Azərbaycanin göRKƏMLĠ adamlari


PANKRATOV. «OSOBI OTDEL». STALĠN



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

128 
 
PANKRATOV. «OSOBI OTDEL». STALĠN 
 
Bu qorxunc varlıq haqqında Məmməd Əmin Rəsulzadə yazırdı:  
«Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri 
fövqündə  bir  əmr  yox  idi.  ÜK  məmurunun  füzulluğu  o  dərəcəyə  bulmuşdu  ki, 
Azərbaycan  komissarları  rəisi  bulunan  Nəriman  Nərimanovun  özünü  belə  toaqif 
eyləmişlərdi». 
Pankratov  körpəyə,  qocaya,  yaşlıya,  cavana  rəhm  etməyən  bir  cəllad  idi. 
Pankratov  dünyaya  adam  öldürmək,  nahaq  qan  tökmək  üçün  gəlmişdi.  Doğrudur, 
onun  qana  hərisliyini  iki  xəyanətkar  erməni—Mikoyan  və  Atarbəyov  (erməni 
olduğunu  söyləyirlər)  daha  da  coşdurur,  Azəri  türklərinə  onda  nifrət  oyadırdılar. 
Mikoyan Şura hökumətinin adından Bakı əhalisinin əmlakını müsadirə edirdi. Ona 
bu işlə əlaqədar rəsmi vəzifə  də verilmişdi.  Atarbəyov isə  Zaqafqaziya işləri üzrə 
(çox  güman  ki,  inqilabi  tribunallar,  «osobı  otdel»  məsələləri  üzrə)  Leninin 
köməkçisi idi. Bu iki  xain qüvvə  həm öz səlahiyyətlərindən, həm də azərbaycanlı 
bolşeviklərin  sadəlövhlüyündən  istifadə  edib  Pankratovu  qızışdırırdılar.  O  zaman 
«osobı  otdel»ə  Mikoyanın  ciddi-cəhdilə  çoxlu  erməni  doldurulmuşdu.  Çünki 
Mikoyan  Azərbaycan  xalqından  qisas  almaq  gününün  gəlib  çatdığını  bilirdi. 
Ermənilər  isə  «qanuni  yolla»  şura  hökumətinin  adından  gözü  baxa-baxa  minlərlə 
günahsız azərbaycanlını qətlə yetirirdilər. 
Amma  Pankratov  «təhsilini»  lap  yuxarıdan  almışdı.  Onun  «ilham  pərisi», 
qanadlandığı qüvvət Moskvada yaşayırdı. Bu adam Lenin idi. Sonradan üzə çıxan 
faktlar  Leninin  qəddar  terrorçu  olduğunu    təsdiqlədi.  Heç  də  uzağa  getməyək, 
Leninin öz yazılarına, altından qol çəkdiyi qan qoxulu hökmlərinə diqqət y e t i r ə 
k. 
1.  «Məsləhət  görürəm  ki,  müvəqqəti  olaraq  öz  içərinizdən  rəislər  təyin 
edəsiniz,  heç  kimdən  soruşmadan  və  səfehcəsinə  süründürməçiliyə  yol  vermədən 
qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. 
V.Ġ.Lenin». 
2. «...Məhkəmə gərək terroru aradan qaldırmasın. 
Kommunist salamı ilə 
LENĠN». 
3. «...Xüsusilə də həlledici, nümunə olan piterdə, şiddətli və kütləvi terrora 
həvəs oyandırmaq lazımdır. 
Salam! LENĠN». 
Bəli,  hər  xəta  Lenindən  gəlirdi.  Lenin  salamı  da  terrorla  verirdi.  Lenin 
hakimiyyəti  «proletar  və  kəndlilərə»  vermək  pərdəsi  altında  çar  Rusiyasının 
başqalaşmış, donunu dəyişmiş imperiya siyasətini həyata keçirir, əvvəlki sərhədləri 
bərpa edirdi. Pankratov kimiləri isə öz müəllimlərindən - Lenindən aldıqları terror 
nəzəriyyəsini indi Bakıda təcrübədən çıxarırdılar. 


129 
 
Bakıda  çox  güclü  terror  qurğusu  hazırlanmışdı.  1920-ci  il  aprelin  28-də 
Bakının  XI  ordu  tərəfindən  işğalından  sonra  mübarizəyə  qalxanları  aradan 
götürməkdən ötrü üç qanlı təşkilat Azərbaycanda fəaliyyətə başladı: 1) «On birinci 
ordunun,  Pankratovun  başçılığında  olan  xüsusi  şöbəsi  «Osobı  otdel»,  2) 
Azərbaycan çekası. 3) On birinci ordunun inqilabi tribunası. 
Bu  təşkilatlardan  ən  qorxulusu  Pankratovun  başçılıq  etdiyi  «Osobı  otdel» 
idi. «Osobı otdel» sorğusuz-sualsız istədiyi adamı güllələmək, öldürmək hüququna  
malikdi. 
Bir ağrı. Amma təşkilatların hər üçünü birləşdirən bir amal da vardı: Xalqın 
malını,  dövlətini,  qızılını  talan  edib  oğurlamaq.  O  zaman  on  birinci  ordunun 
inqilabi tribunal məhkəməsinin başında Hacı İlyas adlı birisi vardı. Qəddar, qansız 
adam idi. Yüzlərlə günahsız azərbaycanlını qətlə yetirmişdi: Hacı İlyasın azğınlığı, 
tökdüyü nahaq qanlar o yerə gəlib çatdı ki, axırda onu da tutub silkələdilər. 
Məlum  oldu  ki,  minlərlə  azərbaycanlını  qətlə  yetirən  bu  qəddar  inqilabi 
tribunal sədri özünü ordu ilə birlikdə Bakıya soxub ki, var-dövlət qazansın. Özü də 
saxta adla. Aydınlaşdı ki, o müsəlman və türk deyil. Bakı bolşeviklərini aldadırmış 
ki, türkəm. Adını da yalandan yazdırıbmış. Adı Hacı İlyas yox, İlya imiş. Odessalı 
tələbə olan bu rus İlya günahsız xalqı heç nədən qanına qəltan edirdi. Həbsxanada 
olanda İlya qışqırırmış ki, mən də başqa kommunistlər kimi hərəkət edirdim, onlar 
da mənim kimi adamları soyduqdan sonra öldürərdilər. 
Hacı  İlyasın  evini  axtaranda  ordan  öldürdüyü  adamların  ağızlarından 
sökdüyü qızıl dişlər, barmaqlarından çıxartdığı brilyant üzüklər tapıldı. 
1920-ci ildə Bakıya gəlmiş XI ordunun arasında xalqa divan tutan  çox  belə 
«Hacı İlyaslar» — İlyalar  vardı. 
Məmməd Əmin Rəsulzadə neçə gündür ki, Pankratovun nəzarəti altında — 
«Osobı  otdel»də  yatır.  Dostu  Abbasqulu  Kazımzadə  də  yanındadır.  Ötən  hər 
dəqiqə ömürdən sayılır. Onu hər zaman gəlib aparıb güllələyə bilərlər. Yoldaşları, 
xüsusilə  də  Abbasqulu  çox  narahatdır.  Budur,  onu  aparmağa  gəliblər.  Hamı 
həyəcanlıdır.  Çünki  belə  vaxt  aparılan  adamları  sağ  buraxmırlar.  Abbasqulunun 
halı lap pərişandır. Qorxur ki, dostunu güllələsinlər. 
...Məmməd Əmin Rəsulzadəni Pankratovun hüzuruna aparırlar. Bu yol ona 
tanışdır,  bir  dəfə  də  bu  dəhlizlə  istintaqa  aparılıb.  Pankratovun  yanında  bir  şəxs 
dayanıb. Diqqətlə, çox diqqətlə baxır ona. Bu adam kimdir görən? Həmin adam iki 
addım irəli atıb ona sarı gəlir, əlini uzadıb deyir: 
- Yoldaş Rəsulzadə, tanımadınızmı, Stalin...  
Bəli, indi tanıyır onu. Köhnə mübarizə dostu Kobanı yaxşı tanıyır. 
Bir  haĢiyə.  Stalinin  Məmməd  Əmin  Rəsulzadəni  həbsxanada  gəlib 
görməyi,  onu  xilas  etməyi  haqqında  bəzi  söhbətlər  danışılır.  Bir  çoxu  deyir  ki, 
Stalin  Bakıya  məhz  Rəsulzadəni  xilas  etmək  üçün  gəlmişdi.  Amma  Məmməd 
Əmin Rəsulzadə Stalin haqqındakı xatirələrində buna heç bir işarə vurmur. Stalin 
özü isə belə deyir: «Buraya gəlincə məhbus olduğunuzu öyrəndim». 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə