Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

117 
 
Bu son teleqram idi. Amma teleqram ünvana gedib çatmadı. Bir də hər şey 
gec idi artıq. 
XI ordu qarşısına çıxan nə  vardısa dağıdıb Bakıya girirdi. Milli hökumətin 
yüzlərlə əsgərini yolda öldürüb şəhid edən ordu amansız intiqam ilə Bakıya girirdi. 
Həmin  günü  Bakıya  tələsən  bir  adam  da  vardı.  O  bu  günü  böyük 
səbirsizliklə,  həsrətlə  gözləmişdi.  İndi  o  gün  gəlib  çıxmışdı.  Azəri  türklərinin 
qanını hərisliklə içməyə tələsən bu adam Anastas Mikoyan idi. 
Erməni  qatillərini  növbəti  qəsdə  hazırladığına  görə  gecikib  Bakıya  iki  gün 
sonra—aprelin 30-da gələcəkdi. 
 
YOXDUR HƏQĠQƏT! 
 
Yoxdur  həqiqət!  O  həqiqət  varsa  üzündən  qanlı  niqabı  götürüb  gözümə 
görünsün! O həqiqət varsa zülmün qılıncını başım üstdə oynatmasınlar! O həqiqət 
varsa  iti  pəncələri  ilə  bağrımı  söküb  parça-parça  etməsinlər!  O  həqiqət  varsa 
sinəmə  dağlar  çəkib  gözümdən  qanlı  yaşlar  axıtmasınlar!  Yox,  yoxdur  həqiqət! 
Mən o həqiqətin varlığına inanmıram. Əgər o həqiqət  varsa qaranlığı dağıdıb işıq 
saçsın! 
...Gecənin  qaranlığı  ilə  evə  gedirdi.  Ümidləri  qırılmış,  arzuları  doğranmış 
keçmiş  hökumət  başçısı  yol  gedirdi.  Gedirdi  və  içərisi  hönkürürdü.  Hər  şey,  hər 
şey bitmişdi. Yurdu yenidən talan olunur, özgələrin əsarəti altına düşürdü. Yüzillik 
isti  torpağından  yenicə  baş  qaldıran  istiqlaliyyət  gülünü  zülmkar    əllər    qoparıb 
atırdı. İnsan iniltisindən, göyə yüksələn fəryadlardan təzəcə dinclik tapmış torpağın 
qara  günləri  başlayırdı.  Vətənin  azadlıq  qapılarına  qanlı  qıfıllar  asılırdı.  Neçə 
müddət  idi  ki,  başı  üzərində  üç  rəngli  bayraq  dalğalanan  xalq  qanlar  içində 
boğulmaq ərəfəsində idi.  
Yol gedir və düşünürdü: hər şey, hər şey qurtardı. Bu gələn rus ordusudur. 
Vətənimi istila etmək üçün gəlir. Bu gələn qoşun heç zaman Bakıdan çıxmayacaq. 
Bu  qoşunu  yalnız  zorla,  qüvvətlə  qovmaq  mümkündür.  Sabahdan  qoşun  şəhərə 
girirdi. 
Bir  ağrı.  İllər  keçəcək  və  o,  müxtəlif  ölkələrdə  çıxaracağı  jurnalların 
hamısında «27 apreli» matəm günü kimi elan edəcəkdi. Həmin günü qara haşiyəyə 
alıb,  Azərbaycanın    matəmidir  deyə  bildirəcəkdi.  Sonralar  isə  hər  il  «aprelin  27-
də»  ona  matəm  teleqramları  göndərib,  xalqın  ağır  dərdinə  -  istiqlalının  əldən 
getməyinə kədərləndiklərini bildirəcəkdilər. 
...Aprelin  28-də  Bakının  küçələri  XI  ordu  əsgərləri  ilə  dolu  idi.  Ədəbsiz 
halda  Bakının    küçələrinə  yıxılıb  uzanmış  bu  «sarı  əsgərlərə»  nifrətlə  baxırdı. 
Kənardan, kənardan dayanıb bu ağrını çəkirdi. «Gizli müsavat»ın tapşırığını yerinə 
yetirməyə  məcbur  idi.  «Gizli  müsavat»  ona    üzə  çıxmamağı  tapşırmışdı.  Yox,  o 
fəaliyyətindən qalmamışdı. O yenə işləyirdi, xalqını  qanlı 
işğaldan 
qurtarmaq 
yollarını düşünürdü. O  biri partiyalar təslimçilik  mövqeyi  tutmuşdu.  Amma  onun 


118 
 
ilhamçısı,  lideri  olduğu  «Müsavat»  fəaliyyətdə  idi.  Bu  yolu  axıracan  gedəcəkdi, 
son  nəfəsinə  kimi  mübarizəsini  aparacaqdı.  Ömrü  harda  qırılsa,  orda  da  
dayanacaqdı.    Fikrində    qətiyyətli  idi!  İnanırdı  ki,  az  keçməmiş  indi  bolşeviklərə 
ümid edənlər tezliklə aldandıqlarını başa düşəcək, onlara təqdim  edilən siyasətin iç  
üzündən agah olacaqlar. O zaman  adamlar yenə onun qaldırdığı üç rəngli bayrağın 
dövrəsinə yığılacaqlar. 
Çünki bu haqq bayrağı, azadlıq, istiqlaliyyət    bayrağıdır.  Çünki bu bayraq 
təmizdir,  büllur  çeşmə  kimi  safdır.  Bu  bayraq  minlərlə  Azəri  türkünun  qanından 
yaranıb.  Düşünürdü  öz-özünə:  o  bayrağı  son  nəfəsimə  kimi  göylərə  qaldırıb 
enməyə  qoymayacağam.  Qoy  indi  rusların  qırmızı  bayrağını  öpüb  gözlərinə 
qoysunlar, hər yerdə «Yaşasın inqilab» qışqırsınlar. Vaxt  gələcək, zaman yetəcək, 
onlar  da  peşiman  olacaq,  aldandıqlarını  biləcəklər.  O  qırmızı  bayraq  onların  da 
başını  kəsib  nahaqdan  qanını  axıdacaq.  Biləcəklər,  əsl  həqiqəti  biləcəklər.  Amma 
onda  gec  olacaq.  Budur,  indi  parlament  binasına  yığılıb  «Ura»  sədalarını  göylərə 
yüksəldirlər.  Hətta  Leninə  muştuluq  xəbəri  də  göndəriblər  ki,  bəs  müstəqil 
Azərbaycan  sovet  sosialist  Respublikasının  müvəqqəti  hərbi  inqilab  komitəsi 
xalqın  istəyi  ilə  hakimiyyəti  ələ  alır,  müsavat  hökumətini  xalqın  düşməni  sayır. 
Sovet  Rusiyasının  bütün  düşmənləri  ilə  əlaqəsini  kəsir.  Altdan  da  imza  qoyublar: 
Nərimanov, Mirzə Davud Hüseynov, Musabəyov, Əliheydər Qarayev... 
Mayın  3-də  Parlament  binasından  üç  rəngli  bayrağımızın  yerinə 
özünüzünkünü asdınız. Heç bilirsinizmi həmin günü nə oldu? Heç bilirsinizmi xalq 
həmin günü necə ağlayıb fəryad qopardı? Siz o bayrağı tərpətməklə xalqın ürəyini 
yaraladınız.  İnildədi,  fəryad  qopardı  xalq.  Ah-naləsindən  göylər  silkələndi,  yerlər 
yarıldı.  Xalqın  içərisi  nifrət  və  qəzəb  alovu  ilə  doldu  sizə  qarşı.  İndi  həmin  od 
yanıb hər yanı bürüyür. Onu söndürə bilməyəcəksiniz, gücünüz çatmayacaq! 
Bəli,  endi  bayrağımız.  O  üç  rəngli  azadlıq  müjdəçisi  vəhşicəsinə  qoparılıb 
ayaqlar altına  atıldı.  O  vicdanımız,  namusumuz, qeyrətimiz  idi.  Namusu, qeyrəti, 
ayaq altında tapdanan xalqın qəzəbini yatırmaqmı olar? Bura gəlməkdə məqsədiniz 
hamıya  aydındır.  Buraya  sərvətimizi  soymağa  gəlmisiniz.  Əgər  elə  olmasaydı 
gələndən iki gün sonra qızıl neftimizi gəmilərə yükləyib Rusiyaya daşımazdınız! 
Bakıya  girəndə  yüzlərlə  biçarə  Azərbaycan  əsgərini  qətlə  yetirib 
öldürdünüz.  Nə  idi  onların  günahı?  Onlar  ki,  öz  vətənlərini  qoruyurdular!  Görün 
necə  namərdsiniz  ki,  altmış  min  qoşunla  qarşınızda  dayanan  min  nəfərə  güllə 
atmısınız, neçə günahsızı yolda al qanına boyamısınız. Bunu xalq bağışlayarmı? 
Sanki xalqa göz dağı verirsiniz. Yüzlərlə şəhidini tapdalayıb üstündən keçir, 
üç  nəfər  ölən  əsgərinizi  Bakının  küçələrində  musiqi  çaldırıb  təntənə  ilə 
basdırırsınız. Özü də harda? Azərbaycan torpağında. 
Hələ o yoxdur. Hələ o gəlməyib. O gələndə ayrı dəm-dəstgah olacaq. İşğalçı 
əsgərlər  sıraya  düzüləcək,  göyə  salam  atəşi  yağdıracaq,  yalançı  şüarlarla  vağzalı 
bəzəyəcəklər.  O  isə  vaqondan  düşən  kimi  süni  bir  halda  gülümsəyib  deyəcəkdi: 
«Sizi qırmızı Moskva adından təbrik edirəm». Sonra heç nəfəsini dərmədən Şərqin 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə