Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

80 
 
kimi  Bakıdan  çıxarılmalıdır.  Məmməd  Əmin  Rəsulzadə,  Fətəli  xan  Xoyski  və 
başqa hökumət nazirləri təəccüb içində qalmışdılar: Nə etməli? Vəziyyətdən necə 
çıxmalı?  İzzət  paşanın  yazdığında  yalnız  bir  ümidli  söz  vardı:  «Biz  məcbur  olub 
yalnız  bunu  deyə  bildik  ki,  arzu  edən  zabitlər  türk  ordusu  ilə  əlaqəni  kəsib 
Azərbaycanda qala bilərlər». 
Hökumət  başçıları  anlaşılmaz  vəziyyətə  düşmüşdülər.  İngilis  generalı 
Tomson qoşunu ilə tezliklə Bakıya girməli idi. Nə etməli? 
Yenicə  istiqlaliyyət  havasını  udan  xalq  əsarəti,  müstəmləkəçiliyimi  qəbul 
etsin?  Uzun  illərdən  bəri  yolunda  minlərlə  igidin  qanı  axıdılan  azadlığı  necə  əldə 
saxlamalı? 
Razılığa gəldilər ki, hər şey diplomatik danışıqlardan asılıdır. Yeganə çıxış 
yolu  yalnız  Tomsonla  dil  tapmaq,  onu  həqiqətlərə  inandırmaqdır.  Tomsonla 
danışıq üçün Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyov və Rafiyevdən ibarət bir 
heyət  yaradıldı.  Onlar  hələlik  Ənzəlidə  olan  general  Tomsonla  danışıq  aparmalı, 
Azərbaycanın müstəqilliyinə onu inandırmalı idilər. 
Məmməd Əmin Rəsulzadənin qəlbindən ümidli bir fikir keçdi: hər şey yaxşı 
olacaq!  Azərbaycan  öz  müstəqilliyini  saxlayacaq!  Tomsonu  razılığa  gətirə 
biləcəklər. 
...Məmməd  Əmin  Rəsulzadəni  bir  məsələ  də  ciddi  narahat  edirdi.  Neçə 
etmək  ki,  türk  zabitlərini  Bakıda  saxlamaq? Türkiyənin  hərbi  naziri  İzzət  paşa bu 
məsələyə  razılığını  vermişdi.  İndi  əsas  iş  asılı  idi  zabitlərin  özündən.  Zabitlər 
Azərbaycanda  qalmaq  üçün  buranın  vətəndaşlığını  qəbul  etməliydilər.  Türk 
zabitlərinə  ciddi  ehtiyac  var.  Azərbaycan  ordusuzdur.  Savadlı,  təcrübəli  zabit 
kadrlarımız  çox  azdır.  Nuru  Paşanın  məlumatına  görə  indiyə  kimi 
azarbaycanlılardan cəmi 1500 əsgər toplanıb. Onlardan isə yalnız 500-ü Bakıdadır. 
500  əsgər  nə  qüvvədir  ki?  Qarşıdan  coşğun  sel  kimi  ingilis  qoşunları  gəlir. 
Vəziyyət  də  çox  pisdir.  Bakının  kəndləri  ilə  müqayisədə  götürəndə  əyalətlərdə 
adamlar uşaqlarını əsgərliyə vermir. Çar imperiyası elə balta çalmayıb ki, bu xalqa, 
indi  yarası  sağalmış  olsun.  Bəs  nə  etməli?  Türk  zabitlərini  necə  yola  gətirməli? 
Bakının  alınmağında,  Azərbaycanın  işğalçılardan  təmizlənməyində  minlərlə 
qurban vermiş türk ordusu indi Bakıdan çəkilir. Bəs zabitlər belə mürəkkəb və hər 
dəqiqə qanlı toqquşma gözləniləcək şəraitdə qalmağa razılıq verəcəklərmi? 
Qaranlıq suallar içində çırpınır, vəziyyətdən çıxış yolu axtarırdı: 
Məmməd  Əmin  Rəsulzadənin  bu  ağrılarını,  türk  zabitlərini  Bakıda 
saxlamaq cəhdini əmisi oğlu Məmməd Əli Rəsuloğlu belə xatırlayarmış: 
«...Nəhayət,  türk  ordusu  Türkiyə  hökumətinin  müttəfiqlərlə  yapdığı  bir 
müahidə  əsasında  Bakıdan  çıxmaq  məcburiyyətində  qaldı.  Məmməd  Əmin  bəy 
türk  ordusu  komandanları  nəzdində,  bizi  buraxıb  getməmələri  üçün  onlardan  çox 
xahişlər  etdi  və  subayların  rütbələrinin  bir  dərəcə  yüksəldiləcəyini  və  əsgərlərə 
əlavə  maaş veriləcəyini söylədisə də subaylar arasında olan bir ixtilaf nəticəsində 
çəkilib getməyi üstün tutdular». 


81 
 
Amma vəziyyətin mürəkkəbliyinə baxmayaraq, qoşunlar əslində Bakını ağır 
vəziyyətdə  qoyub  getmək  istəmirdilər.  Nuru  Paşanın  komandanlığında  çalışan 
Qafqaz  Müsəlman  Ordusunun  siyasi  şöbə  rəisi  Cavad  bəy  deyirdi:  «Türkiyə 
hökuməti  güclü  və  qardaş  Azərbaycan  ordusu  yaradılmasından  ötrü  heç  bir 
vəsaitini  əsirgəməyəcək.  Ordu  Azərbaycan  dövlətinin  ixtiyarında  ehtiyacı  olana 
kimi qalacaq». 
Amma  sonradan  vəziyyətin  mürəkkəbləşdiyini  nəzərə  alıb  türk  qoşunu 
Bakıdan çıxarılmışdı. 
Məmməd  Əmin  Rəsulzadə  Nuru  Paşanın  o  zaman  Bakıda  qalmaq  üçün 
hansı  həyəcanlar  keçirdiyini  sonralar  xeyirxahlıq  və  məhəbbətlə  xatırlayarmış. 
Amma vəziyyət gərgin idi. Tomson Bakıya gəlirdi. Türk qoşunları isə Bakını tərk 
edirdilər. 
Türk qoşunları gedirdi. 
Bakılılar  sakitcə,  dərin  kədər  və  qüssə  içərisində  dayanıb  gedən  qoşuna 
baxırdılar.  Xilaskar  ordu  Bakıdan  çıxırdı.  Həmin  o  günü  həyəcandan  ağlayanlar, 
göz yaşı tökənlər də çoxdu. Hamının qəlbindən bir ağrı keçirdi: «Siz gedirsiniz, bəs 
halımız necə olacaq? Bizi kimin ümidinə qoyursunuz?» 
Türklər gedirdi. Sabah Bakıya ingilislər girəcəkdi. 
Məmməd  Əmin  Rəsulzadə  və  bütün  Azərbaycan  hökumətinin  üzvləri 
həyəcan  içərisində  idilər.  Tomson  əvvəlcədən  sifariş  göndərib  bir  neçə  yeri,  o 
cümlədən «Metropol» mehmanxanasını əsgərlər üçün boşaltmaq əmrini vermişdi. 
Şəhərdə qəribə ölgünlük vardı. Adamlar elə bil doğma bir səs üçün darıxır, 
onu eşitmək, elə hey dinləmək istəyirdilər: 
Anam beni böyütdü, bu yollara göndərdi...  
Yox,    bu    mahnı    daha    oxunmayacaqdı!    Şanlı  türk        əsgəri  Bakının  
küçələrində  gəzib  şirin  ləhcəsiylə  bu  sözləri  deməyəcəkdi.  Sabahdan  bu  şəhərdə 
özgə  mahnılar  oxunacaqdı.  Təkcə  mahnılarmı  oxunacaqdı?  Kim  bilir,  bəlkə  yenə 
günahsız qanlar töküləcəkdi...  
Türklər gedirdi Bakıdan.  
Sabah, noyabrın 17-də Tomson Bakıya gəlirdi. Tomsonun  Bakıya gəlişini 
Məmməd Əmin  Rəsulzadə belə xatırlayırdı: 
«İxrac  bilahadisə icra  edildi. Azərbaycan  bayrağı    ilə müzəyyən körpüyə 
çıxan  Tomsonu  Xariciyyə  naziri  müavini  salamladı.  Müqabilində  Tomson  
kəndisini hərbi-ümuminin  xitamı və  sülhün iadə etmək üzrə bulunduğu ilə təbrik 
etdi. 
İki  gün  sonra  komandanlığın  əhaliyi-islamiyyəni  məyus  edəcək  bir 
bəyannaməsi nəşr olunuyordu...» 
Həmin  bəyannamədə  Tomson  təhlükəli  bir  fikir  irəli  sürüb:  «Rusiyadan 
qoparılmış  Qafqaziyanın  düşməndən  təmizlənməsi  üçün  Ufada  təşəkkül  edən  rus 
hökuməti ilə bir araya gəldiyini deyirdi».. 
Vəziyyət qorxulu idi! 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə