Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə50/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

105 
 
Məmməd Əmin Rəsulzadə Əlimərdan bəyin göndərdiyi məktubdakı sözləri 
acı-acı  xatırlayırdı:  «Burdakı  rus  nümayəndələri—Lvov,  Sazonov,  Çaykovski, 
Maklakov  və  b.  bizim  müstəqilliyimizdən  əsəbiləşir,  coşurlar,  razılaşmaq 
istəmirlər.  Haqqımızda  deyirlər  ki,  yalnız  biz  nümayəndə  heyətimiz  müstəqil 
Azərbaycan şüarını irəli sürürük. Lakin Azərbaycan xalqı özü Rusiyadan ayrılmaq 
istəmir. Çünki onlar rusları sevirlər». 
«Şovinist  ruslar!»  deyə  ağrılı  halda  fikirləşirdi,  şovinistliyinizdən  əl 
çəkmirsiniz. Gör bir iddialarına bax! Azərbaycan xalqı ayrılmaq istəmir. Axı hansı 
haqq  ilə  Azərbaycana  sahib  durmaq  istəyirsiniz?  Niyə  bu  xalqın  hüquqlarını 
tapdalayırsınız.  Yüz  ildir  ki,  bu  xalqın  qanını  sorub  içdiniz,  bəs  etmədimi?  Yüz 
ildir  xalqın  malını,  dövlətini,  sərvətini  daşıyıb  soyuq  şimala  apardınız, 
doymadınızmı?  Bu  xalqdan  niyə  əl  çəkmirsiniz?  İndi  də  gedib  orda—sülh 
konfransında Azərbaycanın tanınması işinə mane olursunuz! 
Əli  Mərdan  bəy  məktubunda  ermənilərdən  də  şikayətlənirdi,  yazırdı  ki, 
ermənilər  köhnə  fikirlərindən—  Türkiyə  və  Qafqazdakı  ermənilərdən  ibarət  olan 
«vahid  Ermənistan»  ideyalarından  əl  çəkmirlər.  Və  hətta  açıqca  deyirlər  ki,  əgər 
bizim bu fikrimiz qəbul edilməzsə, onda Denikinin tərəfinə keçəcəyik. 
Ermənilərin bu hərəkətinə o təəccüblənmirdi.  Çünki ermənilər nə zaman öz 
ağıllarına,  düşüncələrinə  güvənib  yaşamışdılar  ki?  Həmişə  kiminsə  ətəyindən 
yapışıb yaşayıblar. Bu artıq onlarda adi yaşayış normasına çevrilib.  
Əli  Mərdan  bəy  məktubunun  sonunda  işıqlı  sözlər  də  işlədir,  Azərbaycan 
hökumətinin  ümidini  qırmırdı.  Yazırdı  ki,  amma  biz  hər  yerdə  müstəqil 
Azərbaycandan,  onun  yaşayıb  fəaliyyət  göstərməsindən  danışır,  xariciləri  bu 
həqiqətə inandırmağa çalışırıq. 
...Məmməd  Əmnn  Rəsulzadə  isə  Versaldan  nigaran  idi,  çox  nigaran  idi. 
Həmişə intizar içində o uzaq şəhərdən xoş xəbər gözləyirdi. 
M.  Ə.  Rəsulzadə  hökuməti  Denikinlə  mübarizədə.  Denikin  Rusiyanın 
köhnə  hüdudlarını  özünə  qaytarıb,  yenidən  Qafqazı  əsarət  altına  almaq  istəyirdi. 
Dağıstana  təcavüz  edən  Denikin  Azərbaycana  qarşı  işini  ehtiyatla  aparırdı. 
Azərbaycanın  ordusu  vardı  və  bu  qüvvətə  qarşı  döyüşmək  üçün  Denikin  əvvəl 
kəşfiyyatçılarından  istifadə  edirdi.  Kəşfiyyatçılar  Azərbaycan  hökumətindəki 
vəziyyəti  və  ordunun  quruluşunu,  sayını,  əsgərlərin  əhval-ruhiyyəsini  ona 
çatdırırdılar.    Azərbaycanda  casusluq  işini  Denikin    ordusunda  əks  kəşfiyyat 
idarəsinin rəisi Çernışev aparırdı. Maraqlı idi ki,  şovinistlik,  Azərbaycanı  yenidən 
əsarətə almaq fikri Çernışevin beynini elə dumanlandırmışdı ki, o hər şeyi unudub 
arvadı  Smıslovanı  da  qatmışdı  bu  işə.  Özgə  torpağını  zəbt  eləmək  istəyi  ailə 
namusundan və şirinliyindən vacib idi Denikin zabiti üçün. 
Demokratik  hökumətin  Daxili  İşlər  Nazirliyi  bu  casuslara  qarşı  ciddi 
tədbirlər  görməyə  başlamışdı.  Nəhayət,  əks  kəşfiyyat  idarəsinin  rəisi  Çernışevi 
tutdular. İstintaqda məlum oldu ki, Denikinin kəşfiyyat idarəsi Azərbaycanda bu işi 
görməli imiş: 


106 
 
1) Silahlı qüvvələri, heyəti, təchizatı müəyyənləşdirmək; 
2) Hərbi xarakterli tədbirlər görmək
3)  Xalqın  həm  Demokratik  hökumətə,  həm  də  «Bölünməz  Rusiyaya» 
münasibəti; 
4) Hökumət öz nüfuzunu saxlamaq üçün hansı fəaliyyəti aparır. 
Çernışevin  məhkəməsində  bir  dözülməz  fakt  da  çıxdı  ortalığa—demə 
Çernışevə  əks  kəşfiyyatını  aparmaqda  bəzi  Azərbaycanlılar  da  köməklik 
göstərirmiş. 
Çernışev  istintaqda  özünü  qəribə  aparır  və  Azərbaycanı  öz  ərazisi  sayırdı. 
Məhkəmənin  qərarı  ilə  hər  ikisi  Azərbaycan  ərazisindən  qovulub  çıxarıldı. 
Azərbaycanda o zaman Denikini istəyən çoxlu adamlar vardı. Rusların demək olar 
ki,  hamısı  Denikinin  gəlib  Azərbaycanı  istila  etməsini  istəyirdi.  Çünki  Denikin 
çarlıq  dövrünün  ağalığını  yenə  onlara  qaytaracaqdı.  İndi  isə  onların  hökmranlığı 
getmişdi. 
Az  keçməmiş  Denikin  Dağıstanı  və  Dərbəndi  tutdu.  Azərbaycan 
hökumətinin  başı  üzərini  təhlükəli  buludlar  aldı.  Onda  Azərbaycan  hökuməti 
düşmənə  qarşı  birgə  mübarizə  aparmaq  üçün  Gürcüstanla  qarşılıqlı  müqavilə 
imzaladı, 3 il müddətinə 10 maddədən ibarət olan bu müqavilə  müdafiə  xarakteri 
daşıyırdı. 
Azərbaycanlılar Denikin istilasına məruz qalmış dağıstanlılara hər vasitə ilə 
kömək  edirdilər.  Azərbaycan  hökuməti  o  zaman  Dağıstana  müddətsiz  və  faizsiz 
olaraq 50 milyon manat, Azərbaycan büdcəsinin səkkizdə biri qədər pul verdi. Bu 
pul ingilis lirəsi ilə hesablananda 2 milyon yarım pul edirdi. 
Məmməd Əmin Rəsulzadə yazırdı: 
«Denikinə  qarşı  mübariz  bulunan  Dağıstana  yardım  üçün  Nuri  paşa 
təşkilatına hər növlə yardımda bulunmuşdur. Dağıstan hökumətinin Denikin intriqa 
və  təcvüzü  üzərinə  inhilalı  dağıstanlılar  qədər  Azərbaycanı  dəxi    mütəəssir 
eyləmişdir.  Dağıstanın  Denikin  istilasına  məruz  qalması  məclisi-məbusanda, 
əfkari-ümumiyyədə  qeyri-qabil  təsəvvür,  bir  həyəcan  doğurmuş  və  qardaş 
dağlıların  istixlası  üçün  zaman  və  məkanın  müsaidə  eylədiyi  tədabiri-ittixazinə 
təvəssül edilmişdir». 
Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan hökuməti Denikin 
təhlükəsini aradan qaldırmaq üçün ciddi tədbirlər görürdü. 
Azad Azərbaycan hökumətinin qərarlarından: 
I.  1919-cu  il  avqustun  11-də  parlament  Azərbaycan  vətəndaşlığı  haqqında 
qərar qəbul etmişdir;  
Milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycan ərazisində ya özü, ya 
da  valideynləri  doğulub  boya-başa  çatmış  keçmiş  Rusiya  imperiyasının  adamları  
Azərbaycanın vətəndaşı sayılırlar. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə