Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

69 
 
təmiz  havasını  bu  şəhərdə  udmuşdu.  O  zaman  böyük  həsrətlə,  içərisində  qəribə 
qibtə hissi ilə İstanbulda yaşamışdı. Və həmişə də düşünmüşdü: türklər xoşbəxtdir, 
elə  ona  görə  xoşbəxtdir  ki,  özgə  əsarətinə  düşməyiblər,  öz  torpaqlarının 
sahibidirlər.  O  zaman  qəlbindən  xoş  istək  keçmişdi:  Elə  bir  gün  olacaqmı  ki, 
Azərbaycan da belə azad, hər istismardan uzaq ömür yaşayacaq? 
Bunlar  altı-yeddi  il  əvvəlin  xatirələri  idi.  İndi  hər  şey  dəyişmiş,  zaman, 
şərait  başqalaşmışdı.  İndi  ən  böyük  arzusu  həyata  keçirdi—Azərbaycan  öz 
istiqlalını  elan  etmişdi.    İlk  müvəffəqiyyət  də  qazanılmışdı.  Batumda  Türkiyə 
dövləti  ilə  uğurlu  danışıq  olmuş  və  Türkiyə  hökuməti  Azərbaycana  hərbi,  əsgəri 
yardım  göstərməyə  razılıq  vermişdi.  İlk  addım  atılmışdı.  Amma  Bakı  yadlar 
hökmranlığında  əzab  çəkirdi.  Azərbaycanın  düşünən  başını  düşmən 
məngənəsindən xilas etmək lazım idi. 
İndi bütün ümid Türkiyəyə idi... 
İstanbulda  olanda  xoşagəlməz  hadisələr  baş  verdi.  Məlum  oldu  ki, 
bolşeviklər  hökuməti  ilə  Almaniya  arasında  Azərbaycanın  varlığına  qara  bir  xətt 
çəkən Brest-Litovsk sülhü (1918-ci il, 27 avqust) imzalanıb. 
Həmin    xəbər  Məmməd  Əmin  Rəsulzadəni  çox  sarsıtdı.  O,  ağrılı-ağrılı 
düşünürdü:  Demək  Lenin  niyyətindən  əl  çəkmək  istəmir,  köhnə  Rusiyasının 
siyasətini  yeridir.  Çar  imperiyasının  əvvəlki  qorxunc  planlarını  həyata  keçirir. 
Azərbaycanı  Rusiyanın  ayrılmaz  bir  hissəsi  kimi  tanıyır.  Müstəqilliyimizi  qəbul 
etmək fikrində deyil. Dostu Şaumyanın hökmranlığına son qoyulub Bakıda. Amma 
bolşevik və daşnak tör-töküntüləri hələ Bakının sərvətinə ağalıq edirlər. İngilislər 
də gəlib Bakıya dolublar. Bakıda vəziyyət qarışıqdır. Şaumyandan əli üzülən Lenin 
isə Bakı neftini asan yolla əldə saxlamaq fikrindədir. Bəs nədir asan yol? Almaniya 
ilə dil tapmaq. Almaniya Bakı neftinə sahib olmaqda maraqlıdır. Onun bu istəyini 
asanlıqla həyata keçirmək olar. Bakı neftinin dörddə birini Lenin Almaniyaya vəd 
etməklə  əslində  Azərbaycan  üzərindəki  hökmranlığını  bərpa  edirdi.  Yox,  Leninə 
bu fitnəkar oyunu həyata keçirmək imkanı vermək olmaz. Qəti şəkildə vəziyyətdən 
çıxış yolu tapılmalıdır. İşin belə gedişi Azərbaycanın müstəqilliyini məhvə aparır. 
Bu almanlar da qəribə siyasət yürüdürlər. Gürcüstanın müstəqilliyini qəbul edirlər, 
Azərbaycanı isə Əhməd bəy demişkən  «bir tənəkə qaz yağına satırlar». Yox, belə 
olmaz. Vəziyyətdən xilas olmaq gərəkdir. 
...Bütün  Türkiyədə  narahatlıqdır.  Hər  yerdə  gedən  söhbətin  yalnız  bir 
mövzusu  var:  Brest-Litovsk  sülhü.  Türkiyə  qəzetləri  bu  haqda  yazır,  geniş 
müzakirələr açırlar. 
«İqdam» qəzeti 1918-ci il 2 sentyabr nömrəsində yazır:  
«...Almaniya  ilə  Rusiya  arasındakı  müzakiratın  nəticəsi  ciddi  bir  həyəcan 
ortalığa çıxarıb.... 
...Bizim bu halda alman dostlarımızdan sorulacaq bir sualımız var: 
—  İndiyə  kimi  hərbi  ümuminin  ən  ağır  yükünə  —cüssə  və  qüvvətinə 
nisbətlə  Türkiyə  yükləndi.  Öylə  olduğu  halda,  Türkiyə  son  hərblərdə  yalnız  öz 


70 
 
nöqteyi-nəzərini təqib etsəydi, hər halda neft yağından çox böyük mənfəətlər və bu 
günkü  Rusiya  ilə  sülh  sazişi  məcburiyyətindən  çox  daha  böyük  və  həyati 
məcburiyyətlərlə 
müttəfiqinin 
mənfəətini 
fəda 
eyləsəydi, 
əcəba  məzur 
görüləcəkmiydi?» 
Məmməd  Əmin  Rəsulzadə  narahat  və  həyəcanlı  günlər  keçirirdi.  Türkiyə 
hökuməti  rəhbərləri  ilə  hər  gün  danışıqlar  aparır,  Azərbaycanı  bu  bəladan 
qurtarmağa  çalışırdı.  Faktlar  bu  oyunun  Rusiya  tərəfindən  başlandığını  sübuta 
yetirmişdi.  Çünki  Lenin  hökuməti  Türkiyəyə  Qafqazdan  çəkilib  getməsi  barədə 
işarə etmişdi. 
Osmanlı  dövləti  Azərbaycanı  müstəqil  dövlət  kimi  tanıdığını  bildirirdi. 
Amma  bolşeviklər  hökuməti  hiyləgər  siyasətə  keçərək  Almaniya  ilə  bazar 
açmışdılar. Azərbaycanı hərraca qoymuşdular. Belə razılığa gəlmişdilər ki, (Brest-
Litovsk  sülhünün  sazişinə  əsasən)  Qafqazda  «üçüncü  bir  dövlətin»  ordusu 
olmamalıdır.  (Şübhəsiz  ki,  türk  qoşunları  nəzərdə  tutulurdu.)  Almaniya 
Azərbaycanın  bütün  zəngin  neft  yataqlarının  düz  Kür  sahilinə  qədər  Rusiyaya 
verilməsinə  razılığını  bildirir,  bunun  müqabilində  Bakı  neftinin  yarısını  ona 
göndərirdilər. 
Brest-Litovsk sazişi belə təhlükəli sövdələşmə idi. Bakını itirən Azərbaycan 
yaşaya bilərmi? Xalqın ən böyük sərvəti neftdir. Onu isə neftdən məhrum edirlər. 
Axı Lenin hansı haqla Bakı neftinə sahib olmalıdır? Hər xalq özü öz müqəddəratını 
həll  etməlidir  deyən  Lenin  nə  istəyir  bu  xalqdan?  Niyə  onu  öz  halına  buraxmır? 
Bəs  almanlar  bu  çirkin  işə  niyə  qol  çəkirlər?  Axı  Brest-Litovsk  sazişində  özləri 
bildirirlər  ki,  «hər  millət  öz  müqəddəratını  özü  təyin  etməlididir».  Əl  çəkmirlər, 
camaatı əsarət içində boğmaq istəyirlər. Yalnız bir əqidələri var: kiçik xalqlar azad 
yaşaya bilməz. Onlara həmişə hansısa böyük xalq himayədarlıq etməlidir. Bakının 
isə faciəsi neftindədir. Bu qızıl sərvət hamının gözünü qamaşdırır, onu özünün əsiri 
edir. 
Düşünürdü.  Narahatlıq,  həyəcan  içində  çırpınırdı.  Türk  qəzetləri  isə  onu 
sakit  buraxmır,  vəziyyətdən  çıxış  yolunu  necə  gördüyünü  soruşurdular.  Hamının 
marağı  onda—yeni  qurulmuş  azad  Azərbaycan  hökumətinin  otuz  dərd  yaşlı 
başçısında idi. 
Həmin  vaxtlar  Türkiyənin  «İqdam»  qəzeti  Məmməd  Əmin  Rəsulzadənin 
mövqeyi barədə yazırdı: 
«Almaniya  ilə  Rusiya  arasındakı  bu  müqavilə  dolayısı  ilə  ortaya  çıxan 
məsələdə ən ziyadə əlaqədar olan Azərbaycanın şəhərimizdəki mürəhhəsi və Milli 
şura rəisi Rəsulzadə Məmməd Əmin bəyə mühərrirlərimizdən biri müraciət edərək 
fikrini sordu. 
Məmməd Əmin bəy Almaniyanın Rusiyaya Azərbaycanın və Ermənistanın 
istiqlalını qəbul etdirməmiş olduğunu bir ağiz tələkki etməklə bərabər, bu əczə kail 
bulunmadığını,  Almaniyanın  Litva,  Estoniya  aqibətlərini  təyin  etdiyi  şəkildə 
Rusiyaya  qəbul  etdirmiş  olduğunu  sənələrdən  bəri  uğratdığı  daxili  işləri  ilə  bitəp 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə