Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

121 
 
xanlıqlarını  işğal  edib  Rusiyaya  birləşdirmişdi.  O  zaman  Azərbaycan-türk  xalqı 
Sisyanovların kirli çəkmələri altında inləyirdi. 
27  Aprel  faciəsi  ilə  Azərbaycan  ikinci  dəfə  olaraq  rus  ordusunun  yeni 
Sisyanovu olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi. 
O  zaman  Azərbaycan-türk  xalqının  arzu  və  iradəsi  qanlara  qərq  edilirdi.  Bu  dəfə 
daha müqəddəs istiqlal haqqından əl çəkmək istəməyən Azərbaycanın on minlərlə 
dəyərli  övladları  Gəncə,  Qarabağ,  Zaqatala,  Şamaxı,  Göyçay  və  başqa  qəzalarda 
güllələnirdi.  O  zaman  Azərbaycan-türk  xalqı  bütün  hürriyyət  və  haqqını  itirdi,  bu 
dəfə daha Azərbaycan-türk xalqı üçün hürriyyət və haqq deyilən şeylərdən bir əsər 
qalmışmıdır? 
...Bilirsinizmi    ki,  27  aprel    faciəsindən    sonra  nə  qədər  oxumuşlarımız, 
çalışanlarımız,  gənclərimiz,  subay  və  əsgərlərimiz,  kəndli  və  işçilərimiz  Xəzər 
dalğalarına  qurban  olmuşlardır..  27  apreldən    sonra  edamlar,  həbslər  son  günlərə 
qədər davam  edir, qurbanlar eyni vətənsevərlərdir. 
Nikolay  Rusiyası  ilə  Lenin  Rusiyası  arasında  fərq  yalnız  bundadır  ki,  o 
zaman  cahangirlik  siyasəti  başçısının  adı  Nikolay,  indiki  cahangirlik  siyasəti 
başçısının adı Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi 
isə qırmızıdır. 
Azərbaycan-türk  xalqının  fikri  və  arzusu  ilə  hesablaşan  varmıdır?  İndiki 
Şuralar  hökuməti  Azərbaycan-türk  xalqını  təmsil  edirmi?  Buradakı    başçıların 
yüzdə  yetmişi  özgələrdən    ibarət  deyilmi?    İndiki  Şuralar  hökuməti  Azərbaycan-
türk  xalqı  adına  hansı  haqla  söz  söyləyir?  Oradakı  başçıların  yalnız  yüzdə  otuzu 
türk və müsəlmandır ki, onlar da Azərbaycan-türk xalqı ilə əsla əlaqədar olmayan, 
vicdanını, namuslarını, vətən və millətlərini Rusiyaya satmış alçaqlardan ibarətdir. 
Süni şəkildə qurulan Şuralar hökuməti nə üçündür? ...Bu Şuraların vəzifəsi 
yalnız Rusiyanın istilasını qorumaq  üçün deyilmidir? 
Bundan  sonra  artıq  kimi aldadacaqlar. Bütün dünya  həqiqəti görməkdədir. 
Rusiya  əvvəlki  hüdudlarında  olduğu  kimi  qurulmuşdur.  Vətənimizin  Muğan  kimi 
bol  məhsullu  çölləri  və  çəmənləri  ayrılıb  rus  kəndlilərinə  verilir.  Öz  geniş 
torpaqlarını  yabançılara    imtiyaz    sürətiylə    verən  Rusiya  Azərbaycanın  Muğan 
çöllərinə  yüz    minlərlə  rus  kəndlisini  doldurub  yurdumuzu    hər  zaman  üçün  rus 
ölkəsi  halına  gətirmək  istəyir.  Bütün  dünyanın  həsrətlə  baxdığı  Azərbaycan  nefti 
Rusiyaya daşınır və bu gün öz neftiylə bütün dünya qarşısında iftixar edən Odlar 
yurdunun    paytaxtı  Bakı  Moskvadan  izn  almadan  bir  pud  neftə  belə  sahib  ola 
bilmir. Təsəvvür edin ki, Bakı neftə möhtacdır. Neft Moskvada daha ucuz qiymətlə 
satılmaqdadır. Neftimiz Rusiyanın öz malı və milli sərvəti halına gətirilmişdir. 28 
mayda  Azərbaycan-türk  xalqı  istiqlalını  elan  etməklə  öz  sevimli  və  şəfqətli 
anasının  qoynunda  azad  bir  türk  mədəniyyəti  qurmaq,  azad  bir  sənət,  türk 
ədəbiyyatı,  türk  həyatı  yaratmaq  istəyirdi.  Buna  əngəl  olmaq  Rusiyanın  yeni 
üsuludur.  Azəri  türkləri  yaxşıca  bilirlər  ki,  rus  bayrağını  qızıl  rəngə  boyayan  türk 


122 
 
xalqının  axıtdığı  qanlardır.  Azərbaycan-türk  xalqının  məsumanə  axan  qanından 
yüksələn milli intibah rus ağalığının son məzar daşı olacaqdır. 
Ey  türk  xalqı,  səni  hürriyyətə  qovuşduracaq  və  bəxtiyar  yaşadacaq,  qanlı 
mücadiləyə bütün qüvvətinlə hazırlaş. Səni bu mücadilə qurtaracaqdır. Azərbaycan 
istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına sahibsən. Düşmənini 
tanı, milli intibahını yüksəlt, haqq səninlədir!... 
 
Yaşasın Azərbaycan istiqlalı!  
Yaşasın üç rəngli bayrağımız!  
Məhv olsun rus cahangirliyi!  
Mərkəz heyəti.»
 
«Gizli  müsavat»  xalq  arasında  belə  ruhlu  bəyannamələr  yayır,  onları 
mübarizəyə  çağırırdı.  «Gizli  müsavat»  işləyirdi.  Xalq  kömək  edir,  inanır,  yardım 
göstərirdi ona. «Gizli müsavat» təşkilat üzvlərindən hər ayın başında beş ya on altı 
manat  (imkana  görə)  alıb  özünü  maliyyələşdirirdi.  Adamlar  da  vardı  ki,  evinin 
əşyasını bazarda satıb «Gizli müsavata» yardım əlini uzadırdı. Elə həmin o pullar 
ilə Məmməd Əmin Rəsulzadənin xaricə qaçmağı təşkil olundu. 
Bakıda ölgünlük idi. İşğalçı rus əsgərləri küçələrə döşənib acgözlüklə evlərə 
baxır, gecənin düşməyini gözləyirdilər ki, girib soyğunçuluq, oğurluq etsinlər. Bakı 
bütövlükdə onların əlinə keçmişdi. Qətllər, ölümlər Bakıda günü-gündən artırdı. 
Gözü yaşlı, ürəyi yaralı adamlar həsrətlə köhnə parlament binasına baxır, o 
üç rəngli bayrağın həsrətini çəkirdilər. 
Məmməd Əmin Rəsulzadənin ağrılı sözləri: 
«Vürudunun  ilk  günlərində  «ixtilalın  qansız  olduğuna»  təəssüf  edən  bu 
xunxar qüvvət artıq cəlladlıq zövqünü tətmin üçün fürsət bulmuşdu. Yalnız üsyan 
zühur  edən  yerlərdə  deyil,  üsyan  ilə  əlaqədar  olmayan  yerlərdə  dəxi  qurşuna 
düzülənlərin hədd və hesabı yox idi..» 
Günahsız  insanlar  «müsavat»çısan,  «millətçi»sən,  adı  ilə  güllə  hədəfinə 
çevrilirdilər. 
Çölə  baxırdı.  Rus  əsgərləri  gülə-gülə  küçədən  keçib  gedirdilər.  Adamlar 
dərin  matəm  içində  görünürdü.  Əsəbi  və  dilxor  halda  ona  çatdırılan    bolşevik 
qəzetlərinə baxdı. 
Budur, 1 may münasibətilə yazırlar: 
«Yoldaş  fəhlələr  və  vətəndaşlar!  Bütün  küçələr  və  meydanlar  qırmızı 
bayraqlarla, yoldaşlarımızın azadlıq yolunda tökdüyü qanla doludur... 
Rusiya proletariatı və kəndlilərinin Qırmızı Sovet ordusunun köməyi ilə biz 
Azərbaycandakı istismarçıları—kapitalist və mülkədarları rədd etdik»... 
Yazılan  sözlərə  acı-acı  gülümsünürdü.  Azadlıq  yolunda  tökülən  qan!  Yox, 
qan elə tökülmür. O azadlıq yolunda deyil, kiminsə torpağını işğal etmək uğrunda 
tökülən  qandır.  Və  sizin  təntənə  ilə  Azərbaycanda  basdırdığınız  o  rus  əsgərləri 
işğalçıdır! 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə