65
İpəklə pambıqla gizli baş kəsib,
Aşkar xalq adından çərənləyənlər!
And olsun, on bir ay çimir etmədən
Ona keşik çəkən Rəfiqəsinə,
Gəlin yaraşıqlı Sədaqətinin
Toyunu gözləyən ata hissinə.
And olsun təyyarə qanadlarında
Uçan Yusifinin od nəfəsinə.
Gözünün ziyası Ziya balanın
Solğun üzündəki yaş ləkəsinə.
Qarlı kirpiyindən yağış süzülən
Bu çiskin şaxtaya, qışa and olsun.
Odlu bir ürəyi soyuq köksünə
Sıxan yaş torpağa, daşa and olsun.
Kişilər çiynində gedən tabuta,
Bayraq tək əyilən başa and olsun.
Qələmdən süzülən ciyər qanıma,
Gözümdə quruyan yaşa and olsun:
Biz də nə qədər ki, aləmdə sağıq,
Onu örnək bilib yaşayacağıq,
Onun dərdlərilə vuruşacağıq!
Torpaq, qəbul eylə bu xəzinəni,
Əgər ölmüsənsə, diril, gəl cana.
Bu cür bahadırlar yetişdirirsə,
Demək, zaval yoxdur Azərbaycana.
Ulduzlarla dolu göyü fikirləş,
Sən onu nə zaman yad etsən, ansan.
Batandan sonra da yaşayır günəş,
Ölürkən doğulur günəşcil insan.
Bakı, 17 dekabr 1974
68
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Sinifsinif boy atmır,
sinifsinif kiçilir.
Mənim bacım, qardaşım!
Sevinc yaşım, qəm yaşım!
Dodaq büzsə kim sənə,
çək Araz sahilinə,
Göstər ona bu tayın
könül kainatını.
Əlli ilin içində
beş yüz illik yol keçmiş
Mərdlərin səbatını.
Cabbarlı büsatını.
Vurğun istedadını!
Mərd olmusan, yenə mərd ol!
İpəksənmi? Bərki! Sərt ol!
Bütün dilləri öyrən
yaşatmaqçın dilini.
Bütün elləri sev sən,
sevirsənsə elini.
Ana torpağın altda
yata bilməz Füzuli,
Ana torpağın üstə
səslənməsə qəzəli.
Mənə elə gəlir ki,
Muğanımda, Milimdə
Sünbüllər də səslənir
mənim ana dilimdə.
Danış, xəbərdar elə
Təbrizdəki valini.
Dilimə xor baxanın
Qopardaram dilini.
Mən xalqımın şeirinə,
sənətinə qurbanam.
Azərbaycan sözünün
saitinə qurbanam,
samitinə qurbanam!
12 aprel 1975
69
DAŞDAN ÇIXAN SU
Başım üstə bir parça göy,
əllərimdə odlu külüng.
Hiddətimdən daş yarılır
parçaparça, bölükbölük.
Bayır soyuq, bura isti,
orda külək döyür qarı.
Burda mənim nəfəsimdən
qalxır alov sütunları.
Quyudayam! Elə bil ki,
əynimdədir Yer kürəsi.
Daşdan qopan qığılcımı
çırpır daşa tər qətrəsi.
Külüng dözmür, qələm verin,
çalım daşa gürzüm ilə.
Yarmalıyam daş tavanı
gücüm ilə, qeyzim ilə.
Quyu bir az qaranlıqdır.
yarı tüstü, yarı duman.
Mənə qollarım dayaqdır.
Ayrı şeyə gəlmir güman.
Ürək vurur yeyinyeyin,
İş yeriyir aramaram.
Mən külüngün ağzı boyda
tavandan daş qopardıram.
Daş tavanın vicdanı yox,
o anlamır, bilmir nədən:
İradəmiz milyon dəfə
qüvvətlidir zəlzələdən!
Quyu dibi qaranlıqdır,
quyu başı aydın, açıq.
Çıx, ey bulaq,
çıx, ey günəş,
bu zülmətin dibindən çıx!
Nə tanrıyam, nə peyğəmbər,
ancaq mənə sən qulaq as:
70
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Nəfəsimin alovundan
doğmalıdır ömrümə yaz!
Laylara bax sırasıra,
gil təbəqə, daş təbəqə.
Quru qatın özülündə
nəm təbəqə, yaş təbəqə.
Bu qatlarda su cığırı
rişərişə, damardamar.
Gah belimə, gah dizimə
damarlardan damcı damar.
Yetər, könül, nəfəs dərdin,
yolunyeraltı bir dağdır.
Sənin üçün böyük dinclik
çırpışmaqdır, vuruşmaqdır!
Sən ki, dəmir qayalara
verdin polad dizlərini,
Mən bilirəm: kor quyunun
açacaqsan gözlərini.
Abihəyat vədəsilə,
ey igidlər udan quyu,
Söylə neçə dağçapanı
təşnə qoydun ömür boyu?
Yol ver mənə, çopur qaya,
bu zirehi yarım keçim.
Laylar mənim od ovcumda
dağımdağım, deşimdeşim.
Ling sındı,
Ver təzəsini,
Çıxmalıdır bu daşdan su.
Ağ ildırım kimi lapdan
çaxmalıdır bu daşdan su.
Nə qəm, çətin çıxırsa su,
Çətinliklə qazandığın
əziz olur.
Daşdan çıxan bulaq suyu
təmiz olur, təmiz olur.
1976