Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə100/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   96   97   98   99   100   101   102   103   ...   112

214 
 
məhkumu  bütün  millətlər  və  o  cümlədən  Qafqasiya  xalqları  və  xüsusilə  Sovetlər 
Birliyində yaşayan bütün müsəlmanlar üçün böyük bir itkidir...» 
 
MATƏM MƏKTUBLARI, MATƏM TELEQRAMLARI 
 
«Azərbaycan milli mərkəz başqanına polşalıların «Prometey» qrupu istiqlal 
uğrunda  mübarizə  aparan  Azərbaycan  və  Qafqasiya  qardaş  millətləri  ilə  birlikdə 
Məmməd Əmin Rəsulzadənin ölüm kədərinə qoşulur. 
Milli  Polşa  Emin  bəyin  şəxsində  səmimi  bir  dostunu  itirmişdir.  Onunla 
böyük  dostluğumuz  müştərək  «Prometey»  fikrini  qavrayış  zəmini  üzərində  və 
«fərdlərə  hürriyyət,  millətlərə  istiqlal  uğrunda»  yorulmadan  aparılan  mübarizə 
sahəsində yaranmış və davam etmişdi. 
Emin  bəy  həyatının  və  qələminin  məhsulu  olan  əsərlərində  və  dostlarının 
qəlblərində əbədi surətdə yaşayacaqdır. 
Polşalıların «Prometey» klubunun sədri: 
Setsel. 
(16 mart, 1955)». 
«Azərbaycan milli mərkəzi! 
Möhtərəm bəylər! 
Lideriniz Məmməd Əmin Rəsudzadənin ölümü biz ukraynalıları son dərəcə 
pərişan  etdi.  Bu  münasibətlə  başsağlığımızı  ərz  edirik.  Təəssüfümüz  ona  görə 
sonsuzdur ki, mərhum hər zaman Ukrayna millətinin böyük dostu olmuş və bizimlə 
daima  yaxınlıq  etmişdir.  Başsağlığımızın  mərhumun  ailəsinə  bildirilməsini  xahiş 
edirik. 
D ə r i n hörmətlə: 
Pan-Amerikan Ukrayna konfransı, direktor: 
Doktor V. Şandor—Nyu-York». 
«Azərbaycan  jurnalı  yazı  heyətinə,  əziz  və  möhtərəm  vətəndaşlarım,  milli 
mübarizimiz  Məmməd  Əmin  bəyin  ölüm  xəbərini  dünən  böyük  bir  kədərlə 
öyrəndim;  Bütün  Azəri  mühacirətinin  hiss  etdiyi  böyük  kədərə  candan  iştirak 
edirəm.  Mərhumun  ailəsinə,  Məmməd  Əli  bəyə  və  hamınıza  dərin  kədərimi 
bildirirəm. 
İtkiniz nə qədər ağır olmuşsa da Məmməd Əmin bəyin uzun illər boyunca 
heç durmadan yürütdüyü milli davamızı davam etdirməliyik. Başınız sağ olsun! 
Hörmətlə: Ceyhun Hacıbəyli. 
 (Paris)». 
«Azərbaycan Dərgisinə! 
Parisdə  yaşayan  bütün  azərbaycanlı  həmyerlilərimizlə  birlikdə  Məmməd 
Əmin Rəsulzadənin vəfatına dərin kədərimizi bildirir və   ailəsinin  kədərinə şərik 
oluruq. 
Şeyxülislam. (Paris)». 


215 
 
«Azərbaycan Kültur Dərnəyi sədrinə! 
Ankara 
Böyük  türklük  aləminin  milliyyətçi  liderlərindən  birini  də  möhtərəm 
Rəsulzadənin    şəxsində  itirmiş  olmaqla  kədərimiz  sonsuzdur.  Yolunu  davam 
etdirməklə təsəlli tapa bilərik. Hamımızın başı sağ olsun! 
Doktor Həbib Əkinçi doktor Hüseyn Dağıstanlı». 
«Leyla Fəsulzadə 
Ankara 
Emin  bəyin  vəfatı  xəbəri  bizi  çox  kədərləndirdi.  Dərdinizə  candan  şərik 
olur, sizlərə uzun ömürlər diləyirik. 
Doktor Mirzalı (Elbistan)»  
M. Ə. Rəsuloğlu 
Ankara 
Böyük matəminizdən kədərləndiyimi bildirirəm. 
Xalid Tanrıqulu». 
«Məmməd Əli Rəsulzadə bəy 
Ankara 
Böyük liderimiz  hörmətli Məmməd Əmin  Rəsulzadənin ölümünü radiodan 
eşitdim. Ələm və iztirablarınıza göz yaşlarımla qoşuluram. 
Q a r s, Qiyas Alkazak». 
«Hörmətli Leyla Rəsulzadə 
Ankara 
Sevgili Emin ölümü hamımız üçün böyük bir matəmdir. Acılarınıza candan 
şərik olur, tanrıdan səbir diləyirik. 
Gülnar və Mahmud Saoryurdlu». 
..Bütün türk elləri yas içindəydi. Dünyanın bütün hürriyyət və azadlıq sevən 
adamları  matəmə  bürünmüşdü.  Uzaq-uzaq  ellərdən  saysız-hesabsız  matəm 
məktubları,    teleqramları  axıb  gəlirdi  Ankaraya.  Yalnız  bir  yerdən  səs  soraq  yox 
idi: Vətəni Azərbaycandan! 
Bəs  1955-ci  ilin  matəm  günlərində  Vətəni  Azərbaycanda  xalqın  başı  nəyə 
qarışmışdı ki, onun ölümünə səslənmirdilər? 
Bəli,  o  zaman  xalqı  bərk  məşğul  idi.  Xalq  çörəyini,  suyunu  belə  unudub 
böyük sürətlə kommunizmə gedirdi. Öz «şanlı əməlləri» ilə fəhlə sinfinin tarixinə 
«parlaq»  səhifələr  yazırdı.  Xalq  səhərdən  axşama  kimi  çalışıb  beşillik  planı  üç-
dörd  ildə  yerinə  yetirirdi.  Xalqın  başına  dəvə  dərisi  çəkib  onu  manqurtlaşdırmış, 
kökündən, soyundan uzaq salmışdılar. Doğma anasını tanıya bilməyib, oxla vurub 
öldürən  manqurt  ona  bir  zamanlar  azadlıq  və  istiqlaliyyət  işığı  gətirmiş  adamı 
xatırlaya  bilərdimi?  Xeyir,  bu  qətiyyən  mümkün  olan  iş  deyildi!  Xalq  «işıqlı 
kommunizmə»  gedirdisə,  Məmməd  Əmin  Rəsulzadəni  nədən  ötrü  xatırlayıb  yada 
salmalı idi ki? 


216 
 
...Amma  həmin  vaxt,  1955-ci  ilin  o  matəmində  uzaq  Qazaxıstanda  qəribə 
hadisə baş verdi... 
Qazaxıstan. Dövlət Təhlükəsizliyi Komitəsində. Bir gün cavan və yaraşıqlı 
bir adamı ölüm nəfəsi saçan bu qorxulu yerə çağırıb diqqətlə ona baxdılar. Dedilər: 
— Xəbərin varmı ki, atan Məmməd Əmin Rəsulzadə Türkiyədə vəfat edib! 
Onun  ölümünə  sevinirsən,  yoxsa  kədərlənirsən?  Həmin  adam  Məmməd  Əmin 
Rəsulzadənin oğlu Azər idi. 
 
AĠLƏSĠNĠN FACĠƏSĠ 
 
Anası  Maral  xanım  acından  öldü.  Maral  xanım  Məmməd  Əmin 
Rəsulzadənin ögey anası idi. Əsl anası  Ziynət xanım  vaxtsız vəfat etdiyindən atası 
Maral  xanımla  həyat  qurmuşdu.  Maral    xanım  onların  çox  əziyyətini  çəkmişdi. 
Məmməd Əminə və Şəhrəbanuya həmişə doğmalıq göstərmişdi. 
1937-ci ildə onu da həbs etdilər. Yazıq arvad Stalini nəzərdə tutub onu həbs 
edənlərə  deyirdi:  —  Gedin  o  bığlı  oğlana  deyin  ki,  Maral  arvadı  həbs  etmişik.  O 
adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən. 
28 gün qatarda sürgünə gedən Maral arvad yolda çörək yemədi.  Elə hərdən 
qəndi  suya  batırıb  sümürürdü.  Dindar  adam  idi.  Qazaxıstana  çatanda  da  çörək 
yeməyib.  Deyib  mən  ac  qalaram,  amma  kafirlərin  çörəyini  yemərəm.  Bir  müddət 
Bakıdan gətirdiyi əncir qurusu ilə dolanandan sonra Maral arvad acından öldü.  
Həyat  yoldaĢı  Ümbül  Banu  xanımın  bağrı  çatladı.  Ümbül  Banu  xanım 
Məmməd Əmin  Rəsulzadənin həyat yoldaşı olmaqla bərabər doğmaca əmisi  qızı 
idi.    1937-ci    ildə  Rəsulu,  sonra  da  gəlib  özünü  və  qalan  uşaqlarını    həbs  etdilər.  
Günahsız qadını üzüntülü sorğu-suala tutdular: 
İstintaq materiallarından: 
Deyin  görək  həyat  yoldaşınız  Məmməd  Əmin  Rəsulzadə  hazırda  harada 
yaşayır? 
«—  Həyat  yoldaşım  Məmməd  Əmin  Rəsulzadə  1920-ci  ildən  xaricdə—
Türkiyənin   Konstantinopol şəhərində yaşayır. 
—Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə? 
—1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 
dollar məbləğində  göndərilən pul kağızı aldım. Bundan  sonra heç bir  yazışmamız 
olmadı. 
—Nəyə görə ərinizlə yazışmağa son qoydunuz? 
—Yazdığı  məktublarda  həyat  yoldaşım  uşaqlardan  narahat  olduğunu 
bildirirdi  və  uşaqları  təhlükədə  qoymamaq  üçün  biz  onunla  məktublaşmamağı 
qərara aldıq... 
Bu  sorğu-sualdan  az  sonra  «NKVD»  serjantı  erməni  Bağdasarovun 
təqdimatı  və  erməni  serjantı  Markaryanın  razılığı  ilə  Ümbül  Banu  xanım  uşaqları 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə