445
ƏFSANƏLİ BİR ÖLKƏ
Akademik Həsən Əliyevin “Həyəcan təbili”
kitabını oxuyarkən aldığım təəssürat ilə
Nabran. Xəzinələr qucağındasan,
Sağın zümrüd dəniz, solun göy meşə.
Bəlkə nəhayətsiz gül bağındasan,
Dönmüsən eşq ilə sehrlənmişə.
Seyr et bu lətafət guşələrini,
Ürək qaqqıldayıb uçmaqmı istər?
Meşələr uzadıb rişələrini
Xəzər gülabını içməkmi istər?
Nəfəs al bu yerdə yetmiş ciyərlə,
Əyil, öp, sığalla qız reyhanları.
Bacarsan, qolunu o qədər aç ki,
Sığışdır köksünə asimanları.
Bu gün sən özün də ətir saçırsan,
Köksündə qolboyun çayların gücü,
Səma gözlərini geniş açırsan,
Bütün gözəlliyi nuş etmək üçün.
Cəmi beş addımdır axarın yolu,
Xəzərə can atır gözgöz çeşmələr.
Duzlu su, şirin su qolboyun olur,
Elə bil badələr nuş edir Xəzər.
Üzürsən dənizdə. Birdən duyursan,
Ayağın altında qaynar bulaq var.
Dayanır, bir az da qumu oyursan,
Apaydın bilinir gizli bulaqlar.
Soyuq su içində isti çeşmələr,
İsti su içində soyuq bulaqlar.
446
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Dalğa qayaları eşər, eşmələr,
Hərdən fişəng atar qızıl balıqlar.
Harda, hansı yerdə bu möcüzə var?!
Astara. Son payız. Ormanlar qızıl.
Səpilib yollara gör nə qədər zər.
Qarşıda bir ağac – qızıl, qırmızı
Min gözəl içində bir ərə bənzər.
Mis kimi qızaran zoğlar xəncəri.
Bəlkə ağac deyil, sönən şimşəkdir?
Bəlkə qana batmış pəncələrini
Səmaya qaldıran xallı pələngdir?
Yox, qızıl meşənin başındakı tac –
Dəmirağacdır bu. Mətin, mərd ağac!
Hələ Nil ağacı – Azat ağacı
Şəkilə döndərib solan yamacı.
De, bəs hardan gəlir o balta səsi?
Kimdir balta çalan öz ayağına?
Kəsilmiş gövdənin axır şirəsi,
Ağlayır hardasa təbiət ana.
Gedirsən od kimi, ildırım kimi,
Yaralıya məlhəm aparmalısan.
Cəllad baltasını, kor hərrəsini
Nadan əllərindən qoparmalısan!
Nə çıxır rastına yolda? Bir atəş –
Orman ətəyində cahil tonqalı.
Vurub söndürsən də təpiklə, əllə,
Bağrında sönməyən cəhənnəm qalır.
O gecə meşələr yuxuna girdi,
Guya sən meşələr hökmdarısan.
Meşələr dənizlə səssəsə verdi,
Dənizdə nurani, ağsaqqal tufan.
447
Əfsanəli bir diyar var
Bu dünyada, bu dünyada.
Yaqut diyar, zümrüd diyar...
Bu zümrüdü vermə bada.
Gözdə qara bəbək kimi
Göy Xəzərdə neçə ada.
Bircə damcı ləkə düşsə,
Min göz sönər bu dəryada.
Qızıl balıq sürüləri
Su altında bənzər oda.
Bu sualtı məşəlləri
Vermə bada, vermə bada.
Küsər bizdən Vaqif şeiri,
Yaşılbaşa dəysə qada.
Vaqiflərə ömür verən
Bir ana var bu dünyada.
Əli, könlü daim açıq
Həm yaxına, həm də yada.
Sən bu açıq xəzinəni
Qoru, oğlum, vermə bada!
Elə bil yuxuymuş o nur, o işıq,
İndi yeddi torda görünməz biri.
Saflara, paklara bənzəyir balıq,
Təmizlik axtarır əzəldən bəri.
Əlli üç arşınlıq nəhəng bir buruq
Sudan kəhkəşana nərdivan kimi.
Əlcəkli, kaskalı, dəmir geyimli
Fəhlələr güləşçi pəhləvan kimi.
Buğlanabuğlana isti bir boru
Dənizin dibindən qalxır yuxarı.
448
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Fəhlələr silgəclə silir məhlulu,
Dəyir sifətlərə gilin buxarı.
Sənsə tutulmusan qara buludtək,
Gəlib yanaşırsan məhlul camına.
Gilif açıq qalıb. Bəs hanı kipçək?
Hiddət alov kimi dolur canına.
Hanı kipçək? Açıb ipək şərfini,
Gilifin ağzını kip bağlayırsan.
Elə bil yaralı, mavi nəhəngi
Həkim qollarınla qucaqlayırsan.
Dəniz səbirlidir, dəniz dözümlü.
Gərək biz dözməyək! Qaçıb bənizin.
Quruda qızıldır, suda zəhrimar
Hudron, turşu, mazut, solyarka, benzin!
Sənə min göz gərək, min qanad gərək,
Bütün gəmiləri yoxlamaq üçün.
Xəzinə Xəzəri özü boydaca
Mavi gövhər kimi saxlamaq üçün!
Dəniz qüdrətlidir, dəniz möcüzə.
Dərdləri əridən mərdlərə bənzər.
Hanı qucağında gedərgəlməzə
Gedən donanmalar, batan gəmilər?
Hər şeyi əridir dəniz: poladı,
Tuncu, qraniti, mərməri, misi!
İbrət al dənizdən, sən də dənizləş
Ey könül memarı, ruh mühəndisi!
Baxın sahildəki tirə, kötüyə.
Hər ikisi yamyaş, sığallı, ütük.
Tir – qılınc balığa bənzəyir bir az
Köpək balığına bənzəyir kötük.
449
Yoxlasan, kötüyün, tirin canında
Bir az brom da var, bir az yod da var.
Yosunlar ilişib düyünlərinə
Düyündə bir azca duzlu dad da var.
Qoynunda yadları doğmalaşdırır,
Özgəni özünə bənzədir dəniz.
Hifz edir ağırı, atır yüngülü,
Həmişə cavandır, həmişə təmiz.
Bizimçin Xəzərdən başlanır cahan,
Çünki biz Xəzərin balalarıyıq.
Qalalar sahildə sakit dayanar,
Biz onun gəzəyən qalalarıyıq.
Güclüdür deyirsən Azərbaycanım!
Xəzər dənizinə oxşayır o da.
Öz ruhunu verir Milim, Muğanım
Külək qanadında, quş dimdiyində
Uzaqlardan gələn toxumlara da.
Sən tarix yoluyla bir az asta get,
Gör neçə nəhr axıb bu dəniz yurda.
Bülqədər, amazon, xələc, massaget...
Tayfalar qaynayıbqarışıb burda.
Bulqar, binəvəyan, alan, alban, hun,
Avar, ləzgi, qumıq... – şöhrətimizdir.
Böyük Azərbaycan kainatında
Birləşən selablar qüdrətimizdir!
Yaşasın hər qəlbin xəzərləşməsi,
Dəniz cürətimiz, dağ varlığımız.
Bütün süfrələrə çörək çatdırır
Bizim təndirimiz, dəyirmanımız!
Dostları ilə paylaş: |