Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

86 
 
Abbas bəy, Vəli bəy, Piri bəy, Abdulvahab bəy və adlarını indi xatırlayammadığım 
və  sonradan  bolşeviklər  tərəfindən  öldürülmüş,  sürülmüş  bir  çox  gənc 
arkadaşlarımızın böyük  fədakarlıqlar göstərdiklərini ayrıca  qeyd etmək istəyirəm. 
Bu surətlə ingilislər böyük bir önəm daşıyan  neft ocaqlarında qüvvətin erməni və 
rusların  deyil,  Azəri  türklərinin  əlində  olduğuna  inanaraq,  Azərbaycanı  Azəri 
türklərinə təslim etməyə qərar verdilər. İngilis komandanlığında Fətəli xana:  «Biz 
Qafqaziyada  bu  qədər  kulturlu  və  çalışqan  türk  kütləsinin  olduğunu  təsəvvür 
etmirdik» demişdilər. 
...Məmməd  Əmin  Rəsulzadə  erməni  və  rusların  təhlükəli  iş  görüb, 
Azərbaycan  hökumətini  zəiflətmək  məqsədini  güddüklərini  bilirdi  və  bununla 
əlaqədar hökumətin ingilis komandanlığına etiraz bəyanatı verməyini vacib sayırdı. 
Azərbaycan hökuməti tezliklə öz etiraz notasını bildirdi. 
Həmin  hadisəni  Məmməd  Əmin  Rəsulzadə  belə  xatırlayırdı:  hökumət 
bununla  iktifa  etmirdi.  Komandanlığa  verdiyi  notada  «səlahiyyəti-hürriyyət» 
komandanlıqca  tanınmış  bir  Azərbaycan  hökuməti  var  ikən  düvəli-müttəfiqədən 
bulunmayan rus Biçeraxov ordusu ilə asayişi ümumiyyəyi müxəll olmaqdan başqa 
bir faidəsi mütəsəvvir bulunmuyan erməni məfrəzəsinin Bakıda bulunmalarına bir 
səbəb olmadığını bəyanla məzkur qitəati-əsgəriyyənin bir an əvvəl Azərbaycandan 
uzaqlaşmasını tələb eylədi. Bu nota üzərində Biçeraxov alayı 48 saatlıq bir möhlət 
zərfində  Bakını  tərkə  məcbur  olduğu  kimi,  erməni  məfrəzələrinin  inhilalı  dəxi 
təqərrür etdi». 
Biçeraxovun  başçılıq  etdiyi  şovinist  ruslar,  xain  ermənilər  Bakını  tərk 
edirdilər.  Gedəndə  içərilərindəki  qəzəbi,  kini  gizlədə  bilməyib  azərbaycanlıları 
təhqir  edir,  bununla  iğtişaş  salmaq  istəyirdilər.  Xalq  isə  dözür,  dayanır,  bu 
xainlərin tez yox olmalarını istəyirdilər. 
Bakıda  ingilislər  qalmışdı.  İngilislər  getdikcə  Azərbaycanın  işlərinə  az 
müdaxilə edirdilər. 
...Vəziyyətin gərginliyinə  və mürəkkəbliyinə baxmayaraq azərbaycanlıların 
yaşayışında  milli  ruh  «hər  şey  özününküdür»  istiqamətində  gedirdi.  Hökumət 
işləyir,  yeni  qanunlar  verir,  nizam-intizam  möhkəmlənir,  iqtisadiyyat  ölgünlük 
bataqlığından  çıxarılırdı.  Xalqın  ərzaqla  təminatı  getdikcə  yaxşılaşırdı.  Yaxın 
rayonlardan  Bakıya  köməklik  göstərilir,  camaatın  xüsusilə  çətinlik  çəkdiyi  çörək 
ehtiyacı  ödənilirdi.  Əhalinin  dolanışığının  yaxşılaşmağı  və  bazarda  bolluq 
olmağından ötrü sərbəst satışa imkan verilirdi. 
Azad  Azərbaycanda  xalqın  güzəranı  daha  da  xoş  olur,  adamlar  ana 
torpağındakı sərvətlərin ixtiyarını ələ alırdılar. 
Xalq  xoşbəxt  idi.  Çünki  torpağının  da,  neftinin  də,  varının,  dövlətinin  də 
sahibliyini öz ixtiyarına vermişdilər. 
Məmməd  Əmin  Rəsulzadə  neçə  gün  idi  ki,  hökumət  nazirləri  ilə  ciddi 
söhbətlər aparırdı. Qarşıda Azərbaycan hökumətini çətin sınaq gözləyirdi. Fransada 
Versal  sülh  konfransı  keçiriləcəkdi,  bunun  üçün  oraya  gedən  heyət 


87 
 
müəyyənləşdirilməliydi.  Bu  heyət  Azərbaycanın  müstəqilliyini  xarici  dövlətlərə 
tanıtmalı və onun hüququnu müdafiə etməli idi. Heyətə olduqca  məsuliyyətli bir iş 
tapşırılırdı. 
Versal sülh konfransına aşağıdakı heyətdə nümayəndələr göndərməyi qərara 
aldılar:  Əli  Mərdan  bəy  Topçubaşov,  (heyətin  başçısı),  Əhməd  bəy  Ağa  oğlu, 
Əkbər  ağa  Şeyxülislamzadə,  Məhəmməd  Həsən  bəy  Hacınski,  Mir  Yaqub 
Mehdizadə, Məhəmməd bəy Məhərrəmzadə, Ceyhun bəy Hacıbəyli. 
Yanvarın  əvvəllərində  heyət  yola  düşdü.  Böyük  ümidlə,  Azərbaycan 
istiqlalını dünyaya tanıtmaq istəyi ilə bu adamlar uzaq Parisə yollandılar. 
Mehribanlıq və səmimiyyət hissi ilə ayrıldılar. Ayrılanda əməli və qayələri 
bir  olan  həmvətənlərinə  baxdı.  Demək  istədi  ki,  indi  bütün  ümidlər  sizədir. 
Azərbaycanın azadlıq səsini bütün dünyaya siz yaymalısınız. 
Məmməd  Əmin  Rəsulzadə  heyətin  hansı  çətin  iş  yerinə  yetirəcəyini  yaxşı 
bilirdi.  Heyət  indiyə  kimi  imperiya  zülmü  altında  inləmiş,  həmişə  Rusiyanın  bir 
əyaləti  kimi  yaşamış ölkəni müstəqil dövlət olaraq dünyaya  tanıtmalı idi.  Deməli 
idi  ki,  Azərbaycan  Rusiyadan  ayrılmış,  özü  öz  müqəddəratını  həll  etməyə  qadir 
olan  bir  ölkədir.  Görən  amerikalını,  ingilisi,  fransızı  indiyədək  azərbaycanlını 
«qara tatar» «avam müsəlman» kimi qəbul edən bu xalqları Azərbaycanın müstəqil 
bir  dövlət  kimi  yaşaya  biləcəyinə  inandırmaq  mümküm  olacaqmı?  Çar  Rusiyası 
Azərbaycanın varlığını inkar etməklə onun beynəlxalq aləmdə məhvinə səbəb olub. 
Avropalı,  amerikalı  üçün  yalnız  sıldırım  qayaları,  yaşıl  meşələri,  sonsuz 
gözəllikləri  olan  Qafqaz  var.  Bir  də  onların  bildiyi  yalnız  budur!  Qafqazda  — 
Rusiyanın bu əyalətində kiçik xalqlar yaşayır. Bu xalqlardan hansı birininsə ayrılıb 
-müstəqil dövlət halına keçməyini onlar qəbul edəcəkmi? 
Amma  inanırdı.  İnanırdı  ki,  bu  millətin  imzası  dünyanın  bütün  azad 
xalqlarının  arasında  görünəcək.  Onlar  inanacaq  Azərbaycanın  özünü  yaşatmaq 
bacarığına. Bu xalqın düşünən başlı, saf əqidəli, milli qeyrətli oğulları çoxdur. Və 
başını  köləlik  zəncirindən  təzəcə  xilas  etmiş  bu  xalq  hələ  çox  işıqlı  düşüncəli, 
yüksək  istedad  sahibi  olan  adamlar  yetirəcək.  Elə  ingilis  Tomsonu  inandıran,  öz 
kübar  davranışı,  yüksək  məntiqi  biliyi  ilə  onu  heyrətdə  qoyan  bu  adamlar 
olmadımı?  Əhməd  Ağa  oğlunun,  Fətəli  xanın  yüksək  savadına  Tomson  necə  də 
heyran kəsilmişdi? Yox, bu adamlarla hər işi görmək mümkündür. 
Belə işıqlı ümidlər içində gedənləri düşünürdü. 
Gedənlərin  ağrısı.  Versal  müqaviləsinə  gedənlər  elə  ilk  günlərdən 
çətinliklə  qarşılaşmışdılar.  Əvvəlcə  nümayəndə  heyətini  konfransa  buraxmaq 
istəməmiş,  günlərlə  gözləməyə  məcbur  etmişdilər.  Sonradan  bunun  səbəbi  də 
müəyyənləşmişdi.  Məlum  olmuşdu  ki,  fransızlar  Bakıdan  gələn  nümayəndələrə 
ingilis müstəmləkəsindən gələnlər kimi baxırlar. Sonradan nümayəndə heyəti ciddi 
danışıqlar  aparıb  Parisə  getmək  icazəsini  almışdı.  İşin  belə  həlli  zamanı  daha  bir 
xoşagəlməz  hadisə  baş  vermişdi.  Həmişə  əlində  hazır  bıçaq  tutub  onu 
azərbaycanlıya  vurmaq  istəyən  ermənilər  yenə  qazan  qaynatmışdılar.  Fransızca 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə