Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

107 
 
Azad Azərbaycan hökuməti elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. 
1919-20-ci  tədris  ilində  Dövlət  universitetinin  təşkili  və  yaradılması  üçün  dövlət 
büdcəsindən 5 milyon manat pul ayrılmışdı. 
Azad  Azərbaycan  hökuməti  1919-cu  il  oktyabrın  30-da  mətbuat  haqqında 
qanun qəbul etmişdi, həmin qanunun məzmunu: 
Müəyyən  mətbəənin,  qəzetin,  jurnalın  açılması  üçün  hökumətin  heç  bir 
qarışacağı  yoxdur,  yəni  sərbəstlikdir.  Ümumi  müşahidə  vəzifəsi  hökumətin  İşlər 
idarəsində  mətbuat  üzrə  Baş  müfəttişə  tapşırılır.  Qəzet,  jurnal,  mətbəə  açmaq 
istəyən  adam  aşağıdakı  məzmunda  bir  ərizə  yazır  və  bununla  da  icazə  alıb 
fəaliyyətə başlayırdı. Ərizə bu şəkildə olmalı  idi: 
1) Adı, atasının adı, familiyası; yaşadığı yer, 
3) Açacağı qəzetin, jurnalın adı. 
3) İşə qəbul edəcəyi adamların sayı. 
Azad Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il noyabrın 15-də Dövlət 
universitetinin  açılışı  olmuşdu.  Bütün  parlament  üzvləri  açılışda  iştirak  edirdilər. 
1094  tələbədən  297-si  azərbaycanlı  idi.  Başqa  millətlərin—yəhudilərin,  rusların, 
polyakların, gürcülərin, almanların, yunanların da uşaqları uiversitetdə oxuyurdu. 
Azad Azərbaycan hökuməti xaricə 100 tələbə göndərmişdi: 
10  nəfər  İngiltərəyə,  23  nəfər  İtaliyaya,  45  nəfər  Fransaya,  9  nəfər 
Türkiyəyə.  Baş  verən  hadisələrlə  ədaqədar  qalanları    Rusiyaya    göndərilmədi. 
Tələbələrə hər  ay Azərbaycan hökuməti 400 frank pul verirdi. 
Azad Azərbaycan hökuməti türk dilinin qayğısına qalırdı. 
Bakıda, Gəncədə, Şuşada, Nuxada, Zaqatalada, Qazaxda yaşlılar üçün türk 
dilində axşam kursları açılmışdı. 
Azad  Azərbaycan  hökuməti  respublikanın  hər  yerində  azad  satış  elan 
etmişdi. 
Vətən azad idi, xalq xoşbəxt yaşayırdı. Əsarətdən, istibdaddan uzaq olan bu 
Odlar yurdunda adamların güzəranı getdikcə yaxşılaşırdı. Xalqın varlısı da, kasıbı 
da ümumi bir məqsədə—Azad Azərbaycanın xoşbəxtliyinə çalışırdı. 
ġahid sözü. Sara Zeynalova, 90 yaşında. 
O zamankı Azzrbaycan yaxşı yadımdadır. Atam Hacı Zeynalabdin Tağıyev 
hökumətin  işinə  köməklik  göstərirdi.  Hökumətin  əsgərləri  üçün  pulsuz  yüz  min 
metr ağ parça vermişdi. Bir hadisə də yadımdadır. Bir dəfə Nəsib bəy atama zəng 
etdi ki, bəs Amerikadan hökumətimizin dəvəti ilə qonaq gəlib. İcazə versəniz, sizin 
evdə onları qəbul edərdik. Atam icazə verdi. Amerikalılara böyük qonaqlıq verildi. 
Nəsib  bəy,  Fətəli  xan  atama  çox  hörmətlə  yanaşırdılar.  Məmməd  bəyin  adını  da 
atam tez-tez işlədirdi. 
M.  Ə.  Rəsulzadə  hökumətini  dünya  dövlətləri  tanıyır.  Həmin  günün 
sevincini  də  heç  zaman  unutmayacaq.  Ömründən  çox  illər  ötüb  keçəcək  və 
qurduğu  azad  hökumətin  23  aylıq  dövründən  danışanda  o  xoş  günü  ayrıca  qeyd 
edəcək. Özü də bu sözləri deyəndə yalnız sevinməyəcək, həm də böyük iftixar hissi 


108 
 
keçirəcək.  Sonradan  yurdu  işğal  olunanda,  özü  isə  qürbət  ellərdə  dolaşarkən 
yüksək kürsülərdən, xaricin radiolarından mehriban səsi eşidiləcək. O bu mehriban 
səsi ilə hamını sehrləyib o günün xoşbəxtliyindən danışacaq. Eşidənlər, həqiqətdən 
agah  olanlar  «əsir  olmuş  yurdunu»  geri  qaytarmağa  çalışan  və  bu  yolda  çırpına-
çırpına qalan azadlıq fədaisinə baxıb köks ötürəcəkdilər. Halına acısalar da, kömək 
əllərini  uzada  bilməyəcəkdilər.  Çünki  onun  yurdu  qan  qoxuyan  dəmir  zindana 
salınmışdı. O zindana yaxınlaşmaq  mümkün deyildi. O zindan qorxunc bir əjdaha 
kimi  adamları  kamına  çəkib  udurdu.  O  isə  həmişə  ağrı-acı  içərisini  kəssə  də, 
minlərlə  güllələnib  qətlə  yetirilən  həmyerlilərinin  iniltisini  uzaqdan  eşitsə  də  uca 
səslə  deyəcəkdi:  «O  zaman  Cümhuriyyətimizi  dünya  dövlətləri  tanımışdı». 
Ömrünün  sonlarında,  amansız  ölümün  sərt  addımlarla  ona  yaxınlaşdığı  vaxtda 
«Amerikanın səsi» radiosu ilə doğma xalqına müraciət edib o xoş günü onlara bir 
daha xatırladacaqdı: 
«...Bütün  bunların  nəticəsində  idi  ki,  cümhuriyyətimizin  istiqlalı  Avropa 
dövlətləri  ilə  Birləşik  Amerika  tərəfindən  tanındı.  Onları  təqibən  bir  çox  böyük 
dövlətlər  daha  istiqlalımızı  tanıdılar.  Türkiyə  ilə  İran    Azərbaycanla  münasibətə 
gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri imzalandı. 12 yanvar 1920-ci 
il  cümhuriyyətin  dövlətlər  tərəfindən  tanınması  günü  idi.  Bu  günü  Azərbaycan 
xalqı candan bayram etdi. Haqlı idi. Bu həqiqətən böyük bayram idi...» 
...Hər  gün  işə  gələn  kimi  Nəsib  bəyə  zəng  vurub  intizarla  soruşurdu:  «Əli 
Mərdan  bəydən  bir  xəbər  yoxdur  ki?»  Həmişə  də  istəyirdi  ki,  Nəsib  bəydən 
həsrətlə  gözlədiyi  bir  xəbər  eşitsin.  Budur,  həmin  xəbər  gəlib  çatıb:  Azərbaycan 
Cümhuriyyəti  müstəqil  bir  dövlət  kimi  Dünya  dövlətləri  tərəfindən  tanınıb.  Bu 
xəbəri  eşidəndə  qanadlı  bir  quşa  dönüb  uzaq  Parisə  uçmaq,  Əli  Mərdan  bəyi  və 
dostlarını bağrına basmaq istəmişdi. Bu səadətin əldə olunmağında azmı əziyyətlər 
çəkmişdilər?  Düz  bir  ildir  ki,  evlərindən  aralı  düşüb  çətin  bir  işlə—yüz  ildən  çox 
imperiya zülmü altında inildəyən, adı dünya xəritəsində olmayan bir ölkəni böyük 
dövlətlərə  tanıtmaqla  məşğuldurlar.  Özü  də  necə  mürəkkəb  bir  şəraitdə,  saysız-
hesabsız  maneələrin,  qüvvələrin  təzyiqi  altında.  Ermənilər,  ruslar  nümayəndə 
heyətini nüfuzdan salmaqdan ötrü hansı işləri görmürdülər? Qəzetlərdə, jurnallarda 
Azərbaycan  əleyhinə  yazılar  verir,  ərazi  iddialarını  irəli  sürürdülər.  Ermənilər 
yalandan hay-küy qoparıb Azərbaycanlıların onları qırdıqlarını deyirdilər. 
Amerikanın,  İngiltərənin,  Fransa  və  başqa  dövlətlərin  əvvəllər  «müstəqil 
Azərbaycan»  hökumətini  tanımaq  fikri  yoxdu.  Nümayəndə  heyəti  isə  çalışırdı  ki, 
heç  olmasa  böyük  dövlətlərdən  biri  ilə  əlaqəyə  girib,  özünü  müdafiə  etmək 
təminatı  alsın.  Amerika,  İngiltərə  bəzi  səbəblərə  görə  bu  söhbətə  razılıq 
verməmişdi. İtaliya hökuməti isə yalnız iqtisadi əməkdaşlığa razılığını bildirirdi. 
Əli  Mərdan  bəyin  yazdığı  məktublardan  bir  şikayət  qopurdu:  Azərbaycan 
haqqında  adamlarda  məlumat  yoxdur,  Azərbaycanı  tanımırlar.  Amma  ermənilər 
haqda  az-çox  bilirlər.  Xaricilərdən  biri  Azərbaycan  nümayəndə  heyətinə  demişdi: 
ermənilər hər yerə yayılıblar, hər yerdə onları müdafiə edirlər, sizi isə yox. Bundan 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə