Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

82 
 
Məmməd Əmin Rəsulzadəni ən çox qəzəbləndirən Biçeraxovun hərəkətləri 
idi.  İngilis  ordusunda  türklərə  qarşı  vuruşmuş  köhnə  çar  zabiti  Biçeraxov  çox 
azğınlıq  edir,  hər  yanda  özünü  «Bölünməz  Rusiya»nın  nümayəndəsi  kimi  aparır, 
aeroplanlardan  bəyannamələr  yayırdı.  Şəhərə  yaydığı  bəyannamələrin  birində 
deyirdi:  «Sizlərə  salam  olsun,  Rusiya  vətəndaşları!  Müttəfiqlərin  köməyi  ilə  öz 
köhnə sərhədlərini bərpa edən böyük Rusiyamız artıq bir çox yerlərdə özünün yeni 
həyatını başlayır...». 
Şovinist  Biçeraxov!  Canınızdan  bu  şovinistlik,  özgə  torpağında  ağalıq, 
hökmranlıq hissi çəkilib getmədi! Həmişə Bakıya—bu qızıl neft səltənətinə əyalət 
şəhəriniz kimi baxdınız! 
Məmməd  Əmin  Rəsulzadə  hər  gün  Fətəli  xanla,  Nəsib  bəylə,  başqa 
hökumət nazirləri ilə məsləhətləşir, Tomsonla «dil tapmaq» üsulları axtarırdı. İndi 
hər  şey—başlıca  məsələ  olan  Azərbaycanın  müstəqilliyinin  saxlanması  məhz 
Tomsonla uğurlu iş görməkdən ibarətdir. 
Ruslar  və  ermənilər  yenə  şəhərdə  azğınlıq  edirdi:  Azərbaycanı  Rusiyanın 
bir parçası kimi təbliğ edən Biçeraxovun sözləri onları «ruhlandırırdı». 
Məmməd  Əmin  Rəsulzadənin  başçılıq  etdiyi  Azərbaycan  hökuməti 
vəziyyətdən  çıxmaq  üçün  Tomsonla  danışıqlar  aparırdı.  Belə  uğurlu  danışıqlar 
getdikcə öz bəhrəsini verirdi.  
Biçeraxovun  Bakıda  çevriliş  etmək  istədiyini  eşidən  Tomson  ona  46  saat 
müddətində Bakını tərk etməyi əmr etdi.  
Bakı  qanında  şovinistlik  qaynayan,  «Bölünməz  Rusiya»  xəstəliyinə 
tutulmuş  təhlükəli  bir  adamdan  xilas  oldu.  Amma  ümumi  əhval-ruhiyyə  hələ 
gərgin idi. 
İndi  başlıca  söhbət  parlamentin  açılışından  gedirdi.  Tomsonun  müəyyən 
təzyiqi  ilə  «Koalisyon  hökumət»  yaratmaq  razılaşdırılmışdı.  Başqa  millətdən 
olanlar da hökumət işində çalışa bilərdilər. 
Amma  sonradan  məlum  oldu  ki,  Bakıdakı  «Rus  milləti  komitəsi» 
Azərbaycan parlamentinə nümayəndələrini göndərmək istəmir. 
Getdikcə  Məmməd  Əmin  Rəsulzadə  və  dostları  Tomsona  hər  şeyi  başa 
salır, rus şovinizminə onda da nifrət oyadırdılar. 
Lakin razılıq alınmışdı. Tomson parlamentin açılışına icazə vermişdi. 
Məclisin  açılışı  günü  bir  maraqlı  hadisə  baş  verdi.  Məmməd  Əli 
Rəsuloğlunun xatirəsi: 
«...Məclisin  açılacağı  gün  Azərbaycan  bayrağının  məclisin  binası  üzərinə 
taxılması işi də bir məsələyə çevrildi. İngilis komandanı bizimkilərə: «Baxınız, biz 
nə  zamandan  bəri  buradayız,  heç  bayraq  sancdığımızı  gördünüzmü?  deyincə 
bizimkilər də: «sizin bayrağa ehtiyacınız yoxdur, bizim isə ən böyük arzumuz milli 
bayrağımızı taxmaqdır» şəklində cavab vermişlərdi. İngilis komandanı da bu sözü 
məqbul saymış, rus  və erməniləri artıq həyəcanlandırmamaq üçün  yalnız  məclisin 
toplandığı günlərdə bina üzərinə bayraq taxılmasını xahiş etmişdi. Bizimkilər də bu 


83 
 
xahişi qəbul etmişdilər. Bu hal bir ənənə halını almışdı. Bayrağımızın taxıldığı gün 
hər  kəs  məclisin  açıq  olduğunu  bilirdi.  Məclisin  açılacağı  gün  rus  və  ermənilərin 
fitnəsindən  məclisi  qorumaq  məqsədiylə  hindli  müsəlman  əsgərlər  məclisdən  çox 
uzaq  küçə  və  caddə  başlarında  qruplar  halında  növbə  gözləməkdə  idilər.  Hindli 
əsgərlər məsələni anlayaraq xalqımızı təbrik edirlərdi. 
Məmməd  Əmin  bəyin  o  gün  məclisin  balkonundan:  «Bir  dəfə  yüksələn 
bayraq  bir  daha  enməz»  sözü  kəndlərdən,  neft  ocaqlarından  şəhərə  axın  etmiş, 
dolub binanın hər yanını tutmuş xalqımız tərəfindən coşğun alqışlarla qarşılandı...» 
Bir xoĢ söz. Həmin günü sən hamını heyrətdə qoydun! Həmin günü dediyin 
sözlər dalğa-dalğa, ildırım sürətiylə Azərbaycanın hər yerinə yayıldı. Adamlar səni 
daha  da  sevdi,  daha  da  inandı.  Sən  həmin  günü  adamların  qəlbində  qırılıb 
çiliklənmiş  ümidlərə  can  verdin,  yaşatdın.  Sənin  xoş  ahəngli  səsin  adamların 
qəlbinə  yayılıb,  onların  azadlıq  və  istiqlaliyyət  arzusunu  coşdurdu.  Dediyin  o  xoş 
məramlı sözlər  adamların  həmişəlik yaddaşına  yazıldı. Elə həmin  o gün dediyin 
«Bir  dəfə  yüksələn  bayraq  bir  daha  enməz»  sözün  sonralar  xalqımızın  həyat 
məramına, yaşayışının mənasına çevrildi. 
Məmməd 
Əmin 
Rəsulzadənin 
Azərbaycan 
Milli 
Cümhuriyyəti 
parlamentinin ilk açılışındakı tarixi çıxış: 
«Möhtərəm  millət  vəkilləri!  Azərbaycan  Milli  Cümhuriyyətinin  ilk 
parlamentosunu  açmaq  səadətinin,  siz  möhtərəm  millət  vəkillərini  təbrik  etmək 
şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar) ...Əfəndilər, Rusiyada zühur 
edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. 
Bu  həqiqət  millətlərin  hürriyyət  və  istiqlal  haqları  idi.  Rusiya  inqilabı  təbiətində 
mövcud  olan  ruha  sadiq  qalaraq  təbii  yolu  ilə  inkişaf  etsəydi,  millətlərin 
hüququnun  təmin  ilə  muxtariyyətlərdən  mütəşəkkil  azad  və  demokratik  bir 
Rusiyanı  bir  an  əvvəl  təsis  edəcəkdi.  O  vaxt  təbii  idi  ki,  Rusiyada  yaşayan 
müsəlmanların  siyasi  həyatları  digər  məhkum  millətlərlə  bərabər,  başqa  bir  yolda 
cərəyan  edəcəkdi.  Millətlər  öz  müqəddəratlarının  təyinini  pək  səmimi  bir  surətdə 
Rusiya müəssisan məclisindən gözlərdilər. Fəqət Rusiyada inqilab və demokratizm 
naminə zühur edən bir istibdadın nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab 
naminə  hökümfərma  olan  anarşı  və  millətlərin  hüquqi  elanından  sonra  yürüdülən 
qəti mərkəziyyətçilik Zaqafqaziya millətlərini öz başlarının çarəsinə baxmağa sövq 
etdi. Zaqafqaziyadan Rusiya qurucu məclisinə seçilən millət vəlilləri, özlərini vəkil 
edən  camaatın  hüququnu  Zaqafqaziyada  Seymini  təşkil  və  onun  istiqlalını  elan 
etməkdə gördülər.  
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi 
Milli  təşkilinə  sövq,  bu  milli  şura  isə  Azərbaycan  istiqlalını  elan  etmək  zərurəti 
qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu (alqışlar...). 
Biz  azərbaycanlılar  bütün  mövcudiyyətimizlə  öz  müqəddəratımızı,  öz 
istiqlalımızı  müdafiə  və  mühafizədə  israr  edər,  səbat  və  mətanət  göstərirsək,  heç 
şübhəsiz  ki,  Azərbaycan  Cümhuriyyəti  paydar  olur.  Fəqət  bunun  üçün  təkrar 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə