419
Deyir – qəbul edəsidir şəxsən məni kral özü.
Çağırtdırıb özü oğlum, bəlkə müjdə verəsidir.
Amanzaman tək balamsan, varımyoxum, canımgözüm,
Səni mənə bağışlasın, bu olacaq bircə sözüm.
Edam günü ağ geyinsəm, gəlib dursam ağ eyvanda,
Bil ki, sənə yoxdu ölüm, yoxdu ölüm bu cahanda.
Boğazına sabunlanmış kəndirilgək salınsa da,
İnan, tilsim qırılacaq əvvəlaxır, lap son anda.
Qara geysəm, demək, kral rədd eləmiş diləkçəmi.
Demək, qəmli fələk özü bəxtimizi qara yazmış.
Gəlib çatır edam günü zəhərlənmiş qılınc kibi.
Minmin yolçu qabağında bircə nəfər o “yol azmış”.
Göz yetirir: Ana durmuş ağ geyimdə, ağ eyvanda,
Başında ağ çələngi var, görkəmində bir əzəmət.
Anlayır ki, daha ona ölüm yoxdur bu cahanda.
Varlığına qüvvət axır, yerdəngöydən gələn qüvvət.
Gözlərinə görünmür heç neçəneçə qansız fərraş,
Sabunlu ip, ilan təki omba durmuş dar ağacı.
Azad ruhu al günəşdə addımlayır yavaşyavaş,
Buluddamı məğrur başı, qızıl quşmu qızıl saçı?
Bu əfsanə, bu həqiqət görün harda düşdü yada?
Moskvada alatoran, kəmnəfəs bir kamerada.
Həmən cavan mən özüməm, amma heyif anam yoxdur.
Doğma xalqım, anam sənsən, atam sənsən bu dünyada.
Nə təsəlli istəyirəm, nə son ümid, ürəkdirək.
Özüm sənə təsəlliyəm, özüm sənin ürəyinəm.
Ləyaqətim, mətanətim ağ başımda qızıl çələng.
Nə dizimdə titrəyiş var, nə gözümdə ələm, ya qəm.
420
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Mən onsuz da əbədiyəm, cahangirlər gəldigedər,
Bir gün edam meydanında başım getsə, verərsəm də can,
Sən yadların qarşısında heç bir zaman qara geymə,
Ey Ağ donlu Anam mənim, ağ çələngli Azərbaycan!
Moskva, Lefortovo zindanı,
12 mayıs 1990
***
Bu görüş bir möcüzəydi,
Sən yenə də gəlib çıxdın.
Ürəyimin alovuna
Sıxdım səni, bir də sıxdım.
Nə dilində bir ahnalə,
Nə gözündə göz yaşı var.
Dərdəqəmə öyrəşənim,
Ey bir azca solan bahar!
Hüsnün yenə qızılgüldür,
Bəs nə üçün rəngin qaçıb?
Zindanlardan keçən bahar
Saçlarında gülmü açıb?
Canımgözüm, təbiətdə
Baharın öz qaydası var.
Gedər, bir də qayıdar o,
Mütləq, mütləq o qayıdar.
Mən əminəm: bu dünyaya
Biz yenidən gələsiyik.
Aşıbdaşan bahar kibi
Bir də, bir də güləsiyik.
421
Bir az ağlar, bir az gülər,
Kədərli, şən Firəngizim!
Həsrəthicran yollarında,
Mətinləşən Firəngizim!
Mətin olmaq, cəsur olmaq,
İndi sənə yeni peşə.
Axı harda görünüb ki,
Bənövşə də dəmirləşə.
Ağlasaydın, kirpiyindən
Göygölümü içərdim mən.
Göygöl sənin kiçik bacın,
Sən ilahi məlakəmsən.
Sən ki, varsan bu aləmdə,
Zindan məni yıxa bilməz.
Aya əvəz, günə əvəz
Bir qüvvəsən – pak, müqəddəs.
Bir də duydum nəfəsini,
Necə böyük bir qismətmiş.
Beş dəqiqə səni görmək
Bir ömürlük səadətmiş.
Biz ki, üzüağ yaşadıq
Üzüqara bu aləmdə.
Üz ağlığı qüvvət verər,
Keçər kədər, uçar qəm də.
Bu görüş bir yuxu imiş,
Nə tez uçdun əllərimdən.
Bir ömürlük ətir aldım
O dən düşən tellərindən.
422
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Üzün günəş, özün aynam,
İşıqlandım işığında.
Hanı kədər? Bəlkə polad
Bir toqqadır qurşağımda.
Dərinlərdə dəfn edilmiş
Bir ağrımız, acımız var.
İkimizin bircə tacı –
Başda vüqar tacımız var.
Bizim ani görüşümüz
Bir az sevinc, bir az həsrət.
Hər yetənə qismətmidir
Tilsim qıran bu məhəbbət?!
Sən ki, varsan bu aləmdə
Zindan məni yıxa bilməz.
Min il keçə... ölümitim
Qabağıma çıxa bilməz.
Yeddi iyun görüş günü
Doqquzunda uçacaqsan.
Hara getsən, yalnız onu
Sevgimizi qucacaqsan.
Bir az ağlar, bir az gülər,
Kədərli, şən Firəngizim!
Həsrəthicran yollarında
Mətinləşən Firəngizim!
Moskva, Lefortovo zindanı,
8 iyun 1990
423
MƏN YENƏ DÖNƏCƏM AZƏRBAYCANA!
Burda havam çatmır... hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam, səma istərəm –
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram, dalıram Azərbaycana!
Yalnız anambacım, qardaşım deyil,
Vətənim – əbədi səadətimdir!
Minmin övladının biridir Xəlil
Vətənsiz iki qat, üç qat yetimdir,
Vətənim – əbədi səadətimdir!
Hər çayıçeşməsi səsim, nəfəsim,
Hər daşı bənzəyir lələ, mərcana.
Doğrayın, kəsin də lap kəsimkəsim
Təki qovuşdurun Azərbaycana!
Hər daşı bənzəyir lələ, mərcana.
Mütləq dönməliyəm doğma məkana
Bir az da qüdrətli, bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam, bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm, bir az da mətin.
Söküb zindanları, barmaqlıqları,
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram hər gecə yarı
Üzümdən nur düşür Milə, Muğana.
Hər gün qayıdıram Azərbaycana.
424
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Saqqalım ağsa da gənc anamdır o,
Ana uşağına dönürəm hər gün.
Ayna Göygölümdə, Maral gölümdə
Bir ay işığına dönürəm hər gün.
Ana uşağına dönürəm hər gün.
Gəlsəm, gələ bilsəm Azərbaycana,
Mənim gəlişimlə o yüksələcək.
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət, ləyaqət, qüdrət gələcək.
Mənim gəlişimlə o yüksələcək.
Zümrüd yağışına, ağ dumanına
Bürünəbürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünəsürünə gələsiyəm mən.
Nəfəsim kəsilsə... sürtüb üzümü,
Dağındandaşından qüvvət alacam.
Üzülsə qollarım, dişimlə tutub
Uğrunda bir daha qılınc çalacam.
Dağındandaşından qüvvət alacam.
Yoluma neçə min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla, ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm, ölə bilmərəm!
Ömrü məzar ilə bölə bilmərəm.
Mən yenə gələcəm Azərbaycana!
Şəninə şərqilər deyəcəyəm mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm mən.
Dostları ilə paylaş: |