Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

67 
 
Azərbaycan  hökuməti  asayişin  bərpası  üçün  Türkiyədən  kömək  istəmək  haqqını 
qazanırdı. 
Bakının xilasına az qalırdı... 
Yaradılan milli hökumət Gəncəyə gəlmişdi. 
1918-ci  il  iyunun  17-sidir.  Gündüz  saat  ikidir.  Milli  şuranın  sayca 
yeddinci—Gəncədə  isə  ilk  iclası  keçirilir.  İclası  sədr  Məmməd  Əmin  Rəsulzadə 
açır: 
«Əfəndilər,  fövqəladə  vəziyyət  şəraitində,  ağır  və  məsul  bir  vaxtda  milli 
şuranın  iclasını  açıram.  Bu  günkü  sualların  müzakirəsində  vəziyyətin 
fövqəladiliyini  və  məsuliyyətli  olduğunu  başa  düşüb,  hissə  qapılmadan 
soyuqqanlılıq göstərməliyik. 
...Sonra   inanıram   ki,  şəraitin  əhəmiyyətini  nəzərə alıb irəli sürdüyünüz 
qərarlarda  vətənin  və  millətin  mənafeyinə  üstünlük  verəcəksiniz.  Və  bununla  da 
patriotluğunuzu sübut edəcəksiniz». 
Məmməd  Əmin  Rəsulzadənin  sədrlik  etdiyi  bu  iclas  heç  də  sakitliklə 
keçmədi.  Türk  qoşunlarının  Azərbaycana  dəvət  olunmasında  müxtəlif  mövqelər 
meydana  çıxdı.  Bəziləri  çıxış  edib  göstərdilər  ki,  Nuru  Paşa  heç  də  Azərbaycan 
müstəqilliyini  tanımaq  istəmir.  İclasda  gedən  o  qızğın  mübahisəni  Aslan  bəy 
Səfikürdski başladı. 
Aslan bəy Səfikürdski; 
«...Təəssüflər  olsun  ki,  Paşa  bizim  soveti  və  hökuməti  buraxıb,  öz  istədiyi 
bir hökumət qurmaq istəyir». 
Məmməd Əmin Rəsulzadə onun dediklərinə müdaxilə edir: 
«Paşanın bu işə heç bir qarışacağı yoxdur». 
Aslan bəy davam edir: 
«Qorxuram  ki,  həmin  yol  xalqı  xilas  etməsin  və  bizi  bəlalarla  üzləşdirib 
camaatda türklərə ümidsizlik doğursun». 
Xarici İşlər naziri Məmməd Həsən Hacınski; 
«Biz  fikrimizi  müəyyənləşdirmişik.  Onlar  yalnız  hərbi  işlərlə  məşğul 
olacaqlar.  Onlar  həqiqətən  də  müstəqil  Azərbaycan  hökumətinin  yaradılmasını 
istəyirlər». 
Nəsib bəy Yusifbəyli; 
«...Aydındır  ki,  Paşa  və  Osmanlı  hökuməti  müstəqil  Azərbaycan 
hökumətinin  qurulmağını  istəyirlər.  Onlar  bizim  işlərimizə  qarışmaq  fikrində 
deyillər...» 
Aslan  bəy  Səfikürdski  türklərin  gəlməyinin  əleyhinə  deyildi,  onu  narahat 
edən Nuru Paşanın dövrəsindəki bəzi adamlardan şübhələnməyi idi. Və Aslan bəy 
yaxşı başa düşürdü ki, Azərbaycanın xilası, nicatı Türkiyədədir, türk ordusundadır! 
Həmin  o  yığıncaqda,  azad  hökumətin  Gəncədə,  Azərbaycan  torpağında 
keçirilən  ilk  toplanışında  istiqlaliyyət  nəfəsi  ilə  qanadlanan  Məmməd  Əmin 
Rəsulzadə hamını heyrətdə qoyan, dəfələrlə alqışlarla kəsilən parlaq bir çıxış etdi. 


68 
 
Bu  çıxışı  ilə  adamların  qəlbinə  inam  hissi  doldurdu,  başladıqları  böyük  işin 
əhəmiyyətindən  danışdı.  Və  zaldakılar  bu  cavan,  otuz  dörd  yaşlı  adamın  ağlına, 
məntiqinə,  hadisələrin  xarakterini  düzgün  anlamaq  bacarığına  heyran  kəsildilər. 
Bildilər ki, onu hökumətin başçısı seçəndə yanılmayıblar. 
Məmməd  Əmin  Rəsulzadə  azad  Azərbaycan  hökuməti  qurulandan  sonra 
doğma torpağı Gəncədə keçirilən ilk iclasda bu sözləri söyləmişdi: 
«Əfəndilər»,  hələ  səhər  iclasını  açanda  indiki  şəraitin  necə  əhəmiyyətli 
olduğunu xatırlatmışdım. Qəbul etdiyiniz qərarların tarixi məsuliyyətinin dözülməz 
ağırlığını  Fətəli  xan  Xoyskinin  yaratdığı  hökumətin  çiyninə  atdınız.  Dünya 
müharibəsindən  və  Rusiya  inqilabından  doğulub,  siyasi  həyata  ilk  addımını  atan 
Azərbaycan  idealı  hazırda  sözlə  deyilə  bilməyən  gərgin  anlar  keçirir.  Bu  yeni 
doğulmuş  siyasi  türk  övladı  böyüyüb  yaşa  dolacaqmı,  başqa  xalqlar  arasında  yer 
tutacaqmı? Yoxsa sısqa uşaq kimi məhv olacaq?... 
...Əfəndilər,  demək  istəyirəm  ki,  Azərbaycan  hətta  indi  Qafqazda  ən 
azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!... 
...Əfəndilər!  Mən  sizdən  özümə  qarşı  yalnız  hörmət  və  ehtiram  hiss 
etmişəm. İndi sizinlə, əziz yoldaşlarımla ayrılarkən mənə etibar etdiyiniz vəzifənin 
icrasındakı  bəzi  nöqsanları  bağışlamağınızı  xahiş  edirəm.  Əfəndilər,  ayrılmaq 
zamanı  yaxınlaşır  və  qardaş  kimi  bir-birimizdən  ayrılırıq  və  ayrılıq  məqamında 
inanırıq  ki,  allahın  köməyi  ilə  tezliklə  Bakıda—Azərbaycanın  paytaxtında 
keçirəcəyimiz  təsis  yığıncağında  görüşəcəyik.  Azərbaycana  eşq  olsun!  Türk 
xalqına eşq olsun!» 
Ayrılıq  məqamı  gəlib  çatmışdı.  Qədim  Gəncədən,  Azərbaycanın  istiqlalını 
elan  etmiş  və  bu  yolda  canlarından  keçməyə  hazır  olan  dostlarından  ayrılırdı. 
Hamısının  gözündə  sevinc,  təbəssüm  işığı  parlayırdı.  Göz  yaşını  saxlaya 
bilməyənlər  də  vardı.  Bu  adamlar  vətənin  azadlıq  qapısı  astanasında  dayandığını 
görür  və  həyəcandan  ağlayırdılar.  Geriyə  qayıtmaq  istəmirdilər.  Geridə  bataqlıq, 
üfunət vardı. Ümid işığı qarşıda yanırdı. Onun istisinə tələsirdi hamı. 
Ümidlə, məhəbbət və həyəcanla ona baxırdılar. Onun bu gedişindən çox şey 
asılı  idi.  Ölüm  təhlükəsi  altında  qıvrılan,  can  verən  vətəni  o  bu  gedişiylə  qurtara 
bilərdi. 
Qucaqlaşıb  ayrıldılar.  Nəsib  bəy,  Fətəli  xan,  Məmməd  bəy...  İşıqlı,  nurlu 
gözləri ilə ona «uğurlu yol» dilədilər, xeyir-dua verdilər. 
Azad  Azərbaycan  hökumətinin  başçısı  Məmməd  Əmin  Rəsulzadəni 
Türkiyəyə—İstanbula  yola  salırdılar.  İstanbulda  Orta  Avropa  dövlətlərinin—yeni 
Almaniya,  Avstriya,  Macarıstan,  Türkiyə  və  Bolqarıstanın  iştirakı  ilə  Qafqaz 
məsələsini  müzakirə  üçün  konfrans  keçirilirdi.  Bu  konfransın  Azərbaycan  üçün 
böyük əhəmiyyəti vardı. 
İstanbula  gedirdi.  İçərisində  böyük  ümidlə  ona  doğma  olan  bir  şəhərə 
tələsirdi.  İstanbulda  ömrünün  iki  ili  keçmişdi.  Amma  bu  iki  ilin  xatirələri 
unudulmaz, yaddan çıxmaz idi. İstanbul mühiti ona çox şey öyrətmişdi. Türklüyün 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə