Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə47/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   43   44   45   46   47   48   49   50   ...   112

98 
 
Məmməd Əmin Rəsulzadə Amerika prezidentinin tərəddüd etməyindən çox 
narahat  idi.  Əgər  prezidentin  fikrini  dəyişdirmək  mümkün  olmazdısa, 
Azərbaycanın  müstəqilliyi  də  şübhə  altına  alınardı.  Və  indi  bir  hadisəni 
xatırlayırdı:  hələ  1918-ci  ilin  noyabr  ayının  əvvəllərində  Fətəli  xan  Xoyskinin 
imzası  ilə  Demokratik  hökumət  Amerika  prezidentinə  belə  bir  teleqram 
göndərmişdi: 
«Üç milyon yarımlıq  Azərbaycan-türk xalqı da cahan müharibəsinin bütün 
fəlakət  və  iztirabını  dadmış,  eyni  zamanda  müttəfiq  orduları  ilə  birlikdə  Karpat 
dağlarına qədər cəsarətlə yürümüş və qan tökmüşdür... İndi istiqlaliyyət arzusu ilə 
müstəqil bir dövlət qurmuşlardır. 
...Yüksək  şəxsinizə  müraciət  edərək,  istiqlalımızın  təsdiqi  və...  elan  etmiş 
olduğunuz  insani  prinsiplər  dairəsində  millətimiz  sizdən  alicənab  müzahərat 
gözlər». 
Vilsona  hələ  o  zaman  teleqram  göndərilib  xahiş  edilmişdi.  Vilsonun  o 
vaxtdan  müstəqil  Azərbaycan  dövlətinin  mövcudluğundan  xəbəri  vardı.  Lakin... 
düşmən  təbliğatı  və  onun  tarixi  mövqeyi  təcrübəsi  daha  güclü  idi.  İndi  Parisə 
toplaşmış ruslar Qafqazı  «Bölünməz Rusiya»nın bir parçası kimi tanıtmaq istəyir, 
böyük  dövlətlərə  yanlış  məlumatlar  verirdilər.  Bu  ruslar  Kolçakı  hakimiyyətə 
gətirmək  istəyirdilər.  Ermənilər  isə  Türkiyə  və  Qafqaz  Ermənistanından  təşkil 
olunan «Vahid Ermənistan» proqramını irəli sürürdülər. Topçubaşov yazırdı ki, biz 
hətta  Vilsonla  görüşdə  bir  məsələyə  də  razılığımızı  bildirdik.  Dedik  ki,  keçmiş 
Rusiyanın borcunun Azərbaycana düşən hissəsini də ödəməyə razıyıq. 
Topçubaşonun məlumat məktubundan aydın olurdu ki, Versal konfransında 
vəziyyət  çox  mürəkkəbdir.  Azərbaycan  hökumətinin  nümayəndə  heyətini  çətin 
işlər gözləyir. 
Məmməd  Əmin  Rəsulzadə  dumanlı  fikirlər  içində  Topçubaşovun 
göndərdiyi məlumatları götür-qoy edirdi. 
Məmməd 
Əmin  Rəsulzadəni  «içimizdəki  Denikinlər»  ağrıdır. 
«İçimizdəki  Denikinlər»  sakit  dayanmır,  Azad  hökumətin  işinə  mane  olurdular. 
Orduda  təbliğat  aparır,  cavanları  əsgəri  xidmətdən  qaçmağa  məcbur  edirdilər. 
Məmməd Əmin Rəsulzadə azərbaycanlı bolşeviklərin bu düşüncəsiz və xəyanətkar 
hərəkətlərindən olduqca bərk qəzəblənirdi. 
Bu  adamlar  xalqı  niyə  sakit  buraxmırlar?  Rusun,  erməninin  məqsədi 
aydındır. Bəs özümüzünkülər niyə xəyanət baltasını xalqa vururlar? 
Suallar içərisini ağrıdır, didib-parçalayırdı, hökumət rəhbəri kimi ona bütün 
məlumatlar çatdırılırdı. Verilən məlumatlar həyəcanlı və dözülməz idi. Bir hadisəni 
xatırladı. 
1918-ci  ilin  dekabr  ayı  idi.  Bolşeviklərin  təşəbbüsü  ilə  Bakıda  fəhlə 
konfransı keçirilirdi. O da müsavatçı dostları ilə bu konfransda iştirak edirdi. İclasa 
gəlməkdə  bir  məqsədləri  vardı.  Bilmək  istəyirdilər  ki,  axı  bu  bolşeviklər  niyə 
camaatı  rahat  buraxmır.  Konfransda  bolşeviklər  gülünc  vəziyyətdə  qaldılar.  İrəli 


99 
 
sürdükləri—Bakıda  tətilə  başlamaq  təklifi  camaat  tərəfindən  qəbul  edilmədi. 
Onların  təklifini  yalnız  Tağıyevin  fabrikində  işdə  tətilə  başlamaq  təklifi  camaat 
tərəfindən qəbul edildi. Tağıyev isə cəza əlaməti olaraq bolşeviklərin fırıldaqlarına 
inandıqlarına  görə  onların  on  dördünü  işdən  çıxartdı.  Sonra  mərhəmətli  və 
xeyirxah Hacının bolşevik fəhlələrə ürəyi yandı, yenidən işə qaytardı. 
İndi  acı-acı  xatırlayırdı  ki,  konfransda  açıqcasına  məğlub  olan  bolşeviklər 
sonradan ona və müsavatçılara böhtan atıb deyirdilər ki, guya müsavatçılar qapıda 
dayanıb  konfrans  iştirakçılarının  hərəsinə  beş  manat  pul  verib  öz  tərəflərinə 
çəkirmişlər. Ona görə də konfransda bolşeviklərin təklifi qəbul edilməmişdi. 
Azərbaycanlı bolşeviklər ruslar və ermənilərlə əlbir işləyirdilər. Bu adamlar 
erməni  Mikoyanın,  Mirzoyanın  torunda  çırpınırlar.  Bu  torun  iplərini  bağlayan  isə 
yuxarıda—Moskvadadır.  Lenin  yenidən  erməniləri  aldadıb  Azərbaycanın  canına 
daraşdırıb. Yenə şirin vədlər verib bu xainlərə. Azərbaycanlı bolşeviklər isə həmişə 
olduğu kimi  yenə Leninə və  ermənilərin  şirin dilinə inanıblar. Mikoyan Bakıda iş 
qaydalarını pozmaq üçün may ayında tətillər təşkil etmək istəmişdi. Tətilin şüarları 
bu  idi:  «Bütün  hakimiyyət  fəhlələrə  və  kəndlilərə!  Sovet  Rusiyasına  və  sosialist 
inqilabına eşq olsun!». 
Amma o yaxşı bilirdi ki, bolşeviklərin bu şüarı altında hansı istək gizlənib: 
sovet  Rusiyasına  neft  göndərmək!  Bu  Leninin  göstərişi  idi.  Mikoyan  isə  həvəslə 
tapşırığı  yerinə  yetirməyə  çalışırdı.  Quru  sosializm  ideyası  ilə  aldanmış  bir  qrup 
azərbaycanlını yoldan çıxarmağa nə var ki! 
Tətilin  qarşısını  almaq  üçün  Əmək  naziri  Səfirkürdski  aranı  qatanları—
Mikoyanı, Çurayevi, Qarayevi və Kovalı yanına dəvət edib ciddi söhbət aparmışdı. 
Sonradan  Səfikürdski  acı-acı  ona  danışırdı  ki,  Qarayevi  bu  xəyanətkar  rus 
və erməninin arasında görəndə nifrətdən bilmirdim nə edim. 
Onu həyəcanlandıran bir başlıca məsələ də bu bolşeviklərin orduda apardığı 
təbliğat idi. Bolşeviklər azərbaycanlıları ordudan qaçmağa təhrik edirdilər. 
Bir  Ģikayət.  Bu  azərbaycanlı  bolşeviklər  milli  hökuməti  yıxıb  Vətənlərini 
işğalçı  XI  orduya  təslim  edəndən  sonra  xəcalət  çəkmədən  qəzetlərdə 
lovğalanacaqdılar:  bəli,  biz  orduda  güclü  iş  aparırdıq.  Hələ  1919-cu  ilin  avqust 
ayında  hümmət  təşkilatı  tərkibində  hərbi  komissiya  yaratdıq.  Hərbi  komissiya 
cavanları  əsgərlikdən  qaçmağa,  xalqın  uşaqlarını  əsgərliyə  verməməyə  çağırmalı 
və  bu  sahədə  ciddi  iş  aparmalı  idi.  Həmin  vaxta  qədər  də  biz  işləyirdik.  Amma 
ayrı-ayrılıqda fəaliyyət göstərirdik. Belə işin təqsiri az olurdu. Ona görə də təşkilat 
yaratdıq. 
Ordudakı  gərginliyi  bolşeviklər  getdikcə  artırırdılar.  Məmməd  Əmin 
Rəsulzadə bu dəhşətli bəladan xilas yolları axtarırdı. Belə həyəcanlı fikirlər içində 
general Mehmandarovun 418 nömrəli gizli məlumatını xatırladı. 
Hərbi  nazir  hökumətə  məlumat  verirdi:  «İndi  Azərbaycanın  bütün 
ərazisində  həm  xalq,  həm  də  döyüşçülər  arasında  təbliğat  aparılır.  Təbliğatçılar 
xalqın  uşaqlarını  əsgərliyə  verməməyə,  əsgərləri  isə  ordudan  qaçmağa  təhrik 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə