Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


§ 1. Böyük Vətən Müharibəsinin ilk dövrünün ağır döyüĢləri



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə17/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   13   14   15   16   17   18   19   20   ...   123
§ 1. Böyük Vətən Müharibəsinin ilk dövrünün ağır döyüĢləri 
 
Müharibənin  ilk  günlərində  bütün  ölkədə  olduğu  kimi  Azərbaycanda  da 
ümumi səfərbərlik elan edildi: 18-47 yaşların hərbi xidmətə çağırılmasına başlandı, 
15-50 yaşlarda olan vətəndaşlar isə arxa cəbhədə hərbiçi peşəsinə yiyələnmək üçün 
müxtəlif formada hazırlıq təlimlərinə cəlb edilmişdi. 
1941-ci  ilin  22  iyunundan  sonrakı  ilk  günlərdə  Azərbaycanda  könüllü 
olaraq  cəbhəyə  getmək  üçün  40  min  nəfərdən  çox  ərizə  vermişdi.  Həmin  ilin 
avqustunda  könüllülük  əsasında  yerlərdə  təşkil  edilmiş  87  döyüş  batalyonlarının 
tərkibində  186704  nəfər  hərbi  təlim  keçirdi
10
.  Respublika  ərazisində  28  tabor 
yaradılmışdı
11

Azərbaycanlı döyüşçülərdən böyük bir qrupu düşmənə qarşı döyüşə 1941-ci 
ilin 22 iyulunda Brest qalasının müdafiəsində başladılar. Bu qalanın qəhrəmanlıqla 
müdafiəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdir
12

Sovet  İttifaqının  rəhbərliyi  Bakının  və  bütün  Azərbaycanın  müharibə 
illərində  strateji  əhəmiyyətini  nəzərə  alaraq  müvafiq  göstərişlər  vermişdi. 
Azərbaycanda  müdafiə  xəttinin  tikilməsinə  1941-ci  ilin  iyulundan  başlanmışdı  və 
xəttin  uzunluğu  551  kilometr  idi.  Zaqafqaziyada  1942-ci  ilin  sentyabrınadək  146 
istehkam-mühəndis batalyonu müdafiə xəttinin çəkilməsi ilə məşğul idi və burada 
əsas diqqət Bakı müdafiə-istehkam xəttinin tikilməsinə verilirdi. Yalnız bu məqsəd 
üçün  5  min  inşaatçı  cəlb  edilmişdi.  Azərbaycanın  Şimalında  Baş  Qafqaz 
aşırımlarını  Dağıstan  tərəfindən  mühafizə  edən  qoşun  hissələri  Balakən-Şəki-
Qəbələ  zolağında  yerləşdirilmişdi.  1942-ci  ilin  yazında  Azərbaycanın  şimal 
                                                           
9
 
Pravda, 6 oktyabr 1989-cu il
 
10
 
Z.M.Bünyadov, R.Ə.Zeynalov, Qafqazdan Berlinədək. B.1990. s.13 (rus dilində) 
11
 
Azərbaycan Respublikası Xatirə kitabı, I cild, B. 1998, s.9  
12
 
Yenə orada, səh. 8 
 


29 
 
rayonları  olan  Zaqatala  və  Qusara  paraşütlə  bir  neçə  cəsus  dəstəsi  salınmışdı  və 
bütün cəsuslar tutularaq zərərsizləşdirilmişdilər
13

1941-ci  ildə  Alman  ordusuna  əsir  düşmüş  6  nəfər  erməni  əsgəri  müvafiq 
hazırlıqdan  sonra  1942-ci  ilin  payız  günlərinin  birində  paraşut  vasitəsilə 
Azərbaycan  ərazisinə  endirilmişdi.  Onlar  da  az  sonra  Xanlarda,  Dəstəfurda  və 
Bakıda həbs edilmişdilər
14

Azərbaycanın  və  xüsusilə  Bakının  müdafiəsinə,  müəyyən  ərazilərdə 
səngərlərin  qazılmasına  hələ  1941-ci  ilin  iyulunda  başlanmışdı  və  bu  iş  davam 
edirdi.  Dövlət Müdafiə  Komitəsinin 1942-ci  il 16 sentyabr tarixli qərarına  əsasən 
Bakı  ətrafında  müdafiə-istehkam  xətləri  tikintisi  işində  hər  gün  90  min  nəfər 
səfərbər  olunmuşdu.  Dağıstan  tərəfindən  faşist  ordusu  hücumlarına  qarşı  Baş 
Qafqaz aşırımları zonası olan Balakən-Zaqatala-Qax-Şəki-Vartaşen (indiki Oğuz) - 
Qəbələ rayonlarında da müdafiə - istehkam xətləri tikilirdi. 
İranın  hakim  dairələri  II  dünya  müharibəsinin  əvvəlində  Almaniya  ilə  sıx 
əlaqədə idi və İranda almanların 40 min nəfərə qədər silahlı təxribatçı qüvvəsi, 11 
min tona qədər silah və sürsatı vardı. Almaniyanın Sovetlər İttifaqına hücumundan 
sonra  Sovet-İran  sərhəddi  qorxu  altına  düşdü.  Antihitler  ittifaqa  (Sovetlər  İttifaqı, 
İngiltərə,  ABŞ)  daxil  olan  Sovet  dövləti  1921-ci  ildə  bağlanmış  Rusiya-İran 
müqaviləsinin  6-cı  maddəsinə  əsaslanaraq,  İranın  Şimal  rayonlarına  (Cənubi 
Azərbaycana)  Sovet  Ordusunun  daxil  edilməsi  vacibliyini  tələb  etdi  və  İran 
hökuməti bu təklifi qəbul etməyə məcbur oldu. İranın cənubuna isə İngiltərə ordu 
hissələri daxil olmuşdu. 
1941-ci  ilin  25  avqustunda  İrana  (Cənubi  Azərbaycana)  daxil  olan  Sovet 
ordu hissələri SSRİ-nin cənub sərhədlərinin müdafiəsini təmin etdilər. 
Şimali  İrana  (Cənubi  Azərbaycana)  yeridilmiş  Sovet  Ordu  hissələri 
tərkibində  77-ci  və  402-ci  Azərbaycan  milli  atıcı  diviziyaları  var  idi.  Həmin 
diviziyalar  1941-ci  ilin  avqustun  sonundan  1942-ci  ilin  mayına  qədər  Cənubi 
Azərbaycanda olmuşdur. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə