Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

84 
 
ediyorum  səbat,  mətanət,  fədakarlıq  istər.  İstər  ki,  biz  özümüzün  istiqlala  layiq 
olduğumuzu isbat edəlim. Bu oldumu, sizi təmin edərim ki, kimsə haqqımızı təslim 
etməmək  cəsarətində  bulunamaz.  Hankı  vicdandır  ki,  istiqlalı  istəyən  və  ona  
ləyaqətini isbat edən bir milləti qəhr etsin.  (Alqışlar.) 
Əfəndilər! Qafqaziya ehkamı ruhunda heç zaman hürriyyət və istiqlal fikri 
hakim  olmamışdır.  Hürriyyət  fikrinin  mümməssili  (təmsilçisi)  olan  «Prometey» 
Qafqaziya  dağlarında  zəncirbənd  edilmişdi.  O  daimi  zəncirlərini  qırmaq 
təşəbbüsündə  idi.  «Prometey»in  ruhu  Qafqaziyanın  butün  millətlərində  vardır. 
Qafqaziya  millətlərinin  istiqlalı  və  sərabərlikdə  müstəqil  olaraq  yaşamaları  bir 
xəyali-beid  (uzaq  xəyal)  deyildir.  Qardaş  millətimiz  olan  Şimali  Qafqaziya,  qapı 
bir qonşumuz ermənilər münadibati-dostanəmiz, bütün cüziyyata rəğmən, daimən 
səmimi  qalan  gürcülər  bizə  bir  çox  mədəni  xidmətləri  toxunmuş  rus  camaatının 
mühüm  bir  qismi  ilə  əl-ələ  verərək  Qafqaziyanın  müqəddəratını,  bu  qitə  üzərində 
yaşayan  millətlərin  arzusu  vəchi  ilə  təmin  edə  bilirik  (Sürəkli  alqışlar,  təkrar 
alqışlar, yaşa, var ol səsləri.). 
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi-məbusan iftitahındayız 
(Millət  məclisinin  açılışını  yapırıq).  Azərbaycan  bir  atəş  mənbəyidir.  Vətənimiz 
hər  zaman  öz  sinəsində  bir  atəşi  müqəddəs  bəsləməlidir.  Bu  atəş  əski  zamandan 
bəri  həqiqipərəstlərə  rəhbər  bir  şöleyi-ümid  və  imam  təşkil  eyləmişdir.  O  atəş  ki, 
bu  gün  də  sərvət  və  zaman  (dövlət,  zənginlik)  səbəbi  və  baisi  təməddündür 
(mədəniyyətdir).  Qoy  bu  atəş  Azərbaycan  övladlarının  sinələrinə  dolsun. 
Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir  məşəl təşkil edib də hürriyyət  və 
istiqlala  doğru  getdiyimiz  maneəli  yolları  işıqlandırsın!  (Sürəkli  və  şiddətli 
alqışlar...)» 
...Alqış  səsləri  eşidilir.  Binanın  içərisində  də,  çölündə  də  alqış  səsləri 
göylərə  qanadlanır.  Alqış  səsləri  binanın  divarlarında,  Bakının  küçələrində, 
evlərində,  insanların  qəlbində  alovlanır.  Hər  yer  səsinin  sehrinə,  məhəbbətinə 
bürünüb.  Hər  yandan  adamlar  ümid,  şəfqət  dolu  gözlərlə  sənə  baxıb  deyirlər: 
«Yaşa, var ol!». 
Parlament binası üzərində üç rəngli bayraq dalğalanır. Bu bayraq türklüyün 
(qırmızı), islamın (yaşıl) və müasirləşməyin (mavi) rəmzidir. 
Parlament binasına min bir əziyyətlə qaldırdığın o bayraq həmişəlik olaraq 
milyonlarla  insanın  qəlbində  əbədi  məskən  saldı,  yaşadı,  ömür  etdi.  Ən  ağır 
zamanda  belə  o  bayrağa  məhəbbəti,  o  üç  rəngə  sevgini  ürəklərdən  silib  apara 
bilmədilər.  Qaranlıq  zülmətlərdə,  həbsxanalarda,  uzaq  şimalın  soyuğunda  belə 
adamlar o bayraqdan danışdılar, onu xoş xatirə kimi andılar. 
Günlərin  bir  günü  isə  Vətən  göylərini  qara  dumanlar  alıb,  yanan  günəşini 
söndürəndə,  hamı  qara  geyinib  bir  küncdə  qəmli  sükuta  batanda,  əmin  qızı 
Ümgülsüm  xanım  yaşıl  bayrağın  parlament  binası  üzərindən  endirilib  oraya 
bolşeviklərin  tökdüyü  günahsız  qanlar  rəngində  qırmızı  parça  asılmağına  dözə 
bilməyəcəkdi. 


85 
 
Əmin qızını ona görə həbsxanaya salıb işgəncələr verəcəkdilər ki, o həqiqəti 
bilirdi. Parlament binasının üzərinə min bir müşkülatla qaldırıb «Bir dəfə yüksələn 
bayraq  bir  daha  enməz»  dediyin  o  bayrağın  həsrəti  əmin  qızının  içərisini 
göynədirdi və dərdə dözə bilmirdi. 
Sən  isə  eşidirdin,  uzaq  ellərdə  çırpına-çırpına  eşidirdin  bu  ağrıları:  O 
bayrağı bir daha xalqın başı üzərində yüksəltmək üçün elləri, obaları gəzib, bütün 
insanları köməyə çağırırdın... 
...Hələlik  1918-ci  ildir  və  parlament  binasının  üzərində  üç  rəngli,  aylı, 
ulduzlu Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır. 
İngilis generalı Tomson getdikcə həqiqəti aydın başa düşürdü. Azərbaycan 
hökuməti  rəhbərlərinin  mövqeyi  ilə  razılaşırdı.  Çünki  Tomson  Azərbaycanda 
koalisyon  (müttəfiq)  hökumətin  qurulmağını,  yəni  başqa  millətlərin  də  burda 
iştirakını  tələb  etmişdi.  Demokratik  hökumət  bu  tələbi  yerinə  yetirmişdi.  Lakin 
Bakıdakı  rusların  mövqeyi  başqa  idi  və  onların  hərəkəti  Tomsonu  acıqlandırırdı. 
Azərbaycanın  müstəqilliyini  qəbul  etməyən,  buranı  Rusiyanın  ayrılmaz  hissəsi 
kimi tanıyan ruslara Tomson hirslə demişdi: «Rusiya yoxdur və nə zaman olacağı 
da məlum deyil». 
Azərbaycanda  Demokratik  respublikanın  koalisyon  (müttəfiq)  ruhda 
fəaliyyətini nəzərə alan Tomson dekabrın 29-da bütün azərbaycanlıların ürəyindən 
olan bir bəyanat    verir: 
«Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını 
nəzərə alıb elan edirəm  ki, İttifaq komandanlığı bu hökuməti Azərbaycanın bütün 
hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək». (Bu 
bəyanatın  cəmi  bir  ay  əvvəl  «Bizim  bildiyimiz  Azərbaycan  xalqının  doğma  bir 
cümhuriyyəti  yoxdur,  yalnız  türk  komandanlığının  intriqası  ilə  təşəkkül  etmiş  bir 
hökumət  var»  deyən  Tomson  tərəfindən  verilməsi  Azərbaycan  Respublikasının 
böyük diplomatik qələbəsi idi). 
...Tomsonun  bu  bəyanatından  sonra  Məmməd  Əmin  Rəsulzadə  və  bütün 
hökumət  nazirləri  rahat  nəfəs  almışdılar.  Məmməd  Əmin  Rəsulzadə  isə  demişdi: 
«İndi bütün şübhələr dağılıb getdi». 
Amma  Tomsonun  bu  bəyanatı  hamının  ürəyindən  olmadı.  Rus  və  erməni 
təşkilatları  Tomsona  etiraz  etməyə  başladılar.  Biri  şovinistlik,  digəri  isə  xainliklə 
silahlanmış iki qüvvə Azərbaycanın müstəqilliyini tanımaq istəmir, ciddi fəaliyyət 
aparırdılar.  Çalışırdılar  ki,  neft  sahələrində  aranı  qatıb  çaxnaşmalar  yaratsınlar. 
Lakin... Məmməd Əmin Rəsulzadənin lideri olduğu «Müsavat» partiyasının üzvləri 
işləyirdi: 
Əmisi oğlu Məmməd Əli Rəsuloğlunun xatirəsi: 
«...Bu  xəbəri  duyan  erməni  və  ruslar  azərbaycanlıları  zəif  göstərmək  üçün 
neft  ocaqlarında  çalışan  işçi  və  ustalara,  Xəzər  dənizi  gəmilərində  çalışan 
dənizçilərə  bir  protesto  yapdırmağa  çalışdılar.  Fəqət  «müsavatçı»ların  ciddi 
çalışmaları  və  propaqandaları  nəticəsində  bu  hərəkətin  qarşısı  alındı.  Bu  işdə 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə