Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

92 
 
Adamlar  belə  yanlış  əqidənin  əsirinə  çevrilmişdilər.  Ona  görə  də  əsgəri 
sevmək,  onu  qorumaq,  saxlamaq,  bu  sənin  öz  övladındır,  keşiyini  çəkir  deyib 
kəndlini inandırmaq müşkül iş idi. 
...Şəraitin  çətinliyi,  xalqın  düşdüyü  vəziyyətin  ağırlığı  hamısı  onun 
içərisindən keçirdi. O bu hökumətin başçısı idi. Böyük iş götürmüşdü üzərinə. Bir 
də belə gün üçün azmı əziyyətlər çəkmişdi! Elə bu gün üçün çalışıb ömrünün neçə 
ilini  qurban  verməmişdimi?  O  gün  gəlmişdi!  Xalq  azad  idi!  Amma  azadlığı  elan 
etməklə  xalq  zülmət  dünyasından  xilas  olmur.  Xalqa  azadlığı  onun  yaşayışında, 
güzəranında göstərmək gərəkdir. Azadlığın ilkin qoruyucusu milli ordudur. Ordusu 
olmayan xalq ağacın qırılıb düşməkdə olan yarpağına bənzəyir. Hər zaman küləyin 
o yarpağı yerə salıb məhv etmək təhlükəsi var. O yarpağı əsən küləkdən qorumaq 
lazımdır.  Külək  əsməyə  başlayırdı.  Həm  kənardan,  həm  də  daxildən  küləyi 
qızışdırıb daha da bərk əsməyə məcbur edirdilər. 
Azərbaycan milli ordusu min bir çətinliklə üz-üzə dayanmışdı. 
Budur,  komandanlıqdan  yenə  narahat  və  qanqaraldıcı  məlumat  alınıb. 
Adamlar  orduya  verilən  atın  qiymətini  qaldırıblar:  əvvəllər  bir  atın  qiyməti  3—5 
min manat idi. İndi isə qaldırıb 15—25 minə çatdırıblar. 
Ordu  zabitləri  narahatdır.  Mehmandarov  hökuməti  yaranmış  vəziyyətdən, 
qarşıya çıxan hər çətinlikdən vaxtında xəbərdar edir. 
...O  isə  içərisində  inam  hissini  öldürmür.  Təmkinli  dövlət  başçısı  kimi 
hərəkət  edir.  Düşünür  ki,  adamları  inandırmaq,  yalnız  inandırmaq  lazımdır. 
Adamlar  bilməlidirlər  ki,  bu  onun  öz  ordusudur,  keşiyini  çəkib  düşməndən 
qorumaq üçün yaradılır. O inanmalıdır. Xalqın tezliklə bu həqiqəti qəbul edəcəyinə 
şübhə də etmir. O bu xalqı sevir, varlığı, həyatının mənası, yaşayışının idealı kimi 
xalqına vurğundur. Həm də bərk həyəcanlıdır, narahatdır. Düşünür ki, bu tarixi bir 
fürsətdir,  bu  imkanı  əldən  buraxmaq  olmaz.  Xalq  çətinliklə  əsarətdən  qurtarıb, 
azadlığa  çıxıb.  Onun  azadlığını  təhlükə  altında  qoymaq  olmaz.  Bakıya  maraq 
çoxdur.  Kim  bilir,  neçə  əjdaha  ağzını  açıb  bu  yağlı  tikəni  udmaq  istəyir.  O 
əjdahaların qarşısını ala  biləcək  yeganə  qüvvə  milli  ordudur. Tələsmək, tələsmək 
gərəkdir. 
Düşünürdü  milli  hökumətin  başçısı.  Ümidli,  işıqlı,  amma  narahat  günlər 
yaşayırdı. 
Orduda isə bütün çətinliklərə baxmayaraq böyük işlər aparılırdı. 
...Hələ  1918-ci  ilin  6  noyabrında  hökumətin  qərarı  ilə  hərbi  nazirlik 
yaradılmışdı. Nazirliyin bütün işlərini qurub qaydaya salmaq hərbi nazir, artilleriya 
generalı  Mehmandarova  tapşırılmışdı.  Nəzərdə  tutulmuşdu  ki,  1919-cu  ilin 
noyabrın 1-nə kimi ordunun mühüm hissəsi yaradılsın. Bu müddət ərzində üç polk 
heyətindən  ibarət  iki  piyada  diviziyası,  artilleriya  diviziyası  və  xüsusi  hissələrin 
daxil olduğu teleqraf, atlı, pulemyotçu və polk artilleriyası dəstələri yaradılmalı idi. 
Sonradan  isə  tərkibində  üç  polk  olan  süvari  diviziya,  hava  dəstəsi  və  dəmiryol 
batalyonu təşkil olunmalı idi. 


93 
 
Orduda  iş  gedirdi.  Çətinliklərə,  maneələrə,  ərzağının  verilməməsinə, 
suyunun  kəsilməyinə,  bolşeviklərin  əsgərləri  ordudan  qaçırmaq  təbliğatına 
baxmayaraq Azərbaycan əsgəri əlində silah Vətənin keşiyində dayanırdı. 
Hərbi nazir Mehmandarov döyüşçülər və xalq üçün türk xalqının tarixindən 
bəhs edən kütləvi ədəbiyyatlar nəşr edilməyini lazım bilirdi. Mehmandarov yazırdı: 
«...Biz müsəlmanlar yenicə şüurlu və yaradıcı həyata başlamışıq... Ona görə 
də ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış 
etməkdir...  Bu  şübhəsiz  ki,  xalqın  milli  hisslərini  və  türk  irqinə  məxsusluğu  ilə 
iftixarını artıracaqdır». 
General  haqlı  idi.  Və düzgün olaraq bir şeyi də tələb edirdi: Türk  xalqının 
görkəmli  adamlarına,  rəhbərlərinə  xalqın  ümumi  razılığı  ilə  gələcəkdə  heykəl 
qoyulmalıdır. Bu xalqın yaddaş tarixini möhkəmləndirəcəkdir. 
... «Məhmətciy»in kim olmasını bilməməyi Azərbaycanın bütün işıqlı əməl 
sahiblərini  ağrıdır,  narahat  edirdi.  «Məhmətcik»  özünün  türk  olduğunu,  şanlı 
keçmişini,  tarixini  bilmirsə,  onun  Vətəni  müdafiə  etmək  istəyi  də  olmayacaq. 
«Məhmətciyin»  həqiqəti  qavraması  üçün  onun  ulu  babalarının  tarixindən  danışan 
kitablar nəşr etmək lazım idi. 
Orduda  vəziyyətin  çətinliyinə  baxmayaraq  dözüb  dayanan  mərd  və  cəsur 
azərbaycanlı oğullar çox idi.  Pəncərəsiz, qapısız kazarmalarda yaşayan, çəkmənin 
olmaması  ucbatından  ayağına  çarıq  geyinmiş  Azərbaycan  əskəri  Vətənini  sevir, 
onu yağılardan qoruyurdu... 
 ġahid  sözü.  Müsavatçı  əsgər.  Hadisədən  çox  illər  keçəcək  və  heç 
düşünməzdim  də  ki,  günlərin  bir  günü  tale  məni  bir  müsavatçı  əsgərlə 
görüşdürəcək. Müsavatçı əsgərlərdən ikisinin sorağını almışdım. Biri Sabirabadda, 
Ulacalı  kəndində  yaşayır.  İkincisinin  isə  əmircanlı  olduğunu,  lakin  artıq  həyatdan 
köçdüyünü  öyrənmişdim.  Özü  də  danışıb  söhbət  edəndə  həmişə  deyərmiş  ki, 
«Azərbaycan vaxtında» belə yaşayardıq, «Azərbaycan dövründə belə edərdik. Belə 
deyirmiş o qoca müsavatçı əsgər. Ömrünün iyirmi üç ayını yaşadığı o xoş zamanı 
necə dəqiq və düzgün ifadə edirmiş: «Azərbaycan dövrü». İndi bir daha inanırıq ki, 
bizim son iki yüz ildəki yaşayışımızda yalnız iyirmi üç aylıq «Azərbaycan dövrü» 
olub.  Xalq  azad  olub,  müstəqil  yaşayıb:  O  dövrün  işığı  hələ  ürəyində  sönməyən 
qoca  müsavatçı  əsgər  isə  həmişə  məhəbbətlə,  həsrətlə  deyərmiş:  «Azərbaycan 
dövrü».  Min  bir  çətinliyə  baxmayaraq  Azərbaycan  hökumətinin  milli  ordusu 
yaradılırdı. Bu ordunun qəhrəmanlıq, cəsarət, vətən sevgili oxumalarını xalq eşidir, 
ürəyi iftixar hissi ilə dolurdu. 
Sabahı  hamı  intizarla  gözləyirdi.  Sabah  Məmməd  Əmin  Rəsulzadənin 
başçılıq  etdiyi  Azərbaycan  Demokratik  Respublikasının  milli  ordusu  Bakıya 
gəlirdi.  Analar  həsrətlə  əsgər  paltarı  geyinib  vətənin  keşiyini  çəkən  oğullarını 
gözləyirdilər. 
1919-cu  il  aprelin  4-ü  idi.  Milli  Azərbaycan  ordusunun  Bakıya  girməsinə 
bir gün qalırdı. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə