Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

119 
 
xilaskarına  teleqram  vuracaqdı  ki,  bəs  «Qızıl  Ordu  özünü  yaxşı  aparır,  əhvali-
ruhiyyə  inqilabidir.  Mənim  şəxsimdə  əhali  Sovet  Rusiyasını  səmimiyyətlə 
alqışlayır». 
«Mənim  şəxsimdə»...  Bu  xəstəlikdən  yalnız  ömrünün  sonunda  yaxa 
qurtaracaqsan.  Onda  gec  olacaq.  O  zaman  biləcəksən  ki,  aldanmısan.  Bakıda 
minlərlə  adamı  qətlə  yetirdilər,  ayaqlarına  daş  bağlayıb  dənizə  atdılar,  quyulara 
doldurdular. Sən isə susurdun. Amma xəbərin var idimi ki, cəllad Pankratov, xain 
Mikoyan  hansı  əməllərdən çıxır, necə  nahaq qanlar tökür? Heç bir dəfə  də  olsun 
Mikoyandan  Bakıya  niyə  gəldiyini  soruşdunmu?  Dedinmi  ki,  məqsədin  nədir? 
Maraqlandınmı  ki,  niyə  Mikoyan  ömrü  boyu  yaltaqlandığı  rus  əsgərlərini  yanına 
salıb gecələr evlərə hücum çəkir, adamların qızıl üzüyünü, qızıl sırğasını, altununu, 
gümüşünü oğurlayıb aparır? İndi hər yerdə «müsavatı» damğalayır, onlar «bəy, xan 
hökuməti» qurmuşdular deyirsiniz. Böhtan atır, adımıza ləkə yaxırsınız. Xalq üçün 
gördüyümüz işlərin hamısını ləkələmək istəyirsiniz. Əgər qurduğumuz hökumətdə 
savadlı, əsilli-nəsilli, ziyalı bəy,   mülkədar vardısa, bunun nəyi pis idi. Elə onların 
savadının, bacarığının hesabına qısa bir zamanda hər sahədə milliləşdirmə apardıq, 
böyük  işlər  gördük.  Bəs  siz  nə  edirsiniz?  Rus  və  erməni  soyğunçularını 
doldurmusunuz Bakıya! Hamısına da fövqəladə səlahiyyətlər verilib. İndi Bakının 
ağası  Pankratovdur.  Pankratov  erməni  mafiyası  ilə  Çikoyanla,  Atarbəyovla 
əlbirdir. Bəs nə iş görür bu adamlar? Adam öldürür, evləri soyurlar. Niyə bir dəfə 
dəfə olsun soruşmursunuz ki, axı biz müstəqil respublikayıq. Pankratov, Mikoyan 
nə ağalıq edir burda? Soruşmursunuz... 
Amma  biz  sakit  dayanmayacağıq.  Gecəli-gündüzlü  çalışıb  fəaliyyətimizi 
davam  etdirəcəyik.  Xalqı  düşdüyü  müsibətdən  qurtaracağıq.  «Müsavat»  yenə  üç 
rəngli  bayrağını  xalqın  başı  üzərində  dalğalandıracaq!  Müsavat  işləyir.  Müsavat 
fəaliyyətdədir. 
...Məmməd  Əmin  Rəsulzadə  Bakıda  fəaliyyətə  başlayan  «gizli  müsavat»ın 
ilhamçısı idi. 
«Gizli müsavat» işləyirdi. 
  
«Gizli müsavat» 
 
Məmməd  Əmin  Rəsulzadənin  başçılıq  etdiyi  «Müsavat»  partiyası  elə 
aprelin 27-si gecəsindən fəaliyyətə başladı. 
Hökumət  bolşeviklərə  məcburən  veriləndən  sonra  sədaqətli  müsavatçılar  - 
Mirzə  Bala  ilə  Əbdül  Vahab  Yurdsevər  onun  evinə  gəldi.  Məmməd  Əmin 
Rəsulzadə  onlara  lazımi  məsləhətlər  verib  təlimatlandırdı.  İşi  hansı  sahədə 
aparmağı,  necə  mövqe  tutmağı  dedikdən  sonra  ayrıldılar.  Hamısı  bilirdi  ki, 
Məmməd Əmin Rəsulzadə nəzarətə götürüləcək və onun geniş fəaliyyətinə imkan 
verilməyəcək.  Ona  görə  «müsavat»ın  təşkilatı  quruluşunda  müəyyən  dəyişiklik 
lazım idi. 


120 
 
Məmməd  Əmin  Rəsulzadə  ilə  görüşüb  ayrılandan  sonra  Cəfər  Cabbarlının 
şəhər  kənarındakı  evinə  gəldilər.  Cəfər  Cabbarlı,  Mirzə  Bala,  Əbdül  Vahab 
Yurdsevər,  Məmməd  Sadıq  Quluzadə  və  Məmməd  Həsən  Baharlı  birlikdə  gizli 
partiyanın ümumi mərkəzini yaratdılar. 
Əbdül Vahab Yurdsevərin yazdığı: 
«Partiya  mərkəzi  qurulduqdan  sonra  vəzifə  bölgüsünə  başlanmış  və 
komisyonların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına 
Mirzə  Bala  Məhmətzadə  gətirilmişdi.  Müavini  sifətilə  Bakı  komitəsinin  təşkili 
mənə  tapşırılmışdı.  Bakı  və  onun  xaricində,  Azərbaycanın  digər  bölgələrində 
köhnə  «müsavat»  komitələrini  canlandırmaq  və  yenilərini  qurmaq  vəzifəsi 
Məmməd Sadıq Quluzadəyə verilmişdi. Təşkilat məsrəflərini ödəmək işi Məmməd 
Həsən  Baharlıya  həvalə  olunmuşdu.  Ümumi  mərkəzin  Baş  katibliyinə  isə  Cəfər 
Cabbarlı  seçilmişdi.  Bu  vəzifə  bölümünə  görə  ümumi  mərkəz  yanında  tədricən 
ilgili  komisyonlar da  qurulmuşdu. Bu  komisyonlar aşağıdakılardır: 1. Siyasi işlər 
komisyonu; 2. Təşkilat və propaqanda komisyonu; 3. Maliyyə komisyonu. 
Fəaliyyətə  başlamamızdan  bir-iki  ay  sonra  köhnə  parlament  üzvü  Rəhim 
Vəkilli  də  Ümumi  mərkəz  üzvlüyünə  cəlb  edilmiş  və  siyasi  İşlər  komisyonunun 
başına gətirilmişdi. 
Azərbaycanın  müxtəlif  yerlərində  təşkilat  qurmaqda  heç  bir  çətinlik 
çəkməmişdik...  Hamısı  mal  və  can  da  daxil  olmaqla  hər  şeylərini  vətən  yolunda 
fəda etməyə hazır olduqlarını ifadə edirlərdi». 
Məmməd  Əmin  Rəsulzadənin  ilhamçısı  olduğu  «Gizli  müsavat»  işləyirdi. 
Xalq isə sevirdi «müsavatı». 
Ümidləri  yalnız  «müsavata»  —  onun  ideya  rəhbəri  olan  Məmməd  Əmin 
Rəsulzadəyə idi. 
«Gizli müsavat»ın demək olar ki, bütün təşkilatlarda adamları vardı. «Gizli 
müsavat» «İstiqlal» adlı bir qəzet də çıxarırdı. 1923-cü ilin ortalarına qədər çıxan 
bu  qəzetin  19  nömrəsi  çapdan  çıxmışdı.  «Gizli  müsavat»  xalqın  tarixi  ilə  bağlı 
önəmli günlərdə müxtəlif bəyannamələr çap edib yayırdı. 1923-cü ildə «Müsavat» 
təşkilatının  gizli  mətbəəsində  çap  olunub  xalq  arasında  yayılan  bəyannamələrdən 
biri aşağıdakı məzmunda idi: 
 
«MÜSAVAT»IN GĠZLĠ BƏYANNAMƏSĠ 
 
Vətəndaşlar! Millətdaşlar! 
Bu gün 27 apreldən üç il keçir. Üç il bundan əvvəl rus ordusu «İnqilab» və 
«Kommunizm»  şüarıyla  vətənimizə  soxulmuşdur.  Qəssablar  yerli  Azərbaycan 
türklərindən əldə etdikləri ajanların yardımı ilə məmləkətə girmişlərdir. Bu gün hər 
kəsə aydın və məlumdur ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə bağırdıqları 
kimi Azərbaycan kəndli və fəhlələrinin inqilabı deyil, sadə rus ordusunun vəhşicə 
bir  istilasıdır.  Yüz  il  bundan  əvvəl  çarlıq  Rusiyası  eyni  vəhşətlə  Azərbaycan 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə