387
Sağımız, solumuz altun, gümüş, zər.
Dünyanın sərvəti dünyalar qədər.
Tamah cilovunu biz yığsaq əgər,
Bu nemət, bu sərvət hamıya yetər.
Yalnız əmək gərək, halal bir əmək.
Ürəklə çalışmaq, canla işləmək.
Dan üzü quşlarla birgə oyanmaq,
Tər bənövşə təki şehdə yuyunmaq.
Gözəldir arxlarda şırıldayan su,
Ovcuna aldığın topraq qoxusu.
Kotan parıltısı, traktor səsi,
Dənin arat şumda ilk cücərtisi.
Bağlara sığmayan bahar daşqını,
Minmin gülə verdin sən öz aşqını.
Ağappaq, çəhrayı bağ çiçəkləri,
Aran möcüzəsi, dağ çiçəkləri.
Suda, havadakı əbədi saflıq
Bəlkə uzaqlaşan xəyalsan artıq.
Bircə qızıl gülü, bircə nanəsi
Dünyanın insana ulu töhfəsi.
Zəmilər qoynunda xəyala dalmaq,
Çörəyin ətrini sünbüldən almaq!
Dalıb üfüqlərin sonsuzluğuna,
Hayqırmaq bu sözü bütün cahana:
388
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İnsan Yer üzünün dürdanəsidir,
İnsanın vətəni Yer kürəsidir!
Yalançı sərhədlər silinsin gərək,
Ərzin vahidliyi bilinsin gərək.
Oyanır Afrika, qalxır fil kibi,
Alıb xortumuna cırtdan hakimi
Çalır qayalara, çarpır daşlara.
Alqış zülm əlindən qurtulmuşlara!
Dikəlir Asiya, mənim Asiyam.
Zalimə, fatehə qənim Asiyam.
Qalandı qanına bələnmiş Bakı,
Naləm, fəryadımdır yumruğumdakı.
Bir qan yaddaşıdır “Ölülər bağı”,
Dinlə, nələr söylər daşı, toprağı
Erməni əlilə söndürülmüşdür
Bu yurdun müqəddəs odu, ocağı.
Getdi gəncliyinin ilk bahar çağı
Müşfiq – şairliyin qaynar bulağı.
Cavid – özü boyda bir sənət dağı,
Hadi – hünər seli, zəka bayrağı!
Ülvi Bünyad oğlu... bəd bir nəfəslə
Erkən üfürülmüş ilham çırağı...
Mənim şəhidlərim birmi, ikimi?
Hər iki tərəfi qaynaq edilmiş
Bir kəmər canlanır gözüm önündə,
Kəmər... əzəmətli ekvator kimi.
389
Kəmərin üstünə hürür köpəklər,
Zəncirli, xaltalı hərbi köpəklər.
Uzaq Fransadan Ermənistana
Yardıma gələnlər, neçə firəng ər
Kəmərin yanında dalğın, mükəddər...
Görən hansı sirri gizlədir kəmər?
Açırlar... gözlərdə təəccüb, heyrət,
Burda neçə cəsəd... neçə müsibət.
Burda üçdörd yaşlı cocuqlar da var,
Gözlər açıq qalıb... gözlərdə dəhşət.
Tarix bağışlarmı bu cinayəti,
Sən mənə cavab ver, ey ulu xilqət!
Gözlər açıq qalıb... gözlərdə səma,
Səma sonsuzluğu başqa bir hikmət.
Gözlər dürlüdürlü... masmavi, qara,
Qara, qonur gözlər... açıq qalan dərd.
Fransız igidlər çadırlarını
Cəld yığıb getdilər, baxışları sərt.
Küçədə qoydular davadərmanı,
Getdilər qəzəbli, təəccüblü, pərt.
Getdilər... xəyaldan getmədi fəqət
Bağlı kəmər içrə havasızlıqdan.
Solan neçə surət, qızılgül sifət.
Əlvida, İrəvan, qoca yırtıcı!
390
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Bomboş sözlər imiş lüğətindəki
İnsaf, ya mürvət.
Tanrı, ulu Tanrı bilir işini,
Zəlzələ susdursun bu gərdişini.
Uzun kirpikləri oxox dikəlmiş
O gözlər mənimdir, o gözlər mənim.
O gözlər heç vədə qapanmayacaq,
Gözlərdə yaşayan gündüzlər mənim.
Sən mənə cavab ver, ağ saçlı Sədi,
Timsah canilərin nədir məqsədi?
Açdım kitabını, görün nə dedi:
Nurani, pirani, ağ saçlı Sədi:
“Be yek sal dər cadui erməni
Miyane do kəs əfkənəddoşməni”.
Sədi – nur heykəli... Sədipeyğəmbər.
Yeddi əsr qabaq dediyi sözlər
Od vurub beynimi tüstüləndirir,
Bircə qəlbdən çıxıb min qəlbə girir.
Üçcə gün ərzində üçdörd erməni
Necə körükləyir şəri, fitnəni.
Yer üzünün Əhriməni – erməni
İnsanlığın düşmənidir, düşməni.
Bu şeiri eşitdim səksən üç yaşlı
Ağ saçlı ustadım Lətif Kərimdən.
Bilmədim, ağzından çıxırdımı söz,
Yoxsa tüstülənən ciyərlərindən?!
391
İki qardaşımın başını kəsmiş
Daşnaklar alçaqdır, alçaqdan alçaq.
Erməni tayfası onun əlində
Çoxdan oyuncaqdır, canlı oyuncaq.
Dalında Kreml yırtıcıları...
İti üstümüzə qısqırdana bax.
Bütün nakəslərin, nadürüstlərin
Bir gün öz başında sınacaq çanaq.
Xankənddə arvadlar yas içindədir,
Bizsiz keçiniblər de onlar haçaq?
İgidyan, Dədəmyan, Balayan... balam
Dünənki yetimçəm, səhvimdir ancaq.
Dərk et soyadların doğmalığını
Yadlaşan doğmalar necə qurumsaq!
Ölülər bağında minmin baş daşı –
Çoxu köksümüzdə çalınçarpaz dağ.
Milli yaddaşımız nə üçün ölgün?
Tiryək verənlərin çoxu sağdı, sağ.
Erməni südünü əmənlərimiz
Gəlib taxta çıxan nacins, bədəxlaq.
Gör kimə tapşırıb öz taleyini,
Bəs haçaq özünü dərk edəcək xalq?
“Xalq” sözü içində “Qalx!” kəlməsi var,
Sürünmə, ey yassar, qalx ayağa, qalx!
392
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“Daşnak” kəlməsinin kökünü öyrən,
Gör nələr törətdi... daş üzlü daşnak.
Uduzdun biryolluq taleyini sən,
Erməni qızını oxşayan sarsaq.
Onların silahı öz arvadıdır,
Qızı, gəlinidir əlində yaraq.
Öyrən, Altunkəndi nə cür tutdular?
Qafanı, Vedini, Basarkeçəri,
Mehrini, Göyçəni, Zəngibasarı
Nə cür aşırdılar, nə cür uddular?
Sehrlə, ovsunla, caduyla ancaq,
Barı sən qandınmı harda uduzdun,
Harda itdibatdı Dağlıq Qarabağ?!
Mən indi bildim ki, ilanlar təki,
Balıqlar, bitkilər, heyvanlar təki
Növü, çeşidi var millətlərin də
Biri üsyankardı, o biri bəndə.
Biri – halalzadə, biri yırtıcı,
Biri – barışsevər, biri hərbcu.
Elə insanlar da dürlü, müxtəlif.
Biri zəka əhli, biri – beyni kif.
Biri başdanbaşa səxavət, sevinc,
Biri qısnaqşünas, simicdən simic.
Biri baş girləyən, biri fədakar,
Biri – qış, o biri bahar, laləzar.
Cahan – ziddiyyətlər kələfçəsidir,
Ən pisi, rəzili – kölə nəfsidir.
Dostları ilə paylaş: |