403
Sahildə məni gözlər
Türkayıma bəzəkli
bir konfet verməyim də.
Bu kiçik həsrətlərə
dözərdim birtəhər mən.
Ayrı salınmasaydım
böyük mübarizədən.
Moskva, Lefortovo zindanı,
19 mart 1990
***
Getdin... qəlbə qüssə doldu,
Kamerada indi təkəm.
Qaraqonur gözlərini
Bir də haçan görəcəyəm?
Yalnız iki öpüş aldım,
Bir gələndə, bir gedəndə.
Nə tez getdin, ömrümgünüm,
Cism məndə, canım səndə.
Oxşamadım əllərini,
Oxşamadım tellərini.
Nəfəsimlə bəsləyirəm
Sənin qızıl güllərini.
Yalnız bircə cümlə dedin:
Sənsiz evə necə dönüm?
Mənim evim bu aləmdir,
Quc aləmi, ömrümgünüm!
Mənsiz keçən günlərində
Məğrur yaşa, daha məğrur.
404
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Ömür bəlkə vüsalların,
Hicranların toplusudur.
Bu görüşdə bəlkə dərdik,
Vüsalın son güllərini.
Oxşamadım əllərini,
Oxşamadım tellərini.
Ah, bu necə səadətdir,
Yarı sevinc, yarı kədər.
Səadətin ömrü bəlkə
Bir ildırım ömrü qədər.
Axı necə qıyıb gəldin
Ey ömrümün gülü, ətri.
Beş dəqiqə görüş üçün
Sən iki min kilometri?
Getdin... qəlbə qüssə doldu,
Kamerada indi təkəm.
Qara, qonur gözlərini
Bir də haçan görəcəyəm?
Bir də haçan görəcəyəm?
Moskva, Lefortovo zindanı,
5 nisan 1990
NƏ CÜR BAXACAQSAN GÖZLƏRİMƏ SƏN?
Sənin gözlərinin lap önündəcə
Sənin vətənini ayaqladılar.
Dahilər qəbrini döndərib heçə,
Ölübitənini ayaqladılar.
Yerində zəncirli it bağladılar.
Cınqırın çıxdımı barı bircə yol?
405
Neçə yüz, neçə min həmvətənini
Silah qabağında, bircə həftədə
Evindən fırlayıb çölə tökdülər.
Yüz ilə, min ilə qurduqlarını
Bircə qırpımdaca tamam sökdülər.
Qoparıb elindən, yurdyuvasından,
Yaylaq havasından, dağ havasından
Ayırıb səpdilər qarlı yollara.
Soyuqbələkləri gözmuncuğulu
Cocuqlar söykəndi yorğun qollara,
Cınqırın çıxdımı barı bircə yol?
Kiminin kuklası bucaqda qaldı,
Qazanı od üstə; isti ocaqda.
Kimi əl üstündə, qucaqda qaldı,
Kimi bir qəbirlik yer qazımaqda...
Samanı, yoncası, yemi axurda
Uçar köhlənləri güllələdilər.
İnəyi naxırda, atı ilxıda...
Mərdlərin başına od ələdilər.
Mülkü, topdağıtmaz qalası qaldı,
Zümrüd çəmənlərin laləsi qaldı.
Goreşən ağzında, qurd caynağında
Boylu gəlinlərin balası qaldı.
Cınqırın çıxdımı barı bircə yol?
Sənin dörd ellinin əlayağını
Möhkəmcə sarıyıb rezin təkərə,
Od vurub üstünə benzin tökdülər
Alovlar dirəndi ayaülkərə.
Yandı diri gözlü dörd canlı məşəl,
Odlandı Xankəndin tən ortasında.
Karlaşan, daşlaşan qulaqlarına
De, gəlib çatdımı bu səs, bu səda?
Cınqırın çıxdımı barı bircə yol?
406
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Sənin göylər boyda məmləkətini
Bölüb, bölüşdürüb gəmirdilər də,
Sorub zamanzanan sümürdülər də.
Arslan millətini, şir millətini
Bir əl quzusuna döndərmək üçün.
İNSAN kəlməsinin ucalığından
Bir qul mövqeyinə endirmək üçün.
Bakını qanına bələdi düşmən,
Şəhdini çəkdiyi dərdli Bakının
Üstünə zirehli tanklar yeritdi,
Fəqət unutmadı altındakını!
Cınqırın çıxdımı barı bircə yol?
Mənim cüt qolumu zəncirlədilər,
Kündəyə saldılar ayaqlarımı.
Çəkib avtomatı “Molçat!” dedilər,
Qıyıqla tikdilər dodaqlarımı.
Mən sənin uğrunda atıldım oda,
Sən mənim uğrumda, ey üzüqara,
Barı heç olmasa otuz qəpiklik
Teleqram vurdunmu “yuxarılara”?
Cınqırın çıxdımı barı bircə yol?
Əlbəttə, vaxt olub – cınqırın çıxıb,
Hələ yumruğunu yalandan sıxıb
Mikrofon önündə bağırmısan da.
Bildiyin sözlərin udub çoxunu,
Dərhal düzəldibən qalstukunu,
Xalqı imdadına çağırmısan da.
Yambızın, ulğumun tərpənib ancaq,
Ürəyin qul qalıb içərində, qul!
Cılız qeyrətinə, cır şöhrətinə
Qarovul çəkmisən, ey qul, qarovul!
407
Yalandan iyrəncdir yarımhəqiqət,
İlan sümüyüdür boğazda yalan.
İlanlar, yalanlar torunda qalan
Ehtiyatlı oğlan, get sərbəst dolan!
Əli qanlıların qoltuğundasan,
Girdiyin deşiyə min dəfə sığın.
Kimsə medalına toxunmayacaq,
Yerində qalacaq deputatlığın.
Kişi gözlərimdə rentgen gücü var,
Bir gün qarşılaşsaq, söylə görüm sən
O yorğun başını qaldırıb naçar,
Gözlərimə baxa biləcəkmisən?
Moskva, Lefortovo zindanı,
5 nisan 1990
ZİNDANDA NOVRUZ BAYRAMI
Mənim solğun laləzarım,
gözü yaşlı novbaharım.
Cibi dolu, əli dolu,
qəlbi dolu gələn yarım.
Bir ağappaq süfrə açdı
üstündə yar səliqəsi.
Bir az kişmiş, bir az küncüt,
bir az badam, qoz ləpəsi.
Qurdaladı çantasını,
tapdı şəffaf salofanı,
Açdı, qoydu altıyeddi
romb şəkilli paxlavanı.
Şam yandırdı şölələri
necə parlaq, necə əziz,
Dəvət etdik, yanaşmadı
zər paqonlu keşikçimiz.
408
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Bu il Novruz bayramımız
bir az qəmli keçdi, Xəlil.
Nuş et, ağzın şirin olsun,
Sənsiz bayram heçdi, Xəlil!
Bu da körpə göy səməni –
xalan, bacın ərmağanı.
Süfrə birdən xatırlatdı
yaz nəfəsli gülüstanı.
Səmənidən ətri gəldi
doğma Milin, Muğanın da
Moskvanın qucağında,
Lefortovo zindanında.
Buğdanın hər dənəsindən
sanki bahar sıçrayacaq.
Gözə çıraq, qəlbə dayaq,
ovsuna bax... saçaqsaçaq.
Yolda azca sıxılsa da
yamyaşıldır hələ rəngi.
Göy səməni barbərəkət,
ilk baharın tər çələngi!
Keşikçi dost, qəbul eylə
barı bircə paxlavanı,
Azərbaycan naxışlıdır,
bu neməti sən də tanı.
Yanır şamlar... göz yaşları,
damladamla, giləgilə.
Şam ağlayır güləgülə,
şam yaşadır öləölə.
Göz nurunu, can şəhdini
cahan ilə böləbölə
Yanır şamlar...
pəncərədən gör silirmi qarı, buzu?
Şüşələrdən süzülür su,
hər damlası dan ulduzu.
Uçub gedir qəm kölgəsi
Məhəmmədin çöhrəsindən.
Dostları ilə paylaş: |