Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

94 
 
Özü sonradan belə yazırdı: 
«Hökuməti  milliyyə  zamanında  Bakının  yaşadığı  ən  səmimi  sevinc 
günlərindən birisi də bu idi». 
Xoşbəxtsən,  ey  Azəri  qadını!  Xoşbəxtsən  ki,  oğlun  əsgər  paltarı  geyib 
fəxrlə,  vüqarla  önündən  keçir!  Gözlərində  təbəssüm,  qollarında  dağ  qüvvəti 
Bakının küçələri ilə addımlayır! Oğlunun bu xoş gününə baxıb ağlayırsan. Ağlama, 
Azəri  qadını,  ağlama!  Sevincdən,  fərəhdən  də  olsa,  ağlama!  Azmı  göz  yaşı  axıb! 
Azmı iniltilərin eşidilib! Azmı ağlar gündə saxlayıb, göz yaşını axıdıblar! İndi isə 
gül, Azəri qadını, gül! Gül ki, ürək sevincini bütün dünyalar eşitsin! Bütün cahan, 
külli ərz bilsin ki, azadsan! Və əyninə əsgəri paltar geymiş, əli silahlı mərd övladın 
səni  qara  qüvvələrdən  qoruyur.  Gül  ki,  sənin  bəxtəvərlik  səsindən  dağlar,  daşlar 
lərzəyə gəlsin, azad bir günə çıxdığını bilsin! Gül ki, sənə hər zaman xəyanət edib 
zülmətdə  yaşadan,  indi  isə  yurdundan  qovulub  təmizlənən  işğalçılar  səsindən 
qorxuya  düşsünlər!  Çünki  sənin  əli  silahlı,  mərd,  cəsur  övladın  var.  Gül,  Azəri 
anası, gül! 
Həmin  günün  ürəklərə  bəxş  etdiyi  sevinci  heç  kim  unutmayacaq.  Əsgəri 
təlim  keçib  nizamla,  hərbi  qayda  ilə  Bakının  küçələrindən  keçən  azərbaycanlı 
əsgərləri hamı məhəbbətlə salamlayırdı.  
Bakı  camaatı  rahat  nəfəs  almağa  başlamışdı.  İndi  onu  qoruyan, 
fəlakətlərdən gözləyən bir qüvvəsi vardı. Özü də bu qüvvə onun öz doğma övladı 
idi.  Adamlar  xoşbəxt  və  azad  dövran  yaşayırdılar.  Çünki  xalqın  bütün  sərvəti  öz 
əlində idi. Xalq torpağının da, neftinin də, bütün varının, dövlətinin də sahibi idi. 
Xalqın öz milli ordusu vardı, onun sərhədlərini düşmənindən qoruyurdu. 
Sonradan  hakimiyyətə  gələn  bolşeviklər  Məmməd  Əmin  Rəsulzadəni  və 
onun başçısı olduğu azad hökumətini bir şeydə günahlandıracaqdılar, daha doğrusu 
üstlərinə  böhtan  atacaqdılar  ki,  torpağı  niyə  kasıblara  verməmişdiniz?  Belə  deyib 
«Demokratik»  hökuməti  ittiham  edəcək,  onu  «bəyin,  xanın»  müdafiəçisi 
adlandıracaqlar.  Sonralar  Məmməd  Əmin  Rəsulzadə  bu  iftiraları  eşidəndə  acı-acı 
gülümsünəcəkdi. Deyəcəkdi ki, bu sözlər həqiqətdən uzaqdır, çox uzaqdır. Həqiqət 
isə başqa faktları ortalığa çıxarırdı. Hansı faktları? 
Azərbaycan  Demokratik  Respublikası  hələ  fəaliyyətə  başlamazdan  qabaq 
Məmməd  Əmin  Rəsulzadənin  lideri  olduğu  «Müsavat»  partiyası  1917-ci  ilin 
oktyabrında  özünün  proqramını  qəbul  etmişdi.  Həmin  proqramın  «torpaq 
məsələsi»  bölməsində  qeyd  olunurdu  ki,  «xəzinəyə,  sabiq  padşaha  və  padşah 
nəslinə  mənsub  xanədana,  mülkədarlarla  xüsusi  maliklərə  məxsus  olan  bütün 
torpaqlar  pulsuz  və  əvəzsiz  olaraq  zəhmətkeş  və  rəncbər  xalqa  veriləcəkdir».  Bu 
«müsavatçı»ların  torpaq  ilə  bağlı  həyata  keçirmək  istədikləri  proqram  idi.  Və 
Azərbaycan  Demokratik  Respublikasının  ilk  günlərindən  Məmməd  Əmin 
Rəsulzadənin  başçılıq  etdiyi  hökumət  bu  işin  həllinə  başladı.  Həmin  vaxtlar 
hökumətin  ilkin  atdığı  addım  aralarında  daim  ziddiyyət  olan  iki  sinfi  -  bəylərlə 
kəndliləri  barışdırmaq  cəhdi  oldu.  Çünki  torpağın  düzgün  bölünməsində  bu  iki 


95 
 
sinfin arasındakı  münasibətdən çox  şey asılı  idi. Parlament  üzvlərindən bir neçəsi 
qəzalara  göndərilirdi  ki,  bəylər  və  kəndlilər  arasındakı  ziddiyyəti  aradan 
qaldırsınlar. Hökumətin gördüyü iş yaxşı da nəticələr verirdi. 
...İngilislər  getməyə  hazırlaşırdılar.  Tomson  Azərbaycanda  qalmağın 
əhəmiyyətsiz  iş  olduğunu  anlamışdı.  Bir də  milli  hökumətin qoşunu artıq Bakıda 
idi. İngilislər bu getmələri ilə bir başqa siyasi mənfəət də güdürdülər. 
Məmməd Əmin Rəsulzadə bunu belə izah edirdi: 
«Bittəb  ingilislərin  bu  hərəkəti  azərbaycanlıların  qara  gözlərinə  aşiq 
olduqlarından  irəli  gəlmirdi.  Zatən  eşqin  bir  siyasət  amili  olduğu  dastanı 
zamanların  ibtidailiyi  ilə  bərabər  çoxdan  əfsanəyə  qarışıb  getmişdir.  Burada  eşq 
deyil, siyasi və iqtisadi mənfəətlər vardır. Bakı petrolunun müstəqil qafqaziyalı bir 
hökumət  əldə  bulunması  və  ələlümum  qafqaziyanın  Rusiyadan  ayrılması 
ingilislərin  işinə  gəlirdi.  Azərbaycan  da  bu  keyfiyyətdən  istifadə  etməliydi. 
Hökuməti-milliyənin diplomasi müvəffəqiyyətləri bununla izah olunurdu». 
...İngilislər  getməyə  hazırlaşırdılar.  Bir  zamanlar  işğalçı  kimi  gələn,  «biz 
belə hökumət tanımırıq» deyən ingilislər indi  Azərbaycanın  müstəqilliyini tanıyıb 
gedirdilər.  Bu  işdə  Məmməd  Əmin  Rəsulzadənin  yazdığı  siyasi  məqsədlərlə 
yanaşı,  Azərbaycan  hökumətinin  bacarıqlı  diplomatiyasının  da  mühüm  rolu 
olmuşdu.  Üç-dörd  ay  əvvəl  Bakını  Rusiyanın  bir  parçası  kimi  tanıyan,  Ufada 
ağqvardiyaçılarla  razılaşmaya  gələn,  ingilisləri  bu  qısa  zamanda  əsl  həqiqətə 
inandırmaq asan iş deyildi. 
...İngilislər  getməyə  hazırlaşırdılar.  1919-cu  ilin  may  ayından  yüklərini 
tutub  yola  düzələn  ingilislər  avqust  ayında  tamamilə  Bakıdan  çıxdılar.  Gedəndə 
Milli hökumətə 26 milyon pul borclu qaldılar. 
İstiqlal  bayramı  yaxınlaşırdı.  Xalq  böyük  sevinc  içərisində  mayın  28-də 
azad  Azərbaycan  Respublikasının  ildönümünü  bayram  etməyə  hazırlaşırdı. 
Küçələrdə  28  mayın  xoş  görünüşünü  özündə  əks  etdirən  üç  rəngli  bayraqlar 
asılmışdı.  Bunlar  azadlıq  bayraqları  idi.  Bu  bayraqlar  Azərbaycan  xalqının  işıqlı 
günə çıxdığından,    istiqlaliyyət havası udduğundan xəbər verirdi. Azadlıq üçün nə 
gərək  idi?  Torpaq  özününkü,  sərvətləri  özününkü,  ordu,  qoşun  özününkü!  Bunlar 
deyilmi  azad  insan  yaşayışına  yollar  açan?  Bütün  Azərbaycan  xalqı  istiqlaliyyət 
bayramının gələcəyi günü gözləyirdi. O günə az qalırdı. 
Həmin o xoş gündə, Azərbaycan istiqlalının ildönümü günündə—28 mayda 
«İstiqlal» jurnalı alovlu sözlər yazırdı: 
«Bu  gün  milliyətimizin  şənlik  və  şadyanalıq  edəcəyi  bir  gündür.  Bu  gün 
milli bayramımızdır. Bu gün ən ali və şərəfli bir bayramdır. Azərbaycan istiqlalının 
aləmə bildirilmək üçün elan edilən günündən bir sənə keçir. Bu gün bayramdır, pək 
ali  bir  bayramdır.  Hakimiyyəti-milliyyə  sayiqəsi  ilə  surətnəzir  olan  bu  böyük 
bayram  heç  şübhəsiz  ki,  ümum  dostlarımızın,  canla-başla  çalışanlarımızın  deyil, 
hətta  Azərbaycan  istiqlalı  yolunda  bütün  varlıqdan  məhrum  edilən  balalarımızı, 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə