Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   49   50   51   52   53   54   55   56   ...   112

111 
 
Məmməd  Əmin  Rəsulzadəni  və  milli  hökumət  nazirlərini  bərk  acıqlandırırdı.  Baş 
nazir  Fətəli  xan  Xoyski  bu  bəyanata  mənfi  cavab  verib  Çiçerinin  üstünə 
göndərmişdi. 
Denikin ordusu məğlub olurdu. Amma təhlükə sovuşmurdu. 
İndi  Denikindən  də  təhlükəli  bir  qüvvət  olan  bolşeviklər  hərəkətə 
gəlmişdilər. 
Məmməd Əmin Rəsulzadə yaranan vəziyyət haqqında belə düşünürdü: 
«Denikin  ordusunun  bu  surətdə  inhilalı  və  Qafqaziya  cümhuriyyətlərinə 
ilticası  nəticəsində  şübhəsiz  ki,  Azərbaycan  ən  müdhiş  bir  təhlükəyi  adladıyordu. 
Fəqət, eyni zamanda da atəşdən çıxıb alova düşüyordu. 
Denikinin  yerinə  indi  Lenin  qüvvəti  qaim  olmuşdu.  Bu  da  bir  rus  qüvvəti 
idi». 
Məmməd  Əmin  Rəsulzadə  Leninin  niyyətini  yaxşı  başa  düşürdü.  Hələ 
«Şaumyan hökuməti» dövründən Leninin Bakı neftinə vurğunluğunu bilirdi. Lenin 
Rusiyanın  Bakı  nefti  olmadan  yaşaya  bilməyəcəyi  qənaətində  idi.  Ona  görə  də 
qurduğu  hökuməti  yaşatmağın  ilkin  çıxış  yolunu  Bakının  neftində  görürdü.  Sözü 
ilə  işi  heç  zaman  uyğun  gəlməyən  Lenin  Azərbaycanı  ələ  keçirmək,  Bakı  neftinə 
sahib  olmaqdan  ötrü  müxtəlif  hiyləgərliklər  edirdi.  Dostu  Şaumyandan  əli  çıxan 
Lenin  indi  bir  qrup  Azərbaycanlıya  vəd  edirdi  ki,  Azərbaycanın  müstəqilliyinin 
qorunmasından  ötrü  guya  Rusiya  narahatdır.  Ona  görə  də  Çiçerinin  adı  ilə 
göndərdiyi  bəyanatlarda  Lenin  Azərbaycanın  müstəqilliyinin  qorunmasından 
danışır. 
Amma Məmməd Əmin Rəsulzadə Leninin bu niyyətini yaxşı başa düşürdü. 
Bilirdi ki, Lenin yalnız Bakı neftini ələ keçirmək istəyir. 
Bir  ağrı.  Sonradan  üzə  çıxan  faktlar  Məmməd  Əmin  Rəsulzadənin  haqlı 
olduğunu sübut etdi. Məlum oldu ki, Lenini Bakının nefti narahat edirmiş və hansı 
vasitə ilə olursa-olsun bu zəngin sərvəti ələ keçirməyə çalışırmış. Faktlara müraciət 
edək. 
1920-ci il martın 17-də Lenin Orconikidzeyə bir teleqram göndərir: «Bakını 
ələ keçirmək bizə olduqca vacibdir». 
Lenin  hələlik  neft  sözünü  işlətmir.  Çünki  fikirləşir  ki,  birdən  azərbaycanlı 
bolşeviklər  də  duyuq  düşərlər.  O  yalnız  bir  şeydən  danışır:  guya  Bakını  almaqda 
məqsədi orda hakimiyyəti fəhlə və kəndlilərə verməkdir. 
Məmməd  Əmin  Rəsulzadə  onun  niyyətini  başa  düşür,  amma  «sosializm» 
toruna düşən bəzi şəxslər isə yox. 
Bakının  işğalından,  XI  ordunun  şəhərə  girməyindən  və  artıq  təhlükənin 
sovuşduğundan rahatlanan Lenin uca bir səslə çirkin məqsədini etiraf edib həqiqəti 
deyəcəkdi. Özü də elə ucadan deyəcəkdi ki, hamı eşidəcəkdi o səsi. 
Lenin  aprelin  29-da,  Bakı  neftinin  ələ  keçirilməsindən  cəmi  bir  gün  sonra 
bu sözləri deyəcəkdi:  


112 
 
«Dünən  Bakıdan  məlumat  almışıq.  Məlumatda  göstərilir  ki,  Sovet 
Rusiyasının  vəziyyəti  yaxşılığa  doğru  gedir.  Məlumdur  ki,  sənayemiz  yanacaqsız 
qalıb.  Budur,  indi  xəbər  göndərilib  ki,  Bakı  proletariatı  Azərbaycan  hökumətini 
devirərək, hakimiyyəti ələ keçirib. Bu o deməkdir ki, biz indi elə bir iqtisadi baza 
ələ keçirmişik ki, o bizim bütün sənayemizi dirildəcək». 
Vəziyyət  getdikcə  gərginləşirdi.  Məmməd  Əmin  Rəsulzadə  Azərbaycan 
hökumətinin  indi  Denikindən  də  təhlükəli  bir  qüvvə  ilə  üz-üzə  dayandığını  başa 
düşürdü.  Yalançı  şüarla  silahlanmış  Lenin  hökuməti  Azərbaycanda  gizli  oyunlar 
təşkil  edirdi.  Lenin  bu  gizli  oyunlarını  yalnız  beyni  korşalmış  azərbaycanlı 
bolşeviklərlə  deyil,  eyni  zamanda  ona  həmişə  boyun  əyib  qulluq  göstərmiş 
ermənilərlə  də  həyata  keçirirdi.  Bu  xalq  həmişə  azərbaycanlılara  xəyanət  etməyə 
hazır idi. Bu xalqın Şaumyanları ölmüşdüsə də, ondan betər xainləri—Mikoyanları, 
Mirzoyanları var idi və yaşayırdılar. 
Ermənilər Rusiya bolşeviklərinin göstərişi ilə bu xəyanətə Azərbaycan xalqı 
üçün ən əziz bir gündə—Novruz bayramı günündə başladılar. Həmin günü adamlar 
Azad  Azərbaycanda  Novruz  bayramını  ürək  açıqlığı  ilə  qeyd  edirdilər.  Belə  bir 
vaxtda ermənilər yurdumuzu talana başlamışdılar. 
Hadisəyə Məmməd Əmin Rəsulzadə belə ağrıyırdı: 
«Bayram  gecəsi—Novruz  bayramı  Şişə  şəhərinin  yaxınlığında  vaqe 
«Xankəndi»  deyilən  əsgəri  qəsəbə  bayrama  məxsus  bir  zövq  içində  zabitan 
məhfəli-əsgəridə  gecəyi  keçirməklə  məşğul.  Əsgərlər  axşamdan  bayram 
şənliklərinə  məşğul  olduqdan  sonra  istirahətə  dalmış,  uyuyur.  Bu  əsnada  ətraf 
göylərdə  məskun  erməni  ustası  bu  gecəyi  məxsus  ehzar  etdikləri  süngülərlə 
mücəhhəz  olduqları  halda  gecə  ilən  bir  basqın  icra  ediyorlar.  Ansızın  yapılan  bu 
gecə basqınını müdhiş bir plan üzərinə tərtib edilmişdi...» 
Məmməd  Əmin  Rəsulzadə  haqlı  idi  deməkdə  ki,  «bir  plan  üzərinə  tərtib 
edilmişdi».  Plan  isə  ondan  ibarət  idi  ki,  hökumətin  başı  bu  işlərə  qarışsın,  milli 
qoşun Bakıdan uzaqlaşdırılsın. 
 
Məkrli plan uğurla həyata keçirilirdi. 
Fəlakət yaxınlaşırdı. 
Məmməd Əmin  Rəsulzadə  həyəcan keçirirdi.  Fətəli  xan istefa  verib. Onun 
yerinə  gələn  Məmməd  Həsən  Hacınski  yeni  kabinə  təşkilində  ləng  işləyir, 
tərəddüdlü  mövqe  tutur.  Həm  Türkiyə,  həm  də  Rusiya  ilə  dostluq  mövqeyi  tutan 
bir hökumət qurmaq istəyir. 
Bolşeviklərin təhlükəsi getdikcə artırdı. Məkrli plan həyata keçirilirdi; guya 
XI ordu Türkiyəyə köməyə gedir. 
Ortalığa  atılmış  bu  son  şüar  Məmməd  Əmin  Rəsulzadəni  olduqca  təşvişə 
salmışdı.  Bu  qorxulu  siyasət  idi.  Düşünürdü  ki,  əgər  bolşeviklərin    məqsədi 
Türkiyəyə köməkdirsə, onda niyə Bakıya girirlər, Anadoluya getmirlər?   Yox, bu 
kömək deyil, Bakını ələ keçirməyin yoludur. Doğrudan, Türkiyənin vəziyyəti indi 
ağırdır.  Düşmən  qüvvələr  Türkiyəni  parçalamaq  fikrindədir.  Türkiyənin  bir 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə