|
Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyükBu səhifədəki naviqasiya:
- Moskva, Lefortovo zindanı, şənbə, 9 iyun 1990
- Moskva, Lefortovo zindanı, çərşənbə, 4 iyul 1990 DÖYÜŞ YOLU UZUNDUR
- XƏLİL RZA ULUTÜRK
- Moskva, Lefortovo zindanı, 6 avqust 1990 MAMIR
- Moskva, Lefortovo zindanı, 16 avqust 1990
- Moskva, Lefortovo zindanı, beşinci gün, 14 eylül, 1990
425
Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram, inan.
Dərbənddən Səlyana, Zəncana qədər
Onu yetmiş qolla qucaram, inan!
Tay qanadımla da uçaram, inan.
Qaldırın bu ağır daşı üstümdən,
Göygöldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana!
Göygöldən su səpin bu yanar cana.
Haray, ey nəfəsim, ey qardaşlarım,
Məlulməlul baxan arkadaşlarım.
Yandırar aləmi bu göz yaşlarım,
Siz məni qaytarın Azərbaycana!
O qızıl günəşə and içirəm ki,
Dünənəm, bu günəm, gələcəyəm mən!
Baxmayın şairin yolu bağlanıb
Tullayıb çiynimdən dəmir dağları
Özüm Vətənimə gələcəyəm mən!
Dünənəm, bu günəm, gələcəyəm mən!
Səni qucasıyam, ey doğma elim,
Məni vüsal günü – o gün yaşadır.
Gözümdən bir damla yaş axsa, bilin:
Dünyanın birinci sevinc yaşıdır.
Məni vüsal günü o gün yaşadır.
Moskva, Lefortovo zindanı,
şənbə, 9 iyun 1990
426
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
QORXMA, MƏN SARSILMAZ DAĞ QALASIYAM
Sən orda yuxusuz, mən burda oyaq
Başımın altında əllərim daraq.
Gözlərim yoluna göz dikən çıraq,
Ötən ağ günləri an, Firəngizim!
Ey dünən göylərdə uçan nazənin,
Hanı ilk atəşi, odu busənin?
Bu gün alovlandı köynəyin sənin
Alış Firəngizim, yan Firəngizim!
Bilirəm yatmırsan sən gecələri,
Açırsan nə qədər bilməcələri.
Bağrındı sökülən, yoxsa dan yeri
Bağrı dan yeri tək, qan, Firəngizim!
Bu əjdaha soylu qanlı dəryada
Mən dəmir adayam, sənsə qum ada.
Sən də dəmirləşə, tunclaşa bilsən,
İnan, yetəcəyiz bir də murada.
Bu incə hikməti qan, Firəngizim!
Sən mənim nicatım, qurtuluşumsan,
Dayağım, varlığım, ağlım, huşumsan.
Başımda çələngim, dövlət quşumsan,
Gəl, polad çiynimə qon, Firəngizim!
Haqqın daş məhbəsi sökən gücü var
Ahımdan əriyir beton divarlar.
Sən şair qadını, çələngin – vüqar
Bükmə qanadını, Aya, Marsa var.
Yoxdu qeyrətinə son, Firəngizim!
Ayağım qandallı, içərim azad
Yetim bir dürrəm ki, sədəflə təzad.
427
Mənə bir kağız ver, bir qələm uzat
İldırım qələmi yon, Firəngizim!
Zülmət kamerada arslan bürcüyəm,
Göyün dayağıyam, yerin gücüyəm.
Yarsam bu zindanı el sevinciyəm
Dustaqlıq man deyil, man, Firəngizim!
Qorxma, mən sarsılmaz dağ qalasıyam,
Minmin ölüm gələ, sağ qalasıyam.
Sabah azad olub hayqırasıyam:
Canım ay azadlıq! Can Firəngizim!
Moskva, Lefortovo zindanı,
çərşənbə, 4 iyul 1990
DÖYÜŞ YOLU UZUNDUR
Ey müqəddəs, ey əziz,
Mehribanım Firəngiz.
Dərdim, qəmim, umudum,
Göz işığım, can odum.
Yəqin, rusca yazdığım,
Diləkçəmi oxudun.
Divaramı söykəndin,
Ya kamanda ox oldun?
Barmaqların titrədi,
Yoxsa, əlində kağız,
38 il öncə
Gördüyüm bənövşə qız.
Yəqin, güman etdin ki,
Halım xeyli yamandır.
428
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Yıxılmışam yatağa
Öylə bilmə, amandır.
İnan gözüm, gözəlim,
Nə xəstəyəm, nə qəmgin.
Sənə vüqar yaraşır,
Mənə ləyaqət, təmkin.
Mən bir dağ qartalıyam,
Sən uca Şahdağımsan.
Mənim dirilik suyum,
Tükənməz bulağımsan!
Göndərdiyin almalar
Ayım, dan ulduzumdur.
Sil gözünün yaşını,
Döyüş yolu uzundur.
Moskva, Lefortovo zindanı,
6 avqust 1990
MAMIR
Dəmirbeton divarda
Gör harda bitmiş mamır.
Görünməz yarasından
Sanki yaşıl qan damır.
Zərif məxmərə bənzər
Quru sementin üstə.
Havasızlıq ucundan
Bəlkə bir azca xəstə.
Nə yellər onu oxşar,
Nə qasırğa, nə də qar.
Nə ulduzu, nə ayı,
Nə günəşi qarşılar.
429
Xəzər düşür yadıma,
Xəzər qayalarında
Mamır da getmiş bada,
Yosun da getmiş bada.
Çoxu yanmış, qaralmış
Solmuş ipək telləri.
Qayaları çatladır
Radiasi zəhəri.
Sönmüş dəniz ulduzu,
Qızıl balıqlar hanı?
Mamır gəlib... özünə
Məskən seçib zindanı.
Burda mamır göyərər,
Arzudilək göyərməz.
Bircə nərgiz, bənövşə,
Bircə çiçək göyərməz.
Sibirdə, Kalımada
Qanlı, qansız qovğada.
Nə göz yaşı, nə fəryad,
Nə ah yetmiş imdada.
Kainatın əşrəfi
Tüstüyə, külə dönmüş.
Göy yosuna, mamıra,
Torpağa, gilə dönmüş.
Yaş divarda daş sement,
Ağarır yenə dişdiş.
Arzular solan yerdə
Xəstə mamır göyərmiş.
Moskva, Lefortovo zindanı,
16 avqust 1990
430
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
QÜRUR TÜRKÜSÜ
Nə yaxşı ki, dustaqlığım düşdü gənclik çağlarıma,
Özüm dəmir bir qəfəsdə, addımlarım poladdandır.
Yıldırımlar heyran qalır gözümdəki yıldırıma.
Yanar dağlar qanımdakı saf atəşdən, saf oddandır.
Özüm dəmir bir qəfəsdə, addımlarım poladdandır.
Nə yaxşı ki, dustaqlığım düşdü gənclik çağlarıma,
Varlığımda ərşingürşün, kainatın qüvvəsi var.
Damarlarım hələ dözür nifrət, qəzəb çaylarına,
Nəfəsimdə ləngər vuran dörd ümmanın nəfəsi var,
Varlığımda ərşin, gürşün, kainatın qüvvəsi var!
Barmaqlıqdan sızıb gələn bircə şüa mənim bəsim,
Gözlərimdə şüa dönüb atəş olur, günəş olur.
Nə qəm, səma – doğramdoğram, nə qəm göylər kəsimkəsim
Alnım – qaya, qanım – dərya, ruhum – tufan, özüm büllur,
Gözlərimdə şüa dönüb atəş olur, günəş olur.
Bir cüt qolum qucaqlayıb Qaf dağını, Himalayı.
Qanyaş tökən Arazla Kür saçlarımda itib batıb.
Dağ sinəmdə ərimişdir neçə min ton qurşun layı,
Pusqudadır qoca timsah, elə bilmə susub, yatıb.
Qanyaş tökən Arazla Kür saçlarımda itib batıb.
“Kalaşnikov” avtomatlı qarı düşmən, havalanma.
Everestdən xeyli yüksək bir zirvənin başındayam.
Top at, tank ol, qır, güllələ, fəqət məni ölmüş sanma,
Qana batmış planetəm, aç gözünü, qarşındayam.
On min ildir yol gəlirəm, hələ gənclik yaşındayam!
Moskva, Lefortovo zindanı,
beşinci gün, 14 eylül, 1990
Dostları ilə paylaş: |
|
|