Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   51   52   53   54   55   56   57   58   ...   112

115 
 
Hərbi  nazir  Mehmandarovun  vəziyyət  haqqındakı  məlumatından  və 
mövqeyindən  də  çox  şey  asılı  idi.  Amma  təcrübəli  general  bütün  imkanlarından 
istifadə  etmişdi.  Bakıda  qalan  cüzi  bir  qüvvə  ilə  60  minlik  düşmən  ordusunun 
qarşısını  almaq olmazdı. Hərbi  nazir açıqca elan etdi  ki, onun ordusu müqavimət 
göstərmək imkanına malik deyil.  
«Sosialist»  və  «İttihad»  partiyaları  açıq  şəkildə  hökumətin  sovetlərə 
verilməsini  müdafiə  etdilər.  «Əhrar»  partiyası  da  bolşeviklərə  etirazı  olmadığını 
söylədi.  
Vəziyyət  başqalaşmışdı.  Yaxınlaşan  təhlükə  adamların  möhkəmliyini 
sarsıtmış,  fikirlərini  dəyişmişdi.  Həmin  matəm  libasına  bürünmüş  Demokratik 
hökumətin    son  iclasında yalnız o sərt  mövqe tutdu. Hamı inandı ki,    Məmməd 
Əmin  Rəsulzadə  mübarizə  yolundan  dönmək  fikrində  deyil,  əksinə,  son  nəfəsinə 
kimi  döyüşmək  əzmindədir.  Adamlar  şahidi  oldular  ki,  həyatını  Azərbaycanın 
istiqlaliyyəti  yolunda  qurban  verməyə  hazır  olan  hökumət  başçısı  təslim  olmaq 
istəmir.  Həmin  o  məşum  gündə,  yurdunun  düşmən  həmləsinə  məruz  qaldığı  
ərəfədə  qorxmadan,  çəkinmədən  yaxınlaşmaqda  olan  bolşeviklərə  nifrətini  və 
mövqeyini belə bildirdi: 
«Əfəndilər, mötəcazir bir ultumatum qarşısında qalmışıq. Burada təslimdən 
bəhs edirlər.  Fəqət  əfəndilər, təslim nə demək? ...Kimə tərki mövqe edirik?... Bizə 
deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati  adında  bir türk komandanı 
durmuşdur.  Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat 
müğadiləsində qalan Türkiyəni xilas üçün gedir. 
Əfəndilər, Türkiyə  Azərbaycanın xilaskarıdır. Amali  milliyyətimizin təbcil 
eylədiyi  müqəddəs  bir  məmləkətdir.  Onun  xilasına  gedən  qüvvəti  biz 
məmnuniyyətlə  istiqbal  və  teşyi  edərik.  Fəqət  bir  şərtlə  ki,  bu  qüvvət  bizim 
hürriyyətimizi,  istiqlalımızı  çeynəməsin.  Halbuki,  əfəndilər,  bizə  sormadan 
hüdudumuzu keçən hər hansı bir qüvvət, dostumuz deyil, düşmənimizdir! 
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal ediyorlar. 
Yalandır.  Gələn  ordu  rus  ordusudur.  Fərzən  komandanı  bir  türk  olsa  da  yenə 
rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu 
imdadına  gedəcək  bəhanisiylə  yurdumuza  girən  bu  işğal  ordusu  buradan  bir  daha 
çıxmaq  istəməyəcəkdir.  Qızıl  Rusiya  ilə  anlaşmaq  üçün  hökuməti  mütləq 
bolşeviklərə təslim, ultumatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. 
Bu mötəcaziranə ultumatumu rədd etməliyik... 
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu 
ultimatumu  qəbul  etmək,  hökuməti  öz  əliylə  dost  kisvəsinə  bürünmüş  düşmənə 
təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız 
qüvvət və süngü çıxarmalıdır… 
...Dediyin  sözlər  hamının  ürəyindən  idi.  Adamlar  yenə  səni  sevir,  inanır, 
arxanca da  gəlməyə  hazır idilər. Çünki  görürdülər  ki, başı  bəlalı Vətənin  yolunda 
necə həlak edirsən özünü. Ondan qeyri bir idealın, səadətin yoxdur. Vətən istiqlalı 


116 
 
ilə  yaşayıb  nəfəs  alırsan.  Elə  buna  görə  hamının  məhəbbəti  vardı  sənə.  Amma 
dövran dəyişmişdi. Dəyişən şərait insanı çox şeyə məcbur edir... 
Məmməd  Əmin  Rəsulzadə  çıxışında  açıqca  bildirirdi  ki,  son  nəfəsinə  kimi 
bolşeviklərlə  vuruşmağa  hazırdır,  lakin  o  biri  partiyaların  imtina  etdiyi  şəraitdə 
«müsavat» partiyası bu çətin vəzifənin məsuliyyətini üzərindən götürür. 
İndi son ümid, vətəni bu bəladan qurtarmağın son çıxış  yolu  Azərbaycanlı 
bolşeviklərin göndərdiyi ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyət ruslara 
deyil,  azərbaycanlı  kommunistlərin  ixtiyarına  keçir.  Bu  məsələni  dəqiqləşdirmək, 
bolşeviklərlə  görüşmək  üçün  bir  «komissiya»  yaradıldı.  Bolşeviklər  isə  Behbud 
bəy  Cavanşirin  mənzilində  oturub  cavab  gözləyirdilər.  Azərbaycanlı  bolşeviklər 
tez-tez Behbud bəyin evinin pəncərəsindən çölə boylanaraq «xoşbəxt» dəqiqələrin 
başlanması  intizarında  idilər.  Hamısının  içərisindən  qəribə  sevinc  hissləri  keçirdi. 
Onlara  isə  xalqın  malını,  sərvətini  çapıb-talayıb  Rusiyaya  göndərdiklərinə  görə 
Lenin  bir  ötəri  «pay»  verəcəkdi.  Yəni  göndərdiyi  təşəkkür  məktubunun  sonunda 
yazacaqdı:  «Kommunist  salamı  ilə».  Bu  «kommunist  salamı»  sözünü  isə 
azərbaycanlı bolşeviklər müqəddəs yerdən göndərilən quran kimi qarşılayacaqlar. 
Başqa  çıxış  yolu  qalmamışdı.  Parlamentdə  yaradılan  «komissiya» 
bolşeviklərlə görüşüb aşağıdakı şərtlərlə hakimiyyəti onlara v e r d i : 
1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolu imdadına gedəcək. 
2.  Azərbaycan  istiqlal  və  təmamiyyəti-mülkiyyəsi  hər  növ,  təərrüz  və 
qüyuddan məsun qalacaq. 
3. Azərbaycan ordusu olduğu kimi qalıb inhilal etdirilməyəcək. 
4.  Azərbaycan  firqəsi  siyasiyyəsi-hürriyyət  və  sərbəstlərini  mühafizə 
edəcəklər. 
5. Sabiq rical, əzayi-hökumət və məbusandan kimsə cürmisiyası ilə ittiham 
edilməyəcək. 
6.  Kəmali-sərbəsti  ilə  toplanacaq  Azərbaycan  şuraları  hökumətinin  şəkli-
idarəsini təyin qılacaq idi. 
..Sonradan bolşeviklər bu şərtlərin heç birinə əməl etmədilər. 
XI  ordu  Bakıya  girirdi.  Yolda  hərbi  nazir  Mehmandarovun  göndərdiyi  bir 
teleqramı tutub saxladılar. Bu azad Azərbaycanın paytaxtı Bakıdan göndərilən son 
hökumət  teleqramı  idi.  Bu  teleqram  göndəriləndə  hələ  Bakı  işğal  olunmamışdı, 
ümid işığı tam sönməmişdi. 
Hərbi nazirin milli ordumuza son ümidini yaşadan t e l e q r a m : 
«Hərbi sənəddir. Növbədən kənar. Birinci diviziyanın rəisinə. Gəncə.  
Bolşeviklər  Yalama  stansiyasına  hücum  edib  irəliləyirlər.  Xudatı  tutublar. 
Vəziyyət gərgindir. Əmr edirəm: Elə bu gün Qızılburuna Qazaxdan bir, Gəncədən 
də bir batalyon göndərin... Sabah batalyonların gələcəyini gözləyəcəyəm. 
№  1417. 1920-ci il, 27 aprel. 
G E N E R A L MEHMANDAROV». 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə