Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

123 
 
Qəzetlərə  baxırdı.  Bədəni  əsəbdən  titrəyə-titrəyə,  içərisi  kəsilə-kəsilə 
qəzetlərə göz yetirirdi. 
Yazırdı  q ə z e t l ə r : 
«...Biz inanırdıq. Bilirdik ki, alçaq müsavat rejimi son günlərini yaşayır… 
...Azərbaycan müsavatı erməni daşnaklarının ekiz qan qardaşıdır!» 
Yazılanları oxuduqca ayağının altından az qalırdı yer qaçsın. 
Qəzetin  o  biri  nömrəsində  Azərbaycan  əsgərlərinə  bolşeviklərin  müraciəti 
verilmişdi. Mirzə Davud Hüseynovla Çingiz İldırımın imza qoyduqları müraciətdə 
əsas fikir budur: hücumu dayandırın! 
Qəzetdə  bir  məlumat  da  verilmişdi:  yalnız  mayın  1-də  Rusiya  «Buniyad» 
gəmisi  ilə  67,528  pud  neft;  «Rus»  gəmisi  ilə  128722  pud  neft  göndərilib; 
«İsgəndəriyyə» gəmisi ilə 76691 pud mazut yola salınıb.  
Acı-acı düşündü: «Azərbaycanın sərvətini talan edirlər!» 
Əlləri    titrədiyindən  qəzetin  içəri  səhifəsini  açıb  oxuya  bilmədi.  Oxuduğu 
hər  məlumat  ürəyinə  ox    kimi  sancılıb,  içərisini  ağrıdırdı.  Qəzetdə  yenə  bir 
müraciət  verilib.  Diqqət  etdi.  Bir  müsavatçı  əsgərin  öz  yoldaşlarına  müraciəti  idi. 
Hər sözündən yalan iyisi gələn müraciəti dilxor vəziyyətdə oxumağa başladı: 
«Yoldaş əsgərlər! ...Satılmış müsavatçılar bizi aldadıb deyirdilər ki, bəs biz 
vətənə, millətə xidmət edirik və onlar bir də deyirdi ki, əgər bu yolda həlak olsanız, 
yeriniz müqəddəslər arasında olacaq. 
...Yoldaşlar, bu istismarçılar daha yoxdur!  
Kommunizm ideyasına eşq olsun! 
İnqilab rəhbərləri olan Leninə və Trotskiyə eşq olsun!» 
Nifrətlə  qəzetdə  yazılan  müraciəti  oxuyub  düşün  «Yox,  Azərbaycan  əsgəri 
heç  zaman  bu  sözləri  yazmaz.  İnanmıram  ki,  bir  vaxtlar  əlində  silah  tutmağı  ilə 
sevincindən  gözləri  yaşaran  şanlı  Azərbaycan  əsgəri  xəyanət  yolunu  tutsun.  Bu 
yalandır.  Həqiqətdən  uzaqda  dayanan  bir  böhtandır.  Mən  sizə  inanmıram.  Bakını 
işğal  etsəniz  də  Azərbaycan  əsgərindən  qorxursunuz.  Çünki  o  silahını  yerə 
qoymayıb hələ. O əsgər sizə hələ çox qan udduracaq. O əsgər yuxularınıza haram 
qatacaq,  xalqının  talanan  sərvətinə  görə  qanınızı  axıdacaq.  Onunla  asanlıqla 
bacarmayacaqsınız.  O  əli  silahlıdır.  İstiqlaliyyətin  nə  olduğunu  bilir.  Sizin  yalan 
bicliklərinizə  inanmayacaq.  Ondan  ötrü  yalnız  bir  həqiqət  mövcuddur:  Vətənin 
istiqlalı! Əgər bircə il də geciksəydiniz, Azərbaycan əsgəri ilə bacara bilməzdiniz. 
O  qüvvətli  və  sayca  da  çox  olacaqdı.  Amma  onun  çoxalıb  qüvvətlənəcəyindən 
qorxub Vətənimə hücum etdiniz. O  əsgər sizi bağışlamayacaq. Gözlərində istiqlal 
alovunu söndürsəniz də ürəyində bir məşəl yanacaq, sizə nifrət yağdıracaq. Ayağı 
çarıqlı,  əyni  cırıq  kürklü  Azərbaycan  əsgəri,  ümidim  sənədir.  Bu  gün  sınaq 
meydanıdır.  Xalqımın  vuran  qolu,  qüvvətisən.  Xalqın  nahaqdan  axıdılan  qanını 
yerdə qoyma! Susdur düşmənin qəflət gülləsini!» 
...Həyəcanından, hirs və qəzəbdən bir yerdə dayana bilmirdi. Otaqda tez-tez 
o baş - bu başa gəzişirdi... 


124 
 
Amma  özü  bilmirdi  ki,  belə  hirslənməyi,  əsəbiləşməyi,  içərisindən  keçən 
ağrılar hamısı onda ömrünün sonuna kimi əzab çəkəcəyi şəkər xəstəliyini artırırdı. 
Şəkər  xəstəliyi  otuz  ildən  də  çox  incidib,  narahat  etdi  onu.  Bu  hadisələr  hamısı 
onun içərisindən keçib gedirdi. Və şübhəsiz ki, acı təsirini də göstərirdi. 
...Sabah  Lahıca  yola  düşməli  idi.  Bakıda  qalmaq  olmazdı.  Vəziyyət 
təhlükəli  idi.  Onu  ciddi  halda  axtarır,  mütləq  ələ  keçirməyə  çalışırdılar.  «Gizli 
müsavat»ın  işini  Lahıcdan  idarə  edəcəkdi.  Lahıclı  dostu  Ağabala  Qasımov  sabah 
onu yola salacaqdı... 
..Azərbaycan od içində  idi. Xalq  rusların işğalını qəbul etmirdi. Yenidən o 
xoşbəxt  dövrana—Azərbaycan  Demokratik  Respublikası  dövrünə  qayıtmaq 
istəyirdi. 
Azərbaycan əsgəri silahını  yerə  qoymurdu.  Bolşeviklərə  qarşı  ilk  böyük 
üsyan 1920-ci ilin may ayında Gəncədə baş verdi. 
 
GƏNCƏ QAN ĠÇĠNDƏDĠR 
 
Məmməd    Əmin    Rəsulzadənin   qaldırdığı   üç  rəngli bayrağın  azadlıq 
sevgisindən  güc  almış  Azərbaycan  əsgəri  əlində  silahı  möhkəm  tutub  şimal 
rusunun gəlib şərqdə - doğma torpağında onu əsir etməsinə razılaşmırdı. Milli ordu 
hələ qalırdı və mübarizəsini davam etdirməkdəydi. 
1920-ci  il  mayın  26-da  milli  Azərbaycan  ordusunun  Gəncə  alayı    Gəncə 
şəhərində rus ordusuna qarşı üsyana qalxdı. Gəncə alayının 250 nəfərlik  bir dəstəsi 
Şəki  alayının müəyyən  qüvvələriylə birləşib üç minlik rus qüvvəsinə qarşı döyüşə 
girdilər.  Milli  ordu  əsgərləri  böyük  cəsurluq  göstərib  düşməni  məğlub  etmiş, 
Gəncəni işğalçı ruslardan təmizləmişdilər. Xalqın fədai oğulları da dəstələr yaradıb 
milli  ordu əsgərlərinə köməklik göstərirdilər. Həftələrlə davam edən  bu döyüşdə 
rus  ordusu  8500  nəfər  tələfat  verdi.  Nəhayət,  20  min  əlavə  rus  qoşunu  şəhərə 
yeridildi, Gəncəni başdan-başa  talan  edib dağıtdılar.  Kişiləri,  qadınları, südəmər 
körpələri, cavan  qızları qətlə yetirdilər. Verilən qurbanların   sayı on   minlərlə idi. 
Gəncə erməniləri ilə birləşən ruslar azərbaycanlıları qırıb məhv edirdilər. 
ġahid  sözü.  Məmməd  Altunbəy.  Əsli  gəncəlidir.  Sonradan  Türkiyədə 
yaşayıb. 1987-ci ildə İstanbulda vəfat edib. Onun Gəncə üsyanı haqda xatirəsi: 
«…Birdən müdhiş çığırtılar qopmağa,  anaların fəryadı Gəncəni sarsıtmağa 
başladı...  Biz  başımızı  geriyə  çevirdiyimiz  zaman  dəhşətdən  donub    qaldıq. 
Gözlərimizə  inanmadıq.  Ermənimi,  rusmu  olduqlarını  anlaya  bilmədiyimiz  iki 
əsgərin  havaya  qaldırdıqları  süngülərin  ucunda  iki  balaca  cocuq  çırpınırdı.  Mən 
gözü qızmış o əsgərlərin süngü tutan əllərindən yerə qan sızdığını gördüm. 
...Küçələri  belə  gül-çiçək  qoxuyan  gözəl  şəhərimiz  Gəncəyə  ayaq 
basdığımız andan etibarən küçələrin hamısı minlərcə insan cəsədləri ilə dolmuşdu. 
Haraya  baxsaydın  insan  cəsədi  görünürdü.  Şəhərin  iç  mənzərəsi  məzarlıqdan 
fərqlənmirdi. Küçələrdə cəsədlərin üzərindən adlayıb   keçirdik. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə