolda olduğunu deyər, onu müdafiə edərdi. 
Qızı  Lətifə  soyuqdan  donub  öldü.  Lətifə  M.  Ə.  Rəsulzadənin  ilk  övladı 
idi. 1912-ci ildə anadan olmuşdu. Atası ilə son dəfə görüşüb ayrılanda 8 yaşı vardı. 
1930-cu ildə Lətifə ailə həyatı qurdu. Üç qızı dünyaya gəldi. Az keçməmiş atasını, 
anasını, qardaş və bacısını itirən Lətifənin öz faciəsi başladı. Əvvəl həyat yoldaşını, 
sonra  da  özünü  və  uşaqlarını  həbs  etdilər.  Lətifə  iki  qızı  ilə  birlikdə  soyuq 
Qazaxıstana  sürgünə  göndərildi.  (Balaca  qızı  Sona  uşaq  sanatoriyasında 
olduğundan  onu  götürə  bilmədilər:  Amma  qızın  sonrakı  taleyindən  bu  günə  kimi 
də heç bir məlumat əldə olunmayıb). Lətifə uzaq Qazaxıstan soyuğuna və işgəncəli 
şəraitə  dözə  bilmədi.  1944-cü  ilin  soyuq  yanvar  gecəsində  qızı  Evşənlə  birlikdə 
həyata  göz  yumdu.  O  biri  qızı  13  yaşlı  Firuzə  səhər  yuxudan  ayılanda  sevimli 
anasını və bacısını ölmüş gördü.... 
Kiçik  qızı  Xalidə  itkin  düĢdü.  Məmməd  Əmin  Rəsulzadənin  kiçik  qızı 
Xalidəni  də  ailəsi  ilə  birlikdə  Qazaxıstana  sürgünə  göndərdilər.  Sürgündə  nənəsi 
Maral  xanımı,  anası  Ümbül  Banu  xanımı  qürbət  torpaqda  dəfn  etdi.  Sonra  yazıq 
qızın  öz  faciəsi  başladı.  1940-cı  ildə  anası  dünyadan  köçəndən  sonra  24  yaşında 
ikən  o  cəhənnəm  ocağından  —  soyuq  və  yad  nəfəsli  Qazaxıstandan  baş  götürüb 
Bakıya  qaçdı.  Nakam  qız  Bakıya  gəlib  çatdı.  Amma  az  keçməmiş  itkin  düşdü. 
İndiyə kimi də harda olduğu bilinmir.  
Oğlu  Rəsulu  on  doqquz  yaĢında  güllələdilər.  Rəsulu  1937-ci  ildə 
Novxanıdakı  bağlarında  gəlib  həbs  etdilər.  Qardaşı  Azərlə  təzəcə  şirin  yuxuya 
gedəndə qanlı pəncələri ilə yazıq oğlanı silkələyib oyatdılar. Rəsul çox savadlı, çox 
da ağıllı oğlan idi.  Rəsulu tanıyanların hamısı onun adı çəkiləndə göz  yaşı tökür, 
ağlayırlar. 
Bibisi qızı Kübra xanımın xatirəsi: 
-  Rəsul    mühasiblik    texnikumunu    qurtarmışdı;    O    zaman  Puşkində 
işləyirdi.  Amma  həmişə  yay    aylarını  Novxanıdakı  bağımızda  keçirərdik. 
Uşaqlıqdan bir yerdə böyümüşdük. Bizi bir-birimizə ad etmişdilər... Amma qismət 
olmadı. 
Rəsulun hələ şer yazmağı da vardı.  
Xalası oğlu Oqtayın xatirəsi: 
- Rəsulla uşaqlığımız bir  yerdə keçib. Rəsul çox zarafatcıl idi. Yadımdadır 
ki,  bizi  başına  yığıb  hərdən  özündən  qorxulu  nağıllar  uydurub  danışar,  sonra  da 
gülməli  lətifələr    söylərdi.    Rəsulun    gözəl    tar    çalmağı    vardı.  Tar  çalmağı 


218 
 
içərişəhərli kor Həsənağadan öyrənmişdi. Rəsulun «Kürdü şahnaz» çalmağı indi də 
yaddaşımdan silinməyib. 
Yaxın qohumu Səyyarə xanımın xatirəsi: 
Rəsul      çox  mehriban,  zarafatcıl  oğlan    idi.  Bir    dəfə  məktəb  dəftərimi 
Rəsula  vermişdim.  Azərlə  Xalidə  dəftəri  cırırlar.  Bu  «münasibətlə»  mənə  bir 
üzrxahlıq məktubu yazmışdı: həmin məktubu özümdə yadigar saxlayıram. 
Məni  bağışla!  İşdir,  bir  dəfə  düşmüş!  Ümidvaram  ki,  məni  dinlərkən 
xəyanət  işi  halal  edəcəksən.  Fəqət,  mənim  o    sağalmaz  vərəqləri,  günahsız  
yarpaqları    heç  də  cırmağa  qabiliyyətim  gəlməzdi.  Lakin  Azər  və  Xalidə  onun 
mənim olduğumu  bilərək cırmışlar. Səyyarə adını eşidəndə   canıma bir ox batır. 
Ölmüş insan dirilməz! Nə edim, çarəm nə? Əfv et. Müqəssirəm! Ey şikəst  əllərim, 
sən o parlaq vərəqləri cırdın». 
Rəsulu 1938-ci il martın 1-də güllələdilər. 
Bacısı  ġəhrəbanu  xanımı  qorxudub  öldürdülər.  Şəhrəbanu  xanım 
Məmməd Əmin Rəsulzadənin yeganə bacısı idi. Bacısını o çox istərdi. Hələ yurdu 
işğal  olunmayanda  Azad  Azərbaycan  hökuməti  zamanında  tez-tez  Novxanıya 
gedər, bacısının əhvalını soruşardı. Amma sonradan... 
Kübra xanım anasını belə xatırlayır: 
«O  qədər  qorxutmuşdular  ki,  anam  dayımın  adını  çəkməyə  belə  qorxurdu. 
Hətta  evimizin  içində  oturub  söhbət  edəndə  deyərdi  ki,  yavaş  danışın,  eşidərlər. 
Divarın da qulağı var». 
Şəhrəbanu  xanımı  qardaşına  görə  sonradan  çox  incitdilər.  Yazıq  arvadı 
«NKVD» işçiləri o qədər sorğu-suala çəkdilər ki, axırda ürəyi dözmədi... Əlli altı 
yaşında dünyadan köçdü. 
Novxanılıları  incidirdilər.  Otuzuncu  illərdə  novxanılıları  çox  incitdilər. 
Gülünc  bir  məntiqlə  deyirdilər:  siz  Məmməd  Əmin  Rəsulzadənin  yerlisisiniz. 
Novxanı  qocaları  ağrı  ilə  danışırdılar  ki,  heç  o  zaman  bizi  işə  də  götürmürdülər. 
Hara  gedirdiksə  pasportumuza  baxan  kimi  başlarını  bulayıb  deyirdilər: 
novxanılısınız, Məmməd Əmin Rəsulzadənin yerlisisiniz. Olmaz!. 
 
YOLUM QAZAXISTANA —KARAQANDAYADIR 
 
Eşitmişəm ki, bir oğlu sağ qalıb,  Karaqandada yaşayır. Bu xəbəri eşidəndən 
Karaqandaya getmək haqqında düşünürəm. Nəhayət, belə imkan yaranır. 
Bakının qaranlıq bir axşamında «TU-154» təyyarəsi Karaqandaya istiqamət 
götürür.  Bu  təyyarə  üç  saatdan  sonra  məni  Karaqandaya  —Məmməd  Əmin 
Rəsulzadənin  yeganə  sağ  qalan  oğlu  Azərin  əlli  üç  ildir  ki,  sürgündə,  qürbətdə 
yaşadığı bir şəhərə çatdıracaq... 
 
 
 


219 
 
ƏLLĠ ÜÇ ĠL QÜRBƏTDƏ 
 
«Bayatı-Şiraz»ın  kədərli  musiqisi  dalğa-dalğa  yayılıb,  yarıqaranlıq  otağa 
dolurdu.  Ağsaçlı  qoca  içindən  qopan  sonsuz  ağrıları,  dünyanın  bu  amansız 
gərdişində  itirdiyi  atasını,  anasını,  qardaşını,  bacısını,  53  il  ayrı  düşdüyü  yurdunu 
yada salıb tarın ecazkar dili ilə dərdli-dərdli danışırdı. 
«Bayatı-Şiraz» çalırdı...Qəfildən tarı sinəsindən endirib üzümə baxdı: 
—Daha çala bilmirəm... 
Stolustü  lampanın  işığı  qocanın  üzünü  işıqlandırır  və  gözlərinin  yaşla 
dolduğunu  görürəm.  Bir  az  dayanır,  sonra  yenidən  tarı  sinəsinə  qaldırır.  Yenə 
«Bayatı-Şiraz» çalır. Bu dəfə  az, lap az çalır, hiss edirəm  ki,  dərdin ağırlığından, 
həyatda  itirdiyi  adamların  göynək  həsrətindən  bədəni  əsim-əsim  əsir.  Tarı  bir 
kənara qoyub doluxsunmuş halda deyir:  
—Yox, çala bilmirəm... 
Uzaq  Qazaxıstan  elində,  Karaqanda  şəhərinin  bu  qaranlıq  gecəsində 
«Bayatı-Şiraz»  çalıb  ağlayan  qocanın  dönük  taleyini  düşündükcə  qəlbim  parça-
parça olur. 
Düz  53  ildir  ki,  doğma  Azərbaycanından  uzaqlarda  yaşamaq 
məcburiyyətində  qalmış  bu  yetmiş  yaşlı  qoca  xalqımızın  mənəvi  atası  Məmməd 
Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. 
Dediklərimə  əvvəlcə  inanmır,  təəccüblənir.  Sonra  Bakıdan  apardığım 
sənədləri,  şəkilləri,  qəzetləri,  «Azərbaycan  Demokratik  Respublikası»  kitabını 
göstərirəm.  Qəribə  maraq  içərisində    materiallara  baxır.    Qəzetdə  atasının  böyük 
şəklini görəndə diksinən kimi olur. Bir az da yaxından, diqqətlə baxır şəklə. Hansı 
hissləri keçirdiyini bilmirəm.Tamam tutulmuş haldadır.  
Sonra dərindən köks ötürür: Ehtiyatla soruşur: 
—Bəs hökumət necə baxır bu işə? 
—Hökumət də axır ki, icazə verdi, — deyə qəzetdəki  qərarı göstərirəm. 
Azər  müəllim  təəccüb  içində,  fikirli-fikirli  deyir:  —  Qəribədir,  çox 
qəribədir... 
Sonra ötən günlərin söhbətinə başlayır.. 
Atası Məmməd Əmini  xatırlamır. Atası onunla görüşüb vidalaşanda iki ay  
imiş  ki, dünyaya göz açıbmış. Qaranlıq bir  gecədə  atası  evə  gəlir.  Hamı  ilə 
görüşdükdən  sonra  beşikdə  dünyanın  qovğasından  xəbərsiz  yatan  körpə  oğluna 
yaxınlaşır. Üzünü həyat yoldaşına tutur: 
—Nə qoymusunuz bu uşağın adını? 
Ümbul  Banu  xanım deyir ki, bəs adını Əliheydər qoymuşuq.  
Məmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir: 
—Yox, bu, Əliheydər olmayacaq. Bu Azəri oğludur: Azər olacaqdı bu. 
Məmməd  Əmin  oğlu  Azərlə  belə  görüşüb  ayrılır.  Və  onlar  bir  daha 
görüşmürlər. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə