Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


STALĠNQRADIN MÜDAFĠƏSĠNDƏ



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə19/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   15   16   17   18   19   20   21   22   ...   123
STALĠNQRADIN MÜDAFĠƏSĠNDƏ 
AZƏRBAYCANLI DÖYÜġÇÜLƏRĠN GENĠġ ĠġTĠRAKI 
 
1942-ci  ilin  yayında  Bakıdan  800  nəfər  könüllü  gənc  Stalinqradın 
müdafiəsinə  göndərilmişdi.  Stalinqrad  altında  Sovet  Ordusunun  əks  hücumu 
noyabrın  19-da  başlandı.  Volqa  sahilində  ağır  döyüşlər  keçirən  Stalinqradın 
müdafiəçilərinə bütün ölkə kömək edirdi. Podpolkovnik Həzi Aslanovun komandir 
olduğu  55-ci  tank  alayı  1942-ci  ilin  16  dekabrında  düşmənin  70  tankının  
hücumunu    dəf    etdi  və  6  gün  aramsız  davam  edən  döyüşdən  sonra  əks  hücuma 
keçdi.  Hərbi  təyyarəçilər  Nuru  Əliyev  və  kapitan  Züleyxa  Seyidməmmədova, 
pulemyotçu  Əbdül  Rəcəbov,  leytenant  Abdulla  Axundov,  snayper  Baloğlan 
Abbasov  və  digərləri  Stalinqrad  uğrunda  döyüşlərdə  fəal  iştirak  etmişlər. 
Azərbaycanlı  general  Yaqub  Quliyev  4-cü  atlı  korpusunun  komandirinin  müavini 
vəzifəsində  idi  və  1942-ci  ilin  20 dekabrında  Stalinqrad  ətrafında  keçirilən  böyük 
hücum  əməliyatı  zamanı  həlak  oldu  və  ölümündən  sonra  Lenin  ordeni  ilə  təltif 
edildi.  Hesablamalara  görə  Azərbaycan  vətəndaşlarından  1500  nəfərdən  çoxu 
“Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif edilmişlər
20

Almaniya  faşizminin  nəzəriyyəçilərindən  olan  Rozenberq  tərtib  etdiyi 
“Qafqazın  idarə  olunması”  planında  burada  5  böyük  idarə  yaradılmasını 
müəyyənləşdirmişdi:  Azərbaycan,  Gürcüstan,  Dağlıq  Qafqaz,  Kuban,  Terek. 
Hitlerin  tələbinə  görə  Almaniyanın  1-ci  tank  ordusu  1942-ci  ilin  25  sentyabrında 
Bakını zəbt etməli idi. 
Stalinqrad  döyüşlərinin  ağır  günlərində,  1942-ci  ilin  iyununda  faşist 
ordusunun  Qafqaz  üzərinə  hücumları  başlandı.  Belə  ki,  Almaniyanın  1-ci  tank 
ordusu,  4-cü  tank  ordusunun  bir  neçə  diviziyası,  iki  səhra  ordusu  (№11  və  №17) 
Sovet ordusunun müdafiə xəttini Şimali Qafqazda yararaq, hücumu davam etdirirdi 
və sentyabrın 24-də Zaqafqaziya Respublikalarında hərbi vəziyyət elan olunmuşdu. 
Sovet  ordusu  qəzeti  “Krasnaya  zvezda”  1942-ci  ilin  26  sentyabr  sayında 
yazmışdı: Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin 
və  bütün  dünyanın  nəzərləri  Şimali  Qafqaza  və  Stalinqrad  ətrafına  yönəlmişdir. 
Vətənin  taleyi,  milyonlarla  Sovet  adamının  azadlığı  və  həyatı  bu  döyüşlərdən 
asılıdır...  Buna  ancaq  1941-ci  ilin  payızında  Moskvanın  müdafiəsi  ilə  müqayisə 
etmək olar. 
                                                           
20
 
Qaraş Mədətov, Azərbaycan Böyük Vətən müharibəsində, B.1975, s.165 (rus dilində).
 


33 
 
Görülmüş  tədbirlərin  nəticəsində  Azərbaycan  xalqının  cəbhəyə  köməyi  və 
döyüşən orduda xidmətə könüllü olaraq getməsi daha da genişləndi. Bir neçə fakta 
nəzər  salaq:  Balakəndə  yaşayan  Alqayevlər  nəslinə  mənsub  1895-1923-cü  illərdə 
anadan  olmuşlardan  33  nəfər  müharibə  cəbhələrinə  gedərək,  həlak  olmuş  və  ya 
itkin  düşmüşlər,  Bakıda  yaşayan  Aşurbəyovlar  nəslindən  9  nəfər  müharibə 
cəbhələrindən geri qayıtmamışdır. Belə faktlar Azərbaycan üzrə çoxdur. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə