398
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
QANIM
Ay haray, gözü qanlı,
Cığırı, izi qanlı.
Özü qanlar tökürkən
Yad tutdu bizi qanlı.
Bir yanım məzarıstan, üstündə gül dağları,
Bir yanım şəfa evi, yüzyüz sinə dağları.
O gün fəryad qoparan bir muğamat ziliydim,
Dərdin, qəmin, qəzəbin gəzəri heykəliydim.
O gün damarlarımda axan qanım Arazdı,
Beş yüz, min yaralıya qan versəm yenə azdı.
Daş asfaltı yandırdı tüstülənən dörd təkər,
Cüt qolumu arxadan burub zəncirlədilər.
Olmadı qismət mənə,
Gedəm şəfa evinə.
Orda yüzyüz yaralı dəmir çarpayılarda,
Kimi gipsin içində, bir ayağı məzarda.
Kiminin başı üstə qoşa qoltuq ağacı,
Kiminin kədər tacı – qanla daranmış saçı.
Kiminin boğazında, böyründə rezin boru,
Söndürülmüş hüsnündə sönməz kişi qüruru.
Kuklasından yenicə ayrılmış bir balaca
Yüz illər gəlib keçə... xatirimdə qalacaq.
Uzun kirpiklər enmiş, solğun sifət sapsarı,
Cocuq unuda bilmir nərildəyən tankları.
399
Yuvalar pərənpərən, orda quşlar yaralı,
Yad çəkmələr altında dağlar, daşlar yaralı.
Üstündə qan göllənən göy çəmənlər qırmızı,
Hələ çiçəklənməmiş yasəmənlər qırmızı.
Cinayət mərkəzindən xeyli uzaq, aralı
Tüstülərdə qaralan zeytun, xartut yaralı.
Bitib meyvə yerinə şaxələrdə qurğuşun,
Alqırmızı boyanıb ağ boğazlı qu quşum.
Qırmızıya çırpılır “Çahargah”ın nəvası,
Toybayram ölkəsinə kim gətirdi bu yası?
Barmaqlıq arxasında yumruğunu sıxır qəm,
Düşünürəm, gəzirəm, əlimdə dəftərqələm.
Şüşə borucuqlarda axsa da, axmasa da,
Ordadır qanım mənim.
Dönüb yüz ildırıma, çaxsa da, çaxmasa da,
Ordadır qanım mənim.
Sal qayanı dağıtmış palıd rişələrində,
Balasını itirmiş ağlayan maralların
Süd dolu döşlərində!
Ordadır qanım mənim,
Tonqal şölələrində axan Araz çayında.
Sərhəd dirəklərindən tonqallar çatanların
Cəsur hayharayında!
Ordadır qanım mənim,
Xəlil Rza uğrunda çarpışan igidlərin
Nəfəsində, səsində.
400
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Zeynal qızı Könülün nakəslərə, kəmlərə
Açılan şilləsində, yumulan şilləsində!
Qəbrə gömülə bilər yalnız cismim, bədənim.
Fəqət türk ləyaqətim daim cəngdədir mənim.
Bas bağrına şeirimi,
Bəlkə qanın kəsilə,
Ey göz yaşını silən,
ey yaralı Vətənim!
Moskva, Lefortovo zindanı,
11 mart 1990
AĞ PAMBIQDA BİR DAMLA QAN
Mən dustaq geyimində
əynim, pencəyim qara.
Sən ağxalatlı gözəl.
Sən dönmüsən ağappaq güllər açan bahara.
Sənin əlində neştər,
mənim bağrımda yara.
Al qanımı süzürsən
şüşə borucuqlara.
Sən ağgünlü məlakə,
mən ağsaqqal bir qoca.
Elə bil baharla qış
dayanmışdır ucuca.
Ortancıl barmağımı sıxırsan, hey sıxırsan,
Sağ əlimdə azdı qan, buyur, sol əlimdən al.
Təbəssümlü gülcamal,
buyur, sol əlimdən al.
Azərbaycan öyrəşib öz qanını verməyə,
Azərbaycan öyrəşib öz canını verməyə.
401
Olub qalan, qalmayan imkanını verməyə.
Al canımı gülcamal,
qanım halaldı, kam al.
Büllur borucuqların dolur qanımla birbir
Şüşələr lalələnir,
əksi düşür ovcuna.
Azca pambıq qoyursan
barmağımın ucuna.
Xəyalımda canlanır ucsuzbucaqsız çöllər,
Ağ pambığı təzətər.
Üstündə pambıq lifi sənin yaşda gəlinlər.
Tarladanmı gəlirlər?
Sən ağgünlü bəxtəvər,
Barmağında brilyant,
dırnağında manikür.
O qızların başına günəş göydən od tökür.
Nə manikür biliblər ömür boyu, nə boya.
Onlar bambaşqa dünya.
Səndən gül ətri gəlir, o qızlardan çöl ətri.
Yonca, taxıl qoxusu, xırman, ocaq, kül ətri.
8 mart bayramında kavaler dostlarından
Sən “Krasnı Moskva”, ya da “Loriqan” umursan,
Bəlkə eşitməyiblər onlar hələ bu sözü.
Sənin əlində neştər, onlarınkı – bel, yaba.
Kərənti, kətmən – qaba.
Qışda yaraşır sənə qara şuba, ağ əlcək
Sağlıqla gey, mübarək.
Orda əllər görmüşəm.
Heç bilmirəm əldimi, yoxsa ocaqda odun?
Nəfəsli iş aləti – kişiləşən bir qadın.
Orda gözlər görmüşəm –
quyu dibindəcə su,
ərşə çıxıb yuxusu.
402
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Orda çöllər görmüşəm,
ağappaq pambığında gözə görünməyən qan.
Ovcunda neçə milyard pambıq çanağı tutan
qan dəryası Mil, Muğan.
O qanlar sızıb gəlir
qızların, gəlinlərin qızıl barmaqlarından.
Ey mənim barmağımdan damladamla qan alan,
On barmağım sənindir, al qanımı, canımı.
Azərbaycan öyrəşib öz qanını verməyə,
Azərbaycan öyrəşib öz canını verməyə.
Olub qalan, qalmayan imkanını verməyə.
Moskva, Lefortovo zindanı,
12 mart 1990
HƏSRƏTƏ DÖNDÜ
Hər şey həsrətə döndü:
dadlı bahar çağında.
Türkanın qucağında,
Öz əlimlə saldığım
ləklərin qırağından
gəlib keçmək də həsrət.
Sübhün bal havasından “oxay” deyib
bir içim alıb içmək də həsrət.
Hər şey həsrətə döndü:
şənbə günü, dan üzü
Firəngizli yollara
eyvandan baxmaq həsrət.
Ətrindən məst olduğum
bir iydə budağını
köksümə sıxmaq həsrət.
Hər şey həsrətə döndü olub tənha, sal qaya
neçə milyard dalğaya,
köksümü gərməyim də.
Dostları ilə paylaş: |