232
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Yandırsa çırağı, aydın görünər
Mizin üstündəki səssiz inqilab.
Mətbəə qoxulu təzə bir kitab.
Bənövşə nəfəsli Qurbani, Abbas.
Hər misra bir qızdır, al, bağrına bas.
...Elə gəl, elə get bağbərəsindən
Bülbüllər ürküşüb gül inciməsin,
...Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Heyrət, ey büt!
Tanrılar yaradıb bu dili bəlkə.
Hötenin sözləri düşür yadına;
Bu yurdun ən kiçik söz övladına
Tən olsam, özümü xoşbəxt sanardım.
Fərəhdən fələyə qanadlanardım.
Renessans kəlməsi düşür yadına.
Qanadlar qoşulur qolqanadına.
Məhdud düşünürük deyəsən bir az.
Ürək inqilabı baş inqilabı
Beş əsrin, on əsrin səddinə sığmaz.
Axtar... dərində gəz, bir az dərində.
Ən böyük renessans qalxır, yüksəlir.
Köksü dan yerinə bənzər Babəkin
Savalan silqətli çiyinlərində!
Axtar, dərində gəz, bir az dərində.
Ən böyük renessans yaşayır yəqin.
Özü təşnə qalan böyük Sabirin
Dirilik suyu tək sətirlərində.
Yorğanı üstündən atır kənara,
Deyir: hər bir çağın renessansı var.
233
Geyib pencəyini çıxır bayıra,
Bayırda son payız, qanında bahar.
Gəlir qulağına təyyarə səsi.
Üzündə nur olur onu anması.
Renessans deyilmi Hüseyn Cavidin
41 ildən sonra qarlı Sibirdən
Gülzar Naxçıvana qanadlanması?!
Dalır ənginliyə... göylər çıraqban.
Ay doğub... hər tərəf süd rəngli işıq.
Bir fikir şöləsi keçir başından:
Odlar yurdu üçün az odlanmışıq.
Oxay! Nə gözəldir payızın ətri,
Ay nuru Xəzərdə gümüş düşərgə.
Bütün ulduzları qucmaq istəyir
Xəzərlə, Cavidlə, Səhhətlə birgə.
Ayağı altında xışıldayır qum,
Nuş edir gecənin meyxoş mehini.
Boyu bərabəri biyan, boyana
O keçən yollara tökür şehini.
Ay qalxır... şöləsi düşür cahana,
Uca tonqal təkin yanır qarşıda.
Almaz ulduzları hələ bir yana
Əzizdir bu yurdun yanıq daşı da.
Birdən hiss eləyir ki,
Ay nuruna bələnmiş biyanların ucundan,
Büllur şehli, şəfəqli tikanların ucundan,
Hovuzdan su istəyən söyüdlərin saçından
Hansı bir qüvvət isə axır, dolur qəlbinə.
Cırcırama sədası, sərin sükut, bir də ki,
234
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qayalar koğuşunda lökküldəyən Xəzərin
Şirin uğultuları dolur həssas qəlbinə.
Ayağı altında xışıldayır qum,
Bəlkə hər zərrəsi bir inci, almaz.
Belə bir ölkənin, yurdun yolunda
Yanmamaq, ulduza dönməmək olmaz!
Seyr edin, göz qoyun siz bu cahana,
Şərqin gövhəridir Azərbaycanım!
Yaşıl reyhanları hələ bir yana,
Quru tikanına qurbandır canım.
Heyif, az axtarıb, az öyrənmişik.
Bilmir ki, uzaqda mən də oyağam.
Onun şərəfinə bu gecə yarı
Ən gözəl şeirimi oxuyacağam!
Gecədən səhərə yol gedən alim!
Biz zülmət içində işıqlı izik.
Bu gün Azərbaycan renessansının
Ürəyi – zamandır, qanadı bizik.
Yalnız Şaiqin yox, bizim ellərin
Kamallı övladı, Kamal qardaşım!
Ömür – renessansdır, hər qırpımında
Yazıb yaratmaqdan kam al, qardaşım!
1983
REDAKTOR
Ömrü düz işləyən saat kimidir,
İşə günəş kimi vaxtında gələr.
Səliqə ən böyük müəllimidir,
Qələmi özü tək daim səfərbər.
235
Günorta yeməyi aşmı bir nimçə,
Yoxsa pendirçörək, badam ləpəsi.
Gözəl şeir oxusa çay içəiçə,
Qarışar çayına gül mürəbbəsi.
Önündə – nigaran əlyazmaları,
Hər kiçik yazıda ürək səsi var.
Yüz saxsı içində birdən duyar ki,
Qızıldan bahalı söz külçəsi var.
Qüdrətli, cürətli hər söz – bir ürək,
İlham meyvəsinin əvəzi hanı?
Yad edər addımı bir azcana ləng,
Alagöz, qızılsaç Rəsul Rzanı.
Unutma adını – zəfərçalandır,
Necəsən?
...həyadan allanar üzü,
Ustad, əfv eləyin, çıxardım atdım
Yerinə düşməyən vergülünüzü.
Şair gözlərində sevinc daşqını,
Necə dürüst imiş sonuncu sözü:
Ömrümün sonuna qoyarsan, oğlum,
yerinə düşməyən vergülümüzü!
İndi nə Rəsul var, nə o şuxluqlar,
Uzaqda çiçəyi tərtəzə məzar.
Fəqət miz üstündə göylər sayağı
Cildi bir az mavi... ölməz kitablar!
Üçüncü cildini özü görmədi,
Fəqət duyan duydu, bilənlər bildi,
Qafqaz dağlarının nur zirvəsiymiş
Onun hər kitabı, onun hər cildi!
236
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qələmin ucundan mürəkkəb sızır,
Boğub kədərini dil açır ürək:
Ölüm qorxusuzdur... həyatımızı
Gözəl kitablara çevirə bilsək.
22 aprel 1983
MİN YAŞLI ÇİNARLAR
Özbək yazıçısı
Pirimqul Qədir üçün
Bəzən göy üzündən buludlar keçər,
Havası kəsafət, suyu zəhrimar.
Kimsə kədərlənər, kimsə darıxar.
Mənsə: Yox! – deyərəm – genişdir cahan.
Yaxşı ki, buluda təslim olmayan,
Leysanı, tufanı saya salmayan
Çinarlar da var!
Daşkənddə, Səmərqənd həndəvərində
Urqutda, Şəhrisəbz ətəklərində,
Gəncənin, Göyçayın neçə yerində
Bəzən təkəmseyrək, bəzən bir qatar...
Əlləri az qala kəhkəşanlara,
Kökləri dünyanın dibinə çatar.
1984
İNSANLIQ HİMNİ
Düşünməyə macalım yox, gecəgündüz mən işdəyəm,
Su içində, od içində, buz içində yürüşdəyəm.
Əlimdə bel. Şırımlara axan sumu, yoxsa qanım?
Mənim şəklim – su arxına əksi düşən kəhkəşanım.
Dostları ilə paylaş: |