Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

197

Nizamim bəzədi fələk qəsrini.

Məcnunun, Leylinin göz yaşlarıyla

Füzulim yandırdı zülmət əsrini.

Gözə soxmasınlar Səttarxanımın

Qüdrət qılıncının kəm­kəsirini.

Oğlum Xiyabani, Doktor Ərani

İşığa qərq etdi zülmət İranı.

Sinəmdə dağlandı haqqın ciyəri,

Yanmış sümüklərim – ədlin mehvəri.

Min illik layların dərinliyindən

Süzülə­süzülə durulan qanam!

Günəşdən qüdrətli dahilərimlə

Dünyanın ovcunda sökülən danam!

Göyün kəhkəşanı çox öyünməsin,

Mən də yer üzündə bir kəhkəşanam!

Qorqudum, Koroğlum, şah Xətaimlə

Qüdrətəm, cürətəm, şöhrətəm, şanam!

Mən sənə min dəfə qurban olmuşam,

Ey bəşər, “öl!” desən, bir də qurbanam.

Mənimdir İsfahan dürdanələri,

Beyləqan, Naxçıvan xəzinələri!

Elə bilməsinlər təkcə fəğanam.

Balam Nəsimini soyanlar qansın:

Əgər ayım batsa, günəş doğanam!

Səbrim – dəryalarca, dözümüm – dəmir.

Buludlu, şimşəkli bir asimanam.

Bütün zülmətbazlar arxayın olsun:

İşıq tanrısıyam, zülmət boğanam.

Cinayət, xəyanət harınlaşanda,

Çaxan ildırımam, qopan tufanam.

Ceyran ovçuları yadda saxlasın:

Batində aslanam, üzdə ceyranam.

Qızıl külçəsiyəm mən qoca Şərqin,




198

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yerə gömsələr də çətin paslanam.

Sənin ağ boynunda, ey ulu dünya,

Bir düzüm mirvari, lələm, mərcanam.

Tikanlı hasarlar dibində bitmiş

Tikansız bir güləm, yaşıl reyhanam.

Hər bir nübarını laləzarını

Qohuma, qonşuya verən bağbanam.

Ey cahan, bir daha sən məni dinlə!

Göz, könül dolusu hələ gülməyən,

Min yol öldürülən, yenə ölməyən

Əzəli, əbədi Azərbaycanam!

Yanvar, 1979

AZƏRBAYCANLI

Burnunun ucu göynər

Bu obadan, bu eldən uzaq düşəndə beş gün.

Nanə yarpağı kimi əsim­əsim əsərsən,

Xəzər ya Kür nəfəsli bir udum hava üçün.

Necə qəribsəyərsən Muğan üçün, Mil üçün,

Göygölün yaxasında bircə qızılgül üçün.

Xanın səsi, Hacının tarda şirin muğamı –

Sənin üçün dünyanın ən böyük ziyafəti,

səadəti, bayramı.

­ Azərbaycanlıyam mən!

Bəlkə də bu cümlə heç çıxmayıb ürəyindən,

səslənməyib dilində.

Varlığında bəslənib, bəslənməyib dilində.

Desən də, deməsən də pasportundur bu cümlə.

Oddan, sudan keçərsən bu cümlənin gücüylə.




199

Köksündən yaralandın,

Fəqət bu cümlə səni qoymadı yıxılmağa.

Cümlə çağırır səni yüz milyonlar içində

ilk, birinci olmağa!

Təklənən zaman bəzən

Yalqızlığın əlindən qapar səni bu cümlə,

yerə, göyə bağlayar.

Dost, düşmən qarşısında başıuca saxlayar.

Harda olsan uçarsan,

Bu cümlənin hökmüylə can atarsan vətənə,

Qızıl görünər sənə alayanıq daşı da,

Simurq görünər sənə ətcəbala quşu da.

Ancaq günün birində,

Alim paltarı geymiş bir baqqalı görəndə

yenə ikiləşərsən,

Doğma yurdda az qala sən qürbətə düşərsən.

Sarsılma sən, qardaş!

Bil ki, heç yerdə, heç vaxt təmsil etməmiş xalqı

Polad təpik altında əzilməli kor zəli.

Bu əbədi, əzəli... Azərbaycan diyarı

Az görməmiş onları,

Ağacı öz içindən gəmirən məlunları.

Bağrımızı didsə də bu kor mərəz, bu zədə,

Döyülən bir dəmirin pası kimi qopacaq

onlar mübarizədə.

Çoxdan keçib bu yolu

Bulaq kimi, çay kimi dənizdə birləşənlər,

Mağara tayfasından millət zirvəsinədək

döyüş yolu keçənlər!



Türkan, 17 yanvar, 1979


200

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ASTARA YOLLARI

Bilmirəm çinardır, sərvdir, küknardır,

Sağım da, solum da yamyaşıl divardır.

Elə bir yerdəyəm, əbədi bahardır,

Yoxuşlu, enişli Astara yolları,

Ey qızıl günəşli Astara yolları!

Lumular sapsarı, lumular qızılı,

Bu necə payızdır, baharın qızımı?

Könlümün atəşi, istisi, qızımı

Kəhrəba xəzəlli Astara yolları,

Yolların gözəli Astara yolları.

Yoncalar yamyaşıl, yoncalar xallıdır,

Qönçələr şəbnəmli, qönçələr ballıdır.

Təbiət xumardır, təbiət hallıdır,

Xumaram, xumaram, Astara yolları,

Gəzdikcə doymaram, Astara yolları!

Yazıram bu şeiri Müşfiqin vəznində,

Hər sətri, hər beyti qanımda, nəbzimdə.

Onun da gözləri çox qaldı hüsnündə,

Uzaqdan uzandı şairin qolları,

Şairin qolları – Astara yolları!

Gəlib çatdıq mənzilə,

Budur gözəl Astara.

Alqış belə şəhərə

Sığal verən dostlara.

Budur gözəl Astara,

Gözəlliyə astana,

İlk bahara astana.

Ayağımda, əlimdə

Gül ətri, gül tozu var.




201

Baxın, hələ qarşıda

Gülşənlərin yüzü var.

Baxın, doyunca baxın

Aynasına Xəzərin.

Qıyma ki, bir meh əsə,

Ayna sına, Xəzərim!

Xəzər – mavi bir güldan,

Astara – gül dəstəsi.

O, könlümün dərmanı,

Könlüm onun xəstəsi.

Uzanır göz önündə

Neçə tikanlı çəpər.

Elə adi çəpər ki,

Arasından meh keçər.

Yel əsəndə – yel keçər.

Sel gələndə, sel keçər.

Qar çəpəki yağanda,

Lopa­lopa qar keçər.

O tayda yuva quran,

Bu taydan yem aparan

Boz sığırçınlar keçər.

Keçər yaşıl bağların

Rayihəsi, nəfəsi.

Min radio dalğası,

Min ildırım şöləsi.

O tayda ah çəksələr,

Bu taya ah da keçər.

Hələ azan səsilə

Gəlib Allah da keçər.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə