Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə22/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   18   19   20   21   22   23   24   25   ...   123
* * * 
 
Qafqaz uğrunda döyüşlərin son nəticəsi Sovet ordusunun gələcək döyüşləri 
üçün  həlledici  əhəmiyyət  kəsb  edirdi.  Buna  görə  də  Sovet  rəhbərliyi  Qafqazın 
müdafiəsinə bu regionun xalqlarını daha geniş cəlb etmək üçün milli diviziyaların 
yaradılması  haqqında  göstəriş  verdi.  Zaqafqaziyanın  üç  respublikasında  milli 
diviziyalar təşkil edilərək, tezliklə cəbhəyə göndərildilər. 
 
§ 3. Milli diviziyaların döyüĢ yolu 
 
77-ci milli atıcı diviziya 
 
Azərbaycanın  ilk  atıcı  milli  diviziyası  olan  bu  diviziya  1920-ci  ilin  30 
oktyabrında  yaradılmışdır. İlk dövrdə onun tərkibinə iki polk, kursantlar polku və 
artilleriya  divizionu  daxil  idi.  1924-30-cu  illərdə  diviziyanın  komandiri  Cəmşid 
Naxçıvanski (1895-1938) olmuşdur. Diviziya 1927-ci ildə Qara dəniz sahillərində 
                                                           
25
 
Bax: Respublika qəzeti, 6 yanvar 1994. 
 


38 
 
hərbi  məşqlərdə  iştirak  etmiş  və  ona  1930-cu  ildə  dağ-atıcı  diviziyası  adı 
verilmişdir. Diviziya 1935-ci ildə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 
SSRİ  Müdafiə  Naziri  müavini  marşal  S.M.Budyonnı  1940-cı  ilin 
sentyabrında  Zaqafqaziya  hərbi  dairəsinin  ordu  hissələrinin  taktiki  hazırlığını 
yoxlayarkən 77-ci diviziya ən yaxşı diviziyalardan biri kimi qiymət almışdı. 
77-ci  dağ-atıcı  diviziya  1941-ci  il  avqustun  sonunda  İran  (Cənubi 
Azərbaycan)  sərhəddini  keçərək  Pəhləvi  və  Rəştə  daxil  oldu.  Diviziyanın 
komandiri həmin dövrdə polkovnik Pimenov, hərbi Komissar isə Əmrulla Dadaşov 
idi.  Sovet  ordusunun  İranda  müvəqqəti  yerləşdirilməsi  antihitler  ittifaqı  ilə  İran 
dövləti arasında müqaviləyə əsasən edilmişdi. 
1941-ci  ilin  sonunda  Kerç  yarımadası  (Krım)  faşistlər  tərəfindən  zəbt 
edilmişdi və Sevastopol mühasirə vəziyyətində idi. Krımı düşmən ordusundan azad 
etmək  vəzifəsi  Zaqafqaziya  cəbhəsinə  və  Qara  dəniz  hərbi  donanmasına 
tapşırılmışdı.  1941-ci  ilin  29  dekabrında  Kerç  yarımadasına  çıxarılmış  desant 
Feodosiya rayonuna daxil oldu və faşistlər Kerçdən qovuldular. Lakin 1942-ci ilin 
yazında  faşist  Almaniyası  ordusu  Kerç  istiqamətində  yenidən  hücuma  keçdi  və 
Sovet  Ordu  hissələri  Taman  yarımadasında  öz  mövqelərini  möhkəmlətdilər.  Bu 
əməliyyatlar ilə Novorossiyskinin müdafiəsi dövrü başlandı. 1942-ci ilin mayında 
77-ci diviziya Qafqaz cəbhəsində hərbi əməliyyatlarda iştirak edirdi. 1942-ci ilin 1 
oktyabrında 77-ci diviziya öz şəxsi heyətini tamamlamaq üçün Dağıstana gətirildi 
və 58-ci ordunun tərkibinə daxil edildi. Həmin dövrdə onun şəxsi heyəti tərkibinin 
66%-ni azərbaycanlılar təşkil edirdi. 
Azərbaycan  Respublikası  rəhbərliyi  diviziyanın  döyüşçüləri  ilə  görüşə 
xalqın  görkəmli  şəxsiyyətlərindən  olan  Səməd  Vurğunu,  Rəsul  Rzanı,  Heydər 
Hüseynovu və digər ziyalıları göndərmişdi, diviziyaya göstərilən hərtərəfli kömək 
nəticəsində o, yeni döyüşlərə hazır vəziyyətə gətirildi. 
Şimali  Qafqazın  düşməndən  azad  edilməsi  üzrə  1943-cü  ilin  yanvarında 
başlanmış  hərbi  əməliyyatlarda  77-ci  diviziya  da  fəal  iştirak  etdi  və  3  yanvarda 
Mazdok şəhəri düşməndən azad edildi. Bundan sonra diviziya döyüşlərlə 850 km 
məsafəni  qət  edərək,  Donbasın  düşməndən  azad  edilməsi  əməliyyatlarında  44-cü 
ordunun  tərkibində  iştirak  etdi,  Dneprin  sol  sahillərində  və  Cənubi  Ukraynada 
uğurlu  əməliyyatlar apardı.  Həmin dövrdə  azərbaycanlılar diviziyanın (komandir-
polkovnik  A.P.Radionov,  komissar  polkovnik  Kazım  İsmayılov)  şəxsi  heyətinin 
30%  təşkil  edirdi.  Sivasın  azad  edilməsi  (Azov  dənizi  rayonunda  körfəz)  üzrə  11 
apreldə  başlanmış  hücumlarda  77-ci  diviziya  ən  təhlükəli  mövqelərdən  birində 
yerləşdirilmişdi.  Sevastopolun  azad  edilməsində  də  77-ci  diviziya  ən  təhlükəli 
mövqelərdən  birində  yerləşdirilmişdi.  Sevastopolun  azad  edilməsində  77-ci 
diviziya  mühüm  sahə  olan  Sapun-Qarada  gərgin  döyüşlərdə  iştirak  etmişdir.  10 
günlük döyüşlər nəticəsində Sapun-Qara düşməndən azad edildi. Sapun-Qaranın ən 


39 
 
yüksək zirvələrdən birinə Qırmızı Bayrağı serjant Abduləziz Qurbanov (07.05.43) 
sancdı.  Simferopolun  azad  edilməsindəki  döyüşlərdə  fəal  iştiraka  görə  77-ci 
diviziya II dərəcəli Suvorov Ordeni ilə təltif edildi. Bütövlükdə Krımın düşməndən 
azad edilməsində göstərilən qəhrəmanlıqlara görə diviziyanın 3140 əsgər və zabiti 
orden və medallarla təltif edilmişdi. Diviziyaya isə Simferopol diviziyası fəxri adı 
verildi. 
Krımın  azad  edilməsindən  sonra  77-ci  diviziya  I  Pribaltika  cəbhəsinin 
tərkibində Litvanın düşməndən azad edilməsi əməliyyatlarında iştirak etdi. Burada 
döyüşlər  müharibənin  son  günlərinə  qədər  davam  edirdi  və  yalnız  mayın  8-də 
qurtardı. 
II dünya müharibəsi illərində 77-ci diviziya 10900 kilometrlik məsafəni qət 
etmiş  və  bundan  2555  km  məsafəni  döyüşlərlə  getmişdir.  Bu  döyüşlərdə 
diviziyanın  şəxsi  heyəti  Simferopol,  Baxçasaray,  Balaklava,  Sevastopol  və  digər 
şəhərlərin  düşməndən  azad  edilməsində  fəal  iştirak  etmişdir.  Diviziyanın  8  nəfər 
zabit və döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, şəxsi heyətdən 11237 
nəfər  isə  orden  və  medallarla  təltif  edilmişdir
26
. Bunların içərisində  Sovet  İttifaqı 
Qəhrəmanı  Abdurahman  Abdullayev,  polkovnik  Hacıağa  Tağızadə,  kapitan 
İsmayıl İbrahimov,  starşina  İslam  Səfərli və  yüzlərlə  digərləri öz  qəhrəmanlıqları 
ilə xalqımızın döyüş bacarığını bütün dünyaya nümayiş etdirmişdilər. 
Azərbaycanın  77-ci  dağ-atıcı  diviziyası  sonralar 
yaranmış  milli 
diviziyalarımız üçün əsas baza olmuşdur. 
77-ci  Azərbaycan  diviziyası  tərkibində  aşağıdakı  generallar  yetişmiş  və 
döyüşmüşlər:  Tərlan  Əliyarbəyov,  Mahmud  Əbilov,  Məmmədbağır  Bağırov, 
Hacıbaba  Zeynalov,  Hüseyn  Məmmədov,  Heybət  Heybətov  (Zyuvanov).  Bu 
generallar  müharibə  illərində  və  bu  müharibədən  sonrakı  dövrlərdə  böyük 
sərkərdəlik məharəti göstərmişlər. 
77-ci diviziya və onun alaylarının komissarları və siyasi şöbə rəisləri olmuş 
Əmrulla  Dadaşov,  Kazım  İsmayılov  və  digərləri  şəxsi  heyət  içərisində  böyük 
siyasi-tərbiyə işinə nail olmuşdular. 
Sevastopolun  azad  edilməsi  əməliyyatının  tərkib  hissəsi  olan  Sapun-
Qaradan  düşmənin  qovulmasında  77-diviziyanın  105  saylı  alayı  böyük  hünər 
göstərdi. 
                                                           
26
 
Z.M.Bünyadov,  R.Ə.Zeynalov,  Qafqazdan  Berlinədək,  B.  1990,  s.97;  77-ci  Simferopol  diviziyası, 
B., 1981, s.121. 
 


40 
 
Krımın Kerç rayonunda Sapun-Qara yaxınlığındakı döyüşlərdə həlak olmuş 
azərbaycanlı döyüşçülərin xatirələrini əbədiləşdirmək məqsədilə burada möhtəşəm 
abidə ucaldılmışdır. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə