Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

113 
 
hissəsini    bolqarlara,  digər  hissəsini  ermənilərə  vermək  istəyirlər.  Trakiyadakı 
hadisələr  də  qorxuludur.  Türklərin  İstanbuldan  tam  qovulub  çıxarılmasından  
danışılır.  Fransızlar,  yunanlar,   ingilislər hər tərəfdən Türkiyəni dövrəyə alıblar. 
Türkiyəyə  kömək  lazımdır!  Amma  necə?  Yaranmış  vəziyyətdən  Rusiya  bicliklə 
istifadə  edir.  Qırmızı  bayrağını  qaldırıb  ki,  guya  Türkiyəyə  köməyə  gedir.  Bu 
hiyləgərlikdir. O bilir ki, Azərbaycanlılar heç zaman qardaş Türkiyənin xilasından 
köməyini əsirgəməz, lazım  gəlsə canını qurban verər. Öz işğalçı ordusunu Bakıya 
salıb,  Azərbaycanı  əsarətə  almaq  üçün  gözəl  imkan  düşüb  əlinə.  İndi  öz 
Azərbaycanlı bolşeviklərinin  köməyi   ilə Bakıda  yanlış təbliğat  yayır  və adamları 
milli hökumətə qarşı qaldırmaq istəyir. Türkiyədə milli Azərbaycan  hökumətindən 
narazılıqlar  başlanmışdı.  Əsl  həqiqəti  bilməyən  türklər  gileylənirdilər  ki,  bəs 
Azərbaycan hökuməti niyə bizə köməyə gələn ordunu öz ərazisindən buraxmır? 
Budur, Türkiyə hökumətindən etiraz teleqramı gəlib: 
«Azərbaycan  hökumətinin  ən təhlükəli zamanlarında  bir çox qan bahasına 
qurtaran  və  ona  mövcudiyyət  verən  Osmanlı  və  Anadolu  türk  ağabəyləri  hər 
tərəfdə  düşmənlə  pəncələşərkən  düşmənlərimiz  əleyhinə  əzim  bir  hərbə  girən 
bolşevik ordularının önünə Azərbaycanın bir səd olması və ya bitərəf qalıb laqeyd 
dayanması  bütün  aləmi-islamın  səbəbi  izmihlalı  olacaq  və  azərbaycanlılar 
əbədiyyən ləkələnəcək və zatən özünə də bu dünyada hakkı həyat qalmayacaqdır. 
Bu  gün  Anadolunun  xilası  üçün  bolşevik  ordularıyla  əl-ələ  verərək  hərəkəttən 
başqa  bir  çarəmiz  qalmamışdır.  Türkü  və  islamı  əbədiyyən  yaşatmaq  bu  fürsəti 
qaib  etməklə  olacaqdır.  Azərbaycanın  şərəfli  bir  iş  yapacağı  və  yaxud  üç  yüz  əlli 
milyon  islamın  həyat  və  namusunu  boynuna  alacağı  dəqiqələri  yaşıyoruz. 
Bolşeviklərlə müttəfiqən hərəkətiniz və bu surətlə   Anadolu türkləriylə birləşməyə 
çalışmanızı ümid ediyor və intizardayız. 
Kolordu komandanı: 
KAZIM QARABƏKİR» 
Vəziyyətdən  çıxış  yolu  görünmürdü.  Hər  yandan  qara  buludlar  çökürdü 
Azərbaycanın üstünə. 
Məmməd  Əmin  Rəsulzadə  həyəcan  içində  çırpınır  və  xalqı  hər  tərəfdən 
dövrəyə almış bu zülmət pərdəsini  yırtıb demək istəyirdi: siz həqiqəti bilmirsiniz. 
Həqiqətdən uzaqda, çox uzaqda dayanmısınız. Həqiqəti bilmək istəyirsinizsə, onda 
üzünüzü  Leninə  tutub  bircə  dəfə  soruşun.  Soruşun  ki,  əgər  bu  qoşun  Türkiyəyə 
köməyə  gedirsə,  bəs  onda  niyə  Bakıya  girir?  Türkiyəyə  gedən  yol  ki,  Bakıdan 
keçmir. 
Amma  Məmməd  Əmin  Rəsudzadənin  dediyi  bu  həqiqəti  nə  türklər  qəbul 
edirdi, nə də Bakının özündəki bəzi qüvvələr.  Azərbaycanlı bolşeviklər isə xalqın 
zəif damarından yapışıb bu məkrli planı həyata keçirirdilər. 
Fikirli və dilxor vəziyyətdə evə gəldi. Sifəti qaralıb qorxulu hala düşmüşdü. 
Ümbülbanu  xanım  həyat  yoldaşını  bu  vəziyyətdə  görəndə  ciddi  hadisə  baş 
verdiyini anladı. 


114 
 
İçərisindən ağrılar qopur, ürəyini sızladırdı. Sevimli qızları Lətifə ilə Xalidə 
mehribanlıqla  atalarını  qucaqladılar.  Həmişə  övladlarının  belə  mehribanlığından 
rahatlıq  tapsa  da,  indi  hissiz,  hərəkətsiz  idi.  Lətifə  də,  Xalidə  də  atalarının  bu 
vəziyyətinə təəccüblənən kimi oldular. Ataları həmişəki adama oxşamırdı. 
Sevimli  qızları  belə  düşünməkdə  haqlı  idilər.  Həqiqətən  də  o,  həmişəki 
adama  oxşamırdı.  Ürəyi  qan  ağlayırdı.  Ataları  xalqının  əldən  getməkdə  olan 
azadlığının ağrısına tutulmuşdu. 
Yaxınlaşıb  beşikdə  sakit-sakit  yatan  oğlu  Rəsula  baxdı.  Körpə  dünyanın 
bütün  qeylü-qalından  xəbərsiz  halda  beşikdə  yatırdı.  Sevimli  oğlunun  üzündə  xoş 
bir təbəssüm vardı. Əyilib astadan oğlunun üzündən öpdü. Və yazıq körpə heç ayıq 
da  olsa  bilməyəcəkdi  ki,  bu,  mehriban  atasının  son  öpüşləridir  və  o,  az  sonra  ata 
məhəbbətinə, ata öpüşünə həmişəlik həsrət qalacaqdı. 
Bir  ağrı.  Heç  Məmməd  Əmin  Rəsulzadə  də  bilməyəcəkdi  ki,  bir  gün 
gələcək,  indi  mehribanlıqla  bağrına  basdığı  sevimli  oğlu  onun  adı  ilə  qətlə 
yetiriləcək.  İnanmazdı  ki,  günlərin  birində  oğlu  böyüyüb  on  doqquz  yaşına 
çatanda,  boylu-buxunlu,  yaraşıqlı  bir  igid  görkəmində  olanda  «bolşevik  qatillər» 
onu  yatdığı  yerdə  həbs  edəcək,  qaranlıq  zindana  salacaqdılar.  Qaranlıq  zindanda 
min bir işgəncələr  verəndən sonra,  «sən  müsavat hökumətinin başçısının oğlusan, 
xalq  düşmənisən»  deyib  güllələyəcəkdilər.  O  dəhşətli  sorğu-sual  zamanında  isə 
Rəsul  qorxmadan,  çəkinmədən  özünü  qətiyyətli  aparıb  ötkəm  də  cavablar 
verəcəkdi.  Rəsulun  bu  qorxmazlığını  görənlər  ürəklərində  fikirləşəcəkdilər: 
«Qoçun oğlu qoç olar». Hadisənin şahidi olanlar ürəklərində fikirləşdiklərini yalnız 
əlli  üç  il  keçəndən  sonra,  qorxu-hürkünün  tam  çəkildiyinə  inanıb  mənə 
danışacaqdılar. 
..Məmməd  Əmin  Rəsulzadə  isə  oğlunun  belə  cəsarətindən  xəbərsiz  halda 
dünyaya göz yumacaqdı. 
Vətənin başı üstündə qara buludlar dolaşırdı. Vətəni xilas etmək lazım  idi. 
Amma necə? Hansı yolla? 
Tələsirdi. Nəsib bəy Yusifbəylinin mənzilinə tələsirdi. Saat doqquzda bütün 
partiya liderləri orda toplaşıb vəziyyəti müzakirə edəcəkdilər. 
Aprelin  27-si  idi.  26-sı  gecəsində  XI  ordu  artıq  Azərbaycan  hüdudlarını 
keçmişdi. 
Saat  doqquzda  partiya  liderləri  Nəsib  bəyin  evinə  toplaşdılar.  Müxtəlif 
fikirlər  irəli  sürüldü.  Şəfi  bəy  Rüstəmbəyli  isə  deyirdi:  gəlin  hökuməti  Gəncəyə 
köçürək  və  oradan  bolşeviklərə  qarşı  mübarizə  aparaq.  Şəfi  bəyin  təklifi  qəbul 
olunmadı.  Belə  qənaətə  gəldilər  ki,  ən  yaxşısı  Bakıda  qalıb  hökuməti  qan 
tökmədən bolşeviklərə verməkdir. Ciddi fikir ayrılığını görüb partiya liderləri belə 
razılaşdılar: 
Cümhuriyyətin 
taleyini 
parlamentin 
çıxaracağı 
qərarla 
müəyyənləşdirmək lazımdır. 
Aprelin 27-də saat 12-də parlamentin son iclası oldu. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə