Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

88 
 
çıxan erməni qəzeti Əhməd bəy Ağa oğlunun əleyhinə əks təbliğat kompaniyasına 
başlamışdı. Əhməd bəy Ağa oğlunu Türkiyə parlamentinin üzvü, türk qəzetlərində 
«müttəfiqlər» əleyhinə çoxlu məqalələr yazmış jurnalist kimi təbliğ edib nüfuzdan 
salmağa  çalışırdılar.  Çünki  bilirdilər  ki,  "Əhməd  bəyin  çox  geniş  diplomatik 
ustalığı,  siyasi  uzaqgörənliyi,  danışıqları  məharətlə  aparmaq  bacarığı  var.  Xain 
ermənilər  bunu  yaxşı  bilirdilər.  Və  həmişə  özgələrin  kölgəsinə  sığınmağı  bacaran 
bu adamlar indi də fransızlara «əmi» deyib, azərbaycanlıları gözdən salmağa cəhd 
edirdilər.  Xəyanət  öz  işini  görmüşdü.  Əhməd  bəy  Ağa  oğlunu  danışıqda  iştirak 
etməyə  qoymamışdılar.  Əhməd  bəy  Ağa  oğlunun  əslən  qarabağlı  olması  və 
Azərbaycan  partamentinin  deputatı  seçilməsini  təsdiq  edən  sənədlərlə  yanaşı, 
Tomsonun  verdiyi  zəmanətin  də  göstərilməsindən  bir  fayda  çıxmamışdı. 
Ermənilərin xain zərbəsi ucbatından nümayandə heyəti çətin vəziyyətə düşmüşdü. 
...Bütün bunları Məmməd Əmin Rəsulzadə Əli Mərdan bəy Topçubaşovun 
Azərbaycan  hökumətinə  (mart  ayında)  göndərdiyi  məktubdan  öyrənmişdi. 
Ermənilərin xəyanətkarlığı onu və bütün nazirləri dilxor etmişdi. 
...Amma həyat  davam edirdi. 
Azərbaycan  xalqı  Azərbaycan  Demokratik  Respublikasının  üç  rəngli 
bayrağı altında azad həyat yaşayırdı. 
Vətən varsa mən də varam! Vətən nəfəs alıb yaşayırsa, mən də yaşayıram. 
Vətənsiz yaşamağı neyləyirəm ki! Vətənsiz də insan olarmı? Vətənsiz insan həyat 
ləzzəti  anlamaz!  Daim  içərisi  ağrı  ilə  kəsilər,  əzab-əziyyətdən  yaxa  qurtarmaz! 
Vətənsiz  insanın  üzü  gülsə  də  ürəyi  qan  ağlar.  Vətənin  olmağından  ötrü  bəs  nə 
gərək?  Onu  qorumaq,  keşiyini  çəkmək,  yadlar  hücumundan  xilas  etmək,  başı 
üzərində  kiminsə  qılıncının  parlamağına  imkan  verməmək.  Və  nəhayət,  onun 
yolunda  can  əsirgəməmək,  canı  qurban  vermək.  Qurbansız,  şəhidsiz  Vətən  azad 
olarmı?  Vətənin  azadlığa  gedən  yolu  şəhidinin,  qurbanının  içərisindən  keçir. 
Onların pak ruhu ilə Vətən istiqlaliyyətin qədir-qiymətini bilir. Vətən onlardan—o 
pak  ruhlu  şəhidlərdən  başlayır.  Vətənin  torpağı  da,  suyu  da,  havası  da  onların 
istəklərindən,  arzularından  axıb  gəlir.  Bu  həqiqətdir!  Vətənin  varlığını  yaşadan 
həqiqətdir! Vətən onda azad olur, zülmətlərdən qurtarır! Və sən o şəhidli, qurbanlı 
Vətənə,  o  azad,  başı  üzərində  istiqlaliyyət  bayrağı  dalğalanan  Vətənə  baxıb 
deyirsən: nə qədər ki, vətəndəyəm diriyəm. 
İndi  mən diriyəm! Çünki  vətənim azaddır. Vətənimin göylərində  üç  rəngli 
bayraq dalğalanır. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, 
böyüyürlər. Bu bayraqdan adamların üzünə təbəssüm qopur, qəlblərinə sevinc axır. 
Vətən azaddır, mən isə diriyəm! Vətənsiz diri də olmazdım, yaşamazdım! 
Adamlar  Azad  Azərbaycanda  xoşbəxt  ömür-gün  sürürdülər.  Getdikcə 
hamıda Vətənin bütövlüyü, onu parçalanmağa qoymamaq fikri möhkəmlənirdi. Bu 
günə kimi adamlar, bütöv Vətən anlayışı işlətməmişdilər. Onlara görə vətən yalnız 
doğulub boya-başa çatdığın kənddir, obadır. İmperiya əsarəti, amansız çar siyasəti 
xalqın  «bütöv  vətən»  anlayışını  öldürmüşdü.  İmperiyadan  əvvəl  isə  adamlar 


89 
 
«xanlıqlar»  xəstəliyindən  yaxa  qurtara  bilməmişdilər.  Qarabağ  xanlığı,  Şəki 
xanlığı,  Naxçıvan  xanlığı...  Bunlar  əslində  xanlıq  deyildi,  xalqın  parçalanması, 
dəstə-dəstə  yaşayıb  gücdən  düşməsi  idi.  Elə  bunun  nəticəsi  idi  ki,  çar  qoşunları 
Azərbaycana  hücuma  keçəndə  iki  xan  bir-birilə  işbirliyinə  gələ  bilmədi.  Hərəsi 
çəkilib bir yanda durdu. Tədbirli, siyasətcil düşmən hərəsini bir yolla təkləyib qanlı 
İmperiya  pəncəsinə  keçirtdi.  Bəli,  birləşə  bilmədi  xanlıqlar. Birləşə  bilmədilər  və 
məhv oldular. Çünki elə o zamanın özündə də  «bütöv vətən» anlayışı yox idi. Bu 
xalqın bostanına ela qara daş atmışdılar ki, neçə əsrlər idi yalnız parçalanmaq, bir-
biri ilə didişmək toxumu cücərdirdi. Xətai dövründə alovlanan «bütöv vətən» fikri 
yaddaşlardan  silinib  getmişdi.  Çar  imperiyası  isə  özünün  iyrənc  oyunları,  xatalı 
hiyləgərlikləri ilə adamlarda vətən hissini öldürmüşdü. 
...Budur,  indi  xalq  azaddır.  Xalqın  azad  qəzetləri,  jurnalları  «bütöv 
Azərbaycan»dan danışır, onun şanlı tarixini, işıqlı keçmişini təbliğ edir. Adamlara 
hər gün belə fikir çatdırırlar: sən nə qarabağlısan, nə naxçıvanlı, nə şəkili, şirvanlı, 
sən azərbaycanlısan! Bu adı həmişəlik yaddaşında saxla və onunla fəxr et! 
Məmməd  Əmin  Rəsulzadəni  indi  bir  məsələ  narahat  edirdi:  milli  ordunun 
Bakıya  gətirilməsi.  İngilislərin  danışığından  belə  məlum  oldu  ki,  onlar  milli 
ordunun  Bakıya  gəlməyinə  etiraz  etmirlər.  Az  sonra  isə  məqsədlərini  açıq  etiraf 
edəcəkdilər  ki,  Bakıdan  çıxıb  gedirlər.  İngilislərlə  razılaşandan  sonra  ordunun 
Bakıya  gəlməyinə  göstəriş  verdilər.  (Çünki  Tomson  yalnız  türklərin  deyil, 
Azərbaycan ordusunun da çıxıb getməyinə göstəriş vermişdi.) 
Budur,  indi  milli  ordunun  yenidən  Bakıya  gəlməyinə  razılıq  alınıb.  Sabah 
Azərbaycan əsgərləri Bakıya gəlir. 
1919-cu il aprelin 4-ü idi.  
Aprelin  5-nə,  milli  qoşunun  Bakıya  gələcəyinə  lap  az,  cəmisi  bir  gün 
qalırdı. 
O  isə  qurduğu  azad  hökumətin  milli  qoşununu  yaratmağın  çətinliklərini, 
hansı  maneələrin  üzə  çıxdığını  və  indinin  özündəki  əngəlləri  acı-acı  xatırlayıb 
düşünürdü. 
...Rusiya  imperiyasındakı türklər  əsgərlik  hüququndan  məhrum  idi.  Yalnız 
Volqa boyunda yaşayan türkləri əsgərliyə götürürdülər. Ona görə də Azərbaycanın 
milli  ordusunu  yaratmaq  söhbəti  ortalığa  çıxanda  o,  demək  olar  ki,  anlaşılmaz 
vəziyyətdə  qalmışdı.  Ordusuz  hökumət  olmazdı.  Ordu  hökumətin  dayağı,  onu 
saxlayan qüvvədir. Mütləq ordu yaratmaq lazım idi. 
Hələ  1917-ci  ilin  dekabrından  Zaqafqaziya  ərazisində  ayrı-ayrı  milli 
korpuslar  yaradılırdı:  erməni,  gürcü,  müsəlman.  Müsəlman  korpusunda  yeganə 
nizami  korpus  —  Birinci  atlı  tatar  polku  idi.  Bu  polku  «dikiy»  (vəhşi)  diviziya 
adlandırırdılar. 
Hökumət  elan  ediləndən  sonra  Gəncəyə  köçdülər.  Batumda  Türkiyə 
nümayəndəliyi  ilə  danışıqlar  aparanda  əsas  diqqəti  milli  ordunun  yaradılmasına 
yönəltmişdilər.  Türklər  köməklik  göstərəcəklərini  bildirmişdilər.  Və  qısa  bir 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə