Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

125 
 
Yüzlərlə insanın başı kəsilmişdi! 
Gözləri  çıxarılmış,  qulaqları,  burunları  kəsilmiş,  lüt  soyundurulmuşdu 
insanlar! 
Qarınları  süngülərlə  dəlik-deşik  edilmiş,  başları  daşa  vurularaq  beyinləri 
çölə çıxmışdı adamların! 
Yüzlərlə  uşağı,  gənci  gah  daşlarla  parçalamış,  gah  da  güllə  ilə 
öldürmüşdülər!...» 
...Gəncədə bu faciəni rus əsgərləri ilə ermənilər törətmişdi. 
Vəhşi xislətli ordu bu nahaq qanları tökmüşdü. Bəlkə elə buna görə idi ki, o 
dəhşətli faciədən sonra Gəncəlilərin ən ağır qarğışı belə olurmuş: 
«Rusla yatıb erməni ilə qalxasan! 
Rusdan dostun, ayıdan postun ola!  
Rusun zülmünə uğrayasan!» 
Məmməd Əmin Rəsulzadə Gəncə üsyanını belə xatırlayırdı: 
«Çarizmin  qəddar  generalı  Knyaz  Sisyanova  parça-parça  doğranıncaya 
qədər  müqavimət  göstərən  Cavad  xanın  şəhəri  bu  dəfə  də  özünü  göstərdi.  Ruslar 
burada  diviziyalarını  itirdilər.  Bakıdan  kömək  gəldi.  Digər  tərəfdən  də  Gəncə 
erməniləri  qiyamçıları  arxadan  vurmağa  başlayınca  şəhər  süqut  etmək 
məcburiyyətində qaldı…» 
Gəncədə günahsız xalqın qanı axıdılanda, Məmməd Əmin Rəsulzadə Lahıc 
dağlarında  gizlənib  xalqını  rus  əsgərinin  qanlı  süngüsündən  qurtarmağa  çalışırdı. 
Nərimanov isə bu vaxt Moskvaya aşağıdakı məzmunda məktub göndərmişdi. 
«Əziz Vladimir İliç! 
Gəncə  üsyanı  zamanı  köhnə  Azərbaycan  ordusunun  bütün  zabitləri  həbsə 
alınmışdı.  Müsavatçıları  görməyə  gözləri  yoxdur…  Sovet  Rusiyası  olmadan 
Azərbaycan yaşaya bilməz... Onlar Rusiyanı sevirlər… 
Kommunist salamı ilə, 
N. NƏRİMANOV». 
 
LAHIC DAĞLARINDA 
 
Lahıca  gedirdi.  Vətəni  talan  olmuş,  yurdu  qan  ağlayan  istiqlal  yolçusu 
Lahıca gedirdi. Hər gün eşitdiyi inilti, fəryad səslərindən ürəyi qan ağlayan fədakar 
«müsavatçı» indi Lahıca üz tutmuşdu. İstiqlad məşəli indi Lahıcdan alovlanacaqdı. 
Lahıca  müsavatın  ilk  qurucularından  olan  sədaqətli  dostu  Abbasqulu 
Kazımzadə  ilə  gedirdi.  Qalan  işləri  təşkil  edən  isə  lahıclı  dostları  Ağabala    
Qasımov idi. Ağabala Qasımov yüksək təhsil görmüş bir ziyalı idi. Lahıcda onların 
evində qalacaqdılar. 
Gəlib  Şamaxıya  çatdılar.  Buradan  Lahıca  faytonla  gedəcəkdilər.  Faytona 
minəndə faytonçu diqqətlə, olduqca diqqətlə ona baxdı. Məmməd Əmin  Rəsulzadə 
faytonçunun  belə  qəribə  baxmağından    təəccübləndi.  Çünki  faytonçuya  onların 


126 
 
kimliyi  haqqında  heç  nə  deyilməmişdi.  Təsadüfi  müştəri  kimi  faytona  minib 
Lahıca getməli idilər. 
Bir  haĢiyə.  Sonradan  hadisənin  nə  yerdə  olduğunu  biləndə  dünyagörmüş 
faytonçu etiraf edəcəkdi:  mən ömrümdə ilk dəfə idi  ki, elə işıqlı, nurlu  sifəti olan 
adam görürdüm. Necə ağıllı baxışı, mədəni davranışı vardı! Hiss olunurdu ki, çox 
da səliqəli adamdır. 
Lahıcda Atabala Qasımovun «ərəbəmi»  adı  ilə  məşhur olan  qardaşıgildə  
qalırdı.  İlk  günlər  bu  evdə  yaşadı.  Evin  zəngin  kitabxanası  vardı.  Kitabxananı 
Ağabala  Qasımov  yaratmışdı.  Məmməd  Əmin  Rəsulzadə  bu  kitabxanadan 
götürdüyü  «Şahnamə»  əsərini  də  burada  oxudu.  «Şahnamə»ni  oxuyandan  sonra 
«Əsrimizin  Səyavuşu»  əsərini  yazdı.  Oxunaqlı, ağrılı, təsirli bir üslubla yaratdığı 
milli hökumətin  -  Azərbaycan  Demokratik  Respublikasının  aqibətini    Səyavuşun 
acı  taleyinə  yaxın  gördü.  Min  bir  müşkülatla  yaranıb  çiçəklənən,  çox  yaşamadan 
boğulub məhv olan Azərbaycan Cümhuriyyətinin taleyindən danışdı. 
«Əsrimizin  Səyavuşu»  əsərini  sonradan  Türkiyədə  ona  çatdırdılar.  Həmin 
adama dərin minnətdarlığını bildirdi. Amma adını çəkmədi. Fikirləşdi ki, çekistlər 
həmin adamı tapıb incidərlər. 
Lahıcda  qaldığı  ilk  gündən  ciddi  işə  başladılar.  Hər  gün  Abbasqulu 
Kazımzadə  ilə  vərəqələr,  bəyannamələr  yazıb  müəyyən  adamlara  çatdırırdılar. 
Əsas iş bu idi: mübarizəni dayandırmaq olmaz. Xalq ruhdan düşməməlidir. 
Onlar  tez-tez  baş  verən  hadisələr  haqqında  məlumat  çatdırırdılar.  Gətirilən 
xəbərlər  ürəkaçan  deyildi.  Bolşeviklər  hər  yerdə  şübhələndikləri  adamları 
güllələyir,  sorğusuz-sualsız  qətlə  yetirirdilər.  Azərbaycanın  əksər  rayonlarında 
üsyanlar başlamışdı. Zaqatalada, Şəkidə, Salyanda, Lənkəranda xalq ayağa qalxıb, 
işğalçıların  rədd  olub  getməsini  istəyirdi.  Bolşeviklərin  terror  maşını  isə 
amansızcasına əzib məhv edirdi günahsızları. 
Lahıcda o hər gün işləyirdi. Qaldığı evin qapısı həmişə bağlı olurdu. Ehtiyat 
edirdilər ki, evdəkilərdən kimsə qapını açıb onların  nə işlə  məşğul olduğunu görə 
bilər. Çünki məlumat çatdırılırdı ki, Məmməd Əmin Rəsulzadə ciddi axtarışdadır. 
Bir  haĢiyə.  Günlərin  bir  günü  Lahıca  gedib  Məmməd  Əmin  Rəsulzadəni 
evlərində  saxlayan  adamların  oğul-uşaqlarını  tapıb  söhbət  edəcəyəm.  Həmin 
adamlardan biri belə deyəcək: 
«Balaca  uşaq  idik.  Bizi  o  biri  tərəfdəki  otağımıza  sarı  buraxmırdılar. 
Deyirdilər ki, ora yaxın düşmək olmaz. Bir gün marağımı saxlaya bilmədim. Gedib 
qapının  deşiyindən  içəri  baxdım.  Gördüm  ki,  iki  nəfər  kişi  qabaqlarına  çoxlu 
kağızlar qoyub nə isə yazırlar». 
Lahıca  işləməyə,  xalqın  ruslara  qarşı  mübarizəsinə  başçılıq  etməyə 
getmişdi. Və bu çətin işi bütün bacarığı ilə həyata keçirirdi. Amma gün gələcəkdi 
ki,  onun  həbsə  alıb  Bakıya  gətirəcəkdilər.  Hüquq  işindən  bixəbər  olan,  yalnız 
«Leninə  eşq  olsun!»  deməyi  bacaran  bir  müstəntiq  istintaqa  başlayıb  ona  gülünc 
sual  verəcəkdi:  «Dağlarda  dolaşırdınız,  orada  yaxalandığınız  zaman  nə 


127 
 
düşünürdünüz?». O zaman küt müstəntiqə onun əsl həqiqəti anlamayacağına görə 
belə cavab vermişdi ki, «hadisələri müşahidə edirdim». Müstəntiq inanmayacaqdı, 
israr edəcəkdi ki, «ola bilməz ki, siz orada fəaliyyətsiz qalırdınız?». Müstəntiqə nə 
iş gördüyünü demək istəməmişdi. Çünki müstəntiq ağıllı adam olsaydı ona bu sualı 
verməzdi.  Fikirləşərdi  ki,  özünün  «müsavat  hökumətinin  ruhu»  adlandırdığı  bir 
adam sakit dayanardımı heç? 
Amma köhnə mübarizə yoldaşı Stalinə Bakı həbsxanasındakı görüşündə əsl 
həqiqəti deyəcəkdi: «...Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək 
lazım gəlirdi. Müstəntiqinizin anlamadığı  şey  bir «ətalət» deyil, bir «intizar» idi. 
Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla 
əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik». 
...Lahıcda  vəziyyət  getdikcə  gərginləşirdi.  Çatdırılan  məlumatlardan  aydın 
olurdu  ki,  izinə  düşüblər.  Əvvəlcə  təhlükədən  sovuşmaq  üçün  gah  məscidə,  gah 
Məşədi  Salman  deyilən  birisinin  evində  qaldı.  Beş-altı  yerdə  qalandan  sonra 
Lahıcdan  çıxmağı  qərara  aldı.  Qonaqpərvər  Lahıcın  iki  etibarlı  adamı  onunla 
Abbasquluya  bələdçilik  edirdi.  Amma  satqın  öz  işini  görmüşdü.  Məlumatı 
çatdırmışdı lazımi yerə... 
Qaraməryəmdə  onları  həbs  etdilər.  Bələdçiləri  buraxdılar.  Onları  isə  geri 
qaytardılar. 
Bərk  yağış  yağırdı.  O  da,  Abbasqulu  da  möhkəm  islanmışdı.  Əli  silahlı 
əsgərlər  onları  qabaqlarına  qatıb  aparırdılar.  Uzaqdan  başı  dumanlı  Lahıc  dağları 
görünürdü. Dağlara baxdıqca içərisindən qəribə hisslər keçirdi. Düşünürdü ki, hələ 
o dağlara bu əsgərlərin ayağı dəyməyib. Bəlkə heç dəyməyəcək də. O dağlar hələ 
əsarətdə  deyil,  azaddır.  Ona  görə  də  o  dağlar  bu  yağışın  dumanında,  sərtliyində 
belə  xoşbəxt  görünürlər.  Azadlıqda  olandan  sonra  qarın,  tufanın  nə  qorxusu? 
Ayrılırdı  başı  dumanlı  dağlardan.  Həsrətlə,  sızıltılı  ürək  ağrısı  ilə  yaşıl  libaslı 
dağlardan ayrılırdı. Arxadan isə əsgər tüfəngləri  tuşlanmışdı üstünə. 
Bu  onun  dağlarla  son  görüşü  idi.  Vətəninin  bu  gözəl  guşəsinə  bir  də  heç 
zaman  ayağı  dəyməyəcəkdi.  Ömrünün  bundan  sonra  yaşayacağı  otuz  beş  ilini 
tikanlı  məftillərin  o  üzündəki  qürbət  ölkələrdə  dayanıb  həsrətlə  yurduna,  onun 
əzəmətli dağlarına baxacaqdı. 
Az  keçəndən  sonra  ruslar  Məmməd  Əmin  Rəsulzadənin  indi  həsrətlə 
baxdığı o dağları da gəlib alacaqdılar. 
Onların  hər  ikisini  Bakıya  —  Azərbaycanın  fövqəladə  hakimi  və  cəlladı 
Pankratovun  hüzuruna  gətirdilər.  Pankratovun  ixtiyarında  «Osobı  otdel»  deyilən 
bir  terror  maşını  vardı.  Bu  terror  maşını  günahsız  Azəri  türklərinin  qanı  ilə 
işləyirdi. Bu maşın yalnız insan qanı axıtmaq üçün yaranmışdı. 
 
 
 
 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə