437
Danış, tutulum oda,
Danış, nifrət rənginə boyansın
Gözlərimin qarası da, ağı da.
Danış ki, düşmən bizə unutdurmaq istəyir
Bu barədə söz salıb hələ danışmağı da...
Sən danışmasan belə xəyalımda canlanır
Yaz nəfəsli o günlər.
Təbrizin qucağında başlanan toydüyünlər.
Durulub çeşmələr.
Vurulub insan Vətənə, Vətən insana.
Qızıl qalstuklu balalar yolda yıxıladura,
Bülbül kimi cəhcəh vuravura
Qanadlanır məktəbə, məktəb ana dilində.
Açılıb filarmoniya
Səhnədə
Azərbaycan qızları...
Gözəl rəqs dəstəsi...
Gül kimi dodaqlarda nəğmələrin bəstəsi.
Açılıb milli teatr.
Məxmər pərdə sevincindən titrəyir
Mirzə Fətəlinin, Cabbarlının ruhu kimi.
Aydınqəzəbli bir şir, Gültəkin – ahu kimi.
Alqışlar bir şəlalə,
Lojalardan səhnəyə yağır bənövşə, lalə.
Ah, o günlər nə yaxşı, nə gözəl günlər idi,
Vətən bəxtəvər idi.
Bir ildə nələr oldu, ah, bilsən nələr oldu?
Bu bir ilə zülmət kimi kəsafətli illərin
Üzərində parlayan gövhər oldu, zər oldu.
Qovdu mənhus gecəni, işıqlı səhər oldu.
Heç bilsən nələr oldu?
Kaşanələr ucaldı, karxanalar quruldu.
Dəmiryolu çəkildi.
Torpaq birinci dəfə
Kəndlinin könül dolu sevincilə əkildi.
Nə gözəlmiş dünyada azad bir könül olmaq,
Çiçəklənən Vətənin döşü üstə gül olmaq.
438
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Nə gözəlmiş dünyada yaradasan, qurasan,
Vətənə öz əlinlə min bir sığal vurasan.
Vətəni qərq edəsən
Ürəyindən, gözündən axıb gələn nura sən.
Nə gözəldir dünyada azad qələmin ola,
Azad qəzetjurnalın.
İncilər yaradarmış sənət eşqin, xəyalın.
Nə gözəlmiş dünyada doğma mətbəən ola,
Şeirini sağasola çiçək kimi səpəsən.
O mətbəə qoxulu qızıl səhifələri
Gözlərinlə öpəsən, dodağınla öpəsən.
Vətəni başdanbaşa gülzar eləmək olar.
Biləndə ki sənindir
Vətən, hüquq, ixtiyar,
Neftin hər bir damlası gözlərinin qarası,
Pambığın hər ağ lifi gözünün ağı olar.
İnsan ana Vətənin yanan çırağı olar.
Sən bir ildə belə bir
Səadətə qovuşdun.
Dedilər ki, guya sən
Böyük cinayət etmisən.
Azərbaycanı müstəqil dövlət etmisən.
Sən bir cinayətə bax;
Təbrizdə, öz elində,
Azərbaycan balası dərs alır öz dilində.
Sən bir cinayətə bax: allahsız Mirzə Fətəli,
Dinsiz Möcüz
“Qızıl səhifələr”də nəşr olunur.
Sən bir cinayətə bax, belə şey haçan olmuş:
Təbrizin qucağında universitet açılmış!
Sən bir cinayətə bax,
Füzulinin, Qövsinin daha əlyazmasını
NyuYorka, Londona daşımaq mümkün deyil,
Quldurlar üçün belə yaşamaq mümkün deyil.
Sən bir cinayətə bax: kəndli torpaq istəyir.
Qızılgüllər açılmaq, günəş doğmaq istəyir.
439
Sən bir cinayətə bax: atıb zülmət çadranı
Kəndin qızı Səriyyə tribunaya qalxır,
Onun gözəl hüsnünə dolu bir salon baxır.
Təbriz. Saat meydanı, baharın ilk günləri,
Yaxalarda, əllərdə Novruzun al gülləri.
İzdiham dalğadalğa, izdiham aşıbdaşır.
Görün bahar gülləri Təbrizə nə yaraşır.
Elə bir gün olubmu Təbrizin tarixində
Əlindəki çiçəklər bu qədər gözəl olsun?
Bənövşəsi bu qədər zərif, gülgün, ətirli,
Həmişəbahar gülü bu qədər təzə olsun.
Ana Təbriz, cavab ver, min illik tarixində
Belə xoş gün olubmu?
Başın üstə parlayan günəş, bahar günəşi
Heç ömründə bu qədər təmiz, gülgün olubmu?
Olubmu gözlərində bu qədər sevinc nuru,
Addımında bu qədər nəcib insan qüruru.
Bağçaların bu qədər ətirli olubmu heç,
Bulaqların, çayların bu qədər şəffaf, duru?
Əzəmətli bir bina, sən bir nəzər sal ona,
Deputatlar qapıdan keçib girir salona.
Gəlir xalq elçiləri, xalqın deputatları.
Yaxalarda, əllərdə qırmızı mandatları.
Deyin, bu salonmudur, yoxsa bir laləzardır?
Cərgələr gül cərgəsi, yoxsa səyyar bahardır?!
Al qırmızı mandatlar lalələrə qarışıb,
Üzüngözün şöləsi şölələrə qarışıb.
Birbirinin üstünə qızılgüllər səpən kim,
Birbirini sevincdən qucaqlayıb öpən kim.
Əhər Təbrizi öpür, Təbriz Əhəri öpür,
Şəhər kəndə qarışıb, kəndlər şəhəri öpür.
Xitabət kürsüsünün yanındakı güldanda
Birbirinə sarmaşan güllər gülləri öpür.
Ana Təbriz, can Təbriz, belə günün olubmu?
Milyon qəlbi güldürən təlatümün olubmu?
Buna iclasmı deyim, qurultaymı deyim mən?
Ya sevincdən yaranmış coşqun çaymı deyim mən?
440
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Mənə iclas göstərin
Azadlığın eşqilə qanadlanan könüllər
Quş kimi uçmuş olsun?!
Bütün pəncərələri günəş öz əllərilə
Taybatay açmış olsun!
Qarşıda böyük stol,
Üstündəki al örtük elə bil dan yeridir.
Ya sübh çağı Xəzərin qızıllanan yeridir.
Rəyasət Heyətində
Vətənimin ən gözəl oğulları, qızları.
Azərbaycan günəşi, Azərbaycan baharı,
Divardakı şəkildə budur, Doktor Ərani,
Öz ildırım səsilə silkələyən İranı!
Budur, gözəl Firudin, Vətənimin ər oğlu,
Böyük arzular oğlu, təmiz diləklər oğlu.
Budur Azad Vətəni, Qulu Sübhi, Səriyyə,
Bir baxın çöhrələrdə açılan al səhərə.
Bəs hanı Pişəvəri? Budur, girir salona,
Atılan güllər düşür sağına, ya soluna.
O hamıyla görüşür, qucaqlaşır, öpüşür,
Açıq pəncərələrdən salona günəş düşür.
Açılır gənc dövlətin birinci qurultayı,
Alqışlar nəhrə dönür, nəhrlər guruldayır.
O, alqışlar altında ucaldır öz səsini,
Oxuyur azadlığın ilk bəyannaməsini.
Açılır ilk qurultay! Açılır səhər.
Açılır arzuların yolu,
Açılır arzularda, düyünlər.
Açılır min il nisgilli qalan könüllər.
Açılır
Bağlarda, çəmənlərdə könüllərdəki güllər.
Güllər və könüllər, könlümdəki sellər.
Buludu yarıb çıxan al qırmızı günəş tək
İşıqladır salonu bir kəlmə söz:
Azadlıq!
Səsimə – ünümə azadlıq!
Dostları ilə paylaş: |