Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

90 
 
zamanda Gəncəyə  gələn  kimi nizamlı qoşun  yaratmağa başladılar. 1918-ci ilin 11 
iyulunda  türk  komandanlığı  1894-99-cu  illərdə  anadan  olanları  əsgəri  xidmətə 
çağırır.  Elə  bütün  çətinliklər,  toqquşmalar,  böhranlar  da  burda  başlayır.  Adamlar 
indiyə  kimi  görünməmiş  hadisə  ilə  qarşılaşırdılar:  Əsgərlik!  Neçə  ay  evindən-
eşiyindən  ayrı  düş!  Kiminsə  əmrində  dayan,  yarıac,  yarıtox  dolan!  Bu  kimə 
lazımdır!  Biz  uşaqlarımızı  əsgərliyə  vermirik.  Uşağımı  gözümdən  kənaramı 
qoyacağam getsin? Uşaq saxlamışam ki, gedib güllə qabağında dayansın? 
Adamlar belə deyirdi və uşaqlarını əsgərliyə  vermək istəmirdilər. Vəziyyət 
çox dözülməz, acınacaqlı idi. 
Məmməd Əmin Rəsulzadənin sözü: 
«Bu  üzdən  ordu  təşkili  azərbaycanlılar  üçün  pək  müşkül  bir  iş  oluyordu. 
Fərəza,  Rusiyadan  ayrılmış  Ermənistan  və  yaxud  Gürcüstan  hökumətləri  nəşr 
eylədikləri bir əmrnamə ilə filan sənəsində rus ordusunda xidmət eyləmiş nəfər və 
zabitanı silah altına dəvət edincə on gün sonra yeni hökumətin ilk əsgəri-kadrosunu 
təşkil  edən,  hərbüzərb  görmüş,  barıt  qoxumuş  bir  qüvvət  vücuda  gəliyordu. 
Azərbaycan isə bundan məhrum idi. Ordunu ordu edən zabitandır. Bu xüsusda dəki 
Azərbaycan  məhrumiyyəti-tammə  içində  idi.  Rusiya  ordusunda  xidmət  eyləmiş 
zabitan pək məhdud idi...» 
Türklər  milli  ordu  yaradılmasında  böyük  işlər  görürdü.  Bu  sahədə  Nuru 
paşanın  böyük  əziyyətləri  vardı.  Tez-tez  əyalətlərə  gedən  Nuru  paşa  adamlarla 
görüşündə  həmişə  bir  şeyi—adamların  uşaqlarını  əsgərliyə  verməsini  təbliğ  edir, 
bunu zərurət sayırdı. Nuru paşa Gəncədə hərbi məktəb açdırmışdı. Hərbi məktəbdə 
çoxlu fədakar azərbaycanlılar oxuyurdu. 
Lakin  orduda  vəziyyət  pis  idi.  Nuru  paşa  söhbətlərinin  birində  Məmməd 
Əmin Rəsulzadəyə əsgər toplamağın çətinliyindən ağrılı-ağrılı danışmışdı. Türklər 
Bakıdan  gedəndən  sonra  bu  işin  daha  qorxulu  tərəfləri  ilə  toqquşmalı  oldular. 
Məsələn, əhalisinin səkkiz mindən çoxu müsəlman olan Bakıdan 5000 əvəzinə 800 
adam  əsgərliyə  verilmişdi.  O  böyüklükdə  Qarabağ  general  qubernatorluğundan 
(yüz  iyirmi  min  müsəlman  əhalisi)  7200  əvəzinə,  1902  adam  əsgərliyə 
götürülmüşdü.  Şamaxıdan  1800,  Kürdəmirdən  930  adamı  əsgərliyə  götürmək 
mümkün olmuşdu. Bakının kəndləri ilə müqayisədə bu iş daha qorxulu hal almışdı. 
Adamlar  nəinki  etirazını  bildirir,  uşaqlarını  vermirdilər,  eyni  zamanda  gələn 
adamlara  hücumlar  edir,  xəsarət  yetirirdilər.  Qazax  qəzasında  ağır  fəlakətlər 
olmuşdu.  Kəndləri  gəzib  əsgərliyə  uşaq  yığan  bir  starşinanı  öldürmüşdülər. 
Aslanbəyli,  Kəmərli  kəndlərində  də  hökumət  və  ordu  nümayəndələrini  yaxına 
buraxmırdılar. 
Dözülməz  hallardan  biri  də  ordudan  qaçmaq  idi.  Hərbi  nazir  Səməd  bəy 
Mehmandarov gileylənib deyirdi: 
«Əsgəri  xidmətə  çağırılanların  hələ  türklərin  vaxtından  ordudan  qaçmaq 
halları  indinin  özündə  davam  etməkdədir.  Bunun  da  kəskin  səbəbləri  vardır:  pis 
yemək, geyimin, ayaqqabının verilməməsi və s...» 


91 
 
Lakin şərait çətin idi. Yüz ildən çox əsgəri xidmətdən məhrum olan xalqın 
ağrısını  bir  günə,  bir  ilə  sağaltmaq  mümkün  deyildi.  Bundan  ötrü  vaxt, 
uzunmüddətli zaman gərəkdi ... 
Polkovnik  Səlimov  hökumətin  adına  verdiyi  gizli  raportda  gileyli  halda 
yazırdı: 
«...Demək olar ki, bütün əsgərlər Azərbaycanın əyalətlərində yerli əhalinin 
hesabına  dolanır,  yarıac  həyat  sürürlər.  Hətta  belə  böyük  və  varlı  bir  şəhər  olan 
Bakıda  əsgərlərə  yemək  tapılmır.  Nə  polkun,  nə  diviziyanın,  nə  də  korpusların 
anbarları  var.  Əsgərləri  həmişə  «un  şorbası»      ilə  yedirtmək  olmaz  ki!  ...10-cu 
polkun çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız və 
təchizatsız  yaratmaq  olmaz.  Yarıac,  paltarsız  əsgər  əlbəttə  ki,  evə  qaçmaq 
istəyəcək. 
Özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi  çatdırıram: 
1) Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 
2) Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır. 
3)  Belə  bir  korpusun  yaradılması  və  təminatı  üçün  vəsait  əsirgəmək  lazım 
deyil. Böyük Napaleon deyirdi ki, müharibə üçün üç şey lazımdır: 1—pul; 2—pul; 
3—pul. 
Ordunu  yedirtmək,  geyindirmək  və  bolşevikləri  nəzərdən  qaçırmadan  hər 
cür xəstəliklərdən qorumaq lazımdır». 
..Polkovnik  Səlimovun  məlumatında  acı  həqiqətlər  vardı.  Lakin  Məmməd 
Əmin  Rəsulzadəni  ən  çox  ağrıdan  Azərbaycanlı  bolşeviklər  idi.  Orduda  əks-
təbliğat aparır, cavanları qaçmağa sövq edirdilər. 
Orduda  təchizatın  da  pis  olduğunu  bilirdi.  Amma  nə  etmək  olardı? 
Adamlardan  məcburən  pul  yığmaq  mümkün  deyildi.  Onsuz  da  məqam  gözləyən 
xain  qüvvələr  bundan  istifadə  edərdilər.  Digər  tərəfdən  silah  alınması  da 
çətinləşmişdi.  İngilislər  ikitərəfli  oyun  aparırdılar.  Azərbaycanın  müstəqilliyini 
tanısalar  da,  milli  orduya  çox  az  silah  satırdılar.  Əsgərlərin  yaşayış  yerləri  də  pis 
şəraitdə  idi.  Hər dəfə  Mehmandarovla,  ordu zabitləri ilə  görüşəndə  böyük inamla 
onlara  təskinlik  verir,  deyirdi  ki,  dözün,  hər  şey  yaxşı  olacaq.  Az  sonra 
Azərbaycanın  elə  güclü  ordusu  yaranacaq  ki,  hamı  ona  həsəd  aparacaq!  Zabitlər 
dözürdü  hər  çətinliyə!  Mehmandarov  böyük  sərkərdə  idi!  Milli  ordunun  
möhkəmlənməyində  çox   xidməti  vardı. 
Ən  çox  giley-güzar  ərzaqla  təchizat  sarıdan  idi.  Ucqar  yerlərdə  adamlar 
ərzağı gizlədir, əsgərlərə vermirdilər. İndiyə kimi yazıq, avam Azərbaycan kəndlisi 
harda  eşitmişdi  ki,  əsgərə  çörək  lazımdır  vermək,  çünki  o  səni  qoruyur.  Kəndli 
bilmirdi  bunları.  Bu  düşüncədən  məhrum  idi.  Ondan  ötrü  yalnız  bir  yaşayış 
norması vardı: Azərbaycan kimin əlində olursa olsun, mənə dəxli yoxdur. Gündəlik 
çörəyim tapılsın. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə