Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

100 
 
edirlər. Xüsusilə Qazax qəzasında bu təbliğat güclü aparılır. Belə təbliğatın nəticəsi 
olduqca ciddidir. Gəncə qubernatorluğunun dediyinə görə, bütün Qazax uşaqlarını 
əsgərliyə verməkdən imtina edir». 
Mehmandarov  sonradan  hökumət  rəhbərliyinə  şikayətlənib  bolşeviklər 
haqqında ciddi tədbir görməyi söyləmişdi. 
Generalın  məlumatı  narahat  fikirlər  içində  saxlayırdı  onu.  Bəs  kim  idi  bu 
adamlar? Daxili İşlər Nazirliyi onların  kimliyini müəyyənləşdirmişdi. Budur onlar:  
Nərimanov, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Əhmədov və başqaları. 
Bu  adamlara  qarşı  qətiyyətli  işə  başlamaq  lazım  idi.  Hökumət  rəhbərliyi 
Daxili  İşlər  Nazirliyinə  onlarla  kəskin  mübarizəyə  başlamağı  tapşırmışdı.  İndi 
fikirləşirdi  ki,  belə  də  etmək  lazımdır.  «Bolşevikləşmiş»  adamlara  kəskin 
müqavimət göstərməli və ümumiyyətlə, onlar nəzarətə alınmalıdırlar. Ona görə də 
Daxili İşlər nazirinin az əvvəl verdiyi qərarı düzgün  sayırdı: 
 
«Müsavat Daxili İşlər nazirinin 
q ə r a r ı 
 
Şuşa şəhərinin müvəqqəti general-qubernatoruna 
 
N.  Nərimanovun həbs edilməsi haqqında 
Müvəqqəti general-qubernator X. Sultanova. 
 
Hərbi  nazirin  aldığı  casusluq  məlumatlarına  görə  bolşevik  Nərimanov 
Bakıya  gəlib,  orada  «Hümmət»  partiyasının  parlament  üzvləri  ilə,  başlıcası  isə 
Saniyev və Qarayevlə görüşmüşdür ki, Şuşa və Qazax qəzalarında camaat arasında, 
habelə  imkan  daxilində  qoşun  arasında  bolşevizmi  yaysın.  Hərbi  nazir  təsdiq  edir 
ki, bu cür təbliğat nəticəsində hazırda orduya çağırılanların sayı xeyli azalmışdır və 
qorxur ki, tamam heçə enə bilər. 
Məlumat  üçün  bunu  bildirməklə  siz  cənablarınızdan  xahiş  edirəm  ki, 
Nərimanov  sizin  general-qubernatorluğunuzda  peyda  olsa,  onun  tutulması  barədə 
sərəncam verəsiniz. 
Bu  barədə  Gəncə  qubernatoruna  da  mənim  tərəfimdən  teleqrafla  məlumat 
verilmişdir. 
Daxili İşlər naziri:  X a s m ə m m ə d o v». 
Onu ən çox Nərimanov narahat edirdi. O biriləri ilə müqayisədə Nərimanov 
həm  təcrübəli,  həm  də  geniş  siyasi  mübarizə  məktəbini  keçmiş  bir  adam  idi. 
Nərimanov  öz  əqidəsindən—tutduğu  yanlış  yoldan  əl  çəkmirdi.  Lenin  onu 
inandırırdı  ki,  Azərbaycanda  sovet  sosialist  respublikası  qurulsa  hökumətin 
müstəqil yaşamasına və xarici hücumlardan qorunmasına kömək edəcək. Bu vədlər 
Nərimanovda  belə  yanlış  əqidə  yaratmışdı:  Azərbaycan  sovet  Rusiyası  olmadan 
yaşaya bilməz. 


101 
 
Məmməd  Əmin  Rəsulzadə  indi  öz-özünə  düşünür  və  Nərimanovun 
mövqeyini səhv kimi qiymətləndirirdi. 
Budur,  Nərimanov  Azərbaycan  hökumətinə  məktub  göndərib.  1919-cu  ilin 
belə gərgin vaxtında Azərbaycan Demokratik Respublikasının böyük işlər gördüyü 
bir zamanda Nərimanov nə yazırdı? 
 
«MÖHTƏRƏM NƏSĠB BƏY YUSĠFBƏYOV CƏNABLARI! 
 
...Bütöv  bir  xalqın  həyatı  ilə,  qızıl  əsgərləri  xarüqələr  yaradan  bütöv  bir 
dövlətin  həyatı  ilə  oynamaq  olmaz,  amma  siz  cinayətkarcasına  bu  cür  oynadınız, 
qonşularınız  isə  sizi  dar  bir  dalana  soxaraq  sizə  gülürlər.  Məsələn,  Ermənistanı 
götürün. O daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini 
Moskvaya göndərir və artıq orada sovetlərə tərəfdar olmaqdan danışılır. 
Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan sovetlərə tərəfdar 
olduğunu  bildirərsə  (bu  məhz  belə  də  olacaqdır),  onda  sizin  vəziyyətiniz  neçə 
olacaqdır?.... 
N. NƏRĠMANOV». 
 
Nərimanovun  məktubda  yazdığı  bir  söz  də  onu  ağrıdırdı:  «Qızıl  əsgərləri 
xarüqələr  yaradan  bir  dövlət».  Nərimanov  sovet  Rusiyası  haqqında  deyirdi  bu 
sözləri. Maraqlı idi. Əgər Nərimanov əsgərin xarüqələr yaratdığından danışır və bu 
fikri  qəbul  edirdisə,  bəs  onda  niyə  milli  ordumuzdan  Azərbaycanlı  balalarımızı 
qovur,  onları  əsgərlikdən  uzaqlaşdırır,  xalq  arasında  «uşaqlarınızı  əsgərliyə 
verməyin»  deyib  fəryad  qoparır?  Niyə,  niyə  bunları  edir  Nərimanov?  Məgər 
Azərbaycan  əsgəri  «xarüqələr»  yarada  bilməzmi?  Məgər  «xarüqələr  yaratmaq» 
yalnız  rusun  alnına  yazılıb?  Axı  faktlar  tamam  başqa  şeyləri  deyir.  Qısa  bir 
zamanda  milli  ordumuz  necə  böyük  qəhrəmanlıqlar  göstərib?  Lənkəranda  kök 
atmış,  öz  hökmranlıqlarını  davam  etdirən  rusları  milli  ordumuz    susdurmadımı? 
On-on  iki  gün  ərzində  dörd  yüz  əlli  kilometrlik  bir  yolu  milli  ordumuzun  susuz 
səhralardan  nizami    bir    halda  gedib-gəlməyi,  Lənkəran  və  Muğanda  Demokratik 
hökumətin    bayrağını  qaldırmağı  böyük  hadisə  deyilmi?  Zəngəzurda,  Qarabağda 
erməniləri  susduran  bizim  milli  ordumuz  deyilmi?  Ayağı  çarıqlı,  əyni  cırıq    
paltarlı  Azərbaycan  əsgəri  hansı  çətinliklərlə  qarşılaşmır?  Amma  dözür,  dayanır 
Azərbaycan  əsgəri.  Çünki  onun  sinəsində  vətən  sevgisi,  rusun    əsarətindən    xilas 
olmuş  Azərbaycana  vurğun  bir  ürək  döyünür.  O  bu  həqiqəti  bilir  və  onun 
qorunmasında  canını  əsirgəmir.  Nərimanov  isə  özgələrin  cəsarətinə,  «xaruqələr 
yaratdığına»  inanır.  Əgər  sizin  təbliğatlarınız  olmasaydı,  indi  nə  qədər 
Azərbaycanlı balası əsgəri paltar geyinib vətəni qoruyurdu. 
Məmməd  Əmin  Rəsulzadə  düşünürdü  ki,  Nərimanovun  xalq  arasında 
nüfuzu  var.  Xalq  ona  «həkim  Nəriman»  kimi  hörmət  edir,  inanırdı.  Ona  görə  də 
Nərimanovun  dediyi  sözlər  çoxlarının  əqidəsini  dəyişirdi.  Nərimanov  həm  də 


102 
 
yaradıcı  ziyalı  idi,  əsərləri  səhnələrdə  tamaşaya  qoyulur,  sevilirdi.  Nərimanovun 
inandığı Lenin siyasəti isə onun xalq arasındakı mövqeyinə uyğun gəlmirdi. 
Bir  Ģikayət.  Məmməd  Əmin  Rəsulzadənin  Nərimanov  haqqında 
düşündükləri  az  keçməmiş  düz  olacaqdı.  Və  bu  həqiqətə  Nərimanov  özü  də 
inanacaq,  təəssüf,  peşmanlıq  hissi  ilə  etiraf  edəcəkdi.  Nərimanov  başa  düşəcəkdi 
ki, o aldanıb. 
Nərimanovun  rəyi  soruşulmadan  Lenin  Azərbaycanın  adından  danışanda, 
xalqın sərvətini, neftini istədiyi kimi bölüşdürəndə o zəif bir səslə deyəcəkdi: «Mı 
tak  ne  doqovorilis.  (Biz  belə  danışmamışdıq).  Amma  Nərimanovu  heç  kim 
eşitməyəcəkdi.  Çünki  Nərimanov  gücsüz  idi.  Nə  olsun  ki,  özünü  hökumət  başçısı 
qoymuşdular?  Bu  ki,  kağızda  yazılmışdı.  Real  həyatda  isə  o  gücsüz  idi.  Güclü, 
olmaq üçün, hökumət başçısının ordusu gərəkdi. Nərimanovun isə ordusu yox idi. 
Bakıda özünün bir zamanlar pərəstiş etdiyi, «xarüqələr yaratmağı» ilə qürrələndiyi 
rus ordusu vardı. Və Nərimanov bu ordunun əmri ilə oturub-dururdu. Nərimanovu 
müdafiə etməli olan milli ordu isə dağılmışdı. 
Gərginliklərə,  olmazın  çətinliklərinə  baxmayaraq  milli  ordu  möhkəmlənir, 
əsgərlərin sayı çoxalırdı. Məmməd Əmin Rəsulzadənin ilham verdiyi Demokratik 
hökumət  və  qeyrətli  «müsavatçı»lar  xalqa  həqiqəti  başa  salır,  milli  ordunu 
gücləndirirdilər. Nəzərdə tutulmuşdu ki,  əsgərlərə əlli  min  dəst paltar almaq üçün 
xüsusi  bir  heyət  İtaliyaya  göndərilsin.  Ordu  möhkəmlənirdi.  Bolşevik  maneəsinə 
baxmayaraq xalq öz oğullarını Vətənin keşiyini çəkməyə göndərirdi. 
...Xalq  azadlığa  çıxmışdı.  Hər  cür  əsarətdən,  sıxıntı,  boğuntudan  xilas 
olmuşdu. Hamı Azərbaycanın istiqlaliyyət qoxuyan dadlı günlərini yaşayırdı. 
Qarşıdan xoşbəxt bir gün gəlirdi. Hamı o günü səbirsizliklə gözləyirdi. 
1919-cu il idi. Sentyabrın 15-nə bir gün qalırdı. 
..Sentyabrın  15-i  günü  azad  Azərbaycan  xalqı  ona  istiqlaliyyət  səadəti 
ərmağan  etmiş  türk  şəhidlərini  yad  edirdi.  Keçən  il  bu  zaman  türk  qoşunlarının 
köməyi ilə Bakı şəhəri rus, ingilis, erməni düşmənlərindən azad edilmişdi. Yüzlərlə 
türk əsgəri Bakının azad olunması uğrunda gedən qanlı döyüşlərdə həlak olmuşdu. 
Xalq onları hörmətlə dəfn edib, xatirələrini əziz tuturdu. 
Budur, Bakı camaatı Çəmbərəkənd qəbiristanlığına axışır. Onları azad etmiş 
türk  şəhidlərinin  məzarını  ziyarətə  gedirlər.  İndi  bura  xalqın  müqəddəs  bildiyi 
yerdir. 
Həmin  günü  Azərbaycanın  çox  yerində  şəhid  qəbirlərini  ziyarət  edirdilər. 
Xalq  torpağını  işğalçılardan  azad  etmiş  türk  şəhidlərinin  məzarını  Şamaxıda, 
Qarabağda, Naxçıvanda və başqa yerlərdə qoruyub  hörmətlə  saxlayırdı. 
Həmin  o  günü  azad  Azərbaycan  hökumətinin  başçısı  Məmməd  Əmin 
Rəsulzadə  Çəmbərəkənd  məzarıstanlığına  toplaşmış  həmvətənləri  qarşısında  çıxış 
edir. Otuz beş yaşlı dövlət başçısı deyir: 
«Ey hür Azərbaycanın hür vətəndaşları! Əziz millətdaşlar!... Böyük bir hiss, 
milliyyət  və  qardaşlıq  hissilə  uzaq  yollardan  qoşaraq  bizi  xilasa  gələn  və  öz 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə