393
Güclülər önündə quyruq bulayan,
Gücsüzlər önündə meydan sulayan.
Bütün nakəsləri, şərəfsizləri
İstismar aləti kommunistləri.
Yığıb parlamentə dolduran gəda
Mütləq gəbərəcək, lap div olsa da.
Haray, ey dünyanın xeyirxahları,
Sevda yolçuları, eşq allahları!
Məslək səngərinin dönməz ərləri,
Bütün yer üzünün yurdsevərləri.
Maqnit mərkəziyəm, ətrafımda siz
Xalis dəmir kibi tez birləşiniz.
Mərdlər, mərdanələr birləşsə əgər,
Planet günəşdən parlaq görünər.
Moskva, Lefortovo zindanı,
Türkan, 3 mart 1991
İLHAM ÜSTÜNDƏ
Dustaq edilən zaman gördüm ilham üstəyəm,
Dünyaya saçılmağa hazır bir güldəstəyəm.
Beynim – günəş, əllərim – bir cüt Fərhad külüngü,
Dolaşmasın yanımda heç bir tülkü, tülüngü.
Avtomatın lüləsi gözümdə boş bir tütək,
Qundağından yapışıb milçək, yaxud hörümçək.
394
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Dəftərqələm istədim, əmrə əməl etdilər,
– Azadsınız, – söylədim, sürüşdülər, getdilər.
Kameram – qızıl saray, barmaqlığım – bağça, lək,
Əyləşdim şah taxtımda şeirin hökmdarı tək.
Ərzin hökmdarı tək.
Qarşımda ağ vərəqlər – büllur bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
Mürəkkəbim – Göygölün bir cüt mavi damlası,
İlhamım – əzəmətli bir Xəzər qasırğası.
Köksüm – alov kürəsi, üzümgözüm dan yeri,
Barmaqlarım – günəşin şüaşüa telləri.
Addımlarım – torpaqdan bir azca hündür, uca
Hazıram varıb keçim xəttiistiva
1
boyunca.
Gülüm, qalma nigaran, obadayam, eldəyəm
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.
Moskva, Lefortovo zindanı,
7 mart 1990
MƏNƏ HƏB VERƏN GÖZƏL
Mənə həb verən gözəl – ağ xalatlı bir afət,
Özü ülfət, eşq umar, özgə bəlkə də şəhvət.
Səadət çələngidir başında ağ papağı,
Dəmir qapı dalından açar dəmir qapağı.
1
Xəttiistiva – ekvator xətti
395
Pak, incə əllərilə gündə üç yol uzadar,
Mənim adım yazılı balaca bir kağızı.
Kağız arasında həb, atam gərək o həbi,
İçəm verdiyi suyu, salam yola ağ qızı.
Ləngidərəm o qızı, yubadaram kağızı,
Azca əyilərəm ki, görüm o insafsızı.
Alatoran zindana gözlərində gətirər
Ayı, günü, yıldızı.
Bədənimdə nə illət, nə ağrı var, nə sızı.
Ey dünyalar gözəli, ərzin ən gözəl qızı!
Nədir adın?
Nataşa!
Mavi gözlər – pəncərə, hüsn, qamət tamaşa...
Ürəkdən keçənləri
Deyimmi qələmqaşa?
Nə həb gərəkdir mənə, nə də damcı dərmanı,
Fəqət bağrım çatdayar
Gündə üç yol görməsəm ağ xalatlı ceyranı,
Addımlayan reyhanı.
Səni görəndən bəri, heç bilmirəm, ey sənəm,
Sağlamam, ya xəstəyəm.
Kamera gərdəyində
Gəlin gözləyən bəyəm.
Moskva, Lefortovo zindanı,
dördüncü gün, 8 mart 1990
396
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
VAYSINMIRAM
Vaysınmıram, yanmıram zindana düşməyimə,
Uzaqdan yox, yaxından görməliydim bu günü.
Qırmızı cinayətin yalnız dövrəsini yox,
Kremlin dibindəki özəyini, kökünü.
Uzaqdan yox, yaxından görməliydim bu günü.
Barmaqlıq çalınçarpaz üçdörd dəmir deyil, yox,
Zəhərli bir ağacdır, kökü xeyli dərində.
Demokrati! Aşkarlıq! – deyib qışqıranların
İlan, əqrəb yuvası kirli beyinlərində.
Zəhərli bir ağacdır, kökü xeyli dərində.
Vaysınmıram, yanmıram zindana düşməyimə,
Gözümlə, kirpiyimlə görməliydim bu günü.
Tikanlı dirəkləri darmadağın eləmiş
Məşəl Naxçıvanımın qarsalanmış köksünü.
Gözümlə, kirpiyimlə görməliydim bu günü.
Günəşli mənzildə yox, məhbəs toranlığında
Yaşayanlar görürlər kələfdəki düyünü –
İrəvandan Xəzərə dizindizin sürünən
Milyon səkkiz yüz minin necə sürüldüyünü.
Dolaşanlar görürlər kələfdəki düyünü.
Burda mən görməliydim polkovnik hüquqçunun
Qanqırmızı tankları necə qoruduğunu.
Neçə boynuyoğunun, kəlpeysərin, qoçunun
Oyuncaq qanunlara keşikçi durduğunu.
Qanqırmızı tankları necə qoruduğunu.
Caynağından qan daman növnöv canavarların
Soyuq bəbəklərinin buzunu görməliydim.
Gilyotin baltasını bülövləyən kaftarın
Maskalı nitqindəki quzunu görməliydim.
Soyuq bəbəklərinin buzunu görməliydim.
397
Vəkilim öldürüldü məni qoruduğundan,
Qaynar qanı töküldü Kirov prospektinə.
İşıqlı dağ bülluru, dan ulduzu bir İnsan
Getdi, təslim olmadı Kirov xəyanətinə,
Qaynar qanı töküldü cəllad prospektinə.
Bədənim əldən gedir... Ruhum dağlar başında,
Bəxtiyardı məhbəsdə söz çələngi hörənlər.
58 yaşında, gənclik axtarışında
Gəncliyini alovlu misralarda görənlər,
Bəxtiyardı məhbəsdə söz çələngi hörənlər.
Mənim kiçik kameram azadlıq paytaxtıdır,
İşıq düşür gözümdən neçə zülmət qəfəsə.
Adicə iş stolum bir hökmdar taxtıdır,
Taqqıldadıb divarı oxuyuruq səssəsə.
İşıq düşür gözümdən neçə zülmət qəfəsə.
Sıxışdırır köhnəni bu gün yeni Moskva,
Barmaqlığa toxunur bayraqların yeləni.
Nədir istəyim mənim? Bircə udum saf hava!
Azad görmək istərəm zindanlaşan ölkəni,
Barmaqlığa toxunur bayraqların yeləni.
Uzaqdayam Bakıdan... düşmən sevinməsin qoy,
Meydanda POEZİYAM döyüşəcək, döyəcək.
Getsəm, təsəllim də var – Günəş boyda ömrümü
Xalqım, sənə vermişəm axır şüasınadək.
Meydanda POEZİYAM döyüşəcək, döyəcək.
Moskva, Lefortovo zindanı,
9 mart 1990
Dostları ilə paylaş: |