Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

96 
 
qucağında oğlanlarının başı kəsilən analarımızı belə şad ürək, fərəhli qəlb, yüksək 
ruhlarla sevindirəcək, güldürəcək, şən və məğrur edəcəkdir...» 
Azad  Azərbaycanda çıxan qəzetlər, jurnallar ondan,  yalnız ondan, xalqı ağ 
günə çıxarmış aylı, ulduzlu örpəyə bürünmüş istiqlaliyyətdən yazırdılar. 
«Azərbaycan  istiqlalı  elə  qiymətdar,  elə  müqəddəs  bir  sevgilidir  ki,  hər 
şəkildə  olursa-olsun,  təcəssüm  etdirilərsə,  bütün  azərilərin  fərdənfərd  ona  sitayiş 
etməsi  fərzi  və  təbiidir,  zira  onun  yolunda  verilən  qurbanlar  heç  bir  məbudun 
yolunda  verilməmişdir.  Ona  fəda  edilən  qəhrəmanlar  heç  bir  məqsədə  fəda 
edilməmişdir. Ona eşq yetirən aşiqlər heç bir məşuqə üçün mümkün olmamışdır». 
Azad xalq istiqlalının bayramı günündə rusun, erməninin qurbanı olmuş, bu 
gün üçün canından keçmiş oğullarını da unutmurdu, onları böyük iftixar hissilə yad 
edirdi,  Azərbaycanın  istiqlaliyyəti  yolunda,  onu  əsarətə  salmaq  istəyən  çar 
Rusiyası  ilə  hələ  yüz  il  əvvəl  vuruşub  həlak  olan  qəhrəmanlarını—Mirzə 
Məhəmməd xanı, Hüseynqulu xanı, Cavad xanı xalq məhəbbətlə yada salırdı. Azad 
xalq  bu  qənaətdə  idi:  istiqlalsız  Azərbaycan,  Azərbaycansız  Azərilər  daha  yaşaya 
bilməz! 
Həmin günü xoşbəxt ömür yaşayan xalq azad Azərbaycan hökumətinin otuz 
beş  yaşlı  başçısı,  hamının  məhəbbətini  qazanmış  Məmməd  Əmin  Rəsulzadənin 
sevinc, həyəcan dolu sözlərini eşidirdi: 
«Azəri türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: istiqlal 
bayramı! 
Bundan  bir  sənə  əvvəl  Zaqafqaziyanın  müqəddarını  həll  üçün  Tiflisə 
toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına təsadüf eləmişlərdi ki, yüz 
sənəlikdir,  əsarətə  yalnız  yüksək  bir  amal  nəticəsi  deyil,  eyni  zamanda  zəruri  bir 
ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışlardı. 
Əvət, Zaqafqaziya millətləri bilməcburiyyə elanı-istiqlal etmişlərdi. 
Bilməcburiyyə elani istiqlal!». 
Milli  hökumətin  başçısı  bu  xoş  gündə,  bəxtəvər  anlarda  «istiqlalın»  necə 
əldə olunmağından danışır, adamları istiqlal yolunda tökülən qanları unutmamağa 
çağırır. Mart qırğını, Bakı əsarəti, osmanlı türk qardaşlarımızın köməyi, ingilislərin 
gəlişi,  Biçeraxovun  azğınlığı,  bunlar  hamısı  son  bir  ildə  baş  verən  hadisələrdir. 
Amma bu bir ildəki hadisələr təsirsiz və izsiz qalmadı. Adamlarda «bu böhrandan, 
sıxıntıdan yaxa qurtarmağın yolu yalnız istiqlaliyyətdədir» fikrini möhkəmlətdi. 
Məmməd Əmin Rəsulzadə o xoş istiqlal bayramını salamlayıb deyirdi: 
«Hər  nasılsa  növzadımız  bir  yaşına  çatdı!  Bu  bir  ilin  ərzində 
azərbaycanlıların  verdikləri  qurbanlara  müqabil  qazandıqları  yalnız  xaricin  bizi 
müstəqil bir millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmailat deyil, ən böyük 
şeyi fikri hürriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətidir». 
Xalq  istiqlalı  asanlıqla  qazanmamışdı.  İstiqlal  uğrunda  böyük  mübarizələr 
aparmışdı.  İstiqlal  günəşi  vətənin  başı  üzərində  asanlıqla  parlamamışdı.  Neçə 
qurbanlar  bahasına  o  günəşin  üzünü  tutan  zülmət  buludları  silib  atmaq  mümkün 


97 
 
olmuşdu.  İstiqlaliyyət  asanlıqla  qazanılsaydı,  onun  qədir-qiyməti  də  bilinməzdi. 
Xalq  canı  qədər  sevdiyi  istiqlala  canını  şam  kimi  əritməklə  gəlib  yetmişdi.  Ona 
görə də xalqı istiqlaldan, istiqlalı xalqdan ayırmaq olmazdı.   Elə bu istiqlalın gücü 
ilə milli ordu yaradılmışdı. 
Məmməd Əmin Rəsulzadə o xoş gündə fəxrlə deyirdi: 
«...Bu  alqışlar  yalnız  siyasi  firqələrin  nümayəndələrindən  deyil,  ağac 
tüfəngləri  ilə  «irəli,  irəli!»  deyə  soqaqları  dolaşan  gənclərlə  «Azərbaycan 
əsgərlərini»  yaşar  gözləri  və  «allah  bədnəzərdən  saxlasın»  duası  ilə  ötürən 
camaətdən nəşeyi-istiqlalı dərk etmiş xalqdan gəlir». 
Xalqın  sevindiyi  bu  əziz  və  xoş  gündə  hökumət  başçısı  ona  görə  ötənləri 
xatırladır ki, adamlar istiqlaliyyətin təkcə gəlişini alqışlayıb işi bitmiş saymasınlar, 
onu  qorusunlar,  qara  qüvvələrin  xəyanətindən  saxlasınlar.  Çünki  yaman  gözlər 
dikilib  istiqlalımıza  və  imkan  gözləyirlər  ki,  vətən  bağçasında  bitən  bu  gülü 
qoparıb atsınlar, onu məhv etsinlər. 
Məmməd Əmin Rəsulzadə yazırdı: 
«Bundan  altı  ay  əvvəl  Azərbaycan  məclisi-məbusanın  açıldığı  gün:  «Bir 
kərə yüksələn bayraq bir daha enməz» demişdim. 
O  zaman  içində  bulunduğumuz  zaman  o  qədər  müşkül  və  o  qədər  pərxövf 
idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman 
binasına münhəsir etdiribdə müdara (gözəl rəftar etmə) göstərmək məcburiyyətinə 
qalırdıq. 
Bu məcburiyyətdən  müntəsir olan bəzi bədbinlər «hanıya bir kərə yüksələn 
bayraq bir daha endirilməz!» deyirsiniz?— deyirdilər! 
İştə  qoy  bu  günkü  gün  milli  bayraqlara  boyanmış  Azərbaycan  paytaxtı  o 
kimi bədbinlərin qəlbini təsfiyə etsin! 
Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvan-hürriyyət 
bir daha bükülməz!». 
Hökumət rəhbəri haqlı idi. Doğrudan da bir sənəlik azad həyat adamları tam 
ayıltmış,  onların  tarixinə,  keçmişinə,  yaşayışına  özgə  nəzər  salmağa  məcbur 
etmişdi.  Xalq  bilmişdi  ki,  onu  bu  kökə  salan,  istismar  edib  inkişaf  yollarını 
bağlayan  imperiyadır,  xain  düşmənlərin  iyrənc  siyasətləridir.  Xalq  yaxşı  tanıyırdı 
düşmənini.  Və  indi  qəti  bir  fikrə  gəlmişdi:  onlardan  uzaq  olmaq,  yaxına 
buraxmamaq.  Onlar istiqlal qənimidirlər! 
M.  Ə.  Rəsulzadə  Versaldan  nigarandır.  Neçə  gündür  ki,  Parisdən  Əli 
Mərdan  bəy  Topçubaşovun  göndərdiyi  məktub  haqqında  düşünür.  Topçubaşovun 
göndərdiyi  məktubdan  aydın  olur  ki,  Amerika  prezidenti  Vilson  Azərbaycanın 
müstəqilliyini  qəbul  etmək  fikrində  deyil  və  müxtəlif  bəhanələr  gətirir.  Vilson 
nümayəndə heyətinə bildirib ki, dünyanı xırda hissələrə bölmək istəmirik və yaxşı 
olardı ki, ümumi Qafqaz federasiyası yaradılsın. Vilson təklif edirdi ki, Beynəlxalq 
sülh  konfransının  təklifi  ilə  hansısa  böyük  dövlət  sizi  himayəyə  götürsün.  Amma 
sizin probleminiz «Rus məsələsi»ndən tez həll edilə bilməz. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə