Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   58   59   60   61   62   63   64   65   ...   112

130 
 
Bəzi  faktlar  isə  Stalinin  Bakıya  hökumətin  tapşırığı  ilə  gəldiyini  göstərir. 
Çünki  o  zaman  (1920-ci  ilin  6  noyabrında)  Oktyabr  inqilabının  bayramı  qeyd 
olunurdu. Stalin həm də Bakı şəhər sovetinin plenumunda iştirak edirdi. 
Bəzi  mənbələrdən  isə  başqa  bir  məlumat  öyrənmişdim.  Məmməd  Əmin 
Rəsulzadə  həbs  olunanda  «gizli  müsavat»ın  tapşırığı  ilə  Ağabala  Qasımov 
Vladiqafqaza  gedib  Stalinə  məlumat  çatdırır.  Və  Stalin  də  keçmiş  mübarizə 
dostunu — onu neçə dəfə ölümdən qurtarmış Məmməd Əmini xilas etməyə gəlir. 
Türkiyədə olanda bu sonuncu faktı Məmməd Əmin Rəsulzadənin dostlarına 
söylədim. Onlar təəccüblə: «Sən bu faktı hardan bilirsən?» dedilər. 
Stalinin göstərişi ilə Pankratov çölə çıxır. Köhnə mübarizə dostları tək qalır. 
Və  aralarında  açıq,  yalnız  həqiqət  faktlarını  üzə  çıxaran  söhbət  gedir.  Stalin 
Məmməd  Əmin  Rəsulzadəyə  bildirir  ki,  vəziyyətiniz  çox  ağırdır.  Azərbaycanlı 
kommunistlərin  bir  qismi  güllələnməyinizi,  digəri  isə  ömürlük  həbsxanada 
qalmağınızı  məsləhət  görürlər.  Amma  mən  bunların  heç  birini  rəva  bilmirəm  və 
məqsədim sizi xilas etməkdir, Stalin məsləhət görür ki, onunla birlikdə Moskvaya 
getsin, çünki azərbaycanlı kommunistlər onu sakit buraxmayacaqlar. 
Məmməd  Əmin  Rəsulzadə  Stalinlə  söhbətində  çox  məsələlərdən  danışdı. 
Stalinə sübut etdi ki, siz haqqımızı, istiqlalımızı tapdayıb buraya gəlmisiniz. Böyük 
millətlərdən kömək gözləməyin də faydası yoxdur. Çünki onlar Türkiyə ilə düşmən 
vəziyyətindədir.  Siz  isə  «Türkiyəyə  kömək»  şüarını  irəli  sürüb  xalqımızı  əsarətə 
aldınız. 
Məmməd  Əmin  Rəsulzadə  Stalinə  çox  həqiqətləri  söylədi  o  görüşdə.  Bir 
saata  kimi  aralarında  danışıq  getdi.  Həmin  o  danışıqda  Stalin  Məmməd  Əmin 
Rəsulzadəyə bir söz də dedi: «Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq». 
...Məmməd  Əmin  Rəsulzadə  «dörd  divar  arasından»  çıxmağa  razı  olub 
Stalinin təklifini qəbul edir. Stalin isə Pankratovu içəri çağırıb deyir: «Bura bax, bu 
adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün 
və ailəsinə də onunla görüşmək imkanı verin». 
Pankratov  Stalinin  göstərişini  yerinə  yetirir.  Məmməd  Əmin  Rəsulzadəni 
balkonlu,  münasib  bir  otağa  köçürürlər.  Bir  neçə  gündən  sonra  Stalinlə  birlikdə 
Moskvaya yola düşürlər. Yola düşməzdən qabaq ailəsi ilə görüşmək imkanı verilir. 
 
DUSTAQ BAKI 
 
Bakı matəm içindəydi. Bakı dərdli, hüznlü bir görkəmə bürünmüşdü. Bakı 
düşdüyü  əsarət  məngənəsində  çırpına-çırpına  qalmışdı.  Bakı  son  yüz  ildə  ikinci 
dəfə  idi  ki,  düşmən  istilasına  məruz  qalırdı.  Bakını  ikinci  dəfə  idi  ki,  azadlıq 
işığından  alıb  zülmət  qaranlığa  atırdılar.  Bakı  dərd  çəkirdi,  Bakı  ağlayırdı.  Bakı 
altıncı ay idi ki, yatmırdı, yuxusuz qalmışdı. Bakı yata bilmirdi gecələr. Gündüzləri 
birtəhər  yola  versə  də  gecələri  oyaq  qalırdı.  İnsan  iniltisi,  günahsızların  fəryadı, 
qışqırığı qəlbini söküb parça-parça edirdi. Bakının hər gecəsində yüzlərlə övladını 


131 
 
aparıb qətlə yetirir —ayağına daş bağlayıb dənizə atır, güllə hədəfinə çevirirdilər. 
Bolşeviklərin şəhəri istila etdiyi bir il müddətində Bakıda öldürülənlərin sayı qırx 
yeddi minə çatmışdı. 
Bakı yas içindəydi, ağlayırdı. Qətlə yetirilən günahsız oğullarının matəminə 
bürünmüşdü. 
Ürəyi qan ağlaya-ağlaya dağılmış yurduna baxırdı. Keçən il bu zaman indi 
getdiyi küçələrdə Azad Azərbaycan dövlətinin başçısı kimi addımlayırdı. 
 
Birdən ürəyindən qəribə gizilti keçdi: O əsgərlər indi nə edir? Ömürlərindən 
ötən o xoş günü yada salırlarmı! Bilirlərmi ki, niyə onları min bir əzabla əsgərliyə 
aparırdıq. Bu günün dəhşətini görməməkdən ötrü çalışırdıq. Yox, o əsgər həqiqəti 
bilir. Bilməsə idi əlindəki silahla hələ də düşmənə qarşı vuruşmazdı. O  əsgər indi 
dağlara  çəkilib  daşlar,  qayalar  arasında  işgəncəli  həyat  sürür,  amma  vuruşur,  son 
nəfəsinə  kimi  xalqının  keşiyində  dayanır.  Sonra  fikirləşdi  ki,  yazıq  əsgərlər 
İtaliyadan milli hökumətin aldığı iyirmi beş min dəst paltarı əyninə geyə bilmədi. 
O  paltar  işğalçı  XI  ordu  əsgərlərinə  qismət  oldu.  Onlar  onsuz  da  haram  tikə 
yeməyə  öyrəşiblər.  Ayağı  çarıqlı  Azərbaycan  əsgəri  isə  dağlarda  «alınmış 
yurdu»nun geri qaytarılması yolunda döyüşür. 
Ürəyi  qan  ağlaya-ağlaya  matəmə  bürünmüş  Bakıya  baxırdı.  Bakının 
küçələrində  həmişə  dinləməkdən  zövq  aldığı,  qanadlandığı  o  iftixar  dolu  sözləri 
eşitmirdi:  «Azərbaycan,  Azərbaycan,  səndən  ötrü  can  verməyə  cümlə  hazırız». 
Yox, bu sözlər daha oxunmurdu. Bu sözləri oxumaq qadağan olmuşdu. 
Diqqətlə,  olduqca  diqqətlə  baxırdı  talan  olunmuş  Bakının  küçələrinə.  Bir 
qrup XI ordu əsgəri səs-səsə verib oxuyurdular: «Bizim Leninimizə eşq olsun!». 
Əsəbi halda başını yana çevirdi. İstəmədi onların o saxta sədalarını eşitsin. 
O bu sözlərə nifrət edirdi. Bütün varlığı, əqidəsi, düşüncəsi ilə nifrət edirdi. 
..Qohum-əqrəba  evdə  onu  gözləyirdi.  Hadisəni  eşidib  vidalaşmağa 
gəlmişdilər.  Otaqdakılardan  yalnız  birini  ilk  dəfə  idi  görürdü.  Bu  onun  iki  aylıq 
oğlu Azər idi. Lahıcda olanda balaca oğlu dünyaya göz açmışdı. İndi balaca Azər 
sakit  halda  yatırdı.  Sevimli  oğlunu  qucaqlayıb  bağrına  basdı.  Uşaq  atasının 
öpüşlərindən ayılıb ağlamağa başladı. Yazıq körpə hardan biləydiki, atası bu anda 
nələr çəkir? 
Bu, Məmməd Əmin Rəsulzadənin sevimli oğlanları Rəsulla, Azərlə, qızları 
Lətifə,  Xalidə  ilə,  həyat  yoldaşı  Ümbülbanu  xanım  və  başqa  qohumları  ilə  son 
görüşü  idi.  Övlad  şirinliyini  də  bundan  sonra  yaşayacağı  otuz  beş  ildə  bir  də 
dadmayacaqdı.  Həmişəlik  olaraq  ailə  səadətindən  məhrum  olurdu.  Ayrılıq  ağır 
oldu.  Evdəkilər  göz  yaşlarından  boğula-boğula  onu  yola  salırdılar.  Amma  bu 
görüşün son olduğunu bilmirdilər. 
Vağzala  gəldilər.  Stalin  Orconikidze  ilə  vaqonda  oturmuşdu.  Görüşdülər. 
Az sonra Nərimanov gəlib çıxır və soruşur: - Bəs Abbasqulu hanı? Cavab verirlər 
ki,  Abbasquluya  getməyə  icazə  verməyiblər.  Nərimanov  təəccüblənir  ki,  axı  biz 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə