96
şagirdlər əldə etdikləri faktlar əsasında fikir yürütmək, fikirlərini mətnin
hissələrinə müvafiq qruplaşdırmaq bacarıqlarını inkişaf etdirirlər
Nəticə:
Şagirdlər öyrənirlər ki, “Koroğlu” eposu şifahi xalq
ədəbiyyatının ən möhtəşəm əsəridir. Yəni orada qoyulan məsələlər heç vaxt öz
dəyərini itirmir. Hər dövr üçün təravətini qoruyub saxlayır. İndi torpaqlarımızın
taptaq altında olduğu bir dövrdə Koroğlu qəhrəmanlarından öyrənməyə dəyər.
Yaradıcı tətbiqetmə:
“Koroğlu” dastanının qollarından birini əlavə ola-
raq oxumaq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
§47. Dəmirçioğlunun Çənlibelə gəlməsi
(III hissə – 1saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
1.1.1
Az.t. –
3.1.1.
Coğ. –
3.2.1.
Əd. –
2.2.1.;
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.1
2.1.2
3 Mətndəki söz və ifadələrin mənasını sintaktik
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük və kiçik qruplarla iş
Dərsin üsulu:
Beyin həmləsi, müzakirə, söz assosiasiyası
Resurslar:
Dərslik, elektron lövhə.
Motivasiya:
Müəllim “Koroğlu” dastanını sinfə gətirir. Şagirdlər kitabı
vərəqləyir, əsərin həcmi, hissələri barədə vizual məlumat alırlar.
– Uşaqlar, dastanın hansı hissələri haqqında məlumatınız var? Şagirdlər
bildiklərini deyirlər.
Tədqiqat sualı:
– Deyə bilərsinizmi, “Dəmirçioğlunun Çənlibelə gəl-
məsi” qolu dastanın neçənci qoludur və nə üçün bu qol belə adlanır?
Tədqiqatın aparılması:
Şagirdlər də artıq müəyyən dərəcədə bu qol
haqqında məlumatları olduğu üçün tədqiqata mətnin 3-cü hissəsinin oxusu
ilə başlayırlar. Nitqlərində məntiqi vurğudan istifadə edərək mətni oxuyurlar.
Çap üçün deyil
97
Bu 2.1.2. alt-standartının reallaşdırılması üçündür(çalışma 1). Sonra “Sözlük”
və “Söz ehtiyatı”ndakı sözlər şagidlərə izah edilir, onların mətndəki işlənmə
yerlərinə diqqət yetirilir, bəziləri cümlə içərisində işlədilir.
Müəllim şagirdlərin diqqətini 1.1.1 alt-standartının reallaşdırmaları üçün
2,4-cü çalışmaların icrasına yönəldir. Bu zaman şagirdlər mətndəki əsas fikri
müəyyənləşdirir, mətni rollar üzrə oxuyaraq onun planını hazırlayırlar. Daha
doğrusu, dərslikdə verilmiş planla öz planlarını müqayisə edib dərslikdəki pla-
na dəyişiklik barədə düşünürlər. Bu işdə onlara müəliim kömək edə bilər.
Sonra müəllim şagirdləri qruplara bölür. 1.1.1. alt-standartının
reallaşdırılmasında 3-cü çalışma da çox əhəmiyyətlidir. Qrup daxilində şagirdlər
ədəbi dilin normalarına uyğun olaraq mətn üzrə suallar tərtib edir; sualların
düzgünlüyünü təsdiq etmək üçün qruplar bir-birinin işini qiymətləndirirlər.
2.1.1 alt-standartının reallaşdırılması üçün 5-ci çalışmaya müraciət
edilir. Şagirdlər seçilmiş sözlərin tələffüzünü qarşısında yazaraq, vurğunu
müəyyənləşdirirlər.
Şagirdlərin rabitəli yazı vərdişlərini inkişaf etdirmək məqsədilə 3.1.1;
4.1.3 alt-standartlarının tələblərinə uyğun olaraq 6-cı, 7-ci çalışmalara
müraciət edilir. 6-cı çalışma müvafiq durğu işarələrinin qoyulması qaydasının,
7-ci çalışma isə 2-ci dərəcəli üzv olan zərfliyin işlənmə funksiyasına, ifadə
vasitələrinə aiddir. 9-cu çalışma həm də şagirdlərin tərcümə bacarığını inkişaf
etdirmək üçündür.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə hərəkətin icra tərzini (образ действия), yerini, zamanını, kəmiyyətini,
baş ver mə səbəbini, hansı məqsədlə icra edildiyini bildirən sözlər zərflikdir.
Zərflik ikinci də rəcəli üzvdür; feili xəbərə aid olub aşağıdakı suallara cavab verir:
1) Necə? Nə cür? Nə tərzdə? Nə vəziyyətdə? Bu suallara cavab verən zərfliklər
tərzi-hərəkət zərflikləridir.
Məsələn: Qapı taybatay açıldı.
2) Nə vaxt? Nə zaman? Haçan? Nə vaxta qədər? və s. Bu suallara zaman
zərflikləri cavab verir.
Məsələn: Mən onu əvvəllər də görmüşdüm.
3) Nə qədər? Nə dərəcədə? Bu suallara kəmiyyət zərflikləri cavab verir.
Məsələn: Bunu sənə dəfələrlə xatırlatmışam.
4) Niyə? Nədən ötrü? Nə məqsədlə? Nə səbəbə? Bu suallara səbəb və məqsəd
zərflikləri cavab verir.
Məsələn: Dərsə hazır olmadığı üçün əlini qaldırmadı – cümləsində səbəb;
Torpaqlarımızı düşmənlərdən təmizləmək üçün orduya getdi – cümləsində məqsəd
zərfliyi işlənmişdir.
5) Hara? Haraya? Harada? Haradan? Yer zərflikləri bu suallara cavab verir.
Məsələn: Şəhərdən dünən qayıtmışam.
Çap üçün deyil
98
Məlumat mübadiləsi:
Mətnin rollarla oxusu, çalışmalar üzərində
işləməklə şagirdlər əldə etdikləri faktlar əsasında fikir yürütmək, fikirlərini
mətnin hissələrinə uyğunlaşdırmaq, fikirlərin ardıcıllığını müəyyənləşdirmək
bacarıqlarını inkişaf etdirirlər.
Nəticə:
Şagirdlər öyrənirlər ki, “Kitabi-Dədə Qorqud”dan sonra
“Koroğlu” eposu şifahi xalq ədəbiyyatımızın ən möhtəşəm əsəridir. “Kitabi-
Dədə Qorqud” və “Koroğlu” dastanları ayrı-ayrı tarixi dövrlərdə yaransalar da,
hər iki dastan xalqımızın qəhrəmanlıq tarixinin salnaməsini özündə əks etdirən
sənət abidələri kimi ölməzdir.
Şagirdlər öyrənirlər ki, Koroğlu türk dünyasının ortaq qəhrəmanıdır.
“Koroğlu”dastanı 16-17-ci əsrlərdə baş vermiş tarixi hadisələrlə
səsləşir. Eposun müxtəlif variantları vardır. Koroğlu dastanının Tiflis, Güney
Azərbaycan, türkmən variantları 18, digərləri isə 21-25 qoldan ibarətdir.
Yaradıcı tətbiqetmə:
“Koroğlu” dastanının qollarından birini internet
səhifələrindən, ya da kitabxanadan əldə edib oxumaq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
§48. Təbriz sənətkarları
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. –
1.3.1.
Coğ. –
3.2.1.
Əd. – 3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı
durğu işarələri qaydalarına əməl edir.
4.1.2
4.1.3
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük və kiçik qruplarla iş
Dərsin üsulu:
Əqli hücum, sual-cavab, təqdimat
Resurslar:
Dərslik, proyektor, dəftər, kompyuter
Motivasiya:
Müəllim elektron lövhədə incəsənət muzeyinin Təbriz
Çap üçün deyil
Dostları ilə paylaş: |