Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

103 
 
ölümləri ilə yeni bir türk dövlətini yaşadan bu böyük insanları yad edərkən sizi bir 
az  düşündürmək  istəyirəm.  Rus  əmələsi  millətlərin  haqqı  istiqlalını  elan  edər.  Bu 
mümkündür.  Fəqət,  bir  türk  istiqlalının  təhəqqüqünü  rus  əmələsindən  gözləmək 
əbəsdir.  Sinfi  məfkurələrin  öz  qüvvət  və  sayələrinə  bağlı  olduğu  kimi,  milli 
məfkurələrin təhəqqüqü də milli qüvvətlərin sayı və hümmətlərinə bağlıdır.  
Bunun  üçündür  ki,  millətlərə  hakkı-istiqlal  elan  edən  rus  kommunizmi 
Azərbaycan  istiqlalına  müncər  olunca,  türk  düşmanı  ünsürlərlə  yaxınlıq  etdi, 
başımıza  qanlı  mart  hadisəsini  gətirdi.  Bizə  muxtariyyət  vermək  deyil,  xarabazar 
vermək  istədi.  Bu  qızıl  və  qanlı  qüvvəyə  qarşı  milli  istiqlalımızın  həqiqi  müdafiə 
olaraq  bizə  Xızr  kimi  gələn  qüvvət  hankı  qüvvət  idi?!  Bu  qüvvət  Rusiya  əmələsi 
deyil, türk ordusu idi. Milli bir qüvvət idi! 
Əvət, Azərbaycan milli hürriyyət və istiqlalının yeni türk dövlətinin vücudu 
üçün bu  gün böyük  məzarları başında hüznlə  üzərində diz çökdüyümüz bu böyük 
insanlara borcludur! 
Bu böyük şəhidlər kimi, biz də fədakar olacaq, hürriyyətimizi, milli vəhdət 
və istiqlalımızı, canımızı verərək müdafiə edəcəyik!» 
Məzar başına toplanan xalq öz rəhbərinin səsinə qoşularaq and içir. 
Azad  Azərbaycanın  hər  yanında  türk  şəhidlərinin  xatirəsi  yad  edilir, 
məhəbbət, hüzn dolu sözlər eşidilirdi. 
Xalq  azad  idi  va  öz  xilaskarını  yada  salır,  məzarı  başında  onun  qanı 
bahasına  qazanılan  istiqlalını  qoruyub  saxlayacağına  and  içirdi.  Hökumət  başçısı 
da  xalqla  birlikdə  bu  and  yerinə  gəlirdi.  Azad  xalqın  istəyindən  başqa,  özgə 
kimsənin hökmü işləmirdi burda. Amma… 
ġikayət  səsi.  Amma  bir  gün  gələcəkdi  ki,  hər  şey  dəyişəcək,  dövran 
başqalaşacaqdı.  İndi  azadlıq  gülü  bitən  torpaqdan  ah-fəğanlar  yüksəlməyə,  inilti 
qopmağa  başlayacaqdı.  Azərbaycanı  işğal  edən  bolşeviklər  qanlı  istibdad 
köynəyini  əyninə  geyinib  yalnız  «hürriyyət»  deyən  Azəri  türklərini  deyil,  eyni 
zamanda  torpaqda  sakit  uyuyan  türk  məzarlarını  da  qılınclayacaqdılar.  Qorxu  və 
əsarətdə yaşayan xalqa Çəmbərəkəndə gedib türk şəhidinin məzarını ziyarət etmək 
qadağan  olunacaqdı.  Qorxacaqdı  bolşeviklər.  Qorxacaqdılar  ki,  adamlar  o  məzar 
üstə gedəndə içərilərinə güc, qüvvət yığıb bu işğalçılara qarşı qiyam qaldırar, qanlı 
teştlərini onların başında sındırarlar. 
Amma  xalq  unutmayacaqdı  o  şəhidləri.  Məzarları  üstə  gedə  bilməsələr  də, 
kənardan  baxıb  onların  azad  məfkurə  atəşini  ürəklərinə  yığacaq,  yadlar  ayağı 
altında  inildəyən,  məzarıstanlıqda  sönməz  bir  şölə  kimi  daima  tutuşub  yanan 
şəhidləri  qəlblərində  yaşadacaqdılar.  O  məzarlar  üstündə  içdikləri  andı  isə 
unutmayacaqdılar. İçəriləri alışa-alışa qisas gününü gözləyəcəkdilər. 
...O  məzarlardan  biri  hazırda  Şamaxı  rayonunda  qalmaqdadır.  Görünür  bu 
qərib türk şəhidinin məzarını dağıtmağı təsadüfən unudublar. 
M.Ə.Rəsulzadə  qaçqınlar  haqda  düĢünür.  Gələn  xəbərlər  ürək  açmırdı. 
Neçə  dəfə  Ermənistan  hökumətinə  təklif  olunmuşdu  ki,  qırğın  dayandırılsın. 


104 
 
Amma  ermənilər  bildiyini  edirdi.  Zəngəzurda,  Vedidə  Andranik  qocalara, 
körpələrə  belə  rəhm  etmirdi.  400-ə  yaxın  azərbaycanlı  qorxudan  qaçıb  məscidə 
girmişdi.  Andronikin  adamları  onlara  rəhm  etməyib,  içərisindəkilərlə  birlikdə 
məscidi yandırmışdılar. 
Günahsız  ölənlərin  acı  taleyi  ağrıdırdı  onu.  Vəziyyətdən  isə  yeganə  çıxış 
yolu vardı: Milli ordunun köməyi ilə Andronikin vəhşiliyinin qarşısını almaq. 
Azərbaycan  qaçqınlarla  dolu  idi.  Evləri-eşikləri  dağılmış  bu  adamlar  güc-
bəla  ilə  canlarını  qurtarıb  qaçmışdılar.  Amma  nə  yaşayış  yerləri  vardı,  nə  də 
güzəranları. 
Hökumət  onlara  köməklik  göstərirdi.  Amma  çatdırmaq  qeyri-mümkün  idi. 
Qaçqınlar  bir  idimi,  iki  idimi?  Minlərlə  qaçqın  acınacaqlı,  səfalət  dolu  həyat 
yaşayırdı. 
Başçılıq  etdiyi  milli  hökumət  imkanı  daxilində  kömək  edirdi.  Onların 
vəziyyətini  yaxşılaşdırmaqdan  ötrü  çoxlu  vəsait  ayırmışdı.  Amma  bunlar  xalqın 
düçar olduğu faciə ilə müqayisədə az idi, çox az idi. 
Milli hökumətin qaçqınlarla bağlı son vaxtlarda gördüyü işləri xatırladı: 
1)  Gəncə  dairəsində  21908  qaçqın  var.  Bu  qaçqınlara  18000  pud  taxıl 
verilib. Qaçqınlar üçün Gəncədə 3, Gədəbəydə 1, Qazaxda 1 pulsuz yeməkxanalar 
açılıb. 
2) Şamaxı dairəsində 26877 qaçqın var. 18241 pud taxıl verilib. 13-dən çox 
yeməkxana yerləri açılıb. 
3)  Nuxa  dairəsində  51000  qaçqın  var,  1730  pud  taxıl  da  oraya  göndərilib. 
Lənkəranda, Qarabağda da qaçqınların sayı çox idi. Vəziyyət hər yandan dumanlı 
görünürdü. 
Amma  hökumətin  çətinlikdən  qorxmayıb  ağıllı  planlar  həyata  keçirib 
işləməyi  onu  az  da  olsa  sakitləşdirirdi.  Hökumətdə  milli  qeyrətli,  Azərbaycanın 
varlığını hər şeydən üstün tutan adamlar çox idi. İmkanları nəyə çatırdısa edirdilər. 
Düşünürdü  ki,  Azərbaycanın  xarici  ticarət  əlaqələri  möhkəmlənsə,  satılan  neft  ilə 
qaçqınların  halını  tez  bir  zamanda  yaxşılaşdırmaq  olar.  Bütün  qayğılar  hamısı 
birdən  çıxmışdı  ortalığa  və  heç  birinin  həllini  gecikdirmək  olmazdı.  Yaranmış 
şərait hökumətdən çox şey tələb edirdi. Hökumətin isə imkanı az idi. 
Qaçqınların halı ağrıdırdı onu. Başçılıq etdiyi hökumətin ciddi çalışmağına 
baxmayaraq  hələ  də  azərbaycanlılar  yaşayan  kəndlərdə  Andronikin  atdığı  güllə 
səsləri, körpə iniltisi, insan fəryadı eşidilirdi. 
M.  Ə.  Rəsulzadə  Versaldan  nigarandır.  Versaldan  məktublar  gəlirdi. 
Amma  məktublarda  narazılıq,  giley-güzar,  ümumi  münasibətin  gərginliyi  hiss 
olunurdu.  Nümayəndə  heyəti  çətin,  çox  çətin  bir  vəziyyətdə  qalmışdı. 
Azərbaycanın  müstəqilliyini  tanıtmaq  istəyən  nümayəndə  heyətinə  iki  tərəfdən 
təzyiq göstərilirdi: Bir yandan ermənilər, ikinci tərəfdən ruslar.  Konfransa  gəlmiş 
ruslar    nə  istəyirdi?  Onlar  yenə  də  köhnə  fikirlərində  qalmışdılar:  Rusiyanın 
əvvəlki sərhədlərini qorumaq. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə